Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2405/2023 20.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: dövlət qulluqçusunun ailə üzvünə ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərq məbləğinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdaf iəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusunun ailə üzvünə ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərq məbləğinin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 iyun 2023-cü il tarixli, 2-1(103)-1863/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ. X3 ilə Mirzə-zadə Arzu İdayət qızı arasında xx.xx.1970-ci il tarixdə rəsmi nikah bağlanılmışdır. X3 xx.xx.2000-ci il tarixdə ölmüşdür.
2. İddiaçının mərhum ərinə məxsus 10D388 saylı əmək kitabçasından çıxarış ilə müəyyən olunmuşdur ki, iddiaçının mərhum əri Rüstəm Kəl əntərov 12 iyul 1984-cü il tarixdən xx.xx.1992-ci il tarixədək SSRİ Dövlət Komitəsinin Azərbaycan Respublika İdarəsinə Baş direktorun müavini – Azərbaycan SSR üzrə Standartlara və ölçü vasitələrinə nəzarət üzrə baş dövlət müfəttişinin müavini vəzifəsində işləmişdir.
3. Ləğv prosesində olan Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 7/3- 2021 saylı 08 oktyabr 2021-ci il tarixli arxiv arayış ilə müəyyən olunmuşdur ki, İddiaçı həyat yoldaşı X3, həqiqətən 12 iyul 1984-cü il tarixdə (Əmr № 63-K, xx.xx.1984- cü il) SSRİ Dövlət Komitəsinin Azərbaycan Respublika İdarəsinə Baş direktorunun müavini - Azərbaycan SSR üzrə standartlara və ölçü vasitələrinə nəzarət üzrə baş dövlət müfəttişinin müavini vəzifəsinə təyin edilmişdir. xx.xx.199 2-ci il tarixdə (Əmr № 4-K, xx.xx.1992-ci il) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 36-cı maddəsinin 5-ci bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. “İttifaq tabeli müəssisələrin və təşkilatların Azərbaycan Respublikasının dövlət idarə orqanlarının ixtiyarına verilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 323 nömrəli xx.xx.1991-ci il tarixli Fərmanına müvafiq olaraq, “Azərbaycan Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzi (Azərdövlətstandart) haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 307 nömrəli 02 iyul 1992-ci il tarixli Qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin nəzdində Azərbaycan Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzi (sonradan Azərdövlətstandart adlanacaq) yaradılmışdır. “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2001-ci il tarixli 623 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzi (Azərdövlətstandart) və Azərbaycan Respublikasının Dövlət Elm və Texnika Komitəsi ləğv edilərək Azərbaycan Respublikasının Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzinin və Azərbaycan Respublikasının Dövlət Elm və Texnika Komitəsinin Patent-Lisenziyalaşdırma İdarəsinin bazasında Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi yaradılmışdır. “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 noyabr 2008-ci il tarixli 53 №-li Sə rəncamı ilə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin əsasında Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yaradılmışdır. “İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikasi Prezidentinin 2018-ci il 20 aprel tarixli 5 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 may 2018-ci il tarixli 319 s nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edilməsi ilə əlaqəd ar ləğvetmə komissiyası yaradılmışdır. Yuxarıda göstərilən dövrlər üzrə ümumi əmək stajı – 07 (yeddi) il 06 (altı) ay 05 (beş) gündür
4. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Nərimanov rayon Şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış 13/3-1064 saylı 19 dekabr 2011-ci il tarixli məktub ilə müəyyən olunmuşdur ki, iddiaçıya müraciəti ilə əlaqədar bildirilmişdir ki, onun həyat yoldaşı rəhmətə gedən zaman o dövrdə, yəni xx.xx.2000-ci il tarixdə «Dövlət qulluqçularının pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minməmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 04 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu və Fərmanda nəzərdə tutulan qaydalar 2005-ci ilin yanvarın 1-dən tətbiq ed ilir. Bir daha nəzərinə çatdırılır ki, mərhum həyat yoldaşına görə onun dövlət qulluqçusu pensiyası almaq hüququ yoxdur.
5. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin PHŞ/3-2-2022-2754 saylı xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdi ki, Azərbaycan SSR Nazirlər Sovetinin 5 oktyabr 1973-cü il tarixli 337 nömrəli Qərarı ilə təsdiq edilmiş “SSSR Nazirlər Sovetinin Dövlət Standartları Komitəsi haqqında Əsasnamənin 1-ci hissəsinə əsasən, Komitə standartlaşdırma və metrologiyaya rəhbərliyi həyata keçirən ümumittifaq dövlət idarəetmə orqanıdır. Həmin Əsasnamənin 14-cu hissəsinə əsasən, ittifaq respublikalarında dövlət standartının respublika idarələri bilavasitə sözügedən Komitənin tabeliyindədir. Respublika idarələrinin bilavasitə tabeliyində isə respublika metrologiya və standartl aşdırma mərkəzləri, standartlar və ölçmə texnikası üzərində respublika, bölgələrarası və bölgə (vilayət) dövlət nəzarət laboratoriyaları mövcuddur. Əsasnamənin 15-ci hissəsinə əsasən, həmin idarələr SSRİ Dövlət Standartları Komitəsinin vahid sistemini təşkil edir. SSSR Dövlət Standartlaşdırma Komitəsinin Azərbaycan Respublikası Dövlət Standartlaşdırma idarəsinin 15 avqust 1991-ci il tarixli 54 nömrəli əmrinə əsasən, SSSR Dövlət Standartlaşdırma Komitəsinin Azərbaycan Respublikası İdarəsi və Azərbaycan Standartlaşdırma və Metrologiya Mərkəzi SSSR Dövlət Standartlaşdırma Komitəsinin 05 avqust 1991-ci il tarixli 238 nömrəli əmri ilə ləğv edilmiş və həmin təşkilatların bazasında hüquqi şəxs statuslu Azərbaycan Dövlət Standartlaşdırma Mərkəzi (Azərdövlətstandart) yaradılmışdır. "Azərbaycan Dövl ət Standartlaşdırma və Metrologiya Mərkəzi (Azərdövlətstandart) haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 iyun 1992ci il tarixli 307 nömrəli Qərarına əsasən, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Azərbaycan Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzi yaradılmış, həmin Mərkəzin tərkibində Naxçıvan, Sumqayıt, Xankəndi, Gəncə standartlaşdırma və metrologiya mərkəzləri, habelə Şəki, Lənkəran, Salyan şəhər ərazi şöbələri mövcud olmuşdur. Yuxarıda adıçəkilən Siyahının 1.16-ci bəndində Azərbaycan SSR Nazirlər Soveti yanında baş idarənin, idarənin və digər idarəetmə orqanlarının aparatında, ittifaqrespublika tabeliyində olan büdcədən maliyyələşdirilən dövlət idarəetmə orqanlarının (baş idarələrin, idarələrin) rəhbərinin birinci müavini, müavini vəzifəsi “İnzibati və ya rdımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında yaradılan orqanların aparat rəhbərinin müavini vəzifəsinə uyğunlaşdırılmışdır.
6. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
7. Cavabdeh xx.xx.2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, onun mərhum həyat yoldaşı X2 vaxtilə işlədiyi vəzifələr onun vəfat etdiyi 26 fevral 2000-ci il tarixində qüvvədə olmuş qanunvericiliyə əsasən dövlət qulluğu vəzifələri hesab edilmirdi. Bu səbəbdən də, ona dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. Əlavə olaraq bildirilmişdir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu 1 sentyabr 2001-ci il tarixindən qüvvəyə minmişdir İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək dövlət qulluqçusunun ailə üzvünə ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1948-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Mərhum həyat yoldaşı X3 ilə 03 mart 1970-ci ildə nikaha girərək ailə qurmuşdur. O. xx.xx.1984-cü il tarixindən xx.xx.1992-ci il tarixinə kimi SSRİ Standartlar Komitəsinin Azərbaycan Respublik a İdarəsinin rəisinin müavini, Azərbaycan Respublikası Standartlaşdırma və Metrologiya Mərkəzinin direktor müavini və həmin Mərkəzin Baş direktorunun müavini vəzifələrində işləmişdir. Həmin vəzifələrdə dövlət qulluqçusu kimi iş stajı 07 il 06 ay 05 gün təşkil edir. Həyat yoldaşı xx.xx.2000-ci il tarixində vəfat etmişdir. Ona müraciəti əsasında DSMF-nun Nərimanov rayon şöbəsi tərəfindən mərhum həyat yoldaşına görə 2010-cu ilin noyabr ayında ailə başçısını itirdiyi üçün ailə başçısını itirən kimi adi pensiya təyin edilmişdir. O, dövlət qulluqçusunun həyat yoldaşı kimi ailə başçısını itirdiyinə görə əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2011-ci il tarixində DSMF-nun Nərimanov rayon Şöbəsinə rəsmi qaydada ərizə ilə müraciət etmiş və tələb olunan bütün sənədləri təqdim etmişdir. DSMFnun Nərimanov rayon Şöbəsi xx.xx.2011-ci il tarixli xx/xx-1064 saylı cavab məktubu ilə ona dövlət qulluqçusunun ailəsi kimi pensiya təyin etməkdən həyat yoldaşı rəhmətə gedən zaman, yəni xx.xx.2000-ci il tarixində “Dövlət qulluqçularının pensiya təminatı haqqında” qanunun qüvvəyə minməməsini əsas gətirərək qanunsuz olaraq imtina etmişlər. O, xx.xx.2021-ci il tarixində təkrar olaraq dövlət qulluqçusunun həyat yoldaşı kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına tələb olunan bütün sənədləri ərizəsinə əlavə etməklə müraciət etmişdir. Mərkəzi Filial xx.xx.2021-ci il tarixli **********1 saylı cavab məktubu ilə ona dövlət qulluqçusunun ailə üzvü kimi əmək pensiyası təyin etməkdən imtina edərək bildirmişlər ki, mərhum həyat yoldaşının vaxtilə işlədiyi vəzifələr onun vəfat etdiyi xx.xx.2000-ci il tarixdə qüvvədə olmuş qanunvericiliyə əsasən dövlət qulluğu vəzifələri hesab edilmirdi. Hesab edir ki, inzibati orqan bu dəfə də, ona qanunsuz və əsassız olaraq dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası təyin etməkdən imtina edir. Ona görə də, inzibati orqanların cavab məktublarının əsassız hesab edilməsi və o dövrdə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 32.3-cü maddəsinin tələbinə əsasən bu qanun qüvvəyə minən gündən yəni xx.xx.2006-cı il tarixindən ona dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsinin cavabdeh DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməlidir. Onun mərhum həyat yoldaşı vaxtı ilə işləmiş olduğu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 aprel tarixli, 5 nömrəli sərəncamı ilə ləğv edilmişdir
10. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, vətəndaşın mərhum həyat yoldaşı X1 vaxtilə işlədiyi vəzifələr onun vəfat etdiyi 26 fevral 2000-ci il tarixdə qüvvədə olmuş qanunvericiliyə əsasən dövlət qulluğu vəzifələri hesab edilmirdi. Bu səbəbdən də vətəndaşa dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. Əlavə olaraq bildirilmişdir ki, "Dövlət qulluğu haqqında" Qanunu 1 sentyabr 2001-ci il tarixindən qüvvəyə minmişdir. Azərbaycan Respublikası ƏƏSMN-nin Kollegiyasının xx.xx.2017ci il tarixli, 17 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarını 3.1ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olm ayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ vardır. "Əmək pensiyaları haqqında" Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövl ət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır.
11. Bakı İnzibati Məhkəməsinin 15 noyabr 2022 -ci il tarixli, 2-1(112)-5475/2022 nömrəli qərarı ilə (hakim: X4) iddia təmin edilmiş, iddiaçıya xx.xx.2006-cı il tarixdən dövlət qulluqçusunun ailə üzvünə ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və ötən dövr üzrə yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydalarının 9-cu bəndində müəyyən edilmişdir ki, dövlət qullu qçusunun qulluq stajı müəyyənləşdirilərkən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, habelə 1991 -ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. Məhkəmə araşdırması zamanı iddiaçının mərhum ərinin qanunvericiliyin tələblərinə əsas dövlət qulluqçusu stajına malik olması öz təsdiqini tapmışdır. xx.xx.2017-ci il tarixinə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.3-cü maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun yarandığı gündən bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Həmin Qanunun 7-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixinə qadınlar üçün yaş həddi 57 yaş olmuş, iddiaçının sözügedən dövrdə 57 yaşı tamamlanmışdır. İddiaçı ona dövlət qulluqçusunun arvadı kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi barədə 2011-ci ildən etibarən cavabdehə müraciət etməsinə baxmayaraq, cavabdeh tərəfindən onun müraciətindən imtina edilmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçıya keçmiş dövr üçün ödənilməli olan məbləğ, xx.xx.2006-cı il tarixdən etibarən ötən bütün müddət üçün ödənilməlidir.
13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 iyun 2023-cü il tarixli, 2-1(103)-1863/2023 nömrəli qərarı ilə (hakimlər: X8 (sədrlik edən və məruzəçi), X9 və X5) Bakı İnzibati Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Əlavə olaraq qeyd etmişdir ki, iddiaçının mərhum ərinin vəfat etdiyi xx.xx.2000-ci il tarixədək dövlət orqanlarında qulluq stajı qanunla tələb olunan müddətdən artıq olmuşdur. Belə olan halda müəyyən olunur ki, həm iddiaçının yaşı, həm də onun vəfat etmiş ərinin malik olduğu sığorta stajı qanunvericiliklə tələb olunan şərtlərə uyğun olaraq iddiaçıya dövlət qulluqçusu olan ai lə başçısını itirməyə görə pensiya almaq hüququnu verir. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə qadınlar üçün yaş həddi 57 yaş olduğundan, iddiaçının isə 57 yaşının tamam olduğu xx.xx.2005-ci il tarixdən dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə pensiyaya çıxmaq hüququ olsa da, lakin adı çəkilən Qanunun müddəasına görə ona ən tez həmin Qanunun qüvvəyə mindiyi tarixdən bu növdə pensiya təyin edilməsinin mümkünlüyünü nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya məhz xx.xx.2006-cı il tarixdən dövlət qulluqçusu olan ailə başçısını itirməyə görə pensiya təyin olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.
16. Cavabdeh həmin qərardan kassasiya şikayət i verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
17. Kassasiya şikayətində işin halları, imtina məktubunun və iddia tələbinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçıya xx.xx.2010-ci il tarixdən ümumi əsaslarla ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir və hal-hazıradək ödənilməkdədir. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixdən qüvvədə olan tələblərinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edili r. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan müddəalarının təhlilindən aydın olur ki, keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda (bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla), xx.xx.2017-ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) ilə məhdudlaşdırılmışdır. Lakin birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Belə ki, iddiaçı İ.İddiaçı 06 dekabr 2021-ci il tarixdə inzibati orqana müraciət edərək dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyanın təyin edilməsini xahiş etmişdir. Buna baxmayaraq məhkəmə tərəfindən pensiya məbləğinin ödənilməsi öhdəliyinin müraciət edilən tarixdən əvvəlki (06 dekabr 2018-ci il) ən çoxu 3 (üç) illə məhdudlaşdırılmalı olduğu halda həmin müddətlə bağlı məsələyə ümumiyyətlə münasibət bildirilməmiş, pensiya hüququnun yarandığı 01 yanvar 2006-ci il tarixdən təyin edilməsi və ötən dövr üzrə yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyi qoyulmuşdur. b. kassasiya şikayətinə etirazın dəlilləri
18. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
19. Əmək pensiyaları haqqında” Qanun Maddə 7. 63yaşına çatmış kişilərin və60y aşına çatmış qadınlarınfərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25ilsığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyasıtəyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd.Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısınınaşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfa t etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1.18 yaşına çatmamış; 14.1.1.2.18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarıəlilliyi olan şəxs; 14.1.1.3.təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ənçoxu 23 yaşına çatanadək; 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və yaİİ dərəcə əlilliyi olan şəxsdirsə; 14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdənbiri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. Maddə 12.1. əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud s ığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir Maddə 17.1. ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Maddə 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakıəmək pensiyaçılarınatəyin edilir: 20.1.7-ci maddəsinə əsasənəmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş«Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991- ci il oktyabrın 18 -dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18- dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasınınvətəndaşlığına xitam verilməsiilə bağlıdövlət qulluğuna xitam verilmişdövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla); 20.1.8-ci maddəsinə əsasən dövlət qulluqçusu və ya dövlət qulluqçusu kimi bu qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri (Azərbaycan Respublikasınınvətənd aşlığına xitam verilməsiilə bağlıdövlət qulluğuna xitam verilmişdövlət qulluqçularının ailə üzvləri istisna olmaqla); Maddə 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1-ci maddəsinə əsasən dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11- 1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında. Maddə 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmışəmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümum i qaydada sığorta stajına daxil edilir. 20. “Dövlət qulluğu haqqında” Qanun: Maddə 17.İxtisas dərəcələrinin verilməsi və onlardan məhrum edilməsi 17.1. İxtisas dərəcələri bu Qanunun 16-cı maddəsinə müvafiq olaraq dövlət qulluqçusunun tutduğu vəzifəyə, qulluq stajına və ixtisas dərəcəsində qulluq müddətinə uyğun olaraq, habelə əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ardıcıl verilir. Dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. İlk dəfə daimi dövlət qulluğuna qəbul olunmuş şəxsə tutduğu vəzifənin inzibati təsnifatı üçün müəyyən edilmiş ən kiçik ixtisas dərəcəsi verilir Maddə 22.7-1. Dövlət qulluqçusunun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidm ət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir.
21. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya ins tansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibat i mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qər arının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri ol an həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
27. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi dövlət qulluqçusunun ailə üzvünə ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərq məbləğinin ödənilməsi tələblərinin əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
28. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mərhum ərinin vəfat etdiyi xx.xx.2000-ci il tarixədək dövlət orqanlarında qulluq stajı qanunla tələb olunan müddətdən artıq olmuşdur. Həm iddiaçının yaşı, həm də onun vəfat etmiş ərinin malik olduğu sığorta stajı qanunvericiliklə tələb olunan şərtlərə uyğun olaraq iddiaçıya dövlət qulluqçusu olan ailə başçısını itirməyə görə pensiya almaq hüququnu verir.
29. Cavabdehin kassasiya şikayətinin tək dəlili olan pensiya məbləğinin ödənilməsi öhdəliyinin müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 illə m əhdudlaşdırılması dəlilinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əmək pensiyası hüququ 1 iyul 2017-ci il tarixindən əvvəl yaranmaqla yanaşı, o, bu hüququn reallaşdırılması üçün həmin tarixdən əvvəl (2011-ci ildə) inzibati orqana müraciət etmişdir. İşin bu halı mübahisəsizdir. İddiaçının 2011-ci ildə etdiyi müraciətə münasibətdə də cavabdeh orqan eyni əsaslarla imtina etmişdi.
30. İddiaçının həmin müraciəti öz mahiyyətinə görə bilavasitə onun dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun reallaşdırılmasının tərkib hissəsi olduğundan və iddiaçının sosial təminat hüququna təminat verən dövlətin səlahiyyətli orqanına edildiyindən iddiaçıya münasibətdə “Əmək pensiyaları haqqında” Qanununun əmək pensiyasının ödənilməsi şərtlərini müəyyən edən müddəaları 2017-ci il 01 iyul tarixinədək qüvvədə olmuş redaksiyada tətbiq olunmalıdır.
31. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iddiaçıya keçmiş dövr üzrə ödənilməli olan məbləğ xx.xx.2006-cı il (“Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi) tarixdən etibarən ötən bütün müddət üçün ödənilməli olması barədə gəldiyi nəticə əsaslıdır.
32. Odur ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 iyun 2023-cü il tarixli, 21(103)-1863/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.