Məhkəmə qərarları › İş №2-1(102)-2407/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2407/2023

17.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2407/2023 17.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Bakı Şəhər İcra Hakimiyyətinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpa olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Bakı Şəhər İcra Hakimiyyətinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əm lakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə (üçüncü şəxslər: X3 və X4) qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-2430/2023 nömrəli, 10 iyul 2023-cü il tarixli qərardadından üçüncü şəxs X4 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat:

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən X1 adına verilmiş xx.xx.2013-cü il tarixli (reyestr kitabı 417, səhifə 39539, qeydiyyat nömrəsi **********) reyestrdən çıxarışın, X3 ilə X4 arasında bağlanmış xx.xx.2013- cü il tarixli ******* №-li alqı-satqı m üqaviləsinin və X2 adına verilmiş mülkiyyət hüququ barədə xx.xx.2013-cü il tarixli, seriya RX ******* №-li dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5162/2017 nömrəli, 06 dekabr 2017-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. 3. 1 saylı Baki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5162/2017 nömrəli, 06 dekabr 2017-ci il tarixli qərardadı ilə iddiaçı Bakı Şəhər İcra Hakimiyyətinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə (üçüncü şəxslər X3 və X4) qarşı cavabdeh tərəfindən X1 adına verilmiş xx.xx.2013-cü il tarixli (reyestr kitabı 417, səhifə 39539, qeydiyyat nömrəsi **********) reye strdən çıxarışın, iddiaçı ilə X4 arasında bağlanmış xx.xx.2013-cü il tarixli ******* №-li alqı-satqı müqaviləsinin və X2 adına verilmiş mülkiyyət hüququ barədə xx.xx.2013-cü il tarixli, seriya RX ******* №-li dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qərar qəbul edilməsi tələbinə dair iddiasının «xx.xx.2013-cü il tarixli ******* №-li alqı-satqı müqaviləsinin və X2 adına verilmiş mülkiyyət hüququ barədə xx.xx.2013-cü il tarixli, seriya RX ******* №-li dövlət reyestrindən çıxarışın ləğv edilməsi» hissəsində mümkün sayılmaması qərara alınmışdır.

4. Üçüncü şəxs X2 nümayəndəsi və vəkili tərəfindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası ilə bağlı 05.05.223-cü il tarixdə ərizə verərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarından verilm iş apellyasiya şikayətinin verilməsi müddətinin ötməsini üzrlü hesab edərək şikayətə mahiyyəti üzrə baxaraq şikayətin təmin edilməsi xahiş edilmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2430/2023 nömrəli, 10 iyul 2023-cü il tarixli (hakimlər R.Səmədov- sədrlik edən və məruzəçi, X.Cəmilova və A.Oruczadə) qərardadı ilə prosessual müddətin bərpası barədə ərizə təmin edilməmiş, üçüncü şəxs Əli Məmmədzadənin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 6 dekabr 2017-ci il tarixli qərardadından verdiyi apellyasiya mümkün sayılmamış, apellyasiya şikayətinin qəbul olunmasından imtina edilmişdir.

6. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5162/2017 saylı, 06 dekabr 2017-ci il tarixli qərarı poçt vasitəsilə cavabdehə xx.xx.2017-ci il tarixli göndəriş məktubu ilə göndərilmiş, işdə olan poçt qəbzindən görünür ki, qərar üçüncü şəxs X4 tərəfindən xx.xx.2017-ci il tarixdə xəbərnamə imzalanmaqla alınmışdır.

7. Qanunvericilik normasının tələbinə əsasən, iş üzrə qərardan apellyasiya şikayəti vermə müddəti üçüncü şəxs Ə.Məmmədzadəyə münasibətdə ona təqdim edildiyi tarixdən hesablanmaqla, (sonuncu gün qeyri-iş gününə təsadüf etdiyindən) xx.xx.2017-ci il tarixdə başa çatmışdır. Lakin işdən görünür ki, apellyasiya şikayəti 5 ildən artıq müddət ötürülməklə xx.xx.2023-cü il tarixdə verilmiş, bununla da qanunla müəyyən edilmiş müddət üçüncü şəxs X4 tərəfindən buraxılmışdır.

8. Məhkəmə kollegiyası üçüncü şəxs X2 “apellyasiya şikayəti vermək üçün buraxıl mış prosessual müddətin bərpası barədə” ərizəsinə hüquqi qiymət verərək hesab etmişdir ki, ərizədə göstərilənlər buraxılmış prosessual müddətin bərpa olunması üçün əsas hesab oluna bilməz. Belə ki, ərizədə prosessual müddətin üzrlü səbəbdən buraxılması əsaslandırılmayıb.

9. Üçüncü şəxs Əli Məmmədzadə həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

10. Üçüncü şəxsin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözügedən qərarın hüquqlarını müdafiə etdiyi şəxsin hüquqlarını pozduğunu yalnız Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin xx.xx.2023-cü il tarixli məktubundan sonra bilmişdir. Torpaq sahəsi faktiki sa hibliyində və istifadəsindədir. Yalnız torpaq üzərində sərəncam verməyini həmin qərar məhdudlaşdırmışdır. Hesab edir ki, hazırkı qərardadla onun mülkiyyət hüququ pozulmuşdur.

11. Ərizəçi öz kassasiya şikayətini əsaslandırarkən Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarına istinad etmişdir.

12. Belə ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kə s cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”.

13. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

15. İnzibati Prosessual Məcəllə: Maddə 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, pros es iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüqu q normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkə məsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

17. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

19. İPM-in 24.1-ci maddəsinin tələbindən göründüyü kimi, prosessual müddət o halda bərpa oluna bilər ki, həmin müddətin buraxılmasında proses iştirakçısının təqsiri olmasın.

20. İşdən göründüyü kimi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)5162/2017 saylı, 06 dekabr 2017-ci il tarixli qərarı poçt vasitəsilə cavabdehə xx.xx.2017-ci il tarixli göndəriş məktubu ilə göndərilmiş, işdə olan poçt qəbzindən görünür ki, qərar üçüncü şəxs X4 tərəfindən xx.xx.2017-ci il tarixdə xəbərnamə imzalanmaqla alınmışdır.

21. İş üzrə qərardan apellyasiya şikayəti vermə müddəti üçüncü şəxs Ə.Məmmədzadəyə münasibətdə ona təqdim edildiyi tarixdən hesablanmaqla, (sonuncu gün qeyri-iş gününə təsadüf etdiyindən) xx.xx.2017-ci il tarixdə başa çatmışdır. Lakin işdən görünür ki, apellyasiya şikayəti 5 ildən artıq müddət ötürülməklə xx.xx.2023-cü il tarixdə verilmiş, bununla da qanunla müə yyən edilmiş müddət üçüncü şəxs X4 tərəfindən buraxılmışdır..

22. Odur ki, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, ərizədə göstərilənlər buraxılmış prosessual müddətin bərpa olunması üçün əsas hesab oluna bilməz. Belə ki, ərizədə prosessual müddətin üzrlü səbəbdən buraxılması əsaslandırılmayıb.

23. Apellyasiya instansiyası məhkəməsinin qərardadı hazırkı qərarın “12” bəndində qeyd olunan prosessual hüquq normalarının tələblərinə uyğun olduğundan məhkəmə kollegiyası qərardadın əsaslandırması ilə razılaşır və şikayətin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvinin əsası kimi qəbul etmir.

24. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməs inin İnzibati Kollegiyasının 10 iyul 2023-cü il tarixli, 2- 1(103)2430/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar