Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2405/2024 30.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-2405/2024) Açar sözlər: məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi, valideynlərin məcburi köçkün statusunun ləğv olunması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə qarşı “məcbu ri köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 may 2024-cü il tarixli, 2-1(103)-1843/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.2006-cı il tarixdə doğulmuşdur, atası Qanuni nümayəndə, anası X2r.
2. Cavabdeh tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, AA 406495 və AA406497 nömrəli “Məcburi köçkün” vəsiqələrinə əsasən, iddiaçının atası və anası 1993-cü ildə Füzuli rayonundan daimi yaşayış yerini tərk etmişdir, “Məcburi köçkün” statusuna malikdir.
3. Füzuli rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən, iddiaçının ailəsi m əcburi köçkün kimi hər ay 33.00 manat vahid aylıq müavinət alır.
4. İddiaçı “Məcburi köçkün” statusunu təsdiq edən vəsiqənin verilməsi barədə cavabdehə müraciət etmişdir.
5. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubunda iddiaçının müraciətinin təmin olunmasından imtina edərək bildirmişdir ki, ünvan 6i işğaldan azad kənd olduğundan, eləcə də xx.xx.2020-ci il tarixdən işğalda olan ərazilər azad edildikdən sonra təmas xətti ləğv olunduğundan müraciətin müsbət həlli imkan xaricindədir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Azərbaycan Respublikası Füzuli rayonundan “məcburi köçkün” statusunun verilməsi və onu t əsdiq edən vəsiqəni təqdim etmə öhdəliyinin Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia ərizəsində qeyd edilmişdir ki, İddiaçı xx xxxxxxx 2006-cı il tarixində Azərbaycan Respublikası ünvan 1ində anadan olmuşdur. Eyni zamanda valideynləri Qanuni nümayəndə və X3 “məcburi köçkün” statusuna malik olmaqla bərabər ünvan 1i ünvanında qeydiyyatdadırlar. Hal-hazırda ailə üzvləri ilə Füzuli rayonundan məcburi köçkün olduqlarından Bakı şəhəri, Nərimanov rayonu, X15 küçəsi 82 ünvanında yerləşən parkın həyətində müvəqqəti məskunlaşmışlar. Həmçinin Füzuli Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 08 dekabr 2022-ci il tarixli, № 01/1474 saylı ərizədə babası X4 23 avqust 1993-cü il tarixədək ünvan 6ində yaşadığ ı, məcburi köçkün olduğu, hazırda da məcburi köçkün kimi ünvan 6ində məskunlaşdığı və vahid aylıq müavinət aldığı qeyd olunmuşdur. İddiaçı ona Füzuli rayonundan “məcburi köçkün” statusunun verilməsi və onu təsdiq edən vəsiqəni təqdim edilməsi məqsədi ilə Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə dəfələrlə ərizə ilə müraciət etmişdir. Lakin bu günə qədər cavabdeh tərəfindən heç bir hüquqi hərəkətlər həyata keçirilməmiş və 22 dekabr 2022-ci il tarixli, 01/6955 saylı məktubla imtina edilmişdir.
8. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etmişdir ki, etirazın əsası imtina məktubu ilə eyniyyət təşkil edir.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10025/2023 saylı, 15 dekabr 2023-cü il qərarı ilə (hakim X11) iddia təmin edilmiş, xx.xx.2006-cı il təvəllüdlü İddiaçı məcburi köç kün statusu və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə həvalə edilmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, iddiaçının hər iki valideyni 1993-cü ildən Füzuli rayonun Mahmudlu-2 kəndindən məcburi köçkün düşmüşlər. Cavabdeh Füzuli rayonun Mahmudlu-2 kəndinin 1994-cü il tarixdə işğaldan azad olunduğuna istinad etsə də, həmin yerdən məcburi köçkün düşmüş, həmin ünvanda qeydiyyatda olan iddiaçının hər iki valideyninə sonuncu dəfə xx.xx.2018-ci il tarixdə məcburi köçkün vəsiqəsi vermişdir. Bununla yanaşı, məhkəmə sorğularına cavablardan da görünür ki, cavabdeh hər iki valideyni və onların himayəsində olan hazırkı iddiaçını məcburi köçkün kimi 2013-cü il 18 yanvar tarixindən müvəqqəti qeydiyyat ünvanı olan Bakı şəhəri, Nərimanov rayonu, Ak.H.Əliyev 82 ünvanında qeydiyyata alaraq faktiki (kommunal) siyahıya almışdır. Eyni zamanda iddiaçının valideynləri, eləcə də iddiaçının özü İkinci Mahmudlu kəndindən məcburi köçkün kimi hər ay məcburi köçkünlər üçün nəzərdə tutulmuş vahid aylıq müavinət alırlar. İddiaçının valideynlərinin isə hüquqi vəziyyətində Qanunla yuxarıda sadalanan məcburi köçkün statusunun itirilməsi halları – məcburi köçkün düşdüyü əvvəlki yerə qayıtma və ya yaşayış yeri ilə təmin edilmə-baş verməmişdir
11. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1843/2024 nömrəli, 16 may 2024-cü il tarixli qərarı ilə (hak imlər X9 /məruzəçi/, X12 və X10) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10025/2023 saylı, 15 dekabr 2023-cü il qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətində “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanununa, eləcə də “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsi qənin verilməsinə dair Qaydalara istinad edilərək qeyd edilir ki, apellyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır.
16. Belə ki, ünvan 1i 1994-cü il tarixdə işğaldan azad olunmağına baxmayaraq, həmin ərazi Ermənistan Silahlı Qüvvələrinin yerləşdikləri mövqelərə, yəni “təmas xətti”nə yaxın ərazidə yerləşdiyindən burada yaşayan insanların çətin və təhlükəli şəraitdə yaşamaları nəzərə alınaraq onların məcburi köçkünlər üçün nəzərdə tutulmuş imtiyaz və güzəştlərdən istifadə etmələrinə şərait yaradılmışdır. Lakin 2020-ci il tarixdə X1mış Zəfər nəticəsində ərazilərimizin işğaldan azad olunması nəticəsində təmas xətti tamamilə ləğv edilmişdir. Beləliklə, iddiaçının valideynləri 1994-cü ildə işğaldan azad olunmuş ünvan 6i ünvanına qayıtmaq imkanına malik olduqlarından Azərbaycan R espublikasının "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanunun tələblərinə uyğun olaraq, məcburi köçkün statusunu itirmişdirlər. Həmin Qanuna əsasən, 1994-cü ildə işğaldan azad olunmuş Mahmudlu-2 kəndində yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə və onların övladlarına məcburi köçkün statusu və onu təsdiq edən sənədin (vəsiqə) verilməsi dayandırılıb. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 18. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
1. Bu Qanunda istifadə edilən əsas anlayışlar Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı məna ları daşıyır:... məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Maddə
9. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələsini həll edən orqanlar Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. 19. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 8 iyul 1999- cu il tarixli, 148 nömrəli Fərmanı
2. Müəyyən edilsin ki:... həmin qanunun 9-cu maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər;
20. Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə
3. Komitənin əsas funksiyaları Komitə bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrə uyğun olaraq aşağıdakı əsas funksiyaları həyata keçirir: 3.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla "qaçqın" və ya "məcburi köçkün" statusu, həmin statusu təsdiq edən sənəd (vəsiqə) verir və bu statusdan məhrum edir;
21. Azərbaycan Respublikasının İnz ibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əs aslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair i ş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Bu səbəbdən apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, kassasiya şikayəti təmin edilməklə iddia rədd edilməlidir.
25. İş materiallarından görünür ki, iddiaçı “məcburi köçkün” statusunu təsdiq edən vəsiqənin verilməsi məqsədi ilə cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan iddiaçının qeydiyyatda olduğu ünvan 6inin işğaldan azad kənd olduğu, eləcə də xx.xx.2020-ci il tarixdən işğalda olan ərazilər azad edildikdən sonra təmas xətti ləğv olunduğu əsas gətirərək müraciətin müsbət həllindən imtina etmişdir.
26. İddiaçı cavabdehin imtinasını məhkəmə qaydasında mübahisələndirmiş, həm birinci instansiya məhkəməsi, həm də işə baxan apellyasiya instansiya məhkəməsi cavabdehin imtinasını əsassız hesab edərək bildirmişdir ki, iddiaçıya münasibətdə köçkün statusunun itirilməsi halları – məcburi köçkün düşdüyü əvvəlki yerə qayıtma və ya yaşayış yeri ilə təmin edilmə-baş vermədiyindən iddia tələbi əsaslıdır.
27. Məhk əmə kollegiyası qeyd edir ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının oxşar işlər üzrə mövqeyi ondan ibarət olmuşdur ki, xx.xx.2020-ci il tarixdən işğalda olan ərazilərin tamamilə azad edilməsindən sonra təmas xəttinin ləğv olunması, həmin ərazilərdən vaxtilə köçkün düşmüş şəxslərin müstəqil şəkildə həmin yaşayış məntəqələrinə qayıtması və məskunlaşması, bunun üzərindən onların məcburi köçkün statusunun ləğv olunması üçün hüquqi əsasın mövcud olması anlamına gəlmir.
28. Kollegiya hesab edir ki, sözügedən mövqeyə yenidən baxmaq və dəyişiklik etmək zərurəti yaranmışdır. 29. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanuna, eləcə də “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublika sı Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 8 iyul 1999-cu il tarixli, 148 nömrəli Fərmana əsasən Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsi qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarlar qəbul etməkdə səlahiyyətlidir.
30. Tam səlahiyyətli inzibati orqan kimi Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin sədri tərəfindən qəbul edilmiş 31 may 2024-cü il tarixli, 42 nömrəli əmri ilə Füzuli rayonunun Horadiz şəhəri və 21 kəndindən (Füzuli rayonunu Alıxanlı kəndinin Axundlu ərazisindən olan şəxslər istisna olmaqla) və Cəbrayıl rayonunun Çocuq Mərcanlı kəndində olan şəxslərə verilmiş məcburi köçkün statusunun 2024-cü il 1 may tarixindən İəğv edilməsi qərar a alınmışdır.
31. Qərarda qeyd edilmişdir ki, 1993-1994-cü illərdə Ağdam rayonunun Təzəkənd, Orta Qərvənd, Ayaq Qərvənd, Əhmədağalı, Çıraqlı, Kolqışlaq və Mirəşellı kəndləri, Füzuli rayonunun Horadiz şəhəri və Əhmədalılar. Mirzənağılı, Qazaxlar, Arayatılı, Babı, Mollaməhərrəmli, Şükürbəyli, X8, Böyük Bəhmənli, Bala Bəhmənli, Mahmudlu-1, Araz Dılağarda, Araz Zərgar, Əhmədbəyli, Mahmudlu-2, Qarabağ, Murtuzalılar, Aşağı Kürdmahmudlu, Kürdmahmudlu, Alıxanlı kəndləri və 2016-cı il 4 aprel tarixdə Cəbrayıl rayonunun Çocuq Mərcanlı kəndi işğaldan azad olunsa da, həmin ərazilər Ermənistan Silahlı Qüvvələrinin yerləşdikləri mövqelərə yəni təmas xəttinə yaxın ərazidə yerləşdiyindən, burada yaşayan insanların çətin və təhlükəli şəraitdə yaşamaları nəzərə alınaraq onların məcburi köçkün statusu və məc buri köçkünlər üçün nəzərdə tutulmuş imtiyaz və güzəştlərdən istifadə etmələrinə dövlət tərəfindən xüsusi qaydada şərait yaradılmışdır, 2020-ci il tarixdə isə X1mış Zəfər nəticəsində ərazilərimizin işğaldan azad olunması nəticəsində təmas xətti tamamilə ləğv edilmiş, əhalinin təhlükəsiz və dinc yaşaması təmin edilmişdir.
32. Göründüyü kimi, oxşar işlər üzrə məhkəmədə mübahisəyə baxılarkən cavabdehin Füzuli rayonunun Horadiz şəhəri və 21 kəndində (Füzuli rayonunu Alıxanlı kəndinin Axundlu ərazisindən olan şəxslər istisna olmaqla) və Cəbrayıl rayonunun Çocuq Mərcanlı kəndində olan şəxslərə verilmiş məcburi köçkün statusunun İəğv edilməsi barədə qərarı mövcud olmamışdır. Lakin hazırkı iş üzrə apelyasiya məhkəməsinin qərarından sonra cavabdeh iddiaçının və valideynlərinin qeydiyyatda olduğu Fizuli rayonu Mahmudlu2 kəndində olan şəxslərə verilmiş məcburi köçkün statusunun ləğv olunması barədə 2024cü il 1 may tarixli inzibati akt qəbul etmişdir.
33. Məhkəmə kollegiyası qeyd edilən inzibati aktı rəhbər tutaraq bildirir ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanuna əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu vətəndaş əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildiyi halda itirilir. Məcburi köçkün statusunun itirilməsi (ləğvi) cavabdehin səlahiyyətinə aid olduğundan və cavabdeh tərəfindən iddiaçının qeydiyyatda olduğu ərazidə olan şəxslərin məcburi köçkün statusu ləğv olunduğundan, iddiaçı da belə status əldə etmək imkanına malik olmamışdır.
34. Eyni zamanda iş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin xx.xx.2023-cü il tarixli, 3-36/2-3317/2023 nömrəli məktubu ilə müəyyən edilir ki, Qanuni nümayəndə ailə üzvləri - X3, İddiaçı və X13 ilə sıx məskunlaşma obyekti olan Nərimanov rayonu, AK.H. Əliyev - 82 (keçmiş Tramvay parkı) ünvanında yaşayıbdır. Həmin ərazidə müvəqqəti məskunlaşan məcburi köçkün ailələrinin siyahıya alınma zamanı Qanuni nümayəndə adı da ailə üzvləri ilə birgə siyahısı aparılmışdır. Lakin araşdırma zamanı məlum olmuşdur ki, Qanuni nümayəndə ailə üzvləri ilə birgə erməni təcavüzü nəticəsində işğal olunmayan Füzuli rayonunun 2-ci Mahmudlu kənd sakinidir və o, ailə üzvləri ilə birgə həmin kənddə daimi (pasport) qeydiyyatındadır (iş v. 48).
35. Beləliklə, işin hazırkı vəziyyətində iddiaçının hüquqi vəziyyəti “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunla müəyyən edilmiş məcburi köçkün anlayışına uyğun gəlmədiyindən iddia tələbi əsaslı sayıla bilməz.
36. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilməli, iddia təmin olunmamalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 may 2024-cü il tarixli, 21(103)-1843/2024 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdeh Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə qa rşı “məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərar qətidir.