Məhkəmə qərarları › İş №2-1(102)-2406/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2406/2024

18.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2406/2024 18.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması; göndərişdə qeyd olunmuş diaqnozun şəxsə əlillik təyin olunmasına əsas verməsi, eləcə də həmin diaqnoz əsasında şəxsə daha əvvəl əlillik təyin edilməsi; əlilliyin imtina tarixindən təyin olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Tibb i-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-1900/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya aid xx.xx.2013-cü il tarixli 24 nömrəli xəstəlik haqqında şəhadətnaməyə əsasən “Hər iki bud sümüklərinin orta 3/1-nin qapalı-qəlpəli, sol daban sümüyünün sınıqlarına görə (2011) aparılmış ekstramedulyar osteosintez əməliyyatlarından sonrakı sağ bud sümüyünün bitişmiş sınığı, sol bud sümüyünün qeyri-düzgün bitişmiş sınığı, sol diz oynağının bükücü-açıcı, sağ diz oynağının bükücü kontrakturaları, sol aşağı ətrafın 3 sm q ısalığı və ətrafda funksiyanın pozulması ilə” travmasının səbəb əlaqəsi “Travma DİO-da xidmətkeçmə dövründə alınmışdır” kimi müəyyən olunmuşdur.

2. İddiaçıya “Hər iki bud sümüyü orta sol daban sümüyünün sınıqlarına görə aparılan ekstramedulyar osteosintezden sağ bud sümüyünün qeyri-düzgün bitişmiş sınığı. Sol diz oynağının bükücü açığı. Sağ diz oynağının bükücü konstrakturası. Sol aşağı 3 sm qısalığı” diaqnozu ilə xx.xx.2013-cü il tarixdən hərbi xidmət dövrü ilə əlaqədar 1 il müddətinə ilkin ikinci dərəcəli əlillik təyin olunmuşdur. 3. 07.05.2014-cü tarixdən “Hər iki bud sümükləri orta 1/3 qapalı qəlpəli, sol daban sümüyünün sınıqlarına görə aparılan ekstramedulyar osteosintezdən əməliyyatından sonrakı sağ bud sümüyünün bitişmiş sınığı. Sol bud sümüyünün qeyridüzgün bitişmiş sınığı. Sol aş ağı 3 sm qısalığı” diaqnozu əsasında hərbi xidmət dövrü ilə əlaqədar 1 il müddətinə təkrar ikinci dərəcəli əlillik təyin olunmuşdur.

4. Daha sonra eyni diaqnoz və eyni səbəb əsasında xx.xx.2015-ci il tarixdən 1 il müddətinə, xx.xx.2016-cı il tarixdən isə 5 il müddətinə təkrar ikinci dərəcəli əlillik təyin olunmuşdur. 5. xx.xx.2021-ci il tarixli müayinə nəticəsində “Bud sümüyü cisminin (diafizinin) sınığı, hər iki bud sümüklərinin orta 1/3-nin qapalı qəlpəli, sol daban sümüyünün sınıqlarına görə (2011) aparılmış ekstramedulyar osteosintez əməliyyatlarından sonrakı sağ bud sümüyünün bitişmiş sınığı, sol bud sümüyünün qeyri-düzgün bitişmiş sınığı, sol diz oynağının bükücü-açıcı, sağ diz oynağının bükücü kontrakturası, sol aşağı ətrafın 3 sm qısalığı və ətrafda funksiyanın pozulması” diaqnozu ilə diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən əlilliyin təyin olunmasından imtina verilmişdir.

6. Əlilliyin qiymətləndirilməsindən verilmiş şikayət üzrə TSEK-in xx.xx.2022-ci il tarixli **********0 nömrəli qərarı ilə Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

7. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona əlillik təyin edilməməsi barədə qərarın qanunsuz hesab edilərək ləğv edilməsi və əlilliyin təyin olunması vəzifəsinin c avabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının əsaslandırması:

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2011-ci il tarixdə Ağcabədi rayon X3 Bölməsində müstəntiq vəzifəsində xidmət etdiyi zaman yol-nəqliyyat hadisəsi nəticəsində hər iki budun sağda orta, solda arxa və aşağı 1/3-nin açıq çox qəlpəli yerinidəyişən sınıqları, sol daban sümüyünün qapalı-qəlpəli, az yerini dəyişən sınığı, hər iki aşıq sümüyü boynunun çoxqəlpəli qapalı yerdəyişən sınıqları, travmatik şok ikinci dərəcə olmaqla ağır dərəcəli bədən xəsarətləri almışdır. Bununla bağlı xx.xx.2011-ci il tarixdən 2014-cü ilin sonunadək yataq xəstəsi olmuş və üç il ərzində səkkiz dəfə cərrahi əməliyyat keçirmişdir. Lakin buna baxmayaraq sağlamlığı bərpa olunmamışdır. 9. 2013-cü ildə DİN-nin Xüsusi Həkim Komissiyasının qərarına əsasən ömürlük, yəni bərpası mümkün olmayan xəsarətlər aldığı üçün DİO-da xidmətə yarasız olmağı ilə bağlı qərar qəbul edilmiş və xidmətdən xaric edilmişdir. 10. 2013-cü ildə 1 saylı Tibbi Sosial Ekspert Komissiyasının qərarına əsasən ona hər iki bud sümüyünün orta 1/3 qapalı qəlpəli, sol daban sümüyünün sınıqlarına görə aparılan ekstramedluyar osteositezdən əməliyyatdan sağ bud sümüyünün orta 1/3, sol bud sümüyünün aşağı 1/3 qeyri düzgün bitişmiş sınığı, kontraktura diaqnozu ilə ikinci dərəcə əlillik təyin edilmişdir.

11. Daha sonra 2014-2015-ci və 2016-cı illərdə müayinələrdən keçmiş və eyni diaqnoz ilə əlliyi müəyyən edilmişdir. Hal-hazırda ilkin təyin olunmuş diaqnozla yanaşı sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli) kəskin nəzərə çarpan və getativ əlamətlərlə keçən funksional pozğunluqlarla yanaşı sağ diz oynağında da kontraktura yaranmışdır, lakin 2021-ci ilin may ayında növbəti müayinə vaxtı əlillik dayandırılmış, növbəti müayinələrdən keçərək forma 88 və digər sənədləri elektron qaydada Azərbaycan Respublikası TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinə təqdim etsə də bir il keçdikdən sonra əlillik əlaməti təyin edilməməsinə dair qərar qəbul edilmişdir.

12. Əlillik əlaməti təyin edilməməsinə dair qərarda diaqnoz “bud sümüyü cisminin sınığı, hər iki bud sümüklərinin orta 1/3-nin qapalı qəlpəli, sol daban sümüyünün sınıqlarına görə aparılmış ekstramedluyar osteositez əməliyyatlarından sonrakı, sağ bud sümüyünün bitişmiş sümüyü, sol bud sümüyünün qeyri düzgün bitişmiş sı nığı, sol diz oynağının bükücü açıcı, sağ diz oynağının bükücü kontrakturası, sol aşağı ətrafın 3 sm qısalığı və ətrafda funksiyanın pozulması” göstərilmişdir.

13. Lakin Azərbaycan Respublikası İcbari Tibbi Sığorta X4 “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X5 Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2022-ci il tarixli **********/625 saylı arayışına əsasən – “hər iki bud sümüyünün 1/3-nin qeyri düzgün bitişmiş sınığı, hər iki bud sümüyünün postravmatik deformasiyası, hər iki diz oynağının postravmatik 3-4 mərhələdə deformasiyaedici arterozu, hər iki diz oynağının kəskin kontrakturası bükmə 110 dərəcə, açma 150 sol daban sümüyünün qeyri düzgün bitişmiş sınığı, sol aşıq daban oynağının arterozu, hər iki aşıq sümüyünün qeyri düzgün bitişmiş sınığı, hər iki aşıq baldır oynağının 3-4 mərhələ deformasiyaedici arterozu, hər iki aşıq baldır oynağının kəskin kontrakturası, bükmə 100, açma

85. Hər iki aşağı ətrafların funksional pozğunluqları, yerişin məhdudlaşması, axsama, dayaq hərəkət funksiyasının pozulması, ağrı sindiromu” diaqnozu qoyulmuşdur.

14. Göründüyü kimi, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta X4 “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X5 Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun müayinələrdən sonra verilmiş diaqnozu ilə Azərbaycan Respublikası Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin heç bir müayinə aparmadan vermiş olduğu diaqnozda və həmin diaqnoz əsasında əlilliyin təyin edilməməsi barədə qərarında göstərilənlərlə kəskin ziddiyyətlər vardır.

15. İddiaçının almış olduğu xəsarətlər daimidir və müddət keçm əklə aradan qalxan, əlavə müayinələr nəticəsində aradan qalxan xəsarətlər deyildir. Bu səbəbdən də 2013-cü ildən təyin edilmiş ikinci dərəcəli əlilik 2021-ci il tarixinə kimi dəyişdirilməmişdir. Səhhətində hər hansı bir dəyişkənlik olmamış əksinə əməliyyatlardan sonra yaranmış travmalar daha da kəskinləşmiş və sağ diz oynağındada kontraktura yaranmışdır ki, bu Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun arayışında və Tibbi sosial Ekspert Komissiyasının qərarında öz əksini tapmışdır, yəni 2013-cü ildə ikinci qrup əlillik üçün təyin edilmiş diaqnoz (xəstəliyim) daha da ağırlaşmışdır. Hərəkəti məhduddur, adi yerişlərlə gəzməkdə belə çətinlik çəkir, hər iki ayaqlarında kəskin ağrılar olur, uzun müddət ayaq üstə dayana bilmir, güclü külək olanda hərəkət edə bilmir, yalnız ortopedik ayaqqabılar geyinir, diz oynaqları qatlanmadığı üçün sinir sistemi pozulub və gecə yuxu yata bilmir.

16. İddiaçı qeyd edir ki, növbəti müayinənin tarixi xx.xx.2021-ci il tarix olduğundan əlilliklə bağlı aldığı müavinət dayandırılmış, növbəti müayinələrdən keçdikdən sonra 2021-ci ilin may ayında sənədlərini elektron qaydada Azərbaycan Respublikası Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərsə də 2022-ci ilin fevral ayında təxminən 1 ildən sonra əyani müayinəyə çağırılmışdır və hər hansı bir müayinə edilmədən şifahi sorğu sual əsasında ona təyin edilmiş əlilliyin növbəti dəfə təyin edilməməsi barədə qərar qəbul edilmişdir.

17. Cavabdeh tərəfin iddiaçıya əlilliyin təyin edilməsi barədə qərarı qanunsuzdur və heç bir əsası yoxdur. Bu səbəbdən də iddiaçı hesab edir ki, əlillik tə yin edilməməsi qanunsuz hesab edilməli və əlilliyin təyin olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməlidir. 18. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 4.2-ci maddəsinə əsasən, ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir, ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlə r Kabinetinin Qərarından da göründüyü kimi əlillik, ümumiyyətlə, müddətsiz olmalı idi və kəsilməməli idi. Cavabdehin etirazları:

19. Cavabdeh iddia tələbinə qarşı yazılı etirazında işin faktiki hallarına və formal dəlillərə istinad etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

20. Sonradan iddiaçı məhkəməyə “2021-ci ilin may ayından əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmiş və ərizəsi xx.xx.2023-cü il tarixində icraata qəbul edilmişdir.

21. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(112)-907/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertizasının keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X2”n ə həvalə edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: - İddiaçı xəstəlik diaqnozu (DTSERA-nın həkimlərinin iştirakı olmadan) müəyyən edilsin. - Barələrində sual qoyulmayan, lakin işin düzgün həlli üçün əhəmiyyət kəsb edən sair halların araşdırılması ekspertin səlahiyyətinə (sərəncamına) buraxılsın.

22. Məhkəmə-Tibbi Ekspertiza və X2” PHŞ-nin xx.xx.2023-cü il tarixli, T 223/2023 nömrəli ekspert rəyi ilə 1985-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya aşağıdakı nəticəyə gəlmişdir.

1. İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsində tərtib olunmuş Forma №088 göndərişlərində qeyd olunan diaqnozlar onun xx.x x.2022-ci il tarixdə X1 və Ortopediya İnstitutunda komissiya tərəfindən müayinəsi zamanı müəyyən edilmiş diaqnozlarla eynilik təşkil edir, yəni o, hazırda da həmin xəstəliklərdən əziyyət çəkir.

23. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(112)-907/2023 nömrəli qərardadı ilə iddiaçının əlilliyinin müəyyən edilməsi üçün onun müraciətinə 1 ay müddətində yenidən baxılaraq müvafiq inzibati aktın qəbul vəzifəsi cavabdehə həvalə edilmişdir.

24. Qərardadın icrası ilə əlaqədar cavabdeh orqanın məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2023-cü il tarixində Agentlikdə qəbulda olmuşdur. Keçirilən qəbulda təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə, həm də hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.

25. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” X5 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tar ixli, 455 nömrəli məktubda qeyd etmişdir ki, İddiaçı xəstəlik vəziyyətinin təyin edilməsi ilə bağlı “Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” X5də yenidən müayinə olunmuş və onun barəsində ********** AB9873-2023 saylı, xx.xx.2023-cü il tarixli Arayış tərtib edilmişdir. Arayışda hər iki bud sümüyünün orta 1/3-ə sınıqdan sonrakı kobud döyənəyi və qeyri düzgün bitişmiş sınıq və varus deformasiyası, bud çanaq oynaqlarının kontrakturası İV dərəcə ankilozu. Hər iki diz oynaqlarının post travmatik artrozu (ankilozu). Hərəkət məhdudluğu və yerişin pozulması. Hər iki aşıq-baldır oynaqlarının qeyri-düzgün bitişmiş sınığından sonrakı kontrakturası lllİV mərhələ ankilozu, hərəkət və dayaq funksiyasının pozulması. Sol aşıq aşağı ətrafın gödəkliyi 3-4 sm müəyyən edilmişdir... Qeyd edirik ki, İddiaçı sağlamlıq vəziyyətin təyin olnmasına dair xx.xx.2022-ci il tarixli, **********/625 saylı və xx.xx.2023-cü il tarixli, ********** AB9873-2023 saylı Arayışlarında hər iki aşıq-baldır oynağının ankilozu (kəskin kontrakturası) diaqnozu qoyulmuş və həmin diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 13.4.40-cı bəndinin tələbinə uyğundur.

26. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-227/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 2021-ci ilin may ayından əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

27. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının müvafiq həkim komissiyasının qərarına əsasən ömürlük, yəni bər pası mümkün olmayan xəsarətlər aldığı müəyyən edildiyindən, əlillik dərəcəsinin təyin edilməsindən imtina edilərkən müəyyən edilən xəstəlik diaqnozu ilə əvvəl əlillik dərəcəsi təyin edildiyi zaman müəyyən edilən diaqnoz eynilik təşkil etdiyindən, həmin diaqnoz digər səhiyyə müəssisəsi tərəfindən də qoyulduğundan, həmçinin əlilliyin təyin olunmasına əsas olan diaqnoz müvafiq normativ hüquqi aktlarda da (əlilliyin müəyyən olunması meyarlarında) göstərildiyindən hazırkı iddia tələbi əsaslıdır və təmin olunmalıdır.

28. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

29. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-1900/ 2024 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-227/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

31. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

32. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı aşağı ətraflarda hərəkət məhdudluğundan, yerişin çətinləşməsindən, aşağı ətrafların ödemindən, dizində kontraktura olmasından şikayət etmişdir. Müayinə zamanı hər iki budun bayır səthində 25-30 sm ölçüdə əməliyyat çapığı müşahidə olunmuş, sol diz oynağında 180-110 dərəcə hərəkət göstərmiş, aşağı ətraflarda nisbi qısalıq qeyd edilməmişdir. Digər oynaqlarda hərəkətlər sərbəst olmuşdur.

33. Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2021-cü il tarixli ********** nömrəli Tibbi Rəyində diaqnoz “Hər iki bud sümüyünün orta 1/3-nin bitişmiş sınığı, hər iki sümüyün cismində sınıq. Sol bud sümüyünün varus deformasiyası, sol daban sümüyünün cisminin qeyri-düzgün bitişmiş sınığı, alt tağ tərəfə qövsvari deformasiyası, sağ aşıq sümüyünün cisminin bitişmiş sınığı, aşıq-daban oynağının ankilozu, aşıq qayıqvari oynağının artrozu, sol diz oynağının açıcı-bükücü kontrakturası (açma 170 dərəcə, bükmə 155 dərəcə). Sağ aşıq-baldır oynağının açıcı- bükücü kontrakturası (açma 100 dərəcə, bükmə 90 dərəcə) əzələ atr ofiyası, daimi ağrı sindromu və funksiyanın pozulması” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir.

34. Hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular aşkar edilməmişdir.

35. Nəticədə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.

36. Diaqnozların nəticəsindən aydın olmuşdur ki, iddiaçı barəsində həmin göndərişlər, habelə aparılmış müayinələr əsasında əlillik təyin edilməsi üçün lazım olan tibbi əsaslar mövcud olmadığı üçün Agentlik tərəfindən iddiaçı barəsində əlillik təyin edilməsi mümkün olmamışdır.

37. Bundan əlavə, diaqnoz onun hazırkı vəziyyətini əks etdirsə də, şə xsin əyani müayinəsində aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından, ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda maddələrdən birini aid etmək mümkün olmamışdır.

38. Əlillik müəyyən edilməsi üçün diaqnozda qeyd edilən xəstəliyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır və hazırkı işdə iddiaçıda sözügedən ağırlaşmalar mövcud deyildir.

39. Belə olan halda, iddiaçıda olan xəstəliklər qanunvericiliklə səciyyələnmiş xəstəliklərin əhatə dairəsinə düşmədiyindən cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuş, iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir.

40. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edil məsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyət göstərən X5dir.

41. Məhkəmə heç bir qanuni əsas olmadan Agentliyin bu səlahiyyəti ilə bağlı əsassız qərar etmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

42. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

43. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gü ndən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

44. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

45. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

46. Məhkəmə kollegiyası iddiaçıya əlilliyin təyin edilməli olması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Bu baxımdan inzibati orqanlar mövcud inzibati praktikaya bağlıdırlar və həmin praktikaya uyğun davranmağa borcludurlar.

47. Belə olan halda, əvvəlki müayinələrdə qoyulmuş diaqnoz əsasında əlilliyin müəyyən edilməsindən sonra həmin diaqnozda müəyyən edilən xəstəliyin davam etdiyi təqdirdə, təkrar müayinə zamanı cavabdehin mövcud inzibati praktikasına və bununla bağlı onun eyni şərtlər daxilində inzibati orqanın davranışına münasibətdə iddiaçının etimad hüququnun, yaxud da qanuni gözləntisinin yarandığı da nəzərə alınmalıdır. Bununla belə, cavabdeh əlillik vəziyyətinin təkrar qiymətləndirilməsi zamanı tətbiq etdiyi fərqli yanaşmanı şərtləndirən və zərur i edən hüquqi və faktiki əsasları açıqlamamış, fərqli yanaşmasını bu baxımdan əsaslandırmamışdır.

48. Məhkəmə kollegiyası nəzərə alır ki, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.1, 2.4-cü bəndlərinin tələbinə görə: - şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya... hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır; - TSEK... göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir...

49. Hazırkı mübahisəyə münasibətdə iş üzrə materiallardan iddiaçının əlillik vəziyyətinin həm əvvəlki, həm də sonrakı qiymət ləndirilməsi zamanı onun xəstəliyi ilə bağlı diaqnozların eyni olduğu müəyyən edilmişdir.

50. İddiaçı müntəzəm olaraq müayinəyə cəlb edilmiş, onun əlilliyinin əsasını təşkil edən tibbi diaqnozda dəyişiklik baş verməmiş, şəxsin cari xəstəliyi ona əlillik təyin edilməsinə hüquqi və faktiki əsas yaratmışdır.

51. Cavabdeh hesab edir ki, məhkəmə heç bir qanuni əsas olmadan Agentliyin diskresion səlahiyyəti ilə bağlı əsassız qərar qəbul etmişdir.

52. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir. Belə ki, İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. 53. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3).

54. Hazırkı halda, həmin normaların tələblərinin cavabdeh tərəfindən təmin olunmadığı işin yuxarıda qeyd olunan və ap ellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən halları ilə təsdiq olunmuşdur.

55. İddiaçıya əlilliyin təyin edilməsi tarixinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, əvvəlki əlillik müddətinin bitdiyi xx.xx.2021-ci il tarixdən sonra iddiaçının əlillik vəziyyəti xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş, iddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

56. Beləliklə, əlillik müayinənin nəticəsi olaraq təyin edilməli olduğundan, hazırkı məhkəmə araşdırmasının predmetini sonuncu göndəriş əsasında keçirilmiş müayinə nəticəsində verilmiş xx.xx.2021-ci il tarixli imtina qərarı təşkil etdiyindən və apellyasiya instansiyası məhkəməsi də məhz həmin imtinanın əsassız olduğu nəticəsinə gəldiyindən, iddiaçıya əlillik xx.xx.2021-ci il tarixdən təyin edilməlidir.

57. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-1900/2024 nömrəli qərarı dəyişdirilir. Cavabdehin üzərinə iddiaçıya xx.xx.2021-ci il tarixdən əlilliyin təyin edilməsi öhdəliyi qoyulur. Kassasiya şikayəti təmin edilmir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar