Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2413/2024 01.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dövlət mənzil fonduna aid mənzilin özəlləşdirilməsi; mənzilə hüququ olan şəxslərin yazılı razılığının zəruriliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X9, X10, X6, X7) “Mingəçevir şəhəri, N.Nərimanov küçəsi 44 saylı evin 82 saylı mənzilinə onun və üçüncü şəxslərin hər birinin 1/5 hissə əmlak payları nəzərə alınmaqla 5/1 hissədə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(107)-38/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İş materiallarında olan Mingəçevir Şəhər İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli 006441 nömrəli Orderinin təsdiqlənmiş surətindən müəyyən olunur ki, ünvan 1, X9 və ailə üzvlərinin adına verilmişdir.
2. İş materiallarında olan xx.xx.2022-ci il t arixli ******* nömrəli Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən, X10, X7, X11, X4 və X1 şəhəri, N.Nərimanov prospekti, ev 44, mənzil 82 ünvanında qeydiyyatdadır.
3. İş materiallarında olan AZ-İİ seriyalı 039924 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X9, xx.xx.2019-cu ildə vəfat etmişdir.
4. İddiaçı cavabdehə müraciət edərək Mingəçevir şəhəri, N.Nərimanov küçəsi 44 saylı binanın 82 saylı mənzilinə dair dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsini xahiş etmişdir.
5. Cavabdeh müraciətin təmin olunmasından imtina edərək qeyd etmişdir ki, Mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilm iş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi( paylı, birgə) mülkiyyətinə verilə bilər. Həmçinin Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edildiyi təqdirdə müraciətə yenidən baxıla bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
6. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, Mingəçevir şəhəri, N.Nərimanov küçəsi 44 saylı evin 82 saylı mənzilinə onun və X9, X10, X6, X2 hər birinin 1/5 hissə əmlak payları nəzərə alınmaqla 5/1 hissədə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzə rinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-1199/2023 nömrəli qərardadı ilə X10, Nağıyeva (Balayeva) Aygün Teymur qızı və X7 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. İddiaçının əsaslandırması:
8. İddia onunla əsaslandırılmışdır ki, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli, 53 nömrəli sərəncamı əsasında Mingəçevir şəhəri N.Nərimanov küçəsi 44 saylı evin, 82 saylı mənzili 4 nəfər ailə üzvü ilə iddiaçının əri X5 verilmişdir. Teymur Balayev xx.xx.2019-cu ildə vəfat etmişdir. İddiaçı və övladlarından Rasim Balayev və Aygün Nağıyeva (Balayeva) Mingəçevir şəhəri N.Nərimanov küçəsi 44 saylı evin, 82 saylı mənzilin özəlləşdirilməsinə razı olsalar da digər oğlu Müşfiq Balayev buna razılıq verməmişdir. Mənzildə onların hər biri qeydiyyatdadır. Cavabdehin etirazları:
9. Cavabdeh iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, iddiaçı Mingəçevir şəhəri, Nərimanov küçəsində yerləşən 44 nömrəli binanın 82 nömrəli mənzilinə çıxarışın verilməsi barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Müraciət müəllifinə bildirilmişdir ki, Azərbaycan Respublikasında "mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülk iyyətinə verilə bilər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
10. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-1199/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır.
12. Həmin Qanunun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir. 13. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. 4-cü maddəsinə əsasən, dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 5-ci maddəsinə əsasən, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər.
14. Belə ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun yuxarıda göstərilən müddəalarına əsasən vətəndaşların yaşadıqları mənzilləri özəlləşdirmə qaydasında əvəzsiz olaraq şəxsi mülkiyyətlərinə (ailə üzvlərindən bir inin yaxud bir neçəsinin mülkiyyətinə, paylı və ya birgə mülkiyyətə) keçirmək hüququ yalnız “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada həyata keçirilə bilən hüquqdur.
15. Qanunun yuxarıda göstərilmiş 5-ci maddəsində təsbit edilmiş belə şərtlərdən biri də ondan ibarətdir ki, özəlləşdirilmə üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin özəlləşdirməyə dair razılıqları olmalıdır.
16. Qanunvericiliyə görə özəlləşdirmədə iştirak hüququna mənzilin özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş yetkinlik yaşına çatmış ailə üzvləri malikdirlər. Qanunvericiliyin müəyyən etdiyi əsas şərt dən biri də ondan ibarətdir ki, özəlləşdirilmə üçün müraciət edilən anda yetkinlik yaşına çatmış ailə üzvlərinin özəlləşdirilmənin aparılmasına dair razılıqları olmalıdır. Sözügedən razılıq mənzilin ailə üzvlərindən birinin mülkiyyətinə, yaxud da onların paylı və ya birgə mülkiyyətinə verilməsinə dair özəlləşmədə iştirak edən şəxslərin iradələrini göstərir.
17. Başqa sözlə, müraciət edilən anda mənzilə münasibətdə özəlləşmə prosesində iştirak etməyə hüquq sahibi olan hər kəs özəlləşmənin aparılmasına razı olmalıdır.
18. Qanunvericiliyin şərh olunan müddəalarının hazırkı işin hallarına tətbiqi baxımından məhkəmə qeyd edir ki, mübahisəli mənzilin özəlləşdirilməsində iştirak etmək hüququna malik şəxslərdən olan üçüncü şəxs X2 razılığı olmadığı üçün cavabdehin imtinası qanuni və əsaslı olmuşdu r.
19. Məhkəmə iddiaçının mənzili (hüququ çatan hissəsini) digər kirayəçinin razılığı olmadan özəlləşdirmək hüququna malik olduğuna dair dəlilini əsassız hesab edir. Belə ki, yuxarıda şərh olunanlardan da göründüyü kimi “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsi özəlləşdirmənin yalnız bütün hüquq sahibi şəxslərin razılıqlarının mövcudluğu halında aparılacağını müəyyən etməklə digər şəxslərin razılıqları olmadığı halda iddiaçıların özlərinə düşən hissələrini özəlləşdirmələrinə dair hüquqlarını təsbit etmir.
20. Beləliklə, hazırkı işdə digər hüququ olan şəxs buna razılıq vermədiyi üçün iddiaçının mənzilin özəlləşdirilməsinə dair müraciətlərinin təmin edilməməsi zamanı cəmiyyətin ümumi maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi arasındakı ədalətli tarazlığa riayət edilmişdir.
21. İddiaçıların hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğundur, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Odur ki, iddia tələbi təmin edilməməlidir.
22. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
23. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiya sının xx.xx.2024-cü il tarixli, 2-1(107)-38/2024 nömrəli qərarı ilə Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-1199/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
25. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
26. İddiaçı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1.11-ci maddəsinə istinad edərək göstərmişdir ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilmə sinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
27. Həmin qanun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” qanundan sonra qüvvəyə mindiyindən daha üstün qüvvəyə malikdir. Digər tərəfdən, xx.xx.2009-cu ildən qüvvəyə minən Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 146.1-cı maddəsinə əsasən həmin tarixədək mənzilləri özəlləşdirmək hüququ olan şəxslər bu hüquqlarını saxlayırlar. Yeni Mənzil Məcəlləsinin qüvvəyə minməsi ilə əlaqədar dövlət mənzil fondu anlayışı aradan qalxmışdır. 28. 01.11.2009-cu ildə qüvvədə olan «Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin» 17.2-ci maddəsinə əsasən mülkiyyət formasına görə mənzil fondu aşağıdakılara bölünür: 17.2.1. xüsusi mənzil fondu – fiziki və hüquqi şəxslərin mülkiyyətində olan yaşayış sahələrinin məcmusu; 17.2.2. dövlət mənzil fondu – mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olan yaşayış sahələrinin məcmusu; 17.2.3. bələdiyyə mənzil fondu – bələdiyyələrə mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahələrinin məcmusu. 17.3. İstifadə məqsədlərinə görə dövlət və bələdiyyə mənzil fondu aşağıdakılara bölünür: 17.3.1. sosial təyinatlı mənzil fondu – dövlət və bələdiyyə mənzil fondlarından sosial kirayə müqavilələri əsasında vətəndaşlara verilən yaşayış sahələrinin məcmusu; 17.3.2. xüsusi təyinatlı mənzil fondu – bu Məcəllənin X fəslinin qaydalarına uyğun olaraq verilə n ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrinin məcmusu.
29. Kirayə müqaviləsi əsasında verilmiş mənzillərin dövlət mülkiyyətində olmaması həmin məsəllə ilə öz təsdiqini tapır. Məhz bu səbəbdən qüvvədə olan «Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin» 146.1-ci maddəsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır.
30. Mənzillərin özəlləşdirilməsi haqqında qanun qəbul ediləndə iddiaçının əri Teymur Balayev sağ olmuş, ancaq hüququnu realizə edə bilmədən vəfat etmişdir. Həmçinin mənzilin orderi iddiaçının mərhum ərinin adınadır. 31. xx.xx.2000-ci ildən qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
32. Həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsinə əsasən... Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biridir.
33. Nə qədər ki, həm Azərbaycan Respublikası Mülki Məcəlləsi, həm də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu sonradan qəbul edilmiş qanunlar olduğundan daha üstün qüvvəyə malikdir. 34. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası qanunun 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsi tətbiq edilir. 35. xx.xx.1993-cü ildə qəbul edilmiş «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası qanunun 5-ci maddəsi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi, xx.xx.2000-ci ildən qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1.11-ci maddəsi ilə ziddiyyət təşkil edir. Buna baxmayaraq məhkəmə daha əvvəl qəbul edilmiş qanunun daha üstün qüvvəyə malik olması qənaətinə gəlmişdir.
36. Məhkəmə kollegiyası həmçinin göstərmişdir ki, üçüncü şəxs X2 xx.xx.2023cü il tarixli müraciətindən görünür ki, o, sözügedən evdə qeydiyyatdadır, orada ona yaşamağa mane olunduğundan kirayədə yaşayır, Mingəçevir şəhəri, Nərimanov küçəsi, 44 nömrəli evdə yerləşən 82 saylı mənzilin anasının adına özəlləşdirilməsinə etiraz edir. Məhkəmə kollegiyası bunlara münasibət bildirərək qeyd edir ki, üçüncü şəxs müvəqqəti olaraq başqa yerdə yaşayır və mənz ilin özəlləşdirilməsinə razı deyil....Üçüncü şəxs Müşfiq Balayevin razılıq ərizəsi isə əlavə edilməmişdir.
37. Əvvəla, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər.
38. Müşfiq Balayevin həmin mənzildə 14 ildən artıq müddət yaşamadığına dair Mənzil İstismar Sahəsinin Aktı, həmçinin cavabdeh orqanın öz sorğusu əsasında aldı arayışlar iş materiallarına əlavə olunmuşdur.
39. Digər tərəfdən, X2 xx.xx.2023-cü il tarixli müraciətindən görünür ki, o, Mingəçevir şəhəri, Nərimanov küçəsi, 44 nömrəli evdə yerləşən 82 saylı mənzilin anasının adına özəlləşdirilməsinə etiraz edir.
40. Məhkəmə kollegiyası hesab etmişdir ki, mənzilin özəlləşdirilməməsi nəticəsində tərəflərin mülkiyyət hüquqlarına müdaxilə baş vermir. Halbuki, mənzil Teymur Balayevin adına olsa da, o, vəfat etdiyindən onun övladlarının atalarından qalan miras əmlakdan pay hüquqlarına müdaxilə baş vermişdir. Müşfiq Balayev isə evin kiçik oğlu olduğunu göstərməklə məhz evin onun adına özəlləşdirilməli olduğunu bildirir. Gözləntisi də bundan ibarətdir ki, evin kiçiyi olduğu üçün yaşca ondan böyüklər vəfat edəcəyi təqdirdə mənzil ona qalacaqdır. Mənzil üzərində hər hansı hüquqlarımız qeydə alınmadığından, dövlət mənzil fondu mövcud olmadığından əmlakdan "xxxx" olsa da onu realizə edə bilmirik.
41. Halbuki, MTK–ın inşa etdiyi yüksəkmərtəbəli binalarda yerləşən mənzillər üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət qeydiyyatına alınmadığı təqdirdə həmin mənzillər üzərində sahiblik hüququ və əmlak payının müəyyən edilməsi vasitəsilə əmlakın bölgüsü həyata keçirilsə də, 30 il bundan əvvəl qəbul edilmiş, artıq öz əhəmiyyətini itirmiş “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Qanunun tələblərinin formal olaraq gözlənilməsi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə ziddir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin ikinci hissəsinin Azə rbaycan Respublikasının Konstitusiyasına uyğunluğu barədə” xx.xx.2000-ci il tarixli Qərarında ifadə olunan hüquqi mövqeyinə görə, mənzillərin özəlləşdirmə hüququ qanunla təsbit olunan hüquqdur və onun yaranması bilavasitə özəlləşdirilən mənzildə yaşamaq hüququ ilə əlaqəlidir.
42. Mənzillərin əvəzsiz olaraq özəlləşdirilməsinin mümkünlüyünü qanunda təsbit etməklə yanaşı, dövlət vətəndaşlara həmin hüququn həyata keçirilməsi üçün şərait yaratmalı və müəyyən əmlakın onların xüsusi mülkiyyətinə verilməsi zamanı Konstitusiyada nəzərdə tutulmuş prinsiplərin qorunmasını təmin etməlidir. Burada xüsusi önəm həm mülkiyyət hüququnun konstitusion təminatlarına, həm də Qanunda istifadə olunan hüquqi vasitələr və konstitusiya əhəmiyyətli dəyərlər arasında olan mütənasiblik prinsipi əsasında müvafiq müna sibətlərin bütün iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin müdafiəsinə verilməlidir.
43. Buna müvafiq olaraq qanunverici “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 3-cü maddəsində digər prinsiplərlə yanaşı, həmçinin yaşadıqları mənzillərin Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması və özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət prinsiplərini təsbit etmişdir.
44. Qanunun göstərilən birinci prinsipdən irəli gələn başlıca məqsədi – yaşayış sahəsinə müstəqil şəkildə sahib olmaq, istifadə etmək, sərəncam vermək və daşınmaz əmlak bazarında iştirak etmək imkanının təqdim edilməsi vasitəsilə vətəndaşların mənzil ehtiyaclarını n və mənzil fondunun istifadəsinin və qorunmasının daha səmərəli şəkildə təmin edilməsi kimi qəbul edilməlidir. 45. "Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası qanunun 2.5 və 10.5-ci maddəsinə əsasən qanundan üstün olan və daha sonra qəbul edilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsini 139-1.1.11-cu maddələri və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 8.0.11-ci maddəsi qüvvədə olmasına baxmayaraq məhkəmə kollegiyası 1993-cü ildə qəbul edilmiş, hazırda mövcud olmayan dövlət mənzil fonduna aid münasibətləri tənzimləyən qanunvericiliyə istinad etməkdə səhv buraxmışdır. b) kassasiya şikayətinə etirazın dəlilləri
46. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 47. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə
8. Daş ınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;... 48. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanun: Maddə
1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mən zilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Maddə
2. Bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir. Maddə
3. Mənzil fondunun özəlləşdirilməsinin əsas prinsipləri aşağıdakılardır: mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması; mənzillərin (evlərin) özəlləşdirilməsinin pulsuz olması; yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması; özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət. Maddə
4. Dövlət mülkiyyətində, habelə ic timai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə
5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Biri digərindən təcrid olunmamış məhdud kommunal şəraitli mənzillər (evlər) özəlləşdirilərkən, həmin mənzillərdəki (evlərdəki) ümumi istifadə yerləri mülkiyyətçilərin ümumi mülkiyyətinə verilir.... Maddə 8.... V ətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz.
49. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadın ı) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
50. Kassasiya şikayətləri vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.
51. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
52. Məhkəmə koll egiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 53. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1-ci maddəsinin tələbindən göründüyü kimi, Azərbaycan Respublikasının vətəndaşları, habelə vətəndaşlığı olmayan şəxslər yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətə keçirə bilərlər.
54. Həmin Qanunun 3-cü maddəsində isə “mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması” mənzil fondunun özəlləşdiri lməsinin əsas prinsiplərindən biri kimi təsbit olunmuşdur.
55. Həmin Qanunda, həmçinin ailə üzvlərinin razılığının olması özəlləşdirmənin əsas şərti kimi nəzərdə tutulmuş, belə razılığın verildiyinə dair həmin şəxslərin ərizələri inzibati orqana təqdim edilməli olan və siyahısı imperativ qaydada müəyyən edilən sənədlərə aid edilmişdir (5-ci və 8-ci maddələr).
56. Hazırkı halda, həmin normaların tələbləri (o cümlədən, “mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması” prinsipi) təmin olunmamışdır.
57. Belə olan halda, apellyasiya instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəy ə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsini əlavə etməlidir.
58. Hazırkı halda bu, baş vermədiyindən cavabdehin üzərinə iddia olunan məzmunda öhdəlik qoyula bilməz.
59. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Kassasiya şikayətlərinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.
60. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(107)-38/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar