Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2411/2019 24.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Daxili İşlər Nazirliyinə (üçüncü şəxslər AR Sığorta Kommersiya Şirkəti və Maliyyə Nazirliyinin iştirakı ilə) qarşı iş üzrə QƏRAR Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Vəfaddin İbayev, Fərhad Əliyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daxili İşlər Nazirliyinə (üçüncü şəxslər AR Sığorta Kommersiya Şirkəti və Maliyyə Nazirliyinin iştirakı ilə) qarşı “sığorta ödənişinin əvəzi olaraq kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzib ati-İqtisadi kollegiyasının 03 may 2019-cu il tarixli, 2-1(103)-1080/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 24 iyul 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı əri polis əməkdaşı X2 18.01.2013-cü il tarixdə işlədiyi idarədə keçirilən fiziki və peşə hazırlığı dərsləri zamanı vəfat etməsi ilə əlaqədar sığorta məbləği əvəzi olaraq onun 5 illik əmək haqqı məbləğində indeksasiya nəzərə alınmaqla kompensasiya ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum əri “Azərneftyağ” Neft Emalı zavodunun Mühafizəsi İdarəsinin əməkdaşı, polis kapitanı X6 18.01.2013-cü il tarixdə idarədə keçirilən peşə və fiziki hazırlıq dərsi zamanı vəfat etmişdir. Ərinin ölümündən sonra Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət edib sığorta ödənişi verilməsini xahiş etmişdir. Dövlət Sığorta Kommersiya Şirkəti cavab olaraq bildirmişdir ki, DİN-nin Baş Mühafizə İdarəsi “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əməkdaşlarını sığortalamamışdır və bu səbəbdən sığorta ödənişi verməkdən imtina etmişdir. Buna görə də, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edib cavabdeh DİN-nin Baş Mühafizə İdarəsinin sığorta ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirmədiyini bildirmiş və qanuna uyğun olaraq 5 illik əmək haqqı məbləğində kompensasiya ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi ərinin vəfat etməsini sığorta hadisəsi hesab etməyərək, 14 sentyabr 2015-ci il tarixli qərarı ilə iddianı təmin etməmişdir. Birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasında şikayətinə baxılarkən DİN-nin Baş Mühafizə İdarəsinin əsasnaməsi tələb olunmuşdur. Əsasnamə öyrənilərkən müəyyən olunmuşdur ki, Baş Mühafizə İdarəsi dövlət büdcəsindən maliyyələşməyən və müstəqil balansa malik olan DİN-nin müstəqil strukturudur. Əsasnamədən Baş Mühafizə İdarəsinin əməkdaşlar ını sığortalamaq kimi vəzifəsi müəyyən edilməmişdir. Qanuna əsasən hüquqmühafizə orqanları işçiləri hər il dövlət büdcəsində nəzərdə tutulmuş vəsait hesabına sığortalanmalıdırlar. Yəni, sığortalanmanı müstəqil balansa malik olan Baş Mühafizə İdarəsi yox, dövlət büdcəsindən maliyyələşən Daxili İşlər Nazirliyi aparmalıdır. Bu səbəbdən Bakı Apelyasiya Məhkəməsi 08 iyun 2016-cı il tarixli qərarla apelyasiya şikayətini təmin etməmişdir. Lakin apelyasiya məhkəməsi qərarında göstərmişdir ki, ərinin fiziki hazırlıq zamanı ölməsi sığorta hadisəsidir və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi ərinin fiziki hazırlıq zamanı ölməsini sığorta hadisəsi kimi müəyyən etməməkdə haqlı olmamışdır. Odur ki, sığorta ödənişinin alınması ilə əlaqədar 23.07.2016-cı il tarixli ərizə ilə ətraflı izah etməklə cavabd ehə müraciət edib sığorta əvəzi olaraq kompensasiya ödəməsini xahiş etmişdir. Lakin cavabdeh heç bir əsas olmadan ərizəni baxılması üçün Baş Mühafizə İdarəsinə göndərmiş, sonuncu isə müraciətinin mahiyyətinə uyğun olmayan səthi cavab verməklə kifayətlənmişdir. Mərhum ərinin 18.01.2013-cü ildə işlədiyi idarədə keçirilən fiziki və peşə hazırlığı dərsləri zamanı vəfat etməsi sığorta hadisəsidir, cavabdehin imtinası əsassızdır və iddia təmin edilməlidir. “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu 3-6-cı, 9-cu maddələrinə əsasən mərhum əri X6 məhz DİN-nin səhlənkarlığı nəticəsində sığortalanmadığından sığorta məbləğinə görə kompensasiya ödəmək vəzifəsi Daxili İşlər Nazirliyinin üzərinə düşür. Birinci instansiya məhk əməsinin 07.05.2018-ci il tarixli iş № 2-1(81)-1262/2018, (sədrlik edən hakim E.Məmmədov) qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçıapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 07.05.2018-ci il tarixli qərarının ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 21.08.2018-ci il tarixli iş № 2-1(103)-1875/2018 (hakimlər H.Həmidov - sədrlik edən və məruzəçi, E.Nağıyeva və X.Sarıyev) qərarı ilə birinci instansiya məhkəməsinin 07.05.2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qə rara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçı kasasiya şikayəti verərək iş üzrə apelyasiya instansiyası məhkəməsinin 21.08.2018-ci il tarixli qərarının ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 26.02.2019-cu il tarixli iş № 2-1(102)-632/19 (hakimlər X.Məmmədov - sədrlik edən və məruzəçi, R.Nəbizadə və A.Hüseynov) qərarı ilə iddiaçının kasasiya şikayətinin qismən təmin edilməsi, apelyasiya instansiyası məhkəməsinin 21.08.2018-ci il tarixli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsinin 03.05.2019-cu il ta rixli iş № 2-1(103)-1080/2019 (hakimlər V.Baxışova - sədrlik edən və məruzəçi, A.Nuriyeva və N.Cəfərov) qərarı ilə İddiaçı apelyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin 07 may 2018-cu il tarixli, 2-1(81)-1262/2018 saylı qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, iddianın qismən təmin edilərək İddiaçı mərhum əri polis kapitanı X2 18 yanvar 2013-cü ildə xidməti vəzifəsinin icrası zamanı vəfat etməsi ilə əlaqədar 5 illik əmək haqqı məbləğində kompensasiya ödənilməsi öhdəliyinin Cavabdehnə həvalə edilməsi, iddianın qalan hissədə rədd edilməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,işin materiallarında olan Baş Mühafizə İdarəsinin rəisi, polis general-mayoru cənab Yaşar Əli yevin Respublika mühafızə hissələrinin rəhbərlərinə ünvanladığı 18.11.2011-ci il tarixli məktubunda qeyd olunur ki, Baş Mühafizə İdarəsi tərəfindən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə sorğu göndərilmiş və sorğuya cavab olaraq Şirkət 28.10.2011-ci il tarixli 07-02-2160 nömrəli məktubla DİN-in xüsusi rütbəli əməkdaşlarının xəstəliklə bağlı daxili işlər orqanlarından xaric edilməsi, əlillik dərəcəsi alması və ölüm hallarının sığorta hadisəsi hesab edilmədiyini və bununla əlaqədar onlara sığorta ödənişlərinin verilmədiyi bildirilmişdir. Cavabdehin iddia ərizəsinə qarşı etirazında qeyd olunub ki, Baş Mühafizə İdarəsi və onun struktur hissələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.05.1994-cü il tarixli 197 saylı qərarına əsasən mühafizə xidməti özünü maliyyələş dirmə prinsipi ilə fəaliyyət göstərir, mülkiyyətçilərlə müqavilə münasibətləri əsasında alınan vəsait hesabına saxlanılır. "Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında" Qanunun 5-ci maddəsinə əsasən sığortalı məhkəmə və hüquq-mühafızə orqanları işçilərinin, DİN-in xüsusi rütbəli əməkdaşlarının yalnız xidməti vəzifələrinin icrası ilə bağlı həlak olması (vəfat etməsi), zədələnməsi, yaralanması, xəsarət alması sığorta hadisəsi hesab edilir. Onların xəstəliklə bağlı DİO-dan xaric edilməsi, əlillik dərəcəsi alması və ölüm halları sığorta hadisəsi hesab edilmir və onlara sığorta ödənişləri verilmir. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini pozmuşdur. Hesab edir ki, məhkəmə yuxarıda qeyd olunanları əsassız olaraq nəzərə almadan q anunsuz qərar qəbul etmişdir. Məhkəmə iddiaçının iddia tələbini təmin edərkən işin hallarını yuxarıda qeyd olunan baxımdan aydınlaşdırılması üçün həmin dövrdə və hal-hazırda qüvvədə olan qanunlar və digər normativ-hüquqi aktlar əsasında təhlil aparmamışdır. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinin mənası baxımından cavabdeh məhkəməyə göndərdiyi mülahizəsində iddianın rədd etməsini zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də məhkəmə ona düzgün qiymət verməmişdir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə qəbul etdiyi qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəbləri göstərməlidir. Göründüyü kimi qərar çıxarılarkən maddi və prosessual hüquq normaları pozularaq tətbiq olunmalı hüquq normaları düzgün tətbiq edilməmişdir. Məhkəmə qərarının əsasland ırıcı hissəsində istinad etdiyi prosessual hüquq normasının tövsifini düzgün etməmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 03 may 2019-cu il tarixli qərarını tam ləğv edərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 03 may 2019- cu il tarixli qərarını tam ləğv edərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün, üçüncü şəxslərin nümayəndələri isə gəlmədikləri üçün işə onların iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 0 3 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsi İnzibati-İqtisadi Kollegiyası hazırkı iş üzrə qəbul etdiyi 03 may 2019-cu il tarixli, 2-1(103)-1080/2019 saylı qərarla, İddiaçı apelyasiya şikayətinin qismən təmin edilməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 may 2018-cu il tarixli, 2-1(81)1262/2018 saylı qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, iddianın qismən təmin edilərək İddiaçı mərhum əri polis kapitanı X2 18 yanvar 2013-cü ildə xidməti vəzifəsinin icrası zamanı vəfat etməsi ilə əlaqədar 5 illik əmək haqqı məbləğində kompensasiya ödənilməsi öhdəliyinin Cavabdehnə həvalə edilməsi, iddianın qalan hissədə rədd edilməsi qənaətinə gələrkən Mülki Məcəllənin 897.3-cü maddəsinə, “Polis haqqında” Qanun un 1, 37-ci maddələrinə, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 1, 4, 5-ci maddələrinə əsaslanmışdır. Məhkəmə kollegiyası cavabdehin kasasiya şikayətində göstərdiyi dəlillərlə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı inzibati mübahisə Ali Məhkəmə İnzibati-İqtisadi Kollegiyasının 2 dəfə məhkəmə baxışının predmeti olmuşdur. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hazırkı mübahisə üzrə son 2-1(102)-632/2019 saylı qərarı 26 fevral 2019-cu il tarixdə qəbul edilmiş, iddiaçının kasasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 21 avqust 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Həmin Qərarın “Əsaslandırıcı hissəsi”ndə göstərilmişdir ki, “iddiaçının mərhum əri X6 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin “Azərneftyağ” X11 Mühafizə İdarəsinin növbətçi hissəsinin məsul növbətçisi və polis mayoru olmuş, 18 yanvar 2013cü ildə ölümü ilə əlaqədar Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin müvafiq əmri ilə şəxsi heyətin siyahısından çıxarılmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rəisi tərəfindən təsdiq edilmiş 28 yanvar 2013-cü il tarixli rəydə X2 18 yanvar 2013-cü il tarixdə keçirilən peşə və fiziki hazırlıq dərsində iştirak edərkən halının qəflətən pisləşməsi ilə əlaqədar xəstəxanaya aparıldığı və vəfat etdiyi göstərilmiş, xidmət vaxtı vəfat etməsi təsdiq olunmuşdur. X1 həyat yoldaşı İddiaçı ərinin xidməti və zifələrinin icrası zamanı həlak olması halından çıxış edərək “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Qanunda nəzərdə tutulmuş sığorta ödənişini almaq üçün Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etmişdir. Lakin Dövlət Sığorta Kommersiya Şirkəti sığorta ödənişi verməkdən imtina edərək bunu onunla əsaslandırmışdır ki, DİN-in Baş Mühafizə İdarəsinin yerli (şəhər) mühafizə şöbələri Dövlət Sığorta Kommersiya şirkətinin yerli (şəhər) filialları ilə “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” müqavilə bağlanmısını təmin etməmişlər. Buna görə də, mərhum polis əməkdaşı İ.Ə.Bayramov sığortalı hesab olunmadığı üçün onun varislərinə qanunda nəzərdə tutulmuş sığorta ödənişinin veri lməsinin qeyri-mümkün olduğu bildirilmişdir. Bundan sonra iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Əvvəlcə məhkəmələr Cavabdeh hazırkı sığorta ödənişinin əvəzi olaraq kompensasiya ödənilməsi tələbi üzrə cavabdeh qismində çıxış edə bilməyəcəyi qənaətinə gələrək iddianı mümkün saymamışlar (1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-293/2017 saylı iş üzrə 11 yanvar 2017-ci il tarixli qərardadı və Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02 mart 2017-ci il tarixli 2-1(103)683/2017 saylı qərardadı). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-1491/2017 saylı, 12 sentyabr 2017-ci il tarixli qərarı ilə iddiaçının kasasiya şikayəti qismən təmin edilərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02 mart 2017-ci il tarixli 2-1(103)-683/2017 saylı qərardadı ləğv edilməklə iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)1491/2017 saylı, 12 sentyabr 2017-ci il tarixli qərarında kasasiya məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, müvafiq icra hakimiyyəti orqanlarının, o cümlədən hazırkı iş üzrə cavabdeh olan Daxili İşlər Nazirliyinin öz işçilərinin dövlət icbari şəxsi sığortasını təmin etmək üçün onların siyahısını sığortaçıya təqdim etmək öhdəliyi və beləliklə, dövlət vəsaiti hesabına sığorta etdirmək öhdəliyi mövcuddur. Eyni zamanda məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortasının vaxtında və düzgün aparılmasına sığorta orqanı nəzarət edir. Hazırkı iş üzrə işə baxan apelyasiya instansiya məhkəməsi iddiaçının mərhum ərinin polis mayoru olmasını və Cavabdeh əmri ilə vəfatı ilə əlaqədar şəxsi heyətin siyahısından çıxarılması faktını nəzərə alaraq, Cavabdeh müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikası “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin tələbləri baxımından iddiaçının mərhum ərinə münasibətdə öz öhdəliyini yerinə yetirib yetirməməsini araşdırmadan iddianın mümkün hesab edilməməsi qənaətinə gəlmişdir. “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, bu Qanunun məqsədləri üçün məhkəmə və hüquq mühafizə orqanları işçilərinə (sığorta olunanlara) bütün məhkəmə hakimləri, prokurorlar, müstəntiqlər, ədliyyə, miqrasiya orqanlarında qulluq keçən şəxslər, təhqiqat aparan şəxslər, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxslər, fövqəladə halların nəticələrinin aradan qaldırılmasını, ictimai qaydanın mühafizəsini və milli təhlükəsizliyi təmin edən, gömrük işini həyata keçirən müvafiq icra hakimiyyəti orqanlarının əməkdaşları aid edilirlər. Həmin Qanunun 6-cı maddəsinə əsasən, məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası müvafiq icra hakimiyyəti orqanları, müvafiq məhkəmələr və Azərbaycan Respublikası Prokurorluğu (sığortalılar) üçün bu məqsədlə hər il dövlət büdcəsində nəzərdə tutulmuş vəsait hesabına aparılır. Sığorta etdirənlər məhkəmə və hü quq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortasını təmin etmək üçün işçilərin siyahısını sığortaçıya təqdim etməklə onlara bu məqsədlə dövlət büdcəsindən ayrılan vəsaitdən tələb olunan sığorta haqlarının məbləğini hər il rüblər üzrə sığortaçıya ödəyirlər. Həmin Qanunun 9-cu maddəsinə əsasən, məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortasının vaxtında və düzgün aparılmasına sığorta orqanı nəzarət edir. Həmin Qanunun 11-ci maddəsinə əsasən, məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası ilə əlaqədar mübahisələr Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada, o cümlədən məhkəmə qaydasında həll edilir. “Polis haqqında” Qanunun 37-ci maddəsinin İ hissəsinə əsasən polis əməkdaşının həyat və sağlamlığı “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına sığortalanır. “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 92-ci maddəsinə görə isə daxili işlər orqanları əməkdaşlarının həyat və sağlamlığı “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına sığortalanır. Kollegiya qanunvericiliyin sadalanan müddəalarını, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-1491/2017 saylı, 12 sentyabr 2017-ci il tarixli qərarında artıq ifadə olunmuş hüquqi mövqeni nəzərə almaqla qeyd e dir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin daxili işlər orqanları əməkdaşlarının həyat və sağlamlığını “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına sığortalamaq öhdəliyi mövcuddur. Bu öhdəlik qanunda irəli gəlir və o cümlədən, iddiaçının mərhum ərinin çalışdığı Baş Mühafizə İdarəsinin əməkdaşlarını da əhatə edir. DİN Baş Mühafizə İdarəsinin saxlanılması üçün dövlət büdcəsindən vəsaitin ayrılmaması və həmin İdarənin özünü maliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərməsi halı da Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyini öz tabeliyindəki struktur vahidi olan Baş Mühafizə İdarəsinin əməkdaşlarını sığortalamaq öhdəliyindən azad etmir. Çünki, Baş Mühafizə İdarəsinin saxlanılması xərclərinin dövlət büdcəsindən ayrılmış vəsaiti hesabına aparılıb-aparılmaması məsələsi ilə həmin İdarənin əməkdaşlarının sığortalanması məsələsi bir-birindən tamamilə fərqli məsələlərdir. Qanunvericilikdə də Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin təsərrüfat hesablı fəaliyyət göstərdiyi üçün Baş Mühafizə İdarəsinin əməkdaşlarını sığortalamaq öhdəliyi daşımadığına dair hər hansı norma yoxdur. Əksinə, yuxarıda sadalanan qanunvericilik normaları Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin bütün əməkdaşlarını, o cümlədən iddiaçının mərhum ərinin çalışdığı Baş Mühafizə İdarəsinin əməkdaşlarını sığortalamaq öhdəliyi daşıdığını müəyyən edir. Beləliklə, kollegiya hesab edir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən C avabdehnə həmin Nazirliyin Baş Mühafizə İdarəsinin saxlanılması üçün vəsait ayrılmadığı əsasından çıxış etməklə apelyasiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmamış, bu zaman qanunvericiliyin yuxarıda sadalanmış normalarını mübahisəyə düzgün tətbiq etməmişdir. Apelyasiya məhkəməsi iddianın rədd edilməsinə dair mövqeyini həmçinin iddiaçının mərhum ərinin peşə hazırlığı zamanı vəfat etməsinin sığorta hadisəsi hesab oluna bilməyəcəyi ilə əsaslandırmışdır. Məhkəmə qeyd etmişdir ki, işin hallarından göründüyü kimi, iddiaçının mərhum əri polis mayoru X5 xidməti vəzifələrinin icrası zamanı deyil, peşə hazırlığı dövründə vəfat etmişdir. Bundan başqa, onun ölümü ilə peşə hazırlığı zamanı vəzifəsini icra edərkən göstərdiyi fəaliyyət arasında səbəbli əlaqə müəyyən edilməmişdir. “Azərbaycan Respu blikası daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 1-ci bəndinə görə daxili işlər orqanlarında xidmət keçmə – bu orqanlarının funksiya, vəzifə və hüquqların öz peşə fəaliyyətləri ilə keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Həmin Əsasnamənin 43-cü bəndinə əsasən isə daxili işlər orqanlarının ixtisaslı kadrlarla komplektləşdirilməsi və təliminin təşkili məqsədi ilə əməkdaşların peşə hazırlığı həyata keçirilir. Daxili işlər orqanları əməkdaşlarının peşə hazırlığına ilkin hazırlıq, ixtisasartırma və yenidən hazırlıq, xüsusi, döyüş və fiziki hazırlıq, xüsusi təyinatlı və digər aidiyyəti təhsil müəssisələrində mütəxəssislərin hazırlığı daxildir. Daxili işlər orqanları əməkdaşlarının xüsusi, döyüş və fiziki hazırlığı mütəmadi yoxlanılır. Peşə hazırlığının təşkili müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada təlim tədris planına və proqramlarına uyğun aparılır. Göründüyü kimi polis əməkdaşlarının peşə hazırlığı qanunvericilikdə onların daxili işlər orqanlarında xidmət keçmələrinin tərkib hissəsi kimi təsbit edilmişdir. Apelyasiya məhkəməsi peşə hazırlığı dövründə vəfat etmə halını xidməti vəzifələrin icrası zamanı vəfat etməyə aid etməməklə maddi normaların tətbiqində səhvə yol vermişdir. Həmçinin nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rəisi tərəfindən təsdiq edilmiş 28 yanvar 2013-cü il tarixli rəydə də X2 18 yanvar 2013-cü il tarixdə keçirilən peşə və fiziki hazırlıq dərsində iştirak edərkən halının qəflətən pisləşməsi ilə əlaqədar xəst əxanaya aparıldığı və vəfat etdiyi göstərilmiş, xidmət vaxtı vəfat etməsi təsdiq olunmuşdur. Beləliklə, iddiaçının mərhum həyat yoldaşının xidməti vəzifələrinin icrası zamanı vəfat etməsi müəyyən olunur. “İnzibati icraat haqqında” Qanunun 89-cu maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Qeyd olunan normanın tələbindən çıxış etməklə iddiaçı cavabdehdən yol verdiyi hərəkətsizliyə yəni, mərhum həyat yoldaşını “Məhkəmə və hüquq-mühafizə or qanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığortalamaq öhdəliyini yerinə yetirmədiyinə görə kompensasiya ödənilməsini tələb etmək hüququna malikdir. Belə kompensasiyanın məbləği isə “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsindən hərəkətlə Mülki Məcəllənin 897.3-cü maddəsinə əsasən müəyyən oluna bilər. “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası bu Qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Sığorta fəaliyyəti haqqında” “Məhkəmə və hüquq mühafizə orq anları işçilərinin dövlət müdafiəsi haqqında” Qanunları və digər qanunları ilə, müvafiq icra hakimiyyəti orqanlarının bu Qanuna uyğun olaraq qəbul etdikləri normativ aktlarla tənzimlənir. Mülki Məcəllənin 897.3-cü maddəsində isə təsbit edilmişdir ki, əsasən icbari sığorta qanunları ilə icbari sığorta etdirmək vəzifəsi müəyyən olunmuş şəxs bu vəzifəni yerinə yetirmədikdə və ya müvafiq sığorta müqaviləsini həmin qanunlarda nəzərdə tutulmuş şərtlərlə müqayisədə sığorta olunanın vəziyyətini pisləşdirən şərtlərlə bağladıqda həmin şəxs müvafiq icbari sığorta üzrə sığorta hadisəsi kimi tanına bilən hadisənin baş verdiyi, yaxud halın yarandığı zaman sığorta olunan qarşısında ən azı həmin icbari sığorta üzrə müəyyən edilmiş sığorta təminatı həddində öhdəlik daşıyır.». Bu arada məhkəmə kollegiyası q eyd edir ki, İnzibati Prosessual Məcəllənin 96.11-ci maddəsinə görə mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Göründüyü inzibati mübahisə üzrə kasasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi apelyasiya məhkəməsi üçün məcburi xarakter daşıyır. Bununla əlaqədar məhkəmə kollegiyası xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, hazırkı inzibati mübahisəyə təkrar baxmış apelyasiya məhkəməsi X4 Məhkəmənin yuxarıda göstərilmiş iş üzrə məcburi hüquqi mövqeyini nəzərə almaqla verilmiş məcburi göstərişləri tam və hərtərəfli yerinə yetirmiş və bununla da İnzibati Prosessual Məcəllənin 96.11-ci maddəsinin tələblərini icra etmişdir. Belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, “Azərneftyağ” Neft Emalı zavodunun Mühafizəsi İdarəsinin məsul növbətçisi, polis mayoru X5 18.01.2013-cü il tarixdə idarədə keçirilən peşə və fiziki hazırlıq dərsində iştirak edərkən təxminən saat 10:30 radələrində halı qəflətən pisləşmiş və o, əməkdaşların köməyi ilə idarənin polis nəfəri X7 məxsus **-NO-*** dövlət qeydiyyat nömrəli avtomaşınla Leyla Şıxlinskaya adına xəstəxanaya çatdırılmış, orada həkimlər tərəfindən ilkin tibbi yardım göstərildikdən sonra Azərbaycan Respublikası DİN-nin general-leytenant Arif Heydərov adına Respublika hospitalına gətirilmiş və saat 12:30 radələrində vəfat etmişdir. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən X3 “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublik ası Qanununa əsasən dövlət icbari şəxsi sığortası təmin edilməmiş, bununla da qanundan irəli gələn öhdəliyini icra etməmişdir. Bununla belə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Belə ki, “Polis haqqında” Qanunun 37-ci maddəsinin 1-ci hissəsinə əsasən polis əməkdaşının həyat və sağlamlığı “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına sığortalanır. “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən, bu Qanuna uyğun olaraq hər bir məhkəmə və hüquq mühafizə orqanları işçisi onların 5 illik əmək haqqı məbləğində sığorta edilir. Qanunun 5-ci maddəsinə görə, məhkəmə və hüquq mühafizə orqanları işçilərinin xidmət vəzifələrinin icrası ilə bağlı həlak olması (vəfat etməsi) xəsarət (yaralanma, travma, kontuziya) alması sığorta hadisələri hesab edilir. “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən daxili işlər orqanlarında xidmət keçmə - bu orqanlarının funksiya, vəzifə və hüquqların öz peşə fəaliyyətləri ilə keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Həmin Əsasnamənin 43-cü bəndinə görə isə daxili işlər orqanlarının ixtisaslı kadrlarla komplektləşdirilməsi və təliminin təşkili məqsədi ilə əməkdaşların peşə hazırlığı həyata keçirilir. Daxili işlər orqanları əməkdaşlarının peşə hazırlığına ilkin hazırlıq, ixtisasart ırma və yenidən hazırlıq, xüsusi, döyüş və fiziki hazırlıq, xüsusi təyinatlı və digər aidiyyəti təhsil müəssisələrində mütəxəssislərin hazırlığı daxildir. Daxili işlər orqanları əməkdaşlarının xüsusi, döyüş və fiziki hazırlığı mütəmadi yoxlanılır. Peşə hazırlığının təşkili müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada təlim tədris planına və proqramlarına uyğun aparılır. Belə olan halda apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, polis əməkdaşlarının peşə hazırlığı qanunvericilikdə onların daxili işlər orqanlarında xidmət keçmələrinin tərkib hissəsi kimi təsbit edilmişdir. Birinci instansiya məhkəməsi peşə hazırlığı dövründə vəfat etmə halını xidməti vəzifələrin icrası zamanı vəfat etməyə aid etməməklə maddi normaların tətbiqində səhvə yol vermişd ir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rəisi tərəfindən təsdiq edilmiş 28 yanvar 2013-cü il tarixli rəydə də X2 18 yanvar 2013-cü il tarixdə keçirilən peşə və fiziki hazırlıq dərsində iştirak edərkən halının qəflətən pisləşməsi ilə əlaqədar xəstəxanaya aparıldığı və vəfat etdiyi göstərilmiş, xidmət vaxtı vəfat etməsi təsdiq olunmuşdur. Beləliklə apelyasiya instansiyası məhkəməsi tərəfindən haqlı olaraq belə qənaətə gəlmişdir ki, iddiaçının mərhum həyat yoldaşının xidməti vəzifələrinin icrası zamanı vəfat etməsi müəyyən olunur. “İnzibati icraat haqqında” Qanunun 89-cu maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərba ycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. “Polis haqqında” Qanunun 37-ci maddəsinin 2-ci və 3-cü hissələrinə əsasən xidməti vəzifələrin icrası zamanı həlak olmuş (vəfat etmiş), xəsarət (yaralanma, travma, kontuziya) almış, sağlamlığına digər zərər dəymiş polis əməkdaşına və ya onun ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada və həcmdə kompensasiya verilir. Xidməti vəzifələrinin icrası zamanı polis əməkdaşının əmlakına dəyən zərər dövlət büdcəsinin vəsaiti hesabına tam həcmdə ödənilir. “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi s ığortası haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası bu Qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Sığorta fəaliyyəti haqqında”, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında” Qanunları və digər qanunları ilə, müvafiq icra hakimiyyəti orqanlarının bu Qanuna uyğun olaraq qəbul etdikləri normativ aktlarla tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 897.3-cü maddəsinə əsasən icbari sığorta qanunları ilə icbari sığorta etdirmək vəzifəsi müəyyən olunmuş şəxs bu vəzifəni yerinə yetirmədikdə və ya müvafiq sığorta müqaviləsini həmin qanunlarda nəzərdə tutulmuş şərtlərlə müqayisədə sığorta olunanın vəziyyətini pisləşdirən şərtlərlə bağladıqda həmin şəxs müvafiq icbari sığorta üzrə sığorta hadisəsi kimi tanına bilən hadisənin baş verdiyi, yaxud halın yarandığı zaman sığorta olunan qarşısında ən azı həmin icbari sığorta üzrə müəyyən edilmiş sığorta təminatı həddində öhdəlik daşıyır. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 03 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Daxili İşlər Nazirliyinin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 03 may 2019-cu il tarixli, 21(103)-1080/2019 saylı qərarı dəyişd irilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.
Məhkəmə qərarları › İş №2-1(102)-2411/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2411/2019
24.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver