Məhkəmə qərarları › İş №2-1(102)-241/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-241/2024

25.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-241/2024 25.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağ sahəsinə mülkiyyət hüququnun qeydə alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1961-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alın araq dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-2388/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. “Damba” bağçılıq-yoldaşlığının idarə heyətinin yığıncağının xx.xx.1999-cu il tarixli, 02 nömrəli protokolundan çıxarışa əsasən, İddiaçı bağçılıq yoldaşlığına üzv qəbul edilərək 433 nömrəli bağ sahəsi onun daimi istifadəsinə verilmiş, əvvəllər 433 nömrəli 5 sot bağ sahəsini almış və uzun müddət həmin sahədə heç bir iş görməyən Babayev M.S. üzvlükdən çıxarılaraq ona verilmiş sənədlər öz hüquqi qüvvəsini itirmiş hesab edilmiş, bağçılıq yoldaşlığı üzvlərinin siyahıs ında müvafiq dəyişikliklərin edilməsi qərara alınmışdır.

2. Bakı şəhəri İcra Hakimiyyəti başçısı aparatının X1 və İstismarı Birliyi ilə X9 arasında bağlanmış 22594 nömrəli bağ sahəsinin icarəyə verilməsinə dair xx.xx.1999-cu il tarixli müqaviləyə əsasən, Dübəndi bağ sahələrində yerləşən 32/54-423/445 nömrəli bağ sahəsi X5 istifadəsinə verilmişdir.

3. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2009-cu il qeydiyyat tarixli, MH ******* nömrəli çıxarışa əsasən, Bakı şəhəri, Əzizbəyov rayonu, Dübəndi bağ sahəsi, 32/54-423/445 nömrəli bağ sahəsi üzərində X5 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır.

4. Bakı şəhəri İcra Hakimiyyəti başçısı aparatının X1 və İstismarı Birliyi ilə X6 arasında bağlanmış 22586 nömrəli bağ sahəsinin icarəyə verilməsi nə dair xx.xx.1999-cu il tarixli müqaviləyə əsasən, Dübəndi bağ sahələrində yerləşən 42/433 nömrəli bağ sahəsi X2 istifadəsinə verilmişdir.

5. A 003749 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində Bakı şəhər XDS İK-nın xx.xx.1987-ci il tarixli, 20/396 nömrəli qərarı ilə X3 ayrılmış 42/433 nömrəli bağ sahəsinin koordinatları və yerləşmə vəziyyəti əks olunmuşdur.

6. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2015-ci il qeydiyyat tarixli, **********05 nömrəli çıxarışa əsasən, Bakı şəhəri, Əzizbəyov rayonu, Dübəndi bağ sahəsi, 433 nömrəli bağ sahəsi üzərində X2 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır.

7. İddiaçı Bakı şəhəri, Pirallahı qəsəbəsi, Dübəndi bağ massivində yerləşən 433 nömrəli bağ sahəsi üzərində onun mülkiyyət hüququnun d aşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə müvafiq çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciətlər etmişdir.

8. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli imtina məktublarında qeyd edilmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında M.S.Babayevin adı qeyd olunsa da, iddiaçının adı aşkar olunmamışdır. Həmçinin göstərilən bağ sahəsi digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmişdir. Qeyd olunan səbəbdən iddiaçının ərizəsinin icrası mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Pirallahı qəsəbəsi, Dübəndi bağ massivində yerləşən 433 nömrəli bağ sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Damba” bağçılıq yoldaşlığının idarə heyətinin yığıncağının xx.xx.1999-cu il tarixli, 02 nömrəli protokolu ilə iddiaçı bağçılıq yoldaşlığına üzv qəbul edilərək əvvəllər üzv olmuş M.S.Babayevə məxsus 433 nömrəli 5 sot bağ sahəsi ondan alınaraq iddiaçıya verilmişdir. Həmin bağ sahəsi uzun müddət iddiaçının ailəsinin istifadəsində olmuşdur. İddiaçı bu torpaq sahəsinin özəlləş dirilməsi məqsədi ilə cavabdehə müraciət etmiş, lakin ərizəsi təmin edilməmişdir. İmtina onunla əsaslandırılmışdır ki, bağ sahəsinin M.S.Babayevə aid olan sənədləri xidmətdə saxlanılsa da, iddiaçının sənədləri saxlanılmamış, həmçinin bağ sahəsi başqa şəxsin adına rəsmiləşdirilmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır Cavabdehin etirazları:

11. Cavabdeh iddia qarşı etirazında qeyd edilmişdir ki, iddiaçı Bakı şəhəri, Pirallahı qəsəbəsi, Dübəndi bağ massivində yerləşən 433 nömrəli bağ sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixlərdə İdarəyə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, iddiaçı tərəfindən göstərilən sahə digər şəxsin ( X5) adına Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsi, 32/54-423/445 nömrəli bağ sahəsi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. İddiaçının adı bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında aşkar olunmamışdır. Əlavə olaraq “Damba” bağçılıq yoldaşlığının ayrıc aktı daxilində 433 nömrəli bağ sahəsi digər şəxsin (X2) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əml akın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır.

12. Birinci instansiya məhkəməsi tərəfindən X6 və X7 (X5 prosessual hüquq varisi) üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişlər.

13. Cavabdehin birinci instansiya məhkəməsinə ünvanlanmış xx.xx.2021-cu il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivində yerləşən 433 nömrəli bağ sahəsinin iddiaçıya ayrılması barədə “Damba” bağçılıq yoldaşlıq birliyinin idarə heyətinin yığıncağının xx.xx.1999-cu il tarixli, 02 nömrəli protokolu arxiv qovluğunda aşkar edilməmişdir. Həmçinin göstərilən bağ sahəsinin bir hissəsi 32/54423/445 nömrəli bağ sahəsi kimi X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. 14. “X8 və Ekspertiza Mərkəzi” MMC tərəfindən xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, Pirallahı qəsəbəsi, Dübəndi bağ massivində yerləşən 433 nömrəli bağ sahəsinin faktiki yeri və koordinatları müəyyən edilərək rəyə əlavə edilmiş sxemdə qeyd edilir. Həmin torpaq sahəsi dövlət mülkiyyətinə aid olmaqla yaşayış məntəqələrinin torpaqlarına aiddir. Bakı şəhəri, Pirallahı qəsəbəsi, Dübəndi bağ massivində yerləşən 433 nömrəli bağ sahəsinin faktiki yeri və koordinatları bağların sxematik xəritəsinə uyğundur. Bakı şəhəri, Pirallahı qəsəbəsi, Dübəndi bağ massivində yerləşən 433 nömrəli bağ sahəsinin faktiki yeri və koordinatları X4 mülkiyyətində olan 32/54-423/445 nömrəli bağ sahəsinin faktiki yeri və koordinatları ilə üst-üstə düşmür, 33 metr kənarda yerləşir. Bakı şəhəri, Pirallahı qəsəbəsi, Dübənd i bağ massivində yerləşən 433 nömrəli bağ sahəsinin faktiki yeri və koordinatları X2 mülkiyyətində olan 433 nömrəli bağ sahəsinin faktiki yeri və koordinatları ilə kəsişmir, üst- üstə düşmür, Bakı şəhəri, Pirallahı qəsəbəsi, Dübəndi bağ massivində yerləşən 433 nömrəli bağ sahəsindən 252 metr kənarda yerləşir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

15. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-532/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Pirallahı qəsəbəsi, Dübəndi bağ massivində yerləşən 433 nömrəli bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsasl andırmışdır ki, cavabdehin dəlilləri əsaslı deyil. Belə ki, “Damba” bağçılıq-yoldaşlığının idarə heyətinin yığıncağının xx.xx.1999-cu il tarixli, 02 nömrəli protokolundan çıxarışa əsasən iddiaçı bağçılıq yoldaşlığına üzv qəbul edilərək 433 nömrəli bağ sahəsi istifadəsinə verilmişdir. Göstərilən sənədlərin cavabdeh inzibati orqana təqdim edilməsinə baxmayaraq, cavabdeh iddiaçının ərizəsi əsasında inzibati icraat başlamaq əvəzinə heç bir araşdırma aparmadan ərizəni təmin etməmiş, iddiaçı tərəfindən riayət edilməli olan prosedur qaydaları sadalamamışdır. Cavabdeh etirazının dəlili olaraq məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Cavabdeh imtinasının əsası kimi, göstərilən sahənin digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi göstərilmişdir. Halbuki, ca vabdehin dəlilləri məhkəmənin aldığı mütəxəssis rəyi ilə təkzib edilir. Belə ki, mütəxəssis rəyindən göründüyü kimi, iddiaçının iddia etdiyi Bakı şəhəri, Pirallahı qəsəbəsi, Dübəndi bağ massivində yerləşən 433 nömrəli bağ sahəsinin faktiki yeri və koordinatları müəyyən edilərək rəyə əlavə edilmiş sxemdə qeyd edilmiş, həmin torpaq sahəsi dövlət mülkiyyətinə aid olmaqla yaşayış məntəqələrinin torpaqlarına aiddir, bağ sahəsinin faktiki yeri və koordinatları bağların sxematik xəritəsinə uyğundur, 433 nömrəli bağ sahəsinin faktiki yeri və koordinatlarının X4 mülkiyyətində olan 32/54-423/445 nömrəli bağ sahəsinin faktiki yeri və koordinatları ilə üst-üstə düşmür, 33 metr kənarda yerləşir, həmçinin də X2 mülkiyyətində olan 433 nömrəli bağ sahəsinin faktiki yeri və koordinatları ilə kəsişmir, üstü stə düşmür, Bakı şəhəri, Pirallahı qəsəbəsi, Dübəndi bağ massivində yerləşən 433 nömrəli bağ sahəsindən 252 metr kənarda yerləşir. Hazırkı məhkəmə araşdırması zamanı mütəxəssis rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə həmin rəyi mötəbər sübut kimi qəbul edir. Həmçinin də üst-üstə düşmə halı müəyyən edilmədiyindən məhkəmə iş üzrə ekspertizanın keçirilməsinə prosessual qənaət prinsipi baxımından lüzum görməmişdir.

17. Əlavə olaraq qeyd edilməlidir ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Dübəndi bağ sahəsi, 433 nömrəli bağ sahəsi üzərində X2 mülkiyyət hüququ dövlət qeydiyyatına alınsa da, həmin bağ sahəsinin arxiv sənədlərindən göründüyü kimi, əslində Bakı şəhəri İcra Hakimiyyəti başçısı aparatının X1 və İstismarı Birliyi ilə X6 aras ında bağlanmış 22586 nömrəli bağ sahəsinin icarəyə verilməsinə dair xx.xx.1999-cu il tarixli müqaviləyə görə Dübəndi bağ sahələrində yerləşən 42/433 nömrəli bağ sahəsi onun istifadəsinə verilmiş, plan-ölçü sənədi də məhz 42/433 nömrəli bağ sahəsinə dair tərtib edilmişdir. Bu isə, onu göstərir ki, cavabdeh çıxarışla 433 nömrəli bağ sahəsi üzərində X2 mülkiyyət hüququnu rəsmiləşdirsə də, əslində iddiaçının eyni nömrə ilə tələb etdiyi bağ sahəsindən fərqli bir bağ sahəsidir, yalnız formal olaraq nömrə eyniliyi mövcuddur ki, bu halın da aradan qaldırılması birbaşa cavabdehin səlahiyyətindədir. Çünki üçüncü şəxslərin hüquqlarına toxunma halı iş üzrə müəyyən olunmur.

18. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

19. Apellyasiya instansiyası məhkəməsi tərəfindən X6 və X4 üçüncü şəxs statusu ləğv edilmişdir.

20. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-2388/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

22. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

23. Cavabdehin kassasiya şikayətinin dəlillərinin əsasını onun imtina məktublarında və iddiaya qarşı etirazında göstərilə nlər təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

24. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu... Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;...

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən ) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Şikayət aşağıdakı səbəblərə görə təmin olu na bilməz.

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

31. Məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edir. Qərarın nəticəsi ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.

32. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyi n yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

33. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

34. İddiaçı tələbinin əsası kimi “Damba” bağçılıq-yoldaşlığının idarə heyətinin yığ ıncağının xx.xx.1999-cu il tarixli, 02 nömrəli protokolundan çıxarışa istinad edir.

35. Bu qərarın 25-ci bəndində istinad edilən normalara əsasən, 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

36. Cavabdeh imtinasının əsasını sözügedən bağ sahəsinin digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi təşkil etmişdir.

37. İş üzrə verilmiş mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, sözügedən bağ sahəsi dövlət mülkiyyətinə aid olmaqla yaşayış məntəqələrinin torpaqlarına aiddir. Həmin bağ sahəsinin faktiki yeri və koordinatları bağların sxematik xəritəsinə uyğundur. Həmin bağ sahəsinin faktiki yeri və koordinatları X4 mülkiyyətində olan 32/54-423/445 nömrəli bağ sahəsinin faktiki yeri və koordinatları ilə üst-üstə düşmür, 33 metr kənarda yerləşir. Həmçinin həmin bağ sahəsinin faktiki yeri və koordinatları X2 mülkiyyətində olan 433 nömrəli bağ sahəsinin faktiki yeri və koordinatları ilə kəsişmir, üst-üstə düşmür, 252 metr kənarda yerləşir.

38. İş materiallarının ətraflı araşdırılması nəticəsində apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Dübəndi bağ sahəsi, 433 nömrəli bağ sahəsi üzərində X2 mülkiyyət hüququ dövlət qeydiyyatına alınsa da, həmin bağ sahəsinin arxiv sənədlərindən göründüyü kimi, əslində Bakı şəhəri İc ra Hakimiyyəti başçısı aparatının X1 və İstismarı Birliyi ilə X6 arasında bağlanmış 22586 nömrəli bağ sahəsinin icarəyə verilməsinə dair xx.xx.1999-cu il tarixli müqaviləyə görə Dübəndi bağ sahələrində yerləşən 42/433 nömrəli bağ sahəsi onun istifadəsinə verilmiş, plan-ölçü sənədi də məhz 42/433 nömrəli bağ sahəsinə dair tərtib edilmişdir. Bu isə, onu göstərir ki, cavabdeh çıxarışla 433 nömrəli bağ sahəsi üzərində X2 mülkiyyət hüququnu rəsmiləşdirsə də, əslində iddiaçının eyni nömrə ilə tələb etdiyi bağ sahəsindən fərqli bir bağ sahəsidir, yalnız formal olaraq nömrə eyniliyi mövcuddur ki, bu halın da aradan qaldırılması birbaşa cavabdehin səlahiyyətindədir. Çünki üçüncü şəxslərin hüquqlarına toxunma halı iş üzrə müəyyən olunmur.

39. Beləliklə, iddiaçının yuxarıda istinad edilən normalardan irəli gələn hazırkı məzmunda tələb hüququ vardır.

40. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür, şikayətin təmin olunması üçün əsaslar yoxdur.

41. Yuxarıda şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-2388/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar