Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2407/2021 21.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (dövlət hesabına vəkillə təmin olunma) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Mə hkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1840/2021 nömrəli iş üzrə 21.09.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 22 dekabr 2021-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsinə qarşı "xxxx" MMC-nin direktoru kimi onu işçi X2 əmək haqqının hesablanmasında və ödənilməsində qanun pozuntusuna yol verilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətaya görə 1.400 (bir min dörd yüz) manat cərimə edilməsi barədə 29.01.2021-ci il tarixli İnzibati tənbeh etmə haqqında qərarı n ləğv edilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4564/2021 saylı 31 mart 2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışıdır.
3. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)1840/2021 saylı 06 iyul 2021-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4564/2021 saylı 31 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ apellyasiya instansiyası məhkəməsindəki icraat
5. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X1 ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, dövlət hesabına vəkillə təmin olunmasını məhkəmədən xahiş etmişdir.
6. İddiaçının ərizəsi onunla əsaslandırılmışdır ki, o, evlidir, həyat yoldaşı işləmir, magistraturada oxuyur, 1,9 yaşında bir qızı var. Direktoru olduğu MMC işləmir, elə bu səbəbdən də Ş.Həsənovanın əmək haqqını ödəmək mümkün olmamışdır. Onun hazırda vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti yoxdur.
7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21.09.2021-ci il tarixli, 2-1(103)-1840/2021 nömrəli (hakimlər Səadət Bəktaşi - sədrlik edən və məruzəçi, Mirzə Tağızadə və Aida Hüseyn) qərardadı ilə iddiaçının ərizəsinin rədd edilməsi qərara alınmışdır.
8. Apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən qeyd etmişdir ki, iddiaçı dövlət hesabına vəkillə təmin olunmasına əsas verən hallar kimi qiymətləndirilə və o, vəkil xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxs kimi qəbul edilə bilməz. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
9. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellasiya Məhkəməsinin İnzibati kollegiyası 21.09.2021-ci il iclasında onun iştirakı olmadan ərizəyə baxmış və onun təmin olunmaması barədə qərardad qəbul etmişdir. Həmin qərardad aşağıda göstərilənlərə görə əsassız, qanunsuz olduğuna görə ləğv edilməlidir; 10. 1) Ərizəsində iştirakı təmin edilməklə baxılmalı idi. O, həmin gün məhkəməyə gedərkən tıxaca düşüb məhkəmə iclasına 15 dəqiqə gecikib. Məhkəmənin, iclas katibinin və hakimin köməkçisinin əlaqə telefonları onda olmadığına görə gecikməyi barədə məlumat verə bilmədi. 11. 2) Məhkəmə kollegiyası qərardadını onunla əsaslandırmışdır ki, şəxsin kifayət qədər vəsaiti olmaması məhkəmə tərəfindən qiymətləndirilir. Şəxsin maddi imkansızlığını qiymətləndirmək üçün isə qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edən hər hansı sənəd (aşağı həddə əmək haqqı və ya pensiya, işsizlik müavinəti, dövlət sosial yardım və s. alması barədə) mötəbər sübut məhkəməyə təqdim olunmalıdır. Formalışmış məhkəmə təcrübəsinə görə pulsuz hüquqi yardımla maddi imkanları məhdud olan yetkinlik yaşına çatmayanlar (onların qanuni nümayəndələri) əlillər, habelə əhalinin başqa aztəminatlı təbəqələrindən olan şəxslər təmin edilir. Lakin qeyd olunanlara zidd olaraq iddiaçı kimi onun aztəminatlı şəxs olmadığını, heç bir qazancının olmadığını və s. təsdiq edən heç bir sübut məhkəməyə təqdim etmədiyini, hüquqi şəxsin direktoru olduğunu, belə bir halda ərizəsində qeyd etdiyi hallar üzrə onun dövlət hesabına vəkillə təmin olurmağına əsas verən hal kimi qiymətləndirilə və onun vəkilin xidmətini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxs kimi qəbul edilə bilinmədiyini qeyd etməklə ərizəni təmin etməmək üçün bunları əsas hesab etmişdir.
12. Bundan əlavə o, evli olduğunu, həyat yoldaşının işləmədiyini, ödənişlə magistraturada oxuduğunu, 1,9 yaşında bir qızı olduğunu, məlum olduğunu bildirmişdim. Uşaq pulu da verilmədiyi üçün ona da müəyyən qədər vəsait sərf etmək lazım gəlir. Bu xərclərin böyük bir qismini isə pensiyaçı valideynləri ödəyirlər. Direktoru olduğu MMC işləmədiyi üçün vəkilin xidmətlərini ödəmək üçün hazırda da kifayət q ədər vəsaiti yoxdur.
13. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin 21.09.2021-ci il tarixli, 2-1(103)-1840/2021 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
14. İnzibati Prosessual Məcəllə: Maddə 90.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur.
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməs i tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.3. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarından verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin verildiyi gündən 1 ay ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa Ali Məhkəməyə təqdim edilməlidir. 94.4. Şikayətin əsaslandırma hissəsində şika yəti verən şəxsin tələbi göstərilməlidir. 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
15. Mülki Prosessual Məcəllə Maddə 67.1. Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə icla slarında yalnız vəkillə iştirak edirlər. 67.2. Bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, məhkəmə aktını qəbul etmiş məhkəmə işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakını təmin edir. Maddə 121.2. Bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş əsaslarla işdə iştirak edən vəkil maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmayan şəxslərə hüquqi yardımı məhkəmənin qərarı ilə pulsuz, Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına göstərir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçi nin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayəti və apellyasiya instansiyası məhkəməsinin 21.09.2021-ci il tarixli, 2-1(103)-1840/2021 saylı qərardadı ilə əlaqədar olaraq qeyd etməyi zəruri hesab edir ki, qanunverici vəkil xidmətlərinin dövlət hesabına həyata keçirilməsi məsələlərini tənzimləyərkən pulsuz hüquqi yardıma ehtiyacı olan şəxsin aztəminatlı olması, başqa ifadə ilə sonuncunun bu xidməti ödəmək üçün kifayət qədər vəsaitə malik olmaması halının məhkəmədə müəyyən olunmasını tə ləb etmişdir. Bununla bağlı, pulsuz hüquqi xidmətin təmin edilməsinə dair ərizədə şəxsin vəkilin xidmətini ödəyə bilməməsi əsaslandırılmalıdır. Şəxsin kifayət qədər vəsaitə malik olmamasının meyarları qanunvericiliklə müəyyən edilmədiyindən, belə imkanın olmaması məhkəmə tərəfindən qiymətləndirilir. Bu qiymətləndirmənin aparıla bilməsi üçün isə şəxsin maddi imkansızlığını qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edən hər hansı (aşağı həddə əmək haqqı və ya pensiya, işsizlik müavinəti, dövlət sosial yardımı və s. alması barədə) mötəbər sübut məhkəməyə təqdim olunmalıdır. (qərarın 14-cü bəndi İPMin 90.3-cü maddəsi, 15-ci bəndi MPM-in 67.1, 67.2, 121.2-ci maddələri)
19. Formalaşmış məhkəmə təcrübəsinə görə də pulsuz hüquqi yardımla maddi imkanları məhdud olan yetkinlik yaşına çatmayanl ar (onların qanuni nümayəndələri), əlillər, habelə əhalinin başqa aztəminatlı təbəqələrindən olan şəxslər təmin edilir.
20. Buna baxmayaraq iddiaçının direktoru tərəfindən onun aztəminatlı şəxs olmasını, heç bir qazancının olmadığını və s. təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir.
21. Xüsusi ilə qeyd edilməlidir ki, iddiaçı fiziki şəxs yox, vergi ödəyicisi olan hüquqi şəxsdir. Belə olan halda, ərizəsində qeyd etdiyi hallar isə onun dövlət hesabına vəkillə təmin olunmasına əsas verən hallar kimi qiymətləndirilə və o, vəkil xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxs kimi qəbul edilə bilməz.
22. Bundan başqa iddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, ərizəsinə iştirakı təmin edilməklə baxılmalı idi. O, həmin gün məhkəməyə gedərkən tıxaca düşüb məhkəmə ic lasına 15 dəqiqə gecikib. Məhkəmənin, iclas katibinin və hakimin köməkçisinin əlaqə telefonları onda olmadığına görə gecikməyi barədə məlumat verə bilmədi.
23. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bu dəlili də əsassızdır.
24. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat vermiş, yəni həm məhkəmə bildirişi, həm də sms xəbərdarlıq göndərmişdir.
25. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin 21.09.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21.09.2021-ci il tarixli, 2-1(103)-1840/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.