Məhkəmə qərarları › İş №2-1(102)-2403/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2403/2024

01.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2403/2024 01.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 və Uçotun Təşkili Baş İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: vergi orqanının X5 qaydasında qəbul etdiyi qərarın mübahisələndirilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş idarəsinə (hazırkı adı - Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 və Uçotun Təşk ili Baş İdarəsi) qarşı “qərarın və hesablanmış dəbbə pulunun ləğv olunması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-1221/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. X5nin həyata keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli **********61752 nömrəli qərara əsasən, iddiaçıya məxsus olan obyektdə (ünvan 1 ünvanında yerləşən “Ormado Kaffeehaus” kafedə) nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsi üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (xx.xx.2022 tarixi daxil olmaqla) X5nin keçirilməsi qərara alınmışdır. 2. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin po zulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********9444 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi, xx.xx.2022ci il tarixədək 1000 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır.

3. İddiaçı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********9444 nömrəli qərardan şikayət vermişdir.

4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya şurasının xx.xx.2022-ci il tarixli 116 nömrəli qərarının surətindən görünür ki, hə min qərarla iddiaçının inzibati şikayəti təmin edilməmiş, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022ci il tarixli **********9444 nömrəli və Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında" xx.xx.2022-ci il tarixli **********924600 nömrəli qərarları dəyişdirilmədən saxlanılması, qərarın maraqlı şəxsə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə göndərilməsi qərara alanmış və qərardan onun təqdim edildiyi gündən 30 gün müddətində məhkəməyə şikayət vermək hüququ nəzərdə tutulmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

5. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli, **********9444 nömrəli qərarının əsassız hesab olunaraq ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının əsaslandırması:

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsi xx.xx.2022-ci il tarixli, **********9444 nömrəli qərarı ilə iddiaçı barəsində vergi ödəyicisi kimi 1000 manat məbləğində cərimə tətbiq edilməklə hesabına maliyyə sanksiyası qoyulmuşdur.

7. Məlumat üçün bildirilir ki, onun xx.xx.2021-ci il tarixdən icarə müqaviləsi ilə fəaliyyət göstərdiyi ünvan 2 ünvanında yerləşən “Ormado Kaffeehaus” xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-yə rəsmi qaydada 2 saylı “Asan Xidmət”də yerləşən notariat ofisində adı çəkilən şirkətin rəhbərinə (X7 ) təhvil vermişdir.

8. Bundan sonra adında olan nəzarət kassa aparatını təhvil alınması üçün "xxxx" MMC-yə dəfələrlə müraciət etmiş, onlar işlərinin çox olmasını əsas gətirərək nəzarət kassa aparatını əvvəllər işlədiyi yerdə, yəni “Ormado Kaffeehaus” kafedə saxlamasını və özlərinin gəlib təhvil almalarını bildirmişlər.

9. İddiaçı öz növbəsində onların dediklərinə riayət edərək kassa nəzarət aparatını Ormado kafenin yeni sahibi X2 təhvil vermiş və "xxxx" MMC-nin nümayəndəsinə təhvil verilməsini xahiş etmişdir.

10. Bundan sonra xx.xx.2022-ci il tarixdə Dövlət Vergi Xidmətinin əməkdaşları Ormado Kafeyə gəlmiş və həmin kafenin xidmətindən istifadə etmiş hesabı qəbul edib ödədikdən sonra Vergi xidmətinin əməkdaşı olduqlarını bildirmiş və cərimə tətbiq olunması barədə xəbərdarlıq edərək yenidən qəbzi tələb etmişdir.

11. Ormado kafesində çalışanlar həmin qəbzi iddiaçıya məxsus olan nəzarət kassasından qəbz çıxararaq vergi əməkdaşlarına təhvil vermişdir. Bundan sonra xx.xx.2022-ci tarixdə onun adına verilmiş qəbzə 1000 manat cərimə tətbiq olunmuşdur. Həmin gün vergi əməkdaşı iddiaçının etibarnamə üzrə nümayəndəsinə məxsus olan ********** telefonuna zəng edərək obyektin cərimə olunması barədə bildirmişdir ki, Nicat da öz növbəsində həmin obyektin artıq iddiaçıya aid olmadığını, həmin obyekti rəsmi təhvil verməsi barədə vergi əməkdaşlarına məlumat vermişdir. Cavabdehin etirazları:

12. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edilmişdir.

13. Etirazda qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 17:31-də fərdi sahibkara məxsus ünvan 3 ünvanda yerləşən “Ormado Kaffeehaus” obyektində X5 tədbiri zamanı alınmış 1 (bir) fincan “isti şokolad” içkisi üçün nağd şəkildə 4,50 manat ödəniş olunduğu, lakin ödəniş müqabilində nəzarət-kassa aparatından çek verilmədiyi və təqdim edilmədiyi, uçotdan yayındırılmış məbləğin həmin tarixdə saat 17:36-da nəzarət-kassa aparatına 4003 nömrəli çeklə bərpa edildiyi və X5nin nəticəsinin xx.xx.2022-ci il tarixli DVX seriyalı 014069 nömrəli “Əhali ilə pul hesablaşmlarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” aktla rəsmiləşdirildiyi müəyyən edilmişdir.

14. İddiaçı tərəfindən vergi orqanının qərarından xx.xx.2022-ci il tarixli **********281200 nömrəli inzibati şikayət verilmiş və vergi orqanının xx.xx.2022-ci il tarixli **********038400 nömrəli qərarı ilə vergi ödəyicisinin inzibati şikayəti təmin edi lməmişdir. Həmin qərardan iddiaçı tərəfindən verilmiş şikayətə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasında baxılmış, xx.xx.2022-ci il tarixli qərar qəbul edilərək xx.xx.2022-ci il tarixli **********038400 nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərar dəyişdirilmədən saxlanılmışdır. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, operativ vergi nəzarət tədbiri həyata keçirilən zaman fərdi sahibkara məxsus obyekt işlək vəziyyətdə olmuş və obyektdə iddiaçının adına qeydiyyatdan keçirilmiş nəzarət-kassa aparatı mövcud olmuşdur.

15. İddiaçı tərəfindən X5 tədbiri keçirilən xx.xx.2022-ci il tarixdən sonra obyektin qeydiyyatdan çıxarılması ilə əlaqədar işlərin görülməsinə başlanılmış, ardıcıl olaraq xx.xx.2022-ci il tarixdə “POS-terminalın qeydiyyatdan çıxar ılması” barədə ərizə, xx.xx.2022-ci il tarixdə “Proqram kassa sistemin (PKS) və ya tokenin (NMQ) uçotdan çıxarılması” barədə ərizə və xx.xx.2022-ci il tarixdə “Obyektin ləğvi” barədə ərizə vergi orqanına təqdim edilmişdir.

16. İddiaçı tərəfindən NKA-dan istifadə edilməməsinin digər dəlili ondan ibarətdir ki, xx.xx.2022-ci il tarixdə X5 tədbirinə qədər, yəni saat 17:30 radələrinə qədər nəzarət-kassa aparatına cəmi 2 sayda çek vurulmuş, həmçinin nəzarət tədbirindən sonra da xx.xx.2022- xx.xx.2022-ci il tarix aralığında nəzarət-kassa aparatına çeklər vurulmuşdur. Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinə əsasən isə nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blankla rında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicisinin vəzifəsi olduğu halda, iddiaçı tərəfindən nağd pul hesablaşmalarının aparılması qaydaları pozulmuşdur.

17. Həmçinin bildiririk ki, qeyd olunan obyektin qeydiyyatı ilə əlaqədar "xxxx" MMC müvafiq ərizə ilə vergi orqanına müraciət edilmiş, xx.xx.2022-ci il tarixində obyekt həmin cəmiyyətin adına uçota alınmışdır. Lakin qısa müddət sonra, "xxxx" MMC ünvan 4 ünvanda yerləşən “Ormado Kaffeehaus” adlı obyektin uçotdan çıxarılması ilə bağlı xx.xx.2022-ci il tarixli **********891100 nömrəli ərizə ilə vergi orqanına müraciət etmişdir.

18. Daha sonra X1 (VÖEN **********) xx.xx.2022-ci il tarixli **********235800 nömrəli ərizə ilə qeyd olunan obyektin uçota alınması ilə bağlı vergi orqanına müraciət e tmiş, lakin vergi orqanı tərəfindən icra müqaviləsinin tam olmaması səbəbindən ərizəyə rədd verilmişdir.

19. Eyni zamanda, araşdırma zamanı ünvan 4 ünvanda yerləşən “Ormado Kaffeehaus” obyektin xx.xx.2019-cu il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) tərəfindən vergi orqanında uçota alındığı, xx.xx.2021-ci il tarixdə isə obyektin ləğv edildiyi, Cəmiyyətin təsisçilərinin isə X1 və İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X8 olduğu müəyyən edilmişdir.

20. Yuxarıda qeyd olunan hallardan göründüyü kimi ünvan 4 ünvanda yerləşən “Ormado Kaffeehaus” obyekti ayrı-ayrı vergi ödəyicilərinin adına rəsmiləşdirilməklə eyni ad altında, eyni fəaliyyət növü və eyni işçi qüvvəsi ilə fəaliyyət göstərmiş, bununla da dövriyyənin bölüşdürülməsi yolu ilə vergi üstünlüyü əldə etmək məqsədilə vergidən yayınma sxemi qurulmuşdur. Beləliklə, vergi orqanı tərəfindən həyata keçirilən X5 tədbiri zamanı hər hansı prosessual pozuntuya yol verilməmişdir və cavabdehin iddiaçı barəsində qəbul etdiyi inzibati aktın ləğv edilməsi üçün heç bir əsas mövcud deyildir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

21. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-5617/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022ci il tarixli, **********9444 nömrəli qərarının ləğv edilmişdir.

22. Məhkəmə qeyd etmişdir ki, Vergi Məcəlləsinin 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər.

23. Vergi qanunvericili yi hər 2 yoxlamanın və X5nin keçirilmə şərtlərini, qaydalarını tənzimləmişdir və vergi orqanı qanunvericiliyinin yol verdiyi hədlərdə qeyd edilən yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir.

24. Hazırkı mübahisəyə münasibətdə iş üzrə cavabdeh iddiaçı barəsində X5nin həyata keçirilməsi qərarına gəlmiş və bu barədə “X5nin həyata keçirilməsi haqqında” müvafiq qərar qəbul etmişdir. X5nin həyata keçirilməsi əsaslarının dəqiq siyahısı Vergi Məcəlləsinin 50.2-ci maddəsində təsbit edilmişdir. Lakin cavabdeh vergi orqanı hazırkı iş üzrə qəbul etdiyi “X5nin həyata keçirilməsi haqqında” müvafiq qərarlarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmiş və qərar əsaslandırılmamışdır. Qanunverici X5nin həyata keçirilməsi üçün mütləq qayd ada 5 əsas müəyyən etdiyi halda, hazırkı iş üzrə X5nin həyata keçirilməsi barədə vergi orqanı tərəfindən qəbul edilmiş qərarda göstərilən əsaslardan heç biri qeyd olunmamışdır. (qərarlarda “istehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi və nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması və nağd hesablaşmalarının aparılması qaydalarına riayət olunmasına istinad edilmişdir).

25. Reyestrdə cavabdeh vergi orqanı yoxlamanın keçirilməsi əsası kimi Vergi Məcəlləsinin 50.2.2-cü maddəsinə is tinad edilsə də, cavabdeh X5nin həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğunu əsaslandırmamış, başqa sözlə, 50.2.2-cü maddəsinə sadəcə istinad etməklə kiyafətlənmişdir.

26. Vergi Məcəlləsinin 50.2-ci maddəsinə əsasən X5nin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda.

27. Qeyd edilməlidir ki, X5nin həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına deyil, həmçinin cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. İnzibati orqan X5nin həyata keçirilməsi barədə qərara gəlmişdirsə, o zaman Vergi Məcəlləsinin 50.2-ci maddəsinin müddəaları baxımından diskresion səlahiyyətini bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Belə ki, X5nin həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq şəkildə müəyy ən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır.

28. Cavabdehin “Əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəz iyyəti haqqında” xx.xx.2022-ci il tarixli, seriya DVX, 014069 nömrəli aktına əsasən, iddiaçıya məxsus “Ormado kafehaus” kafesində quraşdırılmış P********** zavod nömrəli, Pax A930 markalı nəzarət-kassa aparatı xx.xx.2021-ci il tarixli, ********** nömrəli qeydiyyat vərəqəsi ilə qeydiyyata alındığı və kafedə əhali ilə pul hesablaşmalarının aparılmasında NKA-dan istifadə olunduğu qeyd edilmişdir. Həmçinin aktda qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 17:31-də keçirilmiş X5 tədbiri zamanı müşahidə nəticəsində alınmış 1 fincan “isti şokolad” içkisi üçün 4,50 manat ödənildiyi və müqabilində ödənilən məbləğ (uçotdan yayındırılmış məbləğ) xx.xx.2022-ci il tarixdə saat 17:36-da çeklə bərpa edilmiş və “X” hesabatı və bərpa çeki akta əlavə olunmuşdur. Bərpa edilmiş çekin nömrəsi 4003.

29. G öründüyü kimi, cavabdehin özü də iddiaçıya məxsus kafedə əhali ilə pul hesablaşmalarının aparılmasında nəzarət kassa aparatından istifadə olunduğunu, həmin nəzarət-kassa aparatının müvafiq qaydada vergi orqanı tərəfindən qeydiyyata alındığını və X5nin həyata keçirildiyi xx.xx.2021-ci il tarixdə müştəriyə nəzarət-kassa aparatından çekin vurularaq təqdim edildiyini göstərmişdir. Cavabdehin mübahisələndirdiyi hal həmin çekdə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50.8-ci maddəsində nəzərdə tutulan məlumatların göstərilməməsindən və “Nəzarətkassa aparatlarının istismarı Qaydaları”nın 8.3.16-cı bəndinin tələblərinin pozulmasından ibarət olmuşdur.

30. Məhkəmə “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın 8.3.16-cı bəndinin tələblərinin pozulması ilə bağlı qeyd edir ki, həmin bəndin tələbinə əsasən vergi ödəyicisi tərəfindən aparılan əməliyyat zamanı vergi orqanlarında qeydiyyatdan keçmiş NKA-dan istifadə edərək alıcıya çek təqdim edilmişdir.

31. Belə ki, həmin qaydalara əsasən NKA qeydiyyata alınarkən vergi ödəyicisi və Operatorun NKA-ya dair daxil etdiyi məlumatların eyniliyini yoxlamaq NKA üzrə Nazirliyin vəzifələri kimi göstərilməsinə baxmayaraq, vergi orqanı tərəfindən NKA qeydiyyata alınarkən vergi ödəyicisi və operatorun NKA-ya dair daxil etdiyi məlumatların dəqiqliyi yoxlanılmamışdır.

32. Vergi Məcəlləsinin 36.2-ci maddəsində imperativ qaydada təsbit edilmişdir ki, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları a ydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. (Ver gi Məcəlləsinin 24.0, 24.1, 53.3 və 54.0.1-ci maddələri).

33. Cavabdeh tərəfindən məhkəmə icraatı zamanı təqdim edilmiş xx.xx.2023-cü il tarixli etiraz ərizəsində qeyd etdiyi “Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, operativ vergi nəzarət tədbiri həyata keçirilən zaman fərdi sahibkara məxsus obyekt işlək vəziyyətdə olmuş və obyektdə iddiaçının adına qeydiyyatdan keçirilmiş nəzarətkassa aparatı mövcud olmuşdur. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, iddiaçı tərəfindən X5 tədbiri keçirilən xx.xx.2022-ci il tarixdən sonra obyektin qeydiyyatdan çıxarılması ilə əlaqədar işlərin görülməsinə başlanılmış, ardıcıl olaraq xx.xx.2022-ci il tarixdə “POS-terminalın qeydiyyatdan çıxarılması” barədə ərizə, xx.xx.2022-ci il tarixdə “Proqram kassa sistemin (PKS) və ya tokenin (NMQ) uçotdan çıxarı lması” barədə ərizə və xx.xx.2022-ci il tarixdə “Obyektin ləğvi” barədə ərizə vergi orqanına təqdim edilmişdir. İddiaçı tərəfindən NKA-dan istifadə edilməməsinin digər dəlili ondan ibarətdir ki, xx.xx.2022-ci il tarixdə X5 tədbirinə qədər, yəni saat 17:30 radələrinə qədər nəzarət-kassa aparatına cəmi 2 sayda çek vurulmuş, həmçinin nəzarət tədbirindən sonra da xx.xx.2022-xx.xx.2022-ci il tarix aralığında nəzarət- kassa aparatına çeklər vurulmuşdur.”

34. Cavabdeh vergi orqanının etiraz dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, vergi orqanın özünün də etiraf etdiyi kimi operativ vergi nəzarət tədbiri həyata keçirilən zaman fərdi sahibkara məxsus obyekt işlək vəziyyətdə olmuş və obyektdə iddiaçının adına qeydiyyatdan keçirilmiş nəzarət-kassa aparatı mövcud olmuşdur. Eyni zamanda, etiraz məktub unda bildirilmişdir ki, xx.xx.2022-ci il tarixdə X5 tədbirinə qədər, yəni saat 17:30 radələrinə qədər nəzarət-kassa aparatına 2 sayda çek vurulmuşdur.

35. İş materiallarında olan çeklərdən müəyyən olunur ki, ünvan 5 ünvanında yerləşən iddiaçının istifadəsində olan “Ormado Kaffeehaus” obyektində müştəri tərəfindən alınmış isti içkiyə görə 4,50 manat nağd pul ödənilmiş və 17:36-da nəzarət kassa aparatına çek vurulmuşdur. Sübut kimi əsas götürülmüş çeklərə nəzər yetirilsə, görmək olur ki, aparılmış əməliyyat nəzarət kassa aparatına daxil edildiyindən heç bir vergidən yayınmadan söhbət gedə bilməz. Çünki vergi ödəyicisi olaraq satılmış malların dövriyyəsi bəyan edilmiş və müvafiq vergi dövlət büdcəsinə ödənilmişdir.

36. Cavabdeh vergi orqanının “Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, iddi açı tərəfindən X5 tədbiri keçirilən xx.xx.2022-ci il tarixdən sonra obyektin qeydiyyatdan çıxarılması ilə əlaqədar işlərin görülməsinə başlanılmış, ardıcıl olaraq xx.xx.2022-ci il tarixdə “POS-terminalın qeydiyyatdan çıxarılması” barədə ərizə, xx.xx.2022-ci il tarixdə “Proqram kassa sistemin (PKS) və ya tokenin (NMQ) uçotdan çıxarılması” barədə ərizə və xx.xx.2022-ci il tarixdə “Obyektin ləğvi” barədə ərizə vergi orqanına təqdim edilmişdir” dəlili iddiaçının NKA-dan istifadə edilməməsinin dəlili olaraq qəbul edilə bilməz.

37. Vergi Məcəlləsinin 50.7-ci Azərbaycan Respublikasının ərazisində nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzarət-kassa aparatları vasitəsilə belə hesablaşmaları həyata keçirirlər. Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blan klarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POSterminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməsi barədə alıcının müraciətindən sonra da bunların verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının a parılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Vergi Məcəlləsinin 50.6-cı maddəsinə əsasən X5nin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. X5 tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Vergi Məcəlləsinin 41.1-ci maddəsinə əsasən vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur. Ve rgi Məcəlləsinin 48.1-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda vergi yoxlamasının keçirilməsi zamanı protokollar tərtib edilir. Vergi Məcəlləsinin 49.1-ci maddəsinə əsasən Səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır. Vergi Məcəlləsinin 49.2-ci maddəsinə əsasən Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Vergi Məcəlləsinin 49.3-cü maddəsinə əsasən Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə çıxarılmış qərar əsasında 10 gündən gec olmayaraq vergi ödəyicisinə vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə tələbnamə göndərilir. Vergi Məcəlləsinin 49.5-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəf indən ləğv edilməsi üçün əsasdır. Vergi Məcəlləsinin 49.6-ci maddəsinə əsasən Vergi orqanı tərəfindən aşkar edilmiş vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicisi inzibati məsuliyyətə cəlb edilməli olduqda, vergi yoxlamasını keçirən vergi orqanının səlahiyyətli vəzifəli şəxsi inzibati hüquq pozuntusu haqqında ayrıca protokol tərtib edir. Bu hüquq pozuntuları haqqında işlərə baxılma və inzibati tənbeh tədbirlərinin həmin pozuntuların edilməsində günahkar olan vergi ödəyicisinin vəzifəli şəxslərinə və vergi ödəyicisi – fərdi sahibkara münasibətdə tətbiq edilməsi vergi orqanları tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq həyata keçirilir.

38. İşin araşdırılmış hallarından müəyyən olunur ki, cavabdeh tərəfindən Vergi Məcəlləsinin qeyd edilən ma ddələrinin tələbləri də pozulmuşdur. Belə ki, cavabdeh vergi orqanı tərəfindən aparılmış vergi nəzarəti zamanı heç bir çəkiliş aparılmamış və aşkar edilmiş pozuntu Vergi Məcəlləsinin 49.6-cı maddəsinə əsasən protokol ilə rəsmiləşdirilməmişdir.

39. Həmçinin məhkəmə qeyd edir ki, yoxlama xx.xx.2022-ci ildə bitdiyi halda cavabdeh inzibati orqan tərəfindən qərar qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürməklə, yəni 10 gündən gec müddətdə xx.xx.2022-ci il tarixində qəbul edilmişdir.

40. Beləliklə, məhkəmə hesab edir ki cavabdehin mübahisələndirilən qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qərarın ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilmişdir.

41. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rəd d olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

42. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-1221/2024 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

43. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

44. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri Maddi hüquq normalarının pozulmasına dair:

45. İş üzrə apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətini təmin etməməklə qərarını onunla əsaslandırmışdır ki, ““X5nin həyata keçiril məsi haqqında" müvafiq qərarlarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmiş və qərar əsaslandırılmamışdır. Qanunverici X5nin həyata keçirilməsi üçün mütləq qaydada beş əsas müəyyən etdiyi halda, hazırkı iş üzrə X5nin həyata keçirilməsi barədə vergi orqanı tərəfindən qəbul edilmiş qərarda göstərilən əsaslardan heç biri qeyd olunmamışdır.

46. Məhkəmə kollegiyasının qeyd olunan dəlilinə münasibətdə bildirilir ki, iddiaçı barəsində X5 həyata keçirilməzdən əvvəl fəaliyyəti üzrə araşdırma həyata keçirilmişdir.

47. Araşdırma nəticəsində yeni nəsil nəzarət-kassa aparatı tətbiq edilməyə başladığı dövrdən etibarən İddiaçının sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlir miqdarında azalma müşahidə olunduğu aşkar edilmişdir.

48. Belə ki, iddiaçının 2021-ci ilin 4-cü rübü üzrə təqdim etdiyi sadələşdirilmiş vergi bəyannaməsində 30.253,0 manat gəlir məbləği qeyd olunduğu halda, nəzarət tədbiri həyata keçirilməzdən əvvəlki dövr üzrə, yəni 2022-ci ilin 1-ci rübü üzrə gəliri 27.756,0 manat olmuşdur. İddiaçı tərəfindən yeni nəsil nəzarət-kassa aparatı tətbiq edildikdən sonra 2022-ci ilin yanvar ayı üzrə 11.326,40 manat, fevral ayı üzrə 8.274,32 manat və mart ayı üzrə 8.155,58 manat hasilat bəyan edilmişdir. Bu rəqəmlər isə 2021-ci İlin 4-cü rübü ilə müqayisədə dövriyyənin 25-30% qədər azalması deməkdir. Qeyd olunan fakt isə vergi orqanı üçün Vergi Məcəlləsinin 50.2.2-ci maddəsində qeyd olunan “vergi orqanı tərəfindən mənbəyi bəlli mənbələrdən əldə edilmiş məlumat” hesab olunur və nəticədə qeyd olunan azalmanın səbəblərinin araşdırılması ilə bağlı i ddiaçının sahibkarlıq fəaliyyəti üzrə X5nin həyata keçirilməsi qərara alınmışdır.

49. Məhkəmə kollegiyasının guya vergi orqanının öz qərarını əsaslandırmaması barədə gətirdiyi dəlillər yuxarıda qeyd edilən əsaslara görə tamamilə yanlış olmaqla işin faktiki hallarına uyğun gəlməmişdir. Həm xx.xx.2022-ci il tarixli qərarda, həm də xx.xx.2022-ci İl tarixli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışda" göründüyü kimi Vergi orqanı tərəfindən əsas kimi konkret olaraq 50.2.2-cİ maddə, yəni “vergi orqanı tərəfindən mənbəyi bəlli mənbələrdən əldə edilmiş məlumat” qeyd edilmiş, həmin əsas barədə İsə hər iki məhkəmə instansiya məhkəməsində yuxarıda qeyd edilmiş məsələlər məhkəmə iclası zamanı diqqətə çatdırılmışdır.

50. Bundan əlavə, məhkəmə kollegiyası qərarında qeyd etmişdir ki, "vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntuların protokolla rəsmiləşdirilməsi və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunması qeyd olunan qanunvericilik normalarında imperativ şərt kimi nəzərdə tutulsa da, cavabdeh tərəfindən aparılmış vergi nəzarəti zamanı heç bir çəkiliş aparılmamış və aşkar edilmiş pozuntu Vergi Məcəlləsinin qeyd edilən tələbləri pozulmuşdur. ”

51. Məhkəmə qərarında Vergi Məcəlləsinin 41.1-ci və 49.6-cı maddələrinə istinad edərək OVN tədbiri nəticəsində protokol tərtib olunmamasını və video, foto çəkiliş aparılmamasını pozuntu halı kimi dəyərləndirmişdir.

52. Vergi Məcəlləsinin 23.1.3-cü maddəsinə əsas ən vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi məqsədilə bu Məcəllənin 50-1-ci maddəsində müəyyən edilmiş hallarda və qaydada xronometraj metodu ilə müşahidə aparmaq və baxış keçirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada elektron və (və ya) kağız formatda aparılan sənədləri və əşyaları götürmək, mülkiyyətində və ya istifadəsində olan əmlakın (yaşayış sahələri istisna olmaqla) bu Məcəllədə müəyyən edilmiş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qaydada elektron və (və ya) kağız formatda aparılan inventarizasiyasını aparmaq vergi orqanının hüququdur.

53. İddiaçı X 3 cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə Ali Məhkəmənin 04.04.204-cü il tarixli 2-1(103)- 834/2024 nömrəli Qərarının 31, 32, 33 və 34-cü bəndlərində qeyd edilmişdir: “Cavabdehin bu dəlili ilə də razılaşmayan məhkəmə kollegiyası bildirir ki, Vergi Məcəlləsinin 41.1-ci maddəsinə görə vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən İstifadə olunur. Lakin iş materiallarından, eləcə də cavabdehin mövqeyindən aydın olur ki, operativ vergi yoxlaması aparılarkən qanunun bu tələbinə əməl edilməmiş, yoxlama zamanı foto və (və ya) video çəkilişdə n istifadə olunmamışdır, Vergi Məcəllənin 41.1-ci maddəsinin imperativ olmaması ilə bağlı cavabdehin yanaşmasına gəlincə, bu hissədə də inzibati orqanın mövqeyi ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, hüquq nəzəriyyəsində normalar icra edilməsi tələbinə görə 2 qrupa ayrılır: imperativ və dispozitlv. İmperativ norma ilə konkret davranış qaydası müəyyən edilir və olduğu kimi icra edilməlidir. Vergi Məcəlləsinin 41.1-ci maddəsi məzmun baxımından İmperativdir, yəni norma baxış keçirilərkən baş verən hərəkətlərin həm protokolla rəsmiləşdirilməsini, həm də foto, video çəkilişdən istifadənin vergi orqanı üçün vəzifə olduğunu təsbit etmişdir."

54. Analoji iş üzrə Ali Məhkəmənin qərarında da qeyd olunduğu kimi foto və (və ya) video çəkilişdən istifadə olunması baxış keçirildiyi halda ver gi orqanının vəzifəsi kimi təsbit olunmuşdur.

55. İndiki halda isə vergi orqanı tərəfindən vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilməmişdir. OVN tədbiri zamanı tərtib olunmuş xx.xx.2022-ci il tarixli DVX-014069 nömrəli aktın 2-ci səhifəsindən də göründüyü kimi OVN tədbiri zamanı vergi ödəyicisinin binasına (ərazisinə) baxış keçirilməsinə zərurət olmamış, baxış keçirilmədiyindən baxış protokolu tərtib olunmamış və foto və (və ya) video çəkilişdən istifadə olunmamışdır. Bu barədə vergi orqanı əməkdaşları tərəfindən də aktda qeyd edilmişdir.

56. OVN tədbiri zamanı video və ya foto çəkiliş aparılması halına münasibətdə isə bildiririk ki, Vergi Məcəlləsinin 50.4-cü maddəsinə əsasən X5 vergi ödəyicisinə əvvəlcədən xəbərdar lıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. OVN tədbiri isə əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasının yoxlanılması üçün aparıldığından bu halda çəkilişin aparılması birbaşa həmin pozuntu faktının aşkarlanmasına mane yarada bilər və obyektiv OVN tədbiri keçirilməsini şübhə altına ala bilər. Bir sözlə, OVN tədbiri vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlandığı üçün həmin tədbirin keçirilməsi zamanı foto və ya video çəkilişindən istifadə edilməsi Vergi Məcəlləsinin 50.4-cü maddəsinin məqsədlərinə zidd olmaqla həmin tədbirin keçirilməsini əhəmiyyətsiz edir. Məhkəmə tərəfindən də bu hala düzgün hüquqi qiymət verilməmiş, qanunvericilikdə nəzərdə tutulmadığı halda OVN tədbiri zamanı foto və ya video çəkilişindən istifadə edilməli olması qərarda əsassız olaraq qeyd edilmişdir.

57. Göründüyü kimi məhkəmə tərəfindən işin hallan ətraflı araşdırılmamış, iş materiallarına düzgün hüquqi qiymət verilməmiş, tərəfimizdən gətirilmiş dəlillərə münasibət bildirilməmiş, nəticədə ədalətsiz qərar qəbul edilmişdir.

58. Beləliklə, X5 tədbiri hər hansı pozuntu olmadan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada həyata keçirilmiş olsa da, məhkəmə düzgün araşdırma aparmayaraq qanunsuz və əsassız qərar qəbul etmişdir. Prosessual hüquq normalarının pozulmasına dair:

59. Yuxanda qeyd olunanları nəzərə alaraq hesab edirik ki, məhkəmə kollegiyası İPM-in 12.1, 58.7, 69.4, 87.8-ci maddələrini tətbiq etməli olduğu halda tətbiq etməmişdir.

60. Cavabdeh vergi orqanı tərəfindən Bakı İnzibati Məhkəməsi nin qərarından verilmiş apellyasiya şikayətində iddiaçının mövqeyi və məhkəmə qərarının əsassız olması ilə bağlı dəlillərin irəli sürülməsinə baxmayaraq, apellyasiya məhkəməsi tərəfindən həmin dəlillərin heç birinə əsaslandırılmış münasibət bildirilməmiş, birinci instansiya məhkəməsinin qeyd etdiyi dəlillər olduğu kimi təkrarən qərarda əks etdirilmişdir.

61. Məhkəmə kollegiyası üzərinə düşən vəzifələri icra etməmiş, iş materiallarında olan sübutları qiymətləndirməmiş, gəldiyi nəticəyə əsas olmuş işin faktiki halları barədə heç bir məlumat verməmişdir.

62. Beləliklə, hesab edirik ki, məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 12.1-ci və 58.7-ci maddələrinin tələblərini pozaraq mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırma mış, sübutların tam və hərtərəfli araşdırmaqla qiymətləndirməsini həyata keçirməmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

63. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

64. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı bar ədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

65. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmi şdir.

66. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

67. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir,

68. Yuxarıda istinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndi rilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.

69. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, cavabdeh “X5nin həyata keçirilməsi haqqında" qərarın Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmiş və qərar əsaslandırılmamışdır. Qanunverici X5nin həyata keçirilməsi üçün mütləq qaydada beş əsas müəyyən etdiyi halda, hazırkı iş üzrə X5nin həyata keçirilməsi barədə vergi orqanı tərəfindən qəbul edilmiş qərarda göstərilən əsaslardan heç biri qeyd olunmamışdır.

70. Cavabdeh şikayətində haqlı olaraq bildirir ki, iddiaçı barəsində X5 həyata keçirilməzdən əvvəl fəaliyyəti üzrə araşdırma həyata keçirilmişdir. Araşdırma nəticəsində yeni nəsil nəzarət-kassa apa ratı tətbiq edilməyə başladığı dövrdən etibarən İddiaçının sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlir miqdarında azalma müşahidə olunduğu aşkar edilmişdir. Qeyd olunan fakt isə vergi orqanı üçün Vergi Məcəlləsinin 50.2.2-ci maddəsində qeyd olunan “vergi orqanı tərəfindən mənbəyi bəlli mənbələrdən əldə edilmiş məlumat” hesab olunur və nəticədə qeyd olunan azalmanın səbəblərinin araşdırılması ilə bağlı iddiaçının sahibkarlıq fəaliyyəti üzrə X5nin həyata keçirilməsi qərara alınmışdır. Həm xx.xx.2022-ci il tarixli qərarda, həm də xx.xx.2022ci İl tarixli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışda" göründüyü kimi Vergi orqanı tərəfindən əsas kimi konkret olaraq 50.2.2-cİ maddə, yəni “vergi orqanı tərəfindən mənbəyi bəlli mənbələrdən əldə edilmiş məlumat” qeyd edilmiş, həmin əsas barədə İsə hər iki məhkəmə instansiya məhkəməsində yuxarıda qeyd edilmiş məsələlər məhkəmə iclası zamanı diqqətə çatdırılmışdır.

71. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, Vergi Məcəlləsinin 41.1-ci maddəsinə əsasən vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur. Vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntuların protokolla rəsmiləşdirilməsi və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunması qeyd olunan qanunvericilik normalarında imperativ şərt kimi nəzərdə tutulsa da, cavabdeh tərəfindən aparılmış vergi nəzarəti zamanı heç bir çəkiliş aparılmamış və aşkar edilmiş pozuntu Vergi Məcəlləsinin qeyd edilən tələbləri pozulmuşdur.

72. Cavabdeh şikayətində haqlı olaraq oxşar işlər üzrə məhkəmə təcrübəsinə istinadla qeyd edir ki, Vergi Məcəlləsinin 41.1-ci maddəsi məzmun baxımından imperativdir, yəni norma baxış keçirilərkən baş verən hərəkətlərin həm protokolla rəsmiləşdirilməsini, həm də foto, video çəkilişdən istifadənin vergi orqanı üçün vəzifə olduğunu təsbit etmişdir. İndiki halda isə vergi orqanı tərəfindən vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilməmiş, bu səbəbdən də baxış protokolu tərtib olunmamış və foto və (və ya) video çəkilişdən istifadə olunmamışdır.

73. Cavabdeh, həmçinin haqlı olaraq qeyd edir ki, işin yuxarıda bəhs olunan halları ilə bağlı dəlillərini apellyasiya şikayətində göstərməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri nəzərə almamışdır.

74. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 58.7, 82ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməlidir.

75. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayə t iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.

76. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-1221/2024 saylı qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin edilmir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar