Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2406/2020 23.12.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zərdab rayon şöbəsinə (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X3 Zərdab Rayon Filialı) qarşı iş üzrə QƏRAR DADİ Açar sözlər: kasasiya şikayətinin mümkünlüyü Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, X1 ibarət tərkibdə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X3 Zərdab Rayon Filialına (bundan sonra mətndə cavabdeh) qarşı “xx.xx.1979-cu il tarixdən xx.xx.1984-cü il tarixə qədər Azərbaycan Mühəndis İnşaat İnstitutunda əyani təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi, hüququnun yarandığı xx.xx.2016-cı il tarixdən pensiyanın yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı 2-ci qrup ümumi xəstəlikdən əlilliyə görə x xxxxxx 2019-cu il tarixdən 274,55 manat müəyyən edilməsi, qanuns uz tutulmuş 477,25 manat məbləğin ona qaytarılması öhdəliyi qoyulması tələbi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir.
2. İddiaçı xx.xx.2020-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, “xx.xx.1979-cu il tarixdən xx.xx.1984-cü il tarixinə qədər Azərbaycan Mühəndis İnşaat İnstitutunda əyani təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2016-cı il tarixdən pensiyanın yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
3. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxx 2020-ci il tarixli, 2-1(116)-81 4/2020 nömrəli qərarı ilə iddia təmin edilərək cavabdehin üzərinə iddiaçının xx.xx.1979-cu il tarixdən xx.xx.1984-cü il tarixə qədər Azərbaycan Mühəndis İnşaat İnstitutunda əyani təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi, hüququnun yarandığı xx.xx.2016-cı il tarixdən pensiyanın yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
4. İddiaçı həmin qərardan apelyasiya şikayəti vermişdir.
5. Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
6. Cavabdeh həmin qərardan kasasiya şikayəti vermişdir. Tətbiq edilən hüquq
7. Məhkə mə kollegiyası hesab edir ki, cavabdehin kasasiya şikayətinin mümkün sayılması üçün əsaslar olmamışdır. Ona görə də şikayət mümkün sayıla bilməz. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
8. Yuxarıda qeyd olunduğu kimi, birinci instansiya məhkəməsinin qərarı ilə dəqiqləşdirilmiş tələb üzrə iddia təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarından iddiaçı apelyasiya şikayəti vermiş, cavabdeh birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verməmişdir. Apelyasiya instansiyası məhkəməsi iddiaçının apelyasiya şikayətinə münasibətdə birinci instansiya məhkəməsinin qərarının qanuniliyini yoxlamış, qərarı dəyişdirmədən saxlamışdır. Apelyasiya instansiyası məhkəməsi özünün qərarı ilə cavabdehin üzərinə birinci instansiya məhkəməsinin qərarında qoyulan öhdəlikdən başqa digər öhd əlik qoymamışdır.
9. İPM-in 90.2-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.
10. Apelyasiya məhkəməsində birinci instansiya məhkəməsinin qərarına qarşı cavabdehin tələbi (apelyasiya şikayəti) olmamış və təbii ki, onun tələbinin təmin olunmaması vəziyyəti mövcud olmamışdır. Apelyasiya məhkəməsi də cavabdehin üzərinə əlavə öhdəlik (tələb) qoymamışdır. Bu səbəbdən cavabdeh apelyasiya instansiyası məhkəməsinin qərarından kasasiya şikayəti vermək hüququna malik olmamışdır.
11. Bəhs olunanlara əsasən cavabdehin verdiyi şikayət üzrə kasasiya mümkün sayılmamalı, şikayətin qəbulundan imtina olunmalıdır.
12. Məhkəmə kollegiyası şər h olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.2, 96.3, 96.10 və 98.1-cü maddələrini rəhbər tutaraq Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qərarından verdiyi şikayət üzrə kasasiya mümkün sayılmasın. Kasasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardad qətidir.