Məhkəmə qərarları › İş №2-1(102)-2413/2019

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2413/2019

28.08.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2413/2019 28.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X1 Departamenti Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyətinə qarşı iş üzrə üzrə QƏRARDAD GİRİŞ HİSSƏ: Hakim Bədəlov Kəmaləddin Nurəddin oğlunun sədrliyi, Səfərova Mətanət İsa qızının katibliyi ilə iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X1 Departamenti Cavabdeh MMC-yə qarşı cavabdehin fəaliyyətinin dayandırılması və məcburi dövlət sosial sığorta haqqı üzrə borcun onun əmlakının satılması yolu ilə tutulmasına dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(103)-849/2019 saylı, 18 aprel 2019-cu il tar ixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyü məsələsinə 28 avqust 2019-ci il tarixdə, Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdim. TƏSVİRİ HİSSƏ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə hüquqi şəxslərlə iş idarəsi Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin 01 yanvar 2017-ci il tarixə məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış 3103,29 manat məbləğində borcunun cavabdehin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə iddiaçının xeyrinə tutulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəm əsinin 2-1(82)-1357/20183 saylı, 25 aprel 2018cu il tarixli qərarı ilə (hakim: R.L.Kərimli) iddia qismən təmin edilmişdir. Məhkəmənin həmin qərarından cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-849/2019 saylı, 18 aprel 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: V.Ə.Baxışova, hakimlər: E.E.Nağıyeva və H.Ü.Həmidov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)1357/2019 saylı, 25 aprel 2018-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh hazırda kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-849/2019 saylı, 18 aprel 2019-cu il tarixli qərarının dəyişdirilməsini xahiş etmişdir. Kassasiya şikayətini nəzərdən keçirərkən müəyyən e dilmişdir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti vəkil tərəfindən imzalanmamış, şikayətə vəkilin orderi əlavə edilməmiş və kassasiya şikayəti vəkil tərəfindən tərtib olunmamışdır. Bununla əlaqədar cavabdehin dinlənilmə hüququnun təmin edilməsi üçün verilmiş şikayət üzrə kassasiya icraatının mümkünlüyü məsələsinə baxılması 28 avqust 2019-cu il tarixinə təyin edilmiş, bu barədə, ona müvafiq məhkəmə bildirişi göndərilməklə həmin tarixədək yuxarıda qeyd olunan çatışmazlığın aradan qaldırılması təklif olunmuşdur. Lakin cavabdeh mümkünlük məsələsinə baxılması ilə əlaqədar təyin olunmuş iclasda iştirak etməmiş, müəyyən edilmiş müddətdə qeyd edilən nöqsan onun tərəfindən aradan qaldırılmamış, qanunla müəyyən edilmiş tələblərə cavab verən, vəkil tərəfindən tərtib edilib imzalanmış və v əkilin orderi əlavə edilmiş kassasiya şikayəti məhkəmə kollegiyasına təqdim edilməmişdir. Azərbaycan Respublikası İPM-in 90.3-cü maddəsinə əsasən, bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş şikayətin verilməsinin formasına və məzmununa dair tələblər, müvafiq prosessual qaydalar və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası İPM-in 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Res publikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-in müddəalarına görə, kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya şikayəti onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. (maddə 67.1, 407.3, 407.4) Azərbaycan Respublikası İPM-nin 96.2-ci maddəsinə əsasən, Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Həmin Məcəllənin 96.3-cü maddəsinə əsasən, kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Qeyd edilənlərə əsasən hesab edirəm ki, cavabdehin hazırkı şikayəti üzrə kassasiya icraatı mümkün sayıla bilməz. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan maddələrini rəhbər tutaraq, qərara aldım: Respublikası İPM-nin 96.2, 96.3-cü Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-849/2019 saylı, 18 aprel 2019-cu il tarixli qərarından Cavabdeh MMC tərəfindən verilmiş şikayət üzrə kassasiya icraatı mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar