Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2409/2021 28.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin etibarsız hesab edilməsi ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi və əlillik statusunun bərpa edilməsi; iddianın mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı X1 cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (üçüncü şəxs: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tib b İdarəsi) “hərəkətlərin qanunsuz hesab edilməsi və əlillik statusunun bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 13 avqust tarixli, 21(103)-1443/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı 2020-ci il 20 sentyabr tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin ona əlilliyin təyin olunması barədə qərarının etibarsız hesab edilməsinə dair qərarın etibarsız hesab edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçının əlilliyinin q iymətləndirilməsinin cavabdeh tərəfindən Tibbi Sosial Ekspertiza və X2 etibarsız edilməsinin qanunsuz hesab edilməsini və həmin alt sistemdə iddiaçıya aid qiymətləndirmənin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
3. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 4 noyabr tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
4. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 26 avqust tarixli, 2-1(112)-2889/2020 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
5. Bakı İnzibati Məhkəməsinin 2021-ci il 29 yanvar tarixli, 2-1(112)-598/2021 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçını n əlilliyinin qiymətləndirilməsinin cavabdeh tərəfindən Tibbi Sosial Ekspertiza və X2 etibarsız edilməsi qanunsuz hesab edilmiş və həmin alt sistemdə iddiaçıya aid qiymətləndirmənin bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, işin faktiki hallarına əsasən cavabdeh işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmadan, sübutlar toplamadan Əlillik alt sistemində iddiaçıya aid qiymətləndirməni etibarsız hesab etmişdir. Eyni zamanda iddiaçının əlilliyinin qiymətləndirilməsi ilə bağlı cavabdehin qəbul etdiyi inzibati akta münasibətdə “İnzibati icraat haqqında” Qanunun 65.1-ci maddəsində qeyd edilən hallar mövcud deyildir. Məhkəmənin gəldiyi qənaətə görə iddiaçının əlilliyinin qiymə tləndirilməsinin cavabdeh tərəfindən Tibbi Sosial Ekspertiza və X2 etibarsız edilməsinin heç bir hüquqi və qanuni əsasları mövcud deyildir.
7. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 13 avqust tarixli, 2-1(103)-1443/2021 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2021-ci il 29 yanvar tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.
9. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırkı iş üzrə cavabdeh inzibati orqanın hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməsi iş materialları ilə müəyyən edilmədiyindən, iddiaçının cavabdehə qarşı qaldırm ış olduğu ona əlilliyin təyin olunması barədə qərarın etibarsız hesab edilməsinə dair qərarın etibarsız hesab edilməsi tələbi mümkün sayıla bilməz. İddiaçı cavabdehin əlilliyinin etibarsız hesab edilməsi hərəkətinin əsası kimi çıxış etmiş Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tərəfindən 2018-ci il 27 iyul tarixli, 029-2360-1218/5 nömrəli göndərişinin hansı səbəbdən əsassız rəsmiləşdirilmə aparmasını mübahisələndirməlidir. Yuxarıda qeyd edilən hal hazırkı işin birinci instansiya icraatı zamanı nəzərə alınmamış, məhkəmə tərəfindən iddia tələbi mümkün sayılaraq, maddi və prosessual normaların pozulması şəraitində qanunsuz və əsassız olaraq qərar qəbul edilmiş, iddiaçının iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, iddianın mümkün sayılmaması haqqında qərarda d məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Buna görə də iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir.
10. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
11. Kassasiya şikayətində qeyd edilmişdir ki, Tibbi Sosial Ekspert Komissiyasında iddiaçıya ümumi xəstəlik səbəbindən müddətsiz olaraq İ dərəcəli əlillik təyin edilməsi barədə qərar qəbul edilmiş və hal-hazırda həmin qərar qüvvədədir. Həmin qərarın ləğv edilməsi və ya etibarsız hesab edilməsi barədə hər hansı b ir inzibati akt qəbul edilməmiş və dəfələrlə tələb edilməsinə baxmayaraq iddiaçıya təqdim edilməmişdir. Apellyasiya Məhkəməsi inzibati aktın qəbul edilib edilməməsini, dəfələrlə müraciət edilməsinə baxmayaraq təqdim edilməmə səbəblərini araşdırmadan, həmin hala hüquqi qiymət vermədən əlilliyin etibarsız edilməsi qənaətinə gəlməsi, inzibati orqanın izahatının mötəbər sübut kimi qəbul etməsi prosessual qanunvericiliklə ziddiyyət təşkil edir. İddiaçı əlilliyin təyin olunması barədə qərarın etibarsız hesab edilməsinə dair qərarın etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının həmin qərar mübahisələndirmək subyektiv hüququdur. İnzibati orqan etibarsızlıq barədə qərarı məhkəməyə təqdim etmədiyindən həmin qərarın hansı əsasla qəbul edildiyi məlum olmamışdır. İdd iaçının iddiası əlilliyin təyin olunması barədə qərarın etibarsız hesab edilməsinə dair qərar mövcud olmadığından həmin qərarın mübahisələndirilməsi hissəsində mümkünsüz hesab edilə bilərdi. Kollegiya inzibati orqanın bu hüquq pozuntusuna qiymət verməmişdir. İddianı mümkünsüz hesab edilməsi inzibati orqana üstünlük verilməsinə səbəb olmuşdur. Daxili İşlər Nazirliyi Tibb İdarəsinin məktubunda isə iddiaçının qeydiyyatda olduğu və müxtəlif vaxtlarda müayinə olunduğu xüsusilə qeyd edilmişdir. İnzibati orqanın iş fəaliyyəti qanunvericilik aktları ilə tənzimlənir. Qanunvericilikdən kənar hərəkətləri hüquqi nəticə yarada bilməz.
12. Bundan başqa, iddiaçı tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Tibb İdarəsinə 2021-ci il 2 sentyabr tarixli, 40/1141 nömrəli əkil sorğusu ünvanlay araq iddiaçının həmin xəstəxanada qeydiyyatda olub olmaması barədə müvafiq məlumatların verilməsi tələb edilmiş və idarənin 2021-ci il 7 sentyabr tarixli, 029-2629-21 saylı cavab məktubu ilə iddiaçının 2005-ci ildən həmin Tibb İdarəsində qeydiyyatda olduğu və aldığı stasionar və ambulator müalicələr barədə ətraflı məlumat verilmişdir. Göründüyü kimi Məhkəmə əlillik təyin edilməsi barədə inzibati aktın qüvvədə olduğu həmin inzibati aktın ləğv edilməsi barədə məhkəməyə hər hansı bir sübut təqdim edilmədiyi yuxanda qeyd edilən normativ hüquqi aktların tələblərini nəzərə almadan əsassız qərar etmişdir. Hesab edilməlidir ki, Bakı İnzibati Məhkəməsinin 2021-ci il 29 yanvar tarixli qərarı ləğv edilməlidir. b. kassasiya şikayətinə etirazın dəlilləri
13. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, kassasiya şikayəti heç bir dəlilə əsaslanmamış, prosesin süni şəkildə uzadılmasına xidmət edir, ona görə də qərar qüvvədə saxlanılmaqla kassasiya şikayəti təmin edilməməlidir. Belə ki, İnzibati-Prosessual Məcəllənin 94.2-ci maddəsinə əsasən şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Lakin iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti əsaslandırılmamışdır. Kassasiya şikayətinə baxılması üçün əsas, maddi və prosessual hüquq normalarının pozulmasıdır. Maddi və prosessual hüquq normalarının tələbləri pozulmadığından apellyasiya instansiyası məhkəməsi haqlı olaraq "əlilliyin bərpa edilməsi” tələbinə dair iddia tələbi təmin etməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazir lər Kabinetinin 2016-ci il 05 fevral tarixli, 36 nömrəli Qərarı ilə təsdiq edilmiş "Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə"yə müvafiq olaraq, vətəndaşların əlilik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. İddiaçının əlillik vəziyyəti Daxili İşlər Nazirliyinin Tibb idarəsinin 2018-ci il 21 fevral tarixli, 4110003AADCR saylı göndərişi əsasında 2018-ci 22 fevral tarixdə qiymətləndirilmiş və ümumi xəstəlik səbəbi ilə müddətsiz birinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Qiymətləndirmənin aparılmasına əsas verən iddiaçının adının da olduğu siyahı üzrə göndərişlər Daxili İşlər Nazirliyinin Tibb idarəsi tərəfindən etibarsız hesa b edildiyindən, inzibati orqan tərəfindən tədbir görülərək adları siyahıda olan, dövlət büdcəsindən qanunsuz olaraq vəsait ödənməsinə nail olmuş şəxslərin, o cümlədən Kamaləddin Baxşəliyevin “Əlillik altsistemi"ndə qiymətləndirmələri etibarsız edilmişdir. Göründüyü kimi, iddiaçı faktiki olaraq inzibati orqan tərəfindən qiymətləndirmənin etibarsız edilməsi ilə bağlı görülmüş tədbir olan inzibati aktı mübahisələndirmiş və əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etmişdir. Qeyd olunan tələblər mübahisələndirmə və məcburetmə iddialarıdır. İddiaçıya aid qiymətləndirmə 2018-ci il tarixdə etibarsız edildiyindən iddianın mümkünlük şərtinə əməl edilməmişdir. 14. "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci maddəsində qeyd olunur ki, inzib ati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Qiymətləndirmənin aparılmasına əsas verən iddiaçının adının da olduğu siyahı üzrə göndərişlər Daxili İşlər Nazirliyinin Tibb idarəsi tərəfindən etibarsız hesab edildiyindən, inzibati orqan tərəfindən tədbir görülərək adları siyahıda olan, dövlət büdcəsindən qanunsuz olaraq vəsait ödənməsinə nail olmuş şəxslərin, o cümlədən iddiaçının “Əlillik altsistemində” qiymətləndirmələri etibarsız edilmişdir. İddiaçının əlilliyinin etibarsız edilməsi istiqamətində cavabdeh tərəfindən hər hansı qanunazidd h ərəkətə və ya hərəkətsizliyə yol verilməmiş, o cümlədən "İnzibati icraat haqqında” Qanunun tələbləri pozulmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
15. İnzibati Prosessual Məcəllə: Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üz rə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatla r göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
17. Şikayətdə apel lyasiya instansiyası məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Şikayət əsaslıdır və təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
19. Apellyasiya instansiyası məhkəməsi iddianın mümkünsüzlüyü ilə bağlı gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, iş üzrə cavabdeh inzibati orqan tərəfindən hər hansı qanunazidd hərəkətə və ya hərəkətsizliyə yol verilməsi iş materialları ilə müəyyən edilmədiyindən, iddiaçının ona təyin edilmiş əlilliyin etibarsız hesab edilməsi ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz sayılmasına dair tələbi mümkün sayıla bilməz.
20. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməs inin həmin qənaətini və bu qənaətlə bağlı əsaslandırmasını İPM-in 35.1-ci maddəsinin tələblərinə uyğun hesab etmir.
21. Apellyasiya instansiyası məhkəməsi nəzərə almalı idi ki, cavabdeh iddiaçıya təyin edilmiş əlilliyi ləğv etməklə və ya əlilliyi etibarsız hesab etməklə, artıq iddiaçının hüquqlarına müdaxilə etmişdir. İddiaçı da həmin müdaxilənin (cavabdehin davranışının) qanuniliyini mübahisələndirir.
22. Bu müdaxilənin qanuni və ya qanunsuz olduğunu isə məhkəmə iddiaya mahiyyəti üzrə baxmaqla müəyyən edə bilərdi.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 35.1-ci maddəsinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
24. İşə təkrar baxılarkən, həmçinin nəzərə alınmalıdır ki, birinci instansiya məhkə məsində icraat zamanı “iddianın dəqiqləşdirilməsi barədə” ərizənin icraata qəbul edildiyi 2020-ci il 04 noyabr tarixli məhkəmə iclasının protokolunda və məhkəmənin 2021-ci il 29 yanvar tarixli yekun qərarında qeyd olunsa da, həmin məzmunda ərizə işdə yoxdur.
25. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 13 avqust tarixli, 21(103)-1443/2021 nömrəli qərardadı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Qərar qətidir.