Məhkəmə qərarları › İş №2-1(102)-2410/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2410/2023

20.09.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2410/2023 20.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: şəhid ailəsi kimi güzəştlər əsasında mənzil növbəsi siyahısına salınma) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1962-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “m ənzil növbəsi siyahısına salınma” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 iyun 2023-cü il tarixli, 2-1(103)-270/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 28 fevral 2008-ci il tarixli, AZ-İ seriyalı, 276569 nömrəli “Ölüm haqqında şəhadətnamə”yə əsasən iddiaçının qardaşı X3 14 fevral 1994-cü ildə Kəlbəcər rayon ərazisində gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.

2. Nəsimi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən iddiaçının anası X1 xx.xx.2008-ci il tarixdə verilmiş 014655 nömrəli vəsiqəyə görə onun “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunda göstərilən güzəşt və imtiy azlardan istifadə etmək hüququ olmuşdur.

3. Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.2009-cu il tarixli sərəncamına əsasən iddiaçının anası X2 5 nəfər ailə tərkibi ilə birlikdə şəhid anası kimi güzəştli əsaslarla mənzil növbəsinə götürülmüşdür. 4. 8 noyabr 2012-ci il tarixli, AZ-İ seriyalı, 577980 nömrəli “Ölüm haqqında şəhadətnamə”yə əsasən iddiaçının anası X2 30 oktyabr 2012-ci ildə Bakı şəhərində ölmüşdür. 5. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 aprel 2013-cü il tarixli, 2inz(81)1565/2013 nömrəli qərarı ilə İddiaçı iddiası təmin edilmiş, Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.2009-cu il tarixli sərəncamına əsasən güzəştli mənzil növbəsinin İddiaçı adına keçirilməsi vəzifəsi cavabdeh Nəsimi Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir.

6. Bakı şəhəri Nəsimi Rayon İcra H akimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 742 nömrəli “Bənövşə İbrahimovanın ölümü ilə əlaqədar onun mənzil növbəsinin oğlu İddiaçı adına keçirilməsi haqqında” sərəncamına əsasən B.İbrahimovanın mənzil növbəsi onun ölümü ilə əlaqədar olaraq oğlu İddiaçı adına keçirilmiş və iddiaçının 5 nəfər ailə tərkibi ilə (özü, h/yoldaşı, oğlu, qızı, nəvəsi) xx.xx.2009-cu il tarixdən şəhid ailəsi kimi güzəştli əsaslarla növbəlilik siyahısına daxil edilmişdir. Sərəncamın məzmununda 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 aprel 2013-cü il tarixli, 2inz(81)-1565/2013 nömrəli qərarına istinad edilmişdir.

7. Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli, 32 nömrəli arayışa əsasən iddiaçı xx.xx.2009-cu il tarixdən 5 nəfər ailə tərkibi ilə şəhid ailəsi kimi güzəştli əsaslar la mənzil növbəsinə götürülmüşdür. Sıra № 709-güzəştli (№37 Şəhid ailəsi).

8. İddiaçının müraciətinə cavab olaraq cavabdehin 18 oktyabr 2021-ci il tarixli, **********9 nömrəli imtina məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”na əsasən şəhidin arvadı (əri), valideyinləri, 18 yaşına çatmamış uşaqları, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqları, qardaşları və bacıları (uşaq evlərində tərbiyə olunanlar), texniki peşə, orta ixtisas məktəblərində və ali təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil alanlar isə bu məktəb i bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək, qanunla onları saxlamalı şəxs yoxdursa, babalar və nənələr şəhid ailəsi üzvü hesab edilirlər. Qeyd edilən qərarla təsdiq olunmuş qaydalarda müəyyən olunan ailə üzvü hesab edilmədiyindən iddiaçının sosial-məişət şəraitinin yaxşılaşdırılması səlahiyyətləri xaricindədir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

9. İddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 742 nömrəli sərəncamına əsasən iddiaçının 5 nəfər ailə tərkibi ilə xx.xx.2009-cu il tarixdən şəhid ailəsi kimi güzəştli şərtlər əsasında salındığı m ənzil növbəsinə uyğun mənzil ilə təmin edilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, qardaşı X3 xx.xx.1994-cü il tarixdə Kəlbəcər rayonu ərazisində gedən döyüşlərdə şəhid olmuşdur. İlk öncə atası X4, o, vəfat etdikdən sonra isə anası X1 şəhid ailəsi statusu verilmişdir. Nəsimi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli sərəncamına əsasən iddiaçının anası X2 başda olmaqla 5 nəfər ailə tərkibi ilə şəhid ailəsi kimi güzəştli şərtlərlə mənzil növbəsinə götürülmüşdür. xx.xx.2012-ci il tarixdə X2 vəfat etmişdir. 1 sayı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2inz(81)-1565/2013 nömrəli qərarı ilə Nəsimi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli sər əncamına əsasən güzəştli mənzil növbəsinin iddiaçının adına keçirilməsi vəzifəsinin Nəsimi Rayon İcra Hakimiyyətinə həvalə edilməsi qərara alınmışdır. Nəsimi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 742 saylı sərəncamına əsasən B.İbrahimovanın mənzil növbəsi onun ölümü ilə əlaqədar olaraq oğlu olan iddiaçının adına keçirilmiş, iddiaçı 5 nəfər ailə tərkibi ilə xx.xx.2009-cu il tarixdən şəhid ailəsi kimi güzəştli şərtlərlə növbəlilik siyahısına daxil edilmişdir. Cavabdehə müraciət edilərək Nəsimi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 742 saylı sərəncamına əsasən sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə mənzil ilə təmin edilməsi xahiş edilmiş, lakin cavabdeh şəhid ailəsi hesab edilmədiyindən sosial-məişət şəraitinin yaxşılaşdırılmasının s əlahiyyəti xaricində olduğunu əsas gətirərək iddiaçının müraciətindən imtina etmişdir. Cavabdehin qeyd olunan əsaslarla müraciətdən imtina etməsi tamamilə qanunsuz və əsassızdır.

11. Cavabdehin iddia tələbinə qarşı təqdim etdiyi yazılı etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eynilik təşkil edir.

12. Bakı İnzibati Məhkəməsinin 16 iyun 2022-ci il tarixli, 2-1(112)-4426/2022 nömrəli qərarı (hakim M.C.Qarayeva) ilə iddia təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 742 nömrəli sərəncamına əsasən iddiaçının 5 nəfər ailə tərkibi ilə xx.xx.2009-cu il tarixdən şəhid ailəsi kimi güzəştli şərtlər əsasında salındığı mənzil növbəsinə uyğun mənzil ilə təmin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

13. Birinci instansiya məhkəməsi qeyd et mişdir ki, iddiaçının anası şəhid ailəsi kimi güzəştli şərtlərlə mənzil növbəsinə durarkən iddiaçı da ailə üzvü kimi siyahıya daxil edilmişdir. İddiaçının anası güzəştli mənzil növbəsində olsa da, sağlığında bu hüquqdan istifadə edə bilməmişdir. İddiaçının anası vəfat edən zaman iddiaçının yaşı 18-dən yuxarı olduğundan o, qanunda nəzərdə tutulan şəhid ailəsi statusunda olmamışdır. Lakin iddiaçı şəhid ailəsi sayılan mərhum anasının ailə üzvüdür və qardaşının şəhid olması mübahisə doğurmur. Qüvvədə olan məhkəmə qərarına əsasən Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli, 742 nömrəli sərəncamına əsasən anasının mənzil növbəsi onun ölümü ilə əlaqədar olaraq iddiaçının adına keçirilmiş, iddiaçı 5 nəfər ailə tərkibi ilə xx.xx.2009-cu il tarixdən şəhid ailəsi kimi güzəştli ş ərtlərlə növbəlilik siyahısına daxil edilmişdir. Beləliklə, iddiaçının qardaşının Vətən uğrunda şəhid olması, onun anası ilə birlikdə güzəştli şərtlərlə mənzil növbəsində olması cavabdehin dəlillərinin əsaslı olmadığını təsdiq edir.

14. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

15. İşə apellyasiya instansiyası məhkəməsində baxılan zaman iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbindən kənara çıxmamaqla, aşağıdakı ifadə forması tərzində iddiaçının tələbini dəqiqləşdirərək, Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 742 nömrəli sərəncamına əsasən onun 5 nəfər ailə tərkibi ilə şəhid ailəsi kimi güzəştlər əsasında mənzil növbəsi siyahısına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 iyun 2023-cü il tarixli, 2-1(103)-270/2023 nömrəli qərarı (hakimlər: C.A.Yusifov /sədrlik edən və məruzəçi/, P.A.Hüseynov və Ş.A.Məmmədova) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 16 iyun 2022-ci il tarixli, 2-1(112)-4426/2022 nömrəli qərarı dəyişdirilmiş, iddia təmin edilmiş, iddiaçının Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 742 nömrəli sərəncamına əsasən şəhid ailəsi kimi, 5 nəfər ailə tərkibində, güzəştlər əsasında mənzil növbəsi siyahısına daxil edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

17. Apell yasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin qeyd olunan imtinası əsassızdır. Çünki, iddiaçının şəhid ailəsinin üzvü kimi qəbul etmək öhdəliyi, qanuni qüvvəsini almış məhkəmə qərarı və həmin qərarın icrası qaydasında səlahiyyətli dövlət orqanı tərəfindən qəbul edilmiş sərəncamı ilə onun üzərinə düşən öhdəliyindən irəli gəlir. Belə ki, 1 sayı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 aprel 2013-cü il tarixli, 2inz(81)-1565/2013 nömrəli qərarı ilə Nəsimi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli sərəncamına əsasən güzəştli mənzil növbəsinin iddiaçının adına keçirilməsi cavabdehə həvalə edilmişdir. Məhkəmənin həmin qərarı, Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən icra olunaraq, Nəsimi RİHB-nın 742 nömrəli xx.xx.2013-cü il tarixli sərəncamı ilə Bənövşə İbrahimovanın mənzil növbəsi, onun ölümü ilə əlaqədar oğlu – hazırkı İddiaçı adına (5 nəfər ailə tərkibində: özü, h/yoldaşı, oğlu, qızı, nəvəsi) keçirilərək, xx.xx.2009-cu il tarixdən şəhid ailəsi kimi güzəştli şərtlərlə növbəlilik siyahısına daxil edilmişdir. Konkret halda da, məhz, iddiaçı hazırkı cavabdehə qarşı yönələn iddia tələbində onun güzəştli növbəsinin daha da reallaşdırılaraq, cavabdeh Agentlikdən tələb edir ki, bilavasitə onun 5 nəfər ailə tərkibində mənzillə təmin edilməsinin həyata keçirsin. Beləliklə də cavabdeh iddiaçının mənzillə təmin edilməsi ilə bağlı müraciətinə imtina cavabı verməklə, onun qanunla qorunun hüquqlarını pozmuşdur.

18. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

19. Cavabdehin kassasiya şikayətinin dəlilləri imtina məktubunun və iddia tələbinə yazılı etirazın dəlilləri ilə eynilik təşkil edir. Cavabdeh qeyd edir ki, iddiaçının 2009-cu ildə 47 yaşı var idi və qanunvericiliyin tələbinə əsasən o, şəhid ailəsi statusuna malik deyildir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

20. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

21. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sosial Xidmətlər Agentliyinin Nizamnaməsi”:

3. Agentliyin vəzifələri və hüquqları 3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifələri aşağıdak ılardır:... 3.1.16. dövlət proqramları əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzillə və ya fərdi evlərlə təmin olunması üçün tədbirlər görmək;... 22. “İnzibati icraat haqqında” Qanun: Maddə

81. İnzibati aktların icra edilməsi qaydası... 81.5. İnzibati orqanın inzibati aktın icrası ilə bağlı qanuni tələbləri bütün dövlət və yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər üçün məcburidir.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsi nə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması bar ədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şik ayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməm əli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

27. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

28. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkü ndür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

29. Qeyd olunmalıdır ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013cü il tarixli, 742 nömrəli sərəncamına əsasən şəhid ailəsi kimi güzəştlər əsasında mənzil növbəsi siyahısına daxil edilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələb lərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

30. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

31. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.

32. Mübahisə ilə bağlı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının qardaşı X3 14 fevral 1994-cü ildə Kəlbəcər rayon ərazisində gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.2009-cu il tarixli sərəncamına əsasə n iddiaçının anası X2 5 nəfər ailə tərkibi ilə birlikdə şəhid anası kimi güzəştli əsaslarla mənzil növbəsinə götürülmüşdür. İddiaçının anası X2 30 oktyabr 2012-ci ildə Bakı şəhərində ölmüşdür. 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 25 aprel 2013-cü il tarixli, 2inz(81)-1565/2013 nömrəli qərarı ilə Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.2009-cu il tarixli sərəncamına əsasən güzəştli mənzil növbəsinin İddiaçı adına keçirilməsi vəzifəsi cavabdeh Nəsimi Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 742 nömrəli “Bənövşə İbrahimovanın ölümü ilə əlaqədar onun mənzil növbəsinin oğlu İddiaçı adına keçirilməsi haqqında” sərəncamına əsasən B.İbrahimovanın mənzil növbəsi onun ölümü ilə əlaqədar olaraq oğlu İddiaçı adına k eçirilmiş və iddiaçının 5 nəfər ailə tərkibi ilə (özü, h/yoldaşı, oğlu, qızı, nəvəsi) xx.xx.2009cu il tarixdən şəhid ailəsi kimi güzəştli əsaslarla növbəlilik siyahısına daxil edilmişdir. Sərəncamın məzmununda 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 aprel 2013-cü il tarixli, 2inz(81)-1565/2013 nömrəli qərarına istinad edilmişdir. 33. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 81.5-ci maddəsinə görə inzibati orqanın inzibati aktın icrası ilə bağlı qanuni tələbləri bütün dövlət və yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər üçün məcburidir.

34. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçının 5 nəfər ailə tərkibi ilə (özü, h/yoldaşı, oğlu, qızı, nəvəsi) xx.xx.2009-cu il tarixdən şəhid ailəsi kimi güzəştli əsaslarla növbəlilik siyahısına da xil edilməsi barədə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 742 nömrəli sərəncamı mövcuddur və həmin sərəncam hal-hazırda da qüvvədədir.

35. Eyni zamanda, xüsusilə vurğulanmalıdır ki, yuxarıda qeyd edilən Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 742 nömrəli sərəncamı hər hansı inzibati icraatın nəticəsində deyil, məhz qanuni qüvvəyə minmiş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 aprel 2013-cü il tarixli, 2inz(81)-1565/2013 nömrəli qərarına əsasən qəbul edilmişdir.

36. Kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqanın digər inzibati orqan tərəfindən məhkəmə qərarı əsasında qəbul edilən və qüvvədə olan inzibati aktın məzmununa qiymət vermək səlahiyyəti y oxdur. Əksinə, hazırkı qərarın 33-cü bəndində də qeyd olunduğu kimi inzibati orqanın inzibati aktın (hazırkı iş üzrə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 742 nömrəli sərəncamının) icrası ilə bağlı qanuni tələbləri bütün dövlət və yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər, o cümlədən cavabdeh üçün məcburidir.

37. Yəni cavabdeh qanuna zidd hərəkət edərək məhkəmə qərarı əsasında qəbul edilmiş Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 742 nömrəli sərəncamının mövcudluğunu və qanuni qüvvəsini nəzərə almadan iddiaçının şəhid ailəsi kimi güzəştli əsaslarla növbəlilik siyahısına daxil edilməsindən imtina etmişdir. Cavabdehin həmin hərəkəti qanunsuz olmaqla iddiaçının hüquqlarının, eləcə də, inzibati aktla rın icra edilməsi ilə bağlı qanunvericiliyin tələblərinin kobud surətdə pozulmasına səbəb olmuşdur.

38. Odur ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

39. Yuxarıda şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 iyun 2023-cü il tarixli, 21(103)-270/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar