Məhkəmə qərarları › İş №2-1(102)-2409/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2409/2024

22.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2409/2024 22.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sığorta ödənişinin vərəsə kimi iddiaçıya ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Bədəlov X2 Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “sığorta ödənişinin vərəsə kimi iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzəri nə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 aprel 2024-cü il tarixli, 2-1(103)1747/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. AO seriyalı ******* nömrəli hərbi biletə əsasən iddiaçının mərhum həyat yoldaşı X4 (xx.xx.2015-ci il tarixdə vəfat etmişdir) xx.xx.1993-cü ildə Beyləqan rayon komissarlığı tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinə çağırıldığı, xx.xx.1994-cü il tarixdə mina partlayışı nəticəsində sol baldır sümüklərinin açıq sınıq travması aldığı, xx.xx.1995-ci ildə ehtiyata buraxıldığı, 179389 nömrəli xx.xx.2006-cı il tarixli vəsiqəyə əsasən isə İİ qrup əlil olduğu müəyyən olunur.

2. İddiaçı mərhum həyat yoldaşı X4 X7 zamanı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar aldığı bədən xəsarətinə görə ikinci qrup əlil kimi ödənilməli olan 6600 (altı min altı yüz) manat məbləğində sığorta ödənişinin vərəsə kimi iddiaçıya ödənilməsi barədə xx.xx.2023-cü il tarixli ərizə ilə cavabdeh quruma müraciət etmiş, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli “Birdəfəlik ödəmə haqqında” məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1513 nömrəli Fərmanının 1-ci hissəsinə uyğun olaraq 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlü yünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulur. X1 aldığı xəsarətlə əlaqədar əlilliyi müəyyən olunmadığı üçün sözügedən Fərmanın müddəaları ona şamil edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum həyat yoldaşı X4 X7 zamanı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar aldığı bədən xəsarətinə görə ikinci qrup əlil kimi ödənilməli olan 6600 (altı min altı yüz) manat məbləğində sığorta ödənişinin vərəsə kimi iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının həyat yoldaşı X8 xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixədək keçmiş SSRİ-nin Silahlı Qüvvələrinin tərkibində həqiqi hərbi xidmət keçmişdir. 06 aprel 1993-cü ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon bölməsi tərəfindən təkrar hərbi xidmətə çağırılmışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı X7ndə A zərbaycan Respublikası Müdafiə Nazirliyinin 849,N saylı hərbi hissələrinin tərkibində xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixə kimi döyüş yolu keçmişdir. Qarayev Ələddin xx.xx.1994-cü il tarixdə Beyləqan rayonu ərazisində gedən döyüş əməliyyatları zamanı mina partlayışı nəticəsində sol baldır sümüklərinin açıq sınığı ağır xəsarəti almışdır. İlk yardım N saylı hərbi hissənin tibbi rotasında göstərilmişdir. xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü ilə kimi Daxili qoşunların Qaradağ rayonunda yerləşən hospitalında qeyd olunan diaqnozla müalicə olunmuşdur. Uzun müddət Bakı şəhərində yerləşən HTİ-nin tramvatologiya klinikasında həmin diaqnozla müalicə almış, 45 günlük məzuniyyətdən sonra xx.xx.1994-cü ilə kimi həmin klinikada təkrarən müalicə almışdır. Qeyd olunan diaqnoz “Hərbi travm a olması və Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması” Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının verdiyi 1850 saylı, 27 oktyabr 1994-cü il tarixli xəstəlik haqqında şəhadətnamə ilə təsdiq olunur. Göstərilən xəstəliklə əlaqədar iddiaçının mərhum həyat yoldaşı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda gedən döyüşlərdə aldığı xəsarətlərə görə Beyləqan HƏEK tərəfindən əlillik təyin edilmişdir. X9 Bakı şəhəri, Səbail rayonu ərazisinə pasport qeydiyyatına düşdüyündən və yaşadığından sonuncu dəfə Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon ƏƏSMN-i tərəfindən 179389 saylı, 03 oktyabr 2006-cı il tarixli müddətsiz əlillik vəsiqəsi verilmişdir. İddiaçının həyat yoldaşı 19 sentyabr 2015-ci ildə vəfat etmişdir. Mərhum həyat yoldaşı ölən günədək 2-ci qrup m üharibə əlili kimi pensiyasını almışdır. Lakin həyat yoldaşına “Hərbi qulluqçıların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 296-İQ saylı, 20 may 1997ci il tarixli Qanununun tələblərinə uyğun olaraq sığorta ödənişi verilməmişdir.

5. Cavabdeh iddiаyа dаir еtirаzında qeyd etmişdir ki, 1997-ci il 2 avqust tarixinədək xidmət dövründə Azərbayca Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar aldığı xəsarətlə (xəstəliyi ilə) bağlı müvafiq məlumatları Nazirliyin “Hərbi-həkim ekspertizası və tibbi şəhadətnamə altsisteminə daxil edilmiş və aldığı xəsatərlə (xəstəliyi ilə) əlaqədar əlilliyinə dair Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində məlumatı olan şəxslərə birdəfəlik ödəmə proaktiv qaydada təyin edilir. Proaktiv qaydada təyinat aparılması mümkün olmayan hallarda birdəfəlik ödəmənin verilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 2 avqust tarixli, 271 nömrəli Qərarına əsasən müraciət edən şəxsin şəxsiyyət vəsiqəsi, birdəfəlik ödəmə almaq hüququ olan hərbi qulluqçunun və ya daxili işlər orqanı əməkdaşının tibbi sənədləri (hərbi-həkim komissiyasının (həkim –uçuş komissiyasının) xəstəlik haqqında şəhadətnaməsi, qərarı və ya arayışı), əlilliyinin müəyyən edilməsinə dair tibbi- sosial ekspertiza müayinəsinin nəticə hissəsindən çıxarış, ölüm haqqında şəhadətnamə və vərəsəlik hüququ haqqında şəhadətnamə Fondun qəbul şöbələri və ya “DOST” mərkəzi vasitəsilə Fonda təqdim edir. Belə ki, iddiaçıya mərhum əri X4 1997-ci ilin 2 avqust tarixədək aldığı xəsarətlə (baş vermi ş xəstəliyi ilə) əlaqədar əlillik məlumatlarının təsdiq olunması üçün Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etməsi və həmin fakt təsdiqləndiyi halda iddiaçıya vərəsə kimi birdəfəlik ödəmə verilməsi məsələsinə yenidən baxıla biləcəyi bildirilmişdir.

6. Bakı İnzibati Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli, 2-1(112)-12719/2023 nömrəli qərarı ilə (hakim M.T.Hacıbəyova) iddia tələbi təmin edilmiş, iddiaçının mərhum həyat yoldaşı X4 X7 zamanı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar aldığı bədən xəsarətinə görə ikinci qrup əlil kimi ödənilməli olan 6600 (altı min altı yüz) manat məbləğində sığorta ödənişinin vərəsəsi kimi iddiaçıya ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

7. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə sorğusu əsasında səlahiyyətli inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmiş X1 420018 nömrəli pensiya işində olan pensiyaçının uçot vərəqindən görünür ki, ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini yerinə yetirərkən xəsarət alması ilə bağlı müəyyən edilmiş 2 (ikinci) qrup əlilliyə görə xx.xx.1995-ci ildə ilkin pensiya təyin edilmiş, xx.xx.2015ci ildə ölməsi ilə əlaqədar olaraq qeydiyyatdan çıxarılmışdır.

8. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahi ş etmişdir. b) apellyasiya instansiya məhkəməsindəki icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 aprel 2024-cü il tarixli, 2-1(103)-1747/2024 nömrəli qərarı ilə (hakimlər Ş.A.Məmmədova /məruzəçi/, M.C.Qarayeva və P.A.Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli, 2-1(112)-12719/2023 nömrəli qərarı qərarı dəyişdirmədən saxlanılmışdır.

10. Apellyasiya məhkəməsi mübahisənin həllinə dair birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

12. Cavabdehin kassasiya şikayət inin dəlillərinə görə, X1 aldığı xəsarətlə əlaqədar olaraq əlilliyi müəyyən olunmadığı üçün sözügedən Fərmanın müddəaları ona şamil edilmir. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli, 1513 nömrəli Fərmanının 7-ci bəndinə əsasən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının” siyahısı onların xidmət etdikləri aidiyyəti dövlət qurumları tərəfindən Nazirliyə təqdim edilir. 1997-ci il 2 avqust tarixinədək xidmət dövründə Azərbaycan Respublika sının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar aldığı xəsarətlə (xəstəliyi ilə) bağlı müvafiq məlumatları Nazirliyin “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsisteminə daxil edilmiş və aldığı xəsarətlə (xəstəliyi ilə) əlaqədar əlilliyinə dair Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində məlumatı olan şəxslərə birdəfəlik ödəmə proaktiv qaydada təyin edilir. Proaktiv qaydada təyinat aparılması mümkün olmayan hallarda birdəfəlik ödəmənin verilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 2 avqust tarixli, 271 nömrəli Qərarına əsasən müraciət edən şəxsin şəxsiyyət vəsiqəsi, birdəfəlik ödəmə almaq hüququ olan hərbi qulluqçunun və ya daxili işlər orqanı əməkdaşının tibbi sənədləri (hərbihəkim komiss iyasının (həkim-uçuş komissiyasının) xəstəlik haqqında şəhadətnaməsi, qərarı və ya arayışı), əlilliyinin müəyyən edilməsinə dair tibbi-sosial ekspertiza müayinəsinin nəticə hissəsindən çıxarış, ölüm haqqında şəhadətnamə və vərəsəlik hüququ haqqında şəhadətnamə Fondun qəbul şöbələri və ya “DOST” mərkəzləri vasitəsilə Fonda təqdim edilir. Belə ki, iddiaçıya mərhum əri X4 1997-ci ilin 2 avqust tarixədək aldığı xəsarətlə (baş vermiş xəstəliyi ilə) əlaqədar əlillik məlumatlarının təsdiq olunması üçün Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etməsi və həmin fakt təsdiqləndiyi halda iddiaçıya vərəsə kimi birdəfəlik ödəmə verilməsi məsələsinə yenidən baxıla biləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 2 avqust t arixli, 271 nömrəli Qərarına əsasən müraciət edən şəxsin şəxsiyyət vəsiqəsi, birdəfəlik ödəmə almaq hüququ olan hərbi qulluqçunun və ya daxili işlər orqanı əməkdaşının tibbi sənədləri (hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) xəstəlik haqqında şəhadətnaməsi, qərarı və ya arayışı), əlilliyinin müəyyən edilməsinə dair tibbi-sosial ekspertiza müayinəsinin nəticə hissəsindən çıxarış, ölüm haqqında şəhadətnamə və vərəsəlik hüququ haqqında şəhadətnamə Fondun qəbul şöbələri və va “DOST” mərkəzləri vasitəsilə Fonda təqdim edilir. Qanunvericilik normasının məzmunundan da göründüyü kimi birdəfəlik ödəmənin verilməsi üçün birdəfəlik ödəmə almaq hüququ olan hərbi qulluqçunun və ya daxili işlər orqanı əməkdaşının tibbi sənədləri, xəstəlik haqqında arayışı, əlilliyinin müəyyən edilməsinə dair tibbi-sosial ekspertiza müayinəsinin nəticə hissəsindən çıxarış Fonda təqdim edilməlidir. Lakin mərhum X5 1997-ci il 2 avqust tarixinədək xidmət dövründə aldığı xəsarətlə (xəstəliyi ilə) əlaqədar əlilliyinə dair məlumatlar aşkar olunmamış, həmçinin onun əlilliyini təsdiq edən tibbi-sosial ekspertiza müayinəsinin nəticəsindən çıxarış təqdim edilməmişdir. Bu səbəbdən Ə.Qaravevə birdəfəlik ödəmə üzrə təyinatın aparılması qanunvericiliyin tələblərinə uyğun olaraq mümkün hesab olunmamışdır. b)

13. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

27. Hərbi qulluqçuların dövlət tərəfindən məcburi şəxsi sığortalanması Hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. 15. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.Əsas anlayışlar 2.1. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:... 2.1.6. sığorta hadisəsi – sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişinin ödənilməsi üçün əsas olan bu Qanunun 5-ci maddəsi ilə müəyyən edilən hal;... Maddə

4. Sığorta məblə ğinin və sığorta haqqının miqdarı 4.1. Sığortaolunan on bir min manat məbləğində sığorta edilir. 4.2. Sığorta haqqı bu Qanunun 4.1-ci maddəsində nəzərdə tutulan sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. Maddə

5. Sığorta hadisələri və ödənişləri Aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4.1-ci maddəsi ilə müəyyən edilmiş sığorta məbləğlərinin müvafiq faiz nisbətlərində verilir:... ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət (toplanış) dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə (toplanışa) yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıld ığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə: - orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə — 80 faiz; - orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə — 60 faiz; - orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə — 40 faiz;

16. İnzibati Prosessual Məcəllə: Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası mə hkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə süb utların araşdırılması tələb olunduqda; 96.5.2. apelyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.... Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayə tin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

18. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

20. Qanunvericiliyin yuxarı da istinad olunan normaları baxımından sığorta ödənişinin vərəsə kimi iddiaçıya ödənilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.

21. Bundan əlavə məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakı göstərilənləri qeyd etməyi zəruri hesab edir.

22. Məlum olduğu kimi, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4.1-ci maddəsi ilə müəyyən edilmiş sığorta məbləğlərinin müvafiq faiz nisbətlərində ve rilir:.... ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət (toplanış) dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə (toplanışa) yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə: - orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə — 80 faiz; - orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə — 60 faiz; - orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə — 40 faiz;

23. İş üzrə cavabdeh qurumun imtina dəlili mərhum X5 1997-ci il 2 avqust tarixinədək xidmət dövründə aldığı xəsarətlə əlaqədar əlilliyinə dair məlumatların aşkar olunmaması, həmçinin onun əlilliyini təsdiq edən tibbi-sosial ekspertiza müayinəsinin nəticəsindən çıxarışın təqdim edilməməsi barədə olmuşdur. Lakin iş materialları üzrə mərhum X6 məxsus pensiya işində olan pensiyaçının uçot vərəqinə əsasən ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini yerinə yetirərkən xəsarət alması ilə bağlı 2 (ikinci) qrup əlilliyə görə xx.xx.1995-ci ildə ilkin pensiya təyin edildiyi müəyyən olunur. Mərhumə məxsus hərbi biletə əsasən isə onun xx.xx.1993-cü ildə Beyləqan rayon komissarlığı tərəfindən Az ərbaycan Respublikası Silahlı Qüvvələrinə çağırıldığı, xx.xx.1994-cü il tarixdə mina partlayışı nəticəsində sol baldır sümüklərinin açıq sınıq travması aldığı, xx.xx.1995-ci ildə ehtiyata buraxıldığını nəzərə alsaq, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində göstərilən sığorta hadisəsinin baş verdiyini təsdiqləmək mümkündür.

24. Eyni zamanda, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşla rının, habelə onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2021-ci il tarixli, 1513 nömrəli Fərmanı ilə qərara alınmışdır: 1. 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə aşağıdakı məbləğlərdə birdəfəlik ödəmə verilsin: 1.1. İ dərəcə əlilliyə görə – 8 800 manat; 1.2. İİ dərəcə əlilliyə görə – 6 600 manat; 1.3. İİİ dərəcə əlilliyə görə – 4 400 manat; 1.4. bu Fərmanın 1-ci hissəsində göstərilən kateqoriyadan olan hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə – vəfat etmiş şəxsin əlillik dərəcəsinə uyğun olaraq bu Fərmanın 1.1–1.3-cü bəndlərində nəzərdə tutulan məbləğdə.

25. Həmçinin istinad olunan Fərmanın 4.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 2 avqust tarixli 271 nömrəli Qərarı ilə təsdiq edilmiş “1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alm ası və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi Qaydası”na əsasən: 1.2. Birdəfəlik ödəmə Fərmanın 1-ci hissəsinə uyğun olaraq aşağıdakı kateqoriyadan olan hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə (bundan sonra – birdəfəlik ödəmə almaq hüququ olan şəxslər) verilir:... 1.2.2. 1997-ci il avqustun 2-dək olan xidmət dövründə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərə;.... 3.1. Fərmanın 1-ci hissəsinə uyğun olaraq birdəfəlik ödəmə almaq hüququ olan şəxslərə aşa ğıdakı məbləğlərdə birdəfəlik ödəmə təyin edilir: 3.1.1. İ dərəcə əlilliyə görə – 8 800 manat; 3.1.2. İİ dərəcə əlilliyə görə – 6 600 manat; 3.1.3. İİİ dərəcə əlilliyə görə – 4 400 manat; 3.1.4. bu Qaydanın 1.2.5-ci yarımbəndində nəzərdə tutulan şəxslərə - vəfat etmiş şəxsin əlillik dərəcəsinə uyğun olaraq bu Qaydanın 3.1.1-3.1.3-cü yarımbəndlərində nəzərdə tutulan məbləğ nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən onlara çatası miras payı məbləğində.... 2.8. Birdəfəlik ödəmə almaq hüququ olan hərbi qulluqçunun və ya daxili işlər orqanları əməkdaşlarının vərəsələri bu Qaydanın 2.6-cı və 2.7-ci bəndləri nəzərə alınmaqla, əlavə olaraq aşağıdakı sənədləri də təqdim etməlidirlər: 2.8.1. birdəfəlik ödəmə almaq hüququ olan hərbi qulluqçunun və ya daxili işlər orqanı əm əkdaşının ölüm haqqında şəhadətnaməsi; 2.8.2. vərəsəlik hüququ haqqında şəhadətnamə....

26. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

27. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 aprel 2024-cü il tarixli, 21(103)-1747/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar