Məhkəmə qərarları › İş №2-1(102)-2404/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2404/2021

21.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2404/2021 21.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (üçüncü şəxslər Maliyyə Nazirliyi və Bakı şəhəri 14 saylı Notariat ofisinin iştirakı ilə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: (vergi ödənişinin geri qaytarılması) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (üçüncü şəxslər Maliyyə Nazirliyi və Bakı şəhəri 14 saylı Notariat ofisinin iştirakı ilə) q arşı vergi ödənişinin geri qaytarılması tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-948/2021 nömrəli iş üzrə 17.08.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 22 dekabr 2021-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 19 noyabr 2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 05.06.2017-ci il tarixdə Bakı şəhəri 14 saylı Notariat Kontorunda onunla X4 arasında ünvan 1 ünvanında yerləşən 23 nömrəli mənzilə dair 4Ə372 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsinin ləğv edilməsi səbəbindən həmin əmlak üçün onun dövlət büdcəsinə ödədiyi 3311. 55 manat vergi ödənişinin geri qaytarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 05.06.2017-ci il tarixdə Bakı şəhəri 14 saylı Notariat Kontorunda iddiaçı ilə X4 arasında ünvan 2 ünvanında yerləşən 23 nömrəli mənzilə dair 4Ə/372 reyestr nömrəsi ilə alqı-satqı müqaviləsi bağlanılmışdır. Sözügedən alqı-satqı müqaviləsi üzrə satıcı olaraq iddiaçı tərəfindən mənzilin dəyərindən dövlətin müəyyən etdiyi vergi məbləği olaraq 3311.55 (üç min üç yüz on bir) manat ödənilmişdir. 05.01.2018-ci il tarixdə mənzilin alıcısı X4 və iddiaçının arasında bağlanılmış alqı-satqı müqaviləsi ərizələri əsasında Bakı şəhəri 14 saylı Notariat Kontoru tərəfindən ləğv edilmişdir. Müqavilə ləğv edildikdən sonra Notariat kontoru tərəfindən Vergilər Nazirliyinə ödənilmiş verginin qaytarılması barədə müxtəlif tarixlərdə elektron bildiriş göndərilsə də, Vergilər Nazirliyi tərəfindən Notariat orqanı tərəfindən müqavilənin ləğv edilməsinin qanunvericiliyə uyğun aparılmadığı və bu düzəlişin icrasından sonra yenidən müraciət edilməsi bildirilmişdir. Qeyd edir ki, onun tərəfindən 02.08.2019-cu il tarixdə Bakı şəhəri 14 saylı notariat kontoruna müraciət edərək Vergilər Nazirliyinin tələblərinə riayət edilməsi xahiş edilsə də, notariusun 29.08.2019-cu il tarixli cavab məktubunda bildirilmişdir ki, sözügedən alqı - satqı müqaviləsinin 05.01.2018-ci il tarixə onların tələb etdiyi formada ləğv edilməsi mümkünsüz idi. Belə ki, müqavilənin ləğv edilməsi həmin zaman qüvvədə olan Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 42-ci bəndinə uyğun həya ta keçirilmişdir. Notariusun cavab məktubunda göstərdiyi xüsusatdan belə anlaşılmışdır ki, həm Vergilər Nazirliyinin, həm də onun tələb etdiyi alqı-satqı müqaviləsinin ləğv edilməsinin həmin forması Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydalarına Nazirlər Kabineti tərəfindən 11.06.2018-ci il tarixli qərarı ilə dəyişiklik edilməsi səbəbindən sözügedən alqı satqı müqaviləsinin ləğvinin 05.01.2018-ci il tarixdə icra edilməsi səbəbindən mümkünsüz olmuşdur. Belə olan təqdirdə iddiaçı tərəfindən 13.09.2019-cu il tarixdə Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinə ödədiyi 3311.55 (üç min üç yüz on bir) manat pulun qaytarılması barədə müraciət edilmişdir. Cavabdehin tabeliyində olan idarə onlara olan müraciətindən 45 gündən artıq vaxt keçməsinə baxmayar aq heç bir cavab verməmişdir. 3. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4967/2019 saylı, 10.12.2019 saylı qərardadı ilə (hakim E.Əliyev) İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı 05.06.2017-ci il tarixdə Bakı şəhəri 14 saylı Notariat Kontorunda iddiaçı ilə X4 arasında ünvan 3 ünvanında yerləşən 23 nömrəli mənzilə dair 4Ə-372 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsinin ləğv edilməsi səbəbindən həmin əmlak üçün iddiaçının dövlət büdcəsinə ödədiyi 3311.55 manat vergi ödənişinin geri qaytarılması tələbi barədə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olan 2-1(81)-4967/2019 saylı iş aidiyyəti üzrə baxılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alın mışdır.

4. Həmin qərardaddan iş üzrə iddiaçının nümayəndəsi və vəkili İddiaçı 07.01.2020-ci il tarixli apellyasiya şikayət verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək, işin baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(103)-550/2020 saylı, 06.02.2020-ci il tarixli qərardadı ilə (hakimlər Ü.Mayılov, M.Tağızadə, K.Abiyeva) İddiaçı nümayəndəsi və vəkili İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)4967/2019 saylı, 10 dekabr 2019-cu il tarixli qərardadı ləğv edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İda rəsinə qarşı «ödənilmiş dövlət rüsumunun qaytarılması tələbinə dair» iddiası ilə bağlı iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

6. Bakı İnzibati Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli, 2-1(112)3757/2020 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)3757/2020 saylı iş üzrə Azərbaycan Respublikası Maliyyə Nazirliyi və 14 saylı notariat ofisi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat

7. Bakı İnzibati Məhkəməsinin 25.11.2020-ci il tarixli, 2-1(112)-3757/2020 nömrəli (sədrlik edən hakim Elvin Əliyev) qərarı ilə iddianın təmin edilməsi, 05.06.2017-ci il tarixdə İddiaçı ilə X4 arasında ünvan 4 ünvanında yerləşən 23 nömrəli mənzilə dair 4Ə3 72 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsinin ləğv edilməsi səbəbindən həmin əmlak üçün iddiaçının dövlət büdcəsinə ödədiyi 3311.55 manat vergi ödənişinin İddiaçı geri qaytarılması barədə rəyin verilməsi öhdəliyinin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması qərara almışdır.

8. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən qeyd etmişdir ki, 05.06.2017-ci il tarixdə İddiaçı ilə X4 arasında ünvan 4 ünvanında yerləşən 23 nömrəli mənzilə dair 4Ə-372 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsinin bağlanılması, müqaviləyə əsasən iddiaçı tərəfindən dövlət büdcəsinə 3311.55 manat verginin ödənilməsi, həmçinin İddiaçı ilə X2 ərizələri əsasında 14 saylı Notariat Ofisi tərəfindən 05.01. 2018-ci il tarixdə qüvvədə olmuş qanunvericiliyin tələblərinə uyğun olaraq alqı-satqı müqaviləsinin ləğv edilməsi iş materialları ilə öz təsdiqini tapdığından, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 3311.55 manat vergi ona geri qaytarılmalıdır.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 25.11.2020-ci il tarixli, 2-1(112)-3757/2020 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17.08.2021-ci il tarixli, 2-1(103)-948/2021 nömrəli (hakimlər Elmira Nağıyeva - sədrlik edən və məruzəçi, Vüsalə Baxışova və Həmid Həmidov) qərardadı ilə cavabdehin apellyasiya şikayətinin qismən təmin edilməsi, hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli, 2-1(112)- 3757/2020 nömrəli qərarının ləğv edilməsi, iddianın mümkün sayılmaması qərara alınmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia ərizəsindən və iddiaçı tərəfindən cavabdehə ünvanlanmış müraciətdən müəyyən olunur ki, iddiaçı dövlət büdcəsinə ödədiyi 3311,55 manat vergi ödənişinin geri qaytarılmasını xahiş etsə də, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək, iddiaçının dövlət büdcəsinə ödədiyi 3311,55 manat vergi ödənişinin İddiaçı geri qaytarılması barədə rəy verilməsi öhdəliyini cavabdehin üzərinə qoymuşdur. Göründüyü kimi iddiaçının vergi ödənişinin geri qaytarılması barədə rəy verilməsi tələbi mövcud olmamışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİ RAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

12. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qaldırılmış iddia tələbi tam əsaslı və qanunidir. Belə ki, Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 15.1.4-cü maddəsinə əsasən, vergi ödəyicisi artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək hüququ vardır. Eyni zamanda həmin Məcəllənin 24.0.10-cu maddəsinə əsasən, vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görmək vergi orqanlarının vəzifəsdir. Nəzərinizə ç atdırmaq istəyir ki, İXM-nin işlərə məhkəmə tərəfindən baxılma mərhələsi üzrə mahiyyətindən görünür ki, inzibati mübahisələrə baxılmasının digər yəni mülki, kommersiya və cinayət işlərinə baxılmasından fərqləndirən cəhəti sübutların toplanmasında və digər məsələlərdə məhkəmənin yardım etməsində borclu olmasıdır. Bu borcluluq apellyasiya instansiyası mərhələsində də həyata keçirilməlidir çünki, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxan instansiyadır. Hesab edir ki, apellyasiya instansiyasında birinci instansiyanın üzərinə düşən vəzifəsi olaraq iddiaçıdan ərizənin dəqiləşdirilməsi barədə ərizənin alınmasına istinad edilərək qərarın ləğv edilməsi əsassız o lmuş əksinə bu instaniyada da iddiaçıdan ərizənin dəqiqləşdirilməsi üzrə yeni ərizə alınmaqla tələbin təmin edilməsi mümkün olardı.

13. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində, apellyasiya instansiyası məhkəməsinin 17.08.2021-ci il tarixli, 2-1(103)-948/2021 nömrəli qərardadın ləğv edilməsini, işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

14. Cavabdeh kassasiya şikayətinə qarşı etirazda qeyd etmişdir ki, yaşayış sahəsinin təqdim edilməsi üzrə ödəmə mənbəyində verginin tutulmasına və dövlət büdcəsinə ödənilərək, bəyan edilməsinə məsul olan şəxs notarius müəyyən olduğundan artıq ödənilmiş vəsaitin qaytarılmasına dair rəy verilməsi tələbi üzrə iddiaçı qismində çıxış etmək hüququ da notariusa məxsusdur. Belə ki, vergi q anunverciliyi ödəmə mənbəyində tutulan sözügedən verginin hesablanması və tutulması öhdəliyini vergi agentinin, yəni notariusun üzərinə qoymaqla, qeyd edilən vergi hüquq münasibətlərinin tərəflərinin notarius və vergi orqanı olmasını aydın şəkildə müəyyən etmişdir. Odur ki, hal-hazırki iş üzrə məhz notarius artıq ödənilmiş vəsaitin qaytarılması tələbini irəli sürmək hüququna malikdir.

15. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin 17.08.2021-ci il tarixli, 2-1(103)-948/2021 nömrəli qərardadın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli qərarı: 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlan ılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2-ci bəndinə əsasən, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3-cü bəndinə əsasən, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4-cü bəndinə əsasən, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1-ci bəndinə əsasən, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmama sını, cavabdehin həmin iddiaya cavab verməli olub olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.5-ci bəndinə əsasən, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6-cı bəndinə əsasən, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

17. Vergi Məcəlləsi Maddə 150.3-1. Notarius və ixtisaslaşdırılmış hərrac təşkilatları bu Məcəllənin 220.8-ci və 220.8-1-ci maddələrinə uyğun olaraq sadələşdirilmiş vergini hesablayaraq 1 (bir) bank günü ərzində dövlət büdcəsinə ödəyir və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə bəyannaməni vergi orqanına verməyə borcludur. Maddə 150.1.9. Fiziki şəxslər tərəfindən torpaq, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi (fiziki şəxsin azı 3 (üç) təqvim ili ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi, bu Məcəllənin 102.1.3.2-ci, 102.1.18-ci, 144.1.2-ci və 144.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda təqdim edilməsi, həmçinin bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən təqdim edilməsi halları istisna olmaqla) üzrə müqavilələri təsdiq edən notarius ödəmə mənbəyində vergini tutmağa borcludurlar.

18. İnzibati Prosessual Məcəllə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 96.4 Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya m əhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

19. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya i nstansiyası məhkəməsinin 17.08.2021-ci il tarixli qərardadının nəticəsi düzgün olsa belə, lakin apellyasiya məhkəməsi həmin qərardadı düzgün əsaslandırmamışdır.

22. Belə ki, iş materiallarından görünür ki, AN-İ ******* nömrəli 05.06.2017ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı ünvan 5 ünvanında yerləşən 23 nömrəli mənzili X1.

23. İş materiallarından görünür ki, qeyd edilən alqı-satqı müqaviləsi üzrə satıcı olaraq İddiaçı tərəfindən mənzilin dəyərindən dövlətin müəyyən etdiyi vergi məbləği olaraq 3311.55 (üç min üç yüz on bir) manat ödənilmişdir.

24. İş materiallarından görünür ki, 05.01.2018-ci il tarixdə X4 və İddiaçı aralarında bağlanılmış alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair ərizələrlə Bakı şəhəri 14 saylı Notariat Ofisinə müraciət etmişdirlər.

25. İş materiallarından görünür ki, Bakı şəhəri 14 saylı Notariat Ofisinin 29.08.2019-cu il tarixli 1424 nömrəli məktubuna əsasən alqı-satqı müqaviləsinin ləğv edilməsi, qeyd olunan təlimatın 42-ci bəndinin ikinci abzasının qüvvədə olduğu vaxt, yəni 05 yanvar 2018-ci il tarixə təsadüf etdiyindən, tərəflərin yazılı ərizəsinə əsasən, qüvvədə olmuş təlimatın tələblərinə uyğun olaraq ləğv edilmiş, reyestr kitabında və elektron notariat informasiya sistemində müvafiq qeydiyyat aparılmışdır.

26. Həmçinin, iddiaçı ilə X4 arasında bağlanılmış alqı-satqı müqaviləsi ləğv edildikdən sonra iddiaçı ona məxsus daşınmaz əmlakı başqa şəxsə alqı-satqı müqaviləsi əsasında satmış və satıcı olaraq İddiaçı tərəfindən mənzilin dəyərindən dövlətin müəyyən etdiyi müvafiq vergi məbləği ödənilmişdir.

27. X4 və İddiaçı aralarında bağlanılmış alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair ərizələrlə 05.01.2018-ci il tarixdə Bakı şəhəri 14 saylı Notariat Ofisinə müraciət etdiklərindən, Bakı şəhəri 14 saylı Notariat Ofisi tərəfindən həmin vaxt qüvvədə olmuş qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq alqı-satqı müqaviləsi ləğv edilmişdir.

28. Göründüyü kimi iddiaçının cavabdeh qismində göstərdiyi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddiaya cavab verən orqan deyil. İddia tələbi Bakı şəhəri 14 saylı Notariat ofisinə qarşı qaldırılmalı idi.

29. Belə ki, Vergi Məcəlləsinin 150.3-1-ci maddəsinə əsasən notarius və ixtisaslaşdırılmış hərrac təşkilatları bu Məcəllənin 220.8 və 220.8-1-ci maddələrinə uyğun olaraq sadələşdirilmiş vergini hesablayaraq 1 (b ir) bank günü ərzində dövlət büdcəsinə ödəyir və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə bəyannaməni vergi orqanına verməyə borcludur.

30. Həmin Məcəllənin 150.1.9-cu maddəsinə görə fiziki şəxslər tərəfindən torpaq, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi (fiziki şəxsin azı 3 (üç) təqvim ili ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi, bu Məcəllənin 102.1.3.2, 102.1.18, 144.1.2 və 144.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda təqdim edilməsi, həmçinin bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən təqdim edilməsi halları istisna olmaqla) üzrə müqavilələri təsdiq edən notarius ödəmə mənbəyində vergini tutmağa borcludurlar.

31. Bu səbəbdən də məhkəmə kolle giyası qeyd edir ki, iddiaçıya ilə cavabdeh vergi orqanı arasında hüquq münasibəti olmamışdır. Belə ki, ödəniş edən agent kimi çıxış edən Bakı şəhəri 14 saylı Notariat Ofisi olmuş və buna görə də hüquq münasibəti məhz iddiaçı ilə Bakı şəhəri 14 saylı Notariat Ofisi arasında yaranmışdır. Beləliklə hazırkı halda cavabdeh qismində vergi orqanı deyil, Bakı şəhəri 14 saylı Notariat Ofisi olmalı idi.

32. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin 17.08.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17.08.2021-ci il tarixli, 21(103)-948/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar