Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-241/2022 02.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: ( güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi hakim, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təy in edilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.09.2021-ci il tarixli, 2-1(103)-1896/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.1960-ci ildə anadan olmuşdur. 12.05.1979 - 09.05.1981-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olmuş, 01.09.1981 - 24.04.1982-ci illərdə Dövlət texniki peşə təhsili məktəbində elektrik qaynaqçısı peşəsi üzrə təhsil almış, 13.05.1982-ci il tarixdə "xxxx" İstehsalat Təmir Müəssisəsinin Bakı qazan turbin avadanlıqları tikinti sahəsinə 2-ci dərəcəli elektrik qaynaqçısı qəbul edilmiş, 10.10.1982-ci il tarixdə ona 3-cü dərəcəli elektrik qaynaqçısı dərəcəsi verilmişdir. 08.10.1984-cü il tarixdə öz xahişi ilə işdən azad edilmişdir (02 il 04 ay 26 gün). 19.10.1984-cü il tarixdən 04.01.1985-ci il tarixədək Azərbaycan SSR Sənaye Tikinti Nazirliyi Tresti Tİ-85-ə 3-cü dərəcəli elektrik qaynaqçısı vəzifəsinə (02 ay 16 gün), 25.01.1985-ci il tarixdə Bakı Baş Tikinti ”X1 Birliyi”nin (SEİB) 3 saylı Evtikmə Kombinatında montaj sahəsinə əl ilə qaynaq üzrə üçüncü dərəcəli elektrik qaynaqçısı vəzifəsinə qəbul edilmiş, 03.01.1986-cı il tarixdə ona 4-cü dərəcəli əl ilə qaynaq üzrə elektrik qaynaqçısı dərəcəsi verilmiş, 10.09.1987-ci il tarixdə mexaniki sexə əl ilə qaynaq üzrə 3-cü dərəcəli elektrik qaynaqçısı keçirilmiş, 26.02.1988-ci il tarixdə əl ilə qaynaq üzrə 4-cü dərəcəli elektrik qaynaqçısı dərəcəsi verilmiş, 24.01.1989-cu il tarixdə 2ci dərəcəli trosttoxuyan vəzifə sinə, 01.09.1991-ci il tarixdə əl ilə qaynaq üzrə 5-ci dərəcəli elektrik qaynaqçısı vəzifəsinə keçirilmiş, 07.01.1993-cü il tarixdə 2-ci dərəcəli çilingər trosttoxuyan ixtisasi verilmiş, 01.07.1994-cü il tarixdə SEİB-in 4 saylı Tikinti İdarəsinə 5 dərəcəli əl ilə qaynaqçı vəzifəsinə keçirilmiş, 01.06.1998-ci il tarixdə SEİB-in 4 saylı Tikinti İdarəsində gözətçi vəzifəsinə keçirilmişdir. 23.11.2005-ci il tarixdən öz hesabına məzuniyyətə çıxmışdır.
2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, ona 57 yaşının tamam olduğu tarixdən, yəni 24.12.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.
3. Cavabdeh müraciətin təmin edilməsindən imtina olunduğunu bildirmişdir. Cavabdeh imtinasını iddiaçının 01.01.2006-cı il tarixədək ümumi iş stajının 25 ildən, güzəştli iş stajının isə 12 il 6 aydan az təşkil etməsi, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi, iddiaçının 07.01.1993-cü il tarixdən 23.11.2005-ci il tarixədək işlədiyi SEİB-in 3 nömrəli Evtikmə Kombinatı tərəfindən məcburi sosial sığorta haqlarının ödənilməməsi ilə əlaqələndirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə-birinci instansiya məhkəməsi) iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, ona 57 yaşının tamam olduğu 24.12.2017-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pens iya hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin 30.12.2017-ci il tarixdən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, təhsil və hərbi xidmət müddəti nəzərə alınmaqla 01.01.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən, güzəştli iş stajı isə 12 il 06 aydan çox təşkil edir. Onun işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahıda nəzərdə tutulmuşdur. Ona görə də güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh ümumi və güzəştli iş stajlarının az olması səbəbindən ona pensiyanın təyin olunmasından imtina etmişdir. İddiaçı hesab edir ki, həmin imtina əsassızdır.
6. Birinci instansiya məhkəməsinin 03.05.2021-ci il tarixli, 2-1(112)-4202/2021 nömrəli (hakim Orxan Həsənov) qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçıya 57 yaşdan, yəni 24.12.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, pensiya hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin isə 30.12.2017-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
7. Məhkəmə hesab etmişdir ki, cavabdeh imtina məktubunda iddiaçının işlədiyi dövrü qəbul etməsə də, bunun əksini sübut edən hər hansı bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir.
8. Cavabdeh apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.09.2021-ci il tarixli, 2-1(103)-1896/2021 nömrəli (hakimlər Cahangir Yusifov - sədrlik edən və məruzəçi, Elmira Nağıyeva və Həmid Həmidov ) qərarı ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 03.05.2021-ci il tarixli, 2-1(112)4202/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmə hesab etmişdir ki, cavabdehin apelyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
11. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunma masını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri
12. Cavabdehin kassasiya şikayətinin dəlilləri imtinanın və apelyasiya şikayətinin dəlilləri ilə eynidir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
14. Kassasiya mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
15. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublik asının Konstitusiyası Maddə 38 Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdı qda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 18. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təmin atı haqqında” Qanun Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b)əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Ka bineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. Maddə
67. Hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir.
19. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 87.1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arx iv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin» 2 nömrəli Siyahısının 23200000 kodlu XXXİİİ (“Ümumi peşələr”) bölməsində 23200000-19906 şrifti altında əl ilə qaynaq aparan elektrik qaynaqçıları güzəştli pensiya hüququ verən peşə kimi nəzərdə tutulmuşdur. 22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təq dim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzr ə qərarı qətidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini qanuni və əsaslı sayır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instan siyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
25. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
26. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətinin məzmununa uyğun kasasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəb ul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
27. Hazırkı mübahisəyə münasibətdə cavabdehin kassasiya şikayətinin əsas dəlili iddiaçının 01.01.2006-cı il tarixə qədər tələb olunan ən azı 25 il ümumi və 12 il 6 ay güzəştli iş stajına malik olmaması ilə bağlıdır.
28. Bununla bağlı nəzərə almaq lazımdır ki, 01.01.2006-cı il tarixədək qüvvədə olmuş (iddiaçının işlədiyi dövrdə qüvvədə olan) "Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitab çası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli, 638 nömrəli qərarı (qüvvədən düşmüşdür) ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
30. Hazırkı mübahisəyə münasibətdə qeyd edilməlidir ki, iş materiallarına iddiaçının iş yerindən müvafiq arayışlar, əmrlərd ən çıxarışlar əlavə edilmişdir və həmin sənədlər iddiaçının işlədiyi dövrdə qüvvədə olan qanunvericiliyə görə əmək stajının müəyyən olunması zamanı nəzərə alınmalıdır.
31. Bu qərarın 17-18-ci bəndində istinad olunan normalara görə, güzəştli şərtlərlə əmək pensiyası o halda təyin oluna bilər ki, şəxs əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan tam əmək stajını, yəni həm ümumi və həm də xüsusi stajı “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək qazanmış olsun.
32. Bu zaman nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüqu qu verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.
33. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə bu Qərarın 18-ci bəndində istinad olunan və 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları tətbiq olunmalıdır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 nömrəli siyahısına əsasən, kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışdıqları təqdirdə, axırıncı iş yerində n asılı olmayaraq, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər.
34. Azərbaycan Respublikası “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən, 13-cü maddədə nəzərdə tutulmuş yaş həddinin 1997-ci il avqustun 1dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur.
35. Bu Qərarın 18-ci bəndində istinad olunan normaya əsasən, hərbi (alternativ) xidmət müddəti, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir.
36. İddiaçı 01.09.1981 -ci ildən - 24.04.1982-ci ilədək texniki peşə təhsili məktəbində elektrik qaynaqçısı peşəsi üzrə təhsil alması və 12.05.1979-cu il tarixdən 09.05.1981-ci il tarixədək keçmiş Sovet Ordusu sıralarında hərbi xidmət keçməsi iş üzrə materiallara əlavə edilmiş müvafiq sənədlərlə təsdiq olunur.
37. Bundan başqa, iş üzrə materiallara əlavə edilmiş iddiaçının əmək kitabçasının təsdiq olunmuş surətinə, X1 Birliyi tərəfindən təqdim olunmuş 28.12.2020-ci il tarixli, 01/04 saylı arayışa və iddiaçının əmək haqqına dair cədvəllərə əsasən müəyyən olunur ki, iddiaçı mübahisələndirilən 1993- 2005-ci illərdə həmin Birliyin 3 saylı Evtikmə Kombinatında və 4 saylı Tikinti İdarəsində çalışmış, həmin dövrdə əmək haqqı almış və onun aylar üzrə əmək haqqından gəlir vergisi və dövlət sosial sığorta haqları tutulm uşdur.
38. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə iddiaçının işlədiyi peşələrin güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə uyğunluğu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin» 2 nömrəli Siyahısına əsasən müəyyənləşdirilməlidir. İşin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçının işlədiyi peşələr qeyd olunan 2 nömrəli Siyahının 23200000 kodlu XXXİİİ. “Ümumi peşələr” bölməsində 23200000-19906 şrifti ilə nəzərdə tutulmuş əl ilə qaynaq aparan elektrik qayn aqçıları peşəsinə uyğundur və güzəştli şərtlərlə pensiya hüququ verən peşə kimi nəzərə alınmalıdır.
39. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı il bağlı kassasiya şikayətinin dəlili ilə əlaqədar nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanuna dəyişikliklər edilməsi barədə” 10 mart 2017ci il tarixli, 543-VQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə həmin Qanunun 9.1-ci maddəsində “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmiş və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmiş və həmin dəyişiklik 2017-ci ilin iyul ayı nın 1-dən qüvvəyə minmişdir. Hazırkı mübahisəyə münasibətdə 01.07.2017-ci il tarixədək qüvvədə olmuş pensiya qanunvericiliyi tətbiq olunduğundan cavabdehin həmin dəlili əsassız sayılmalıdır.
40. İstinad edilən qanunvericilik normalarına görə, şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs müvafiq yaşa çatmalı, 25 ildən çox ümumi iş stajına, o cümlədən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə ən azı 12 il 6 ay xüsusi iş stajına malik olmalıdır. İşin apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan həmin dispozisiya ş ərtləri iddiaçıya münasibətdə mövcuddur.
41. Cavabdehin işə əlavə olunmuş imtina məktubuna əsasən iddiaçının pensiya təyin olunması barədə 30.12.2020-ci il tarixdə müraciət etdiyi nəzərə alınmalı, “Əmək pensiyaları haqqında” Qanunun əmək pensiyasının ödənilməsinin mövcud qaydasını müəyyənləşdirən 32.1-1-ci maddəsinin tələbinə uyğun olaraq ona pensiya müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin olunmalıdır. Bu qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
42. Beləliklə, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanunazidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyası nın 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
43. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Şikayətin təmin olunması üçün əsaslar müəyyən edilməmişdir.
44. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.09.2021-ci il tarixli, 2-1(103)-1896/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.