Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2403/2023 30.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1966, FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddi açıya 52 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2258/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək hərbi xidmətdə olmuş, xx.xx.1987-ci il tarixdən xx.xx.1992-ci il tarixədək ali təhsil müəssisəsində əyani təhsil almışdır.
2. İddiaçıya məxsus əmək kitabçasındakı qeydlərə əsasən iddiaçı xx.xx.1987-ci il tarixdən əmək fəaliyyətinə başlamışdır.
3. SOCAR “Azneft” İstehsalat Birliyi "Neft daşları” Neft və qazçıxarma idarəsinin xx. xx.2022-ci il tarixli arxiv arayışına əsasən iddiaçı "Neft Daşları" NQÇİ İstilik elektrik stansiyasında xx.xx.1992-xx.xx.1994-cü illərdə istilik məntəqəsi, turbin və elektrik sexlərinin elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru vəzifəsində (əmr 134-k xx.xx.1992), xx.xx.1994-xx.xx.1997-ci illərdə növbə rəisi vəzifəsində (əmr 83-k xx.xx.1994) işləmişdir. İstilik elektrik stansiyasının növbə rəisi İddiaçı 27 yanvar 1997-ci il tarixindən AR ƏQM-nin 36-cı maddəsinin 5-ci bəndinə əsasən başqa işə keçməsi ilə əlaqədar işdən azad edilmişdir (xx.xx.1997-ci il 92-k №-li əmrinə əsasən). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarındakı “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin, vəzifələrin və gös təricilərin Siyahısı”nın 24-cü bölməsi, “a”, “b" bəndinə əsasən üzrə güzəştli şərtlərlə iş stajı aşağıda göstəriləndir: xx.xx.1992 -xx.xx.1994 - İstilik məntəqəsi, turbin və elektrik sexlərinin elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru iş staji 01 il 08 ay 11 gün təşkil edir xx.xx.1994 - xx.xx.1997-ci illərdə - növbə rəisi üzrə iş staji 02 il 09 ay 15 gün təşkil edir. Cəmi iş stajı - 04 il 05 ay 26 gün təşkil edir. 4. “BP Exploration Limited Company”nin xx.xx.2021-ci il tarixli arayışına əsasən iddiaçı xx.xx.1997-ci il ildən xx.xx.2010-cu il tarixədək və xx.xx.2012-ci ildən xx.xx.2013-cü il tarixinədək BP Eksploreyşn (Kaspian Si) Ltd. şirkətində işləyib və şirkətdə onun son vəzifəsi Sahə mühəndisliyi şöbəsi, Bütövlüyün idarə olunması üzrə koordinator olmuşdur. O, xx.x x.1997-xx.xx.2000-ci illərdə şirkətin ofisində əməliyyatlar üzrə mühəndis, xx.xx.2000-xx.xx.2005-ci “Çıraq” Platformasında (qazma və neft çıxarma platforması) əməliyyatlar üzrə mühəndis (indiki neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi-çilingər), xx.xx.2005-xx.xx.2008-ci illərdə “Çıraq” Platformasında texniki xidmət üzrə nəzarətçi (indiki Neft, qaz və qaz kondensatı hasilatı üzrə sexin operativ istehsalat xidmətləri üzrə rəis müavini), xx.xx.2008-xx.xx.2010-cu illərdə “Sənqəçal” Terminalında əməliyyatlar bölümünün intizam üzrə məsləhətçisi (indiki Neft, qaz və qaz kondensatı hasilatı üzrə sexin operativ istehsalat xidmətləri üzrə rəis müavini), xx.xx.2012-xx.xx.2013-cü illərdə “X3" Platformasında texniki xidmət üzrə qrup rəhbəri (indiki Neft, qaz və qaz kondensatı hasilatı üzrə sexin operativ istehsalat xidmətləri üzrə rəis müavini), xx.xx.2013-xx.xx.2013-cü illərdə ofisdə bütövlüyün idarə olunması üzrə koordinator vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 10.5.1 (a) və (b) bəndində - (yarımbəndində) və (və ya) - vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir.
5. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün ərizə ilə cavabdehə müraciət etmişdir.
6. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçının xx.xx.1992-xx.xx.1994-cü il və xx.xx.1994-xx.xx.1997-ci il tarixlərdə “Neft Daşları” NQÇİ istilik elektrik stansiyasında işlədiyi istilik məntəqəsi, turbin və elektrik sexlərinin elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru və növbə rəisi vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı”nda nəzərdə tutulmamışdır. İddiaçı 01 yanvar 2006-cı il tarixədək yuxarıda qeyd olunan 1 №-li siyahı üzrə güzəştli iş stajı 10 ildən az (xx.xx.2000-xx.xx.2005-ci il tarixləri arasındakı dövr - 6 il) təşkil etdiyindən ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəm əsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli Qanununun tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının iddiaçıya 52 yaşı tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı hərbi biletinə, diplomuna və əmək kitabçasına əsasən 27 noyabr 1984-cü il tarixdən 27 noyabr 1986-cı il tarixinədək (2 il) Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmiş, 06 yanvar 1987-ci il tarixdən 28 avqust 1987-ci il tarixinədək (7 ay 22 gün) “X1” fabrikind ə elektrik montyoru vəzifəsində işləmiş, 01 sentyabr 1987-ci il tarixdən 06 iyul 1992-ci il tarixinədək (4 il 10 ay 5 gün) Azərbaycan Dövlət Neft Akademiyasında təhsil almış, 08 avqust 1991-ci il tarixdən 29 iyul 1992-ci il tarixinədək (11 ay 21 gün) “Azərbalıqsənaye” İB-nin “Bakı Liman Soyuducu” İdarəsində elektrik montyoru, 01 avqust 1992-ci il tarixdən 12 aprel 1994-cü il tarixinədək (1 il 8 ay 11 gün) (Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 1 saylı siyahı üzrə kod:1100000a-19861), “Xəzərdənizneftqazsənaye” İB-nin “Neft Daşları” NQÇİ-də elektrik montyoru, 12 aprel 1994-cü il tarixdən 27 yanvar 1997-ci il tarixinədək (2 il 9 ay 15 gün) Xəzərdənizneftqazsənaye” İB-nin “Neft Daşları” NQÇİ-də növbə rəisi, 09 fevral 1997-ci il tarixindən 01 aprel 2007-ci il tarixinədək (10 il 1 ay 23 gü n) “BP Eksploreyşn (Kaspian Sİ) LTD şirkətinin “Çiraq” platformasında əməliyyatlar üzrə mühəndis (indiki neft, qaz hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi-çilingər) (Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 1 saylı siyahı üzrə kod:1100000a-18559), 01 aprel 2007-ci il tarixdən 12 dekabr 2008-ci il tarixinədək həmin platformada texniki xidmət üzrə nəzarətçi, 12 dekabr 2008-ci il tarixdən 28 iyun 2010-cu il tarixinədək həmin platformada Texniki İnkişaf şöbəsinə əməliyyatlar üzrə nəzarətçi, 18 may 2013-cü il tarixinədək həmin platformada texniki xidmət üzrə qrup rəhbəri, 10 may 2013-cü il tarixdən 04 may 2015-ci il tarixinədək "xxxx" MMC-də Mexanika, energetika və avtomatika şöbəsinin rəis müavini və rəisi, 05 may 2015-ci il tarixdən 03 iyun 2015-ci il tarixinədək EYÇ A Kompan i İnk şirkətində elektrik işləri üzrə təlimatçı vəzifələrində işləmiş, 09 iyun 2015-ci il tarixdən bu günə kimi “X2” (CDC) LTD şirkətinin “İstiqlal” qurğusunda Baş mühəndis vəzifəsində işləyir. Göründüyü kimi iddiaçının 01 yanvar 2006-cı il tarixinə ümumi iş stajı, həqiqi hərbi xidmət illəri də daxil olmaqla 22 il 10 ay 5 gün təşkil etmiş və həmin staj illərinin 10 il 10 ay 12 gün müddətini güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş 1 nömrəli siyahıya daxil olan işlərdə çalışmışdır. Bununla da, 52 yaşı tamam olduğu 10 aprel 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır.
9. Cavabdeh iddia tələbinə yazılı etirazını onunla əsaslandırmışdır ki, İddiaçı 52 yaşının tamam o lduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 1 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışmalı idi. Lakin İddiaçı xx.xx.1992-xx.xx.1994-cü il və xx.xx.1994xx.xx.1997-ci il tarixlərdə “Neft Daşları” NQÇİ istilik elektrik stansiyasında işlədiyi istilik məntəqəsi, turbin və elektrik sexlərinin elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru və növbə rəisi vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı”nda nəzərdə tutulmamışdır.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1013/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli Qanununun tələblərinə uyğun olaraq iddiaçıya 52 yaşı tamam olduğu xx.xx.2018-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən peşədə - Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı sahəsində müxtəlif peşələrdə (elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları vəzifəsi, neft, qaz və qaz kondensatı hasi latı obyektlərində bilavasitə məşğul olan təmirçi-çilingərlər vəzifəsi, neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri vəzifəsi) 10 ildən çox müddətdə işləməsi əmək kitabçası və işəgötürənin arayışları ilə təsdiqlənir.
12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 21(103)-2258/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-1013/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin halları tam araşdırılmamış, prosessual normaların tələbləri pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
18. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Ali Mə hkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdir mədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
22. Yuxarıda istinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.
23. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən peşədə - Neftin qazılması və hasilatı (dəniz neftç iləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı sahəsində müxtəlif peşələrdə (elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları vəzifəsi, neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi-çilingərlər vəzifəsi, neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri vəzifəsi) 10 ildən çox müddətdə işləməsi əmək kitabçası və işəgötürənin arayışları ilə təsdiqlənir.
24. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaətini və bununla bağlı əsaslandırmasını İPM-in 12.1, 58.7 və 82-ci maddələrinin tələblərinə uyğun hesab etmir.
25. Belə ki, iddiaçının əmək kitabçasında qeyd edilənlərə əsasən, o, xx.xx.1997-ci il tarixdə Beynəlxalq Əmə liyyat Şirkətinə əməliyyatlar üzrə mühəndis vəzifəsinə qəbul edilib. 26. “BP Exploration Limited Company”nin xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli arayışlarında qeyd edilmişdir ki, iddiaçı xx.xx.1997-ci il ildən xx.xx.2010-cu il tarixinədək və xx.xx.2012-ci ildən xx.xx.2013-cü il tarixinədək BP Eksploreyşn (Kaspian Si) Ltd. şirkətində işləyib və şirkətdə onun son vəzifəsi Sahə mühəndisliyi şöbəsi, Bütövlüyün idarə olunması üzrə koordinator olmuşdur.
27. Həmin arayışdakı məlumatlar ziddiyyətlidir. Belə ki, xx.xx.2021-ci il tarixli arayışda (iş v.18) xx.xx.1997-ci il tarixli müqaviləyə əsasən, iddiaçının xx.xx.1997xx.xx.2000-ci illərdə ofisdə, xx.xx.2000-ci il tarixdən isə xx.xx.2000-ci il tarixli müqaviləyə əsasən “Çıraq” Platformasında əməliyyatlar üzrə mühəndis vəzifəsində işlədiyi göstərilmişdir. 28. xx.xx.2022-ci il tarixli arayışda isə (iş v.86) xx.xx.1997-ci il tarixli müqaviləyə əsasən, iddiaçının xx.xx.1997-ci il tarixdən xx.xx.1997-ci il tarixədək ofisdə, səhmdarların xx.xx.1999-cu il tarixli 3 saylı qərarına əsasən, xx.xx.1997-ci il tarixdən “Çıraq” Platformasında əməliyyatlar üzrə mühəndis vəzifəsində işlədiyi göstərilmişdir.
29. Həmin arayışlardakı məlumatların fərqli olmasına baxmayaraq, bu ziddiyyətlər (ofisdəki işin xarakteri; “Çıraq” Platformasında işə başlama tarixi; səhmdarların qərarının xx.xx.1999-cu ildə verildiyi halda, “Çıraq” Platformasında işə xx.xx.1997-ci ildə başlama) məhkəmə araşdırmasının predmeti olmayıb, onlara qiymət verilməyib. Halbuki, həmin məlumatların mötəbərliyi mübahisənin düzgün həlli, xüsusilə də iddiaçının güzəştli stajının m üddətinin dəqiq müəyyən edilməsi üçün əhəmiyyət kəsb edir.
30. Beləliklə, İPM-nin 12.1, 58.7 və 82-ci maddələrinin tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmamışdır.
31. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir.
32. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələbələrinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi tələbinə aid hissədə təmin oluna bilməz.
33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-2258/2023 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Kassasiya şikayəti qalan hissədə təmin edilmir. Qərar qətidir.