Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2414/2019 14.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRAR Açar sözlər: diplomun tanınması; qiyabi təhsil, təhsil dövrü 4 il giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu və X1 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X5, vəkili X3 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə (bundan sonra cavabdeh) qarşı “diplomun tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin veril məsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1179/2019 saylı, 10 may 2019-cu il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 14 avqust 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Rusiya Federasiyası Vyatka Dövlət Universiteti tərəfindən 4 iyul 2016-cı ildə verilmiş diplomda və ona əlavə edilmiş sənədlərdə iddiaçının “Hüquqşünaslıq” ixtisası üzrə qiyabi təhsil formasında təhsil aldığı müəyyən edilmişdir. İddiaçı diplomunun tanınması barədə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, iddiaçı tələb olunan müddətin qarşılığında Rusiya Federasiya sında qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd edilmiş tədris yükünü yerinə yetirməsi qeyri-mümkündür. İddiaçı qiyabi bakalavr təhsilini 5 il əvəzinə 4 il təhsil almışdır. İddiaçı 17 iyul 2018-ci il tarixdə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, sonradan iddiasını dəqiqləşdirərək Rusiya Federasiyasının Vyatka Dövlət Universiteti tərəfindən 4 iyul 2016-cı ildə verilmiş diplomun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddiasında hesab etmişdir ki, cavabdehin imtinası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin al i təhsil sahəsi ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın tələblərinə uyğun olmamışdır. Cavabdeh iddiaya etiraz etmiş və etirazını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli, 64-nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın 3.7-ci bəndi ilə əsaslandırmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X7, 2-1(82)-3592/2018 saylı iş) 30 noyabr 2018-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən Qaydalarda nəzərdə tutulmuş sözügedən hallardan (xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi norma tiv müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olması; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqların Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olması; xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilməməsi) hansının aşkar olunması nəticəsində iddiaçıya məxsus diplomun tanınmasından imtina etməsi iş üzrə müəyyən olunmamışdır. Belə ki, iddiaçının təhsil aldığı universitetin rektorunun iddiaçıya göndərdiyi 6 noyabr 2018-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Rusiya Federasiyasının Təhsil Nazirliyinin 13 may 2002-ci il t arixli əmrinin 2-ci bəndinə əsasən, müvafiq hazırlıq istiqaməti, ixtisası və tədris forması üzrə ali təhsil müəssisəsinin tədris planı ilə müəyyən edilmiş tədris proqramının tam müddəti mənimsənilməsi ilə müqayisədə ali təhsil müəssisəsi tərəfindən ali peşə təhsilinin qısaldılmış və tezləşdirilmiş proqramları həyata keçirilə bilər. Göstərilənlərə əsasən, ona tezləşdirilmiş müddətə, yəni 5 il əvəzinə 4 il tədris planı üzrə Vyatka Dövlət Universitetində təhsil almaq hüququ təqdim edilmiş, bu proqramın yekunlaşmasından sonra dövlət imtahan komissiyasının qərarı əsasında ona müvafiq ixtisas və dövlət nümunəli diplom verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X2məruzəçi, X4 və X6, 2-1(103)-1179/2019 saylı iş) 10 may 2019-cu il tarixli qərarı ilə cavabd ehin apellyasiya şikayəti təmin edilərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin30 noyabr 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi iddianı rədd etməsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2010-cu il tarixli 117 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları”nın 1.6-cı bəndinə əsasən, bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. İddiaçının təhsil müddəti həmin normativə uyğun deyildir. İddiaçı 13 may 2019-cu il tarixdə qərarın surətini almış, 12 iyun 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv olunması, işin təkra r baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi yalnız Azərbaycan Respublikasının “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyin müəyyən edilməsi Qaydaları”nın 3.6 və 3.7-ci bəndlərini tətbiq etməklə iddiaçının hüquqlarının pozulması ilə nəticələnən qərar qəbul etmişdir. Azərbaycan Respublikasının 13.05.2003-cü il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında Sazişin 1-ci maddəsinin 1-ci bəndinə əsasən bu Saziş tərəflərin dövlət akkreditasiyası olan təhsil müəssi sələri və Azərbaycan Respublikası və Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq bu məqsədlə səlahiyyətləndirilmiş digər dövlət müəssisələri tərəfindən verilmiş təhsil, elmi adlar və elmi dərəcələr haqqında Azərbaycan Respublikası və Rusiya Federasiyasının dövlət nümunəli sənədlərinə şamil olunur. Ekspert rəyində tədris planı, fənlərin həcmi, attestasiyanın nəticələri nəzərə alınmaqla yanaşı, həmçinin, xaricdə alınmış təhsilin dövlət standartlarına uyğun olmaması halında uyğunsuzluğun aradan qaldırılmasının mümkün üsulları göstərilməli olduğu halda cavabdeh təşkilat tərəfindən ekspert rəyi verilərkən qanunvericiliyin yuxanda göstərilən tələbləri nəzərə alınmamışdır və apellyasiya instansiya məhkəməsi tərəfindən bu hallara düzgün qiymət verilməmişdir. Universitet rektorunun imzala dığı 6 noyabr 2018-ci il tarixli məktubda qeyd edilmişdir ki, ona tezləşdirilmiş müddətə, yəni 5 il əvəzinə 4 il tədris planı üzrə Vyatka Dövlət Universitetində təhsil almaq hüququ təqdim edilmiş, bu proqramın yekunlaşmasından sonra dövlət imtahan komissiyasının qərarı əsasında ona müvafiq ixtisas və dövlət nümunəli diplom verilmişdir. Şikayətin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyin müəyyən edilməsi Qaydaları”-nın 2.2, 2.3, 3.3, 3.4-cü bəndlərinə istinad edilmişdir. tərəflərin izahatları: Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini qəbul etməmiş, şikayətin təmin edilməməsi, apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. əsaslandırma hissəsi: İddiaçı məhkəmə kollegiyasına teleqram göndərərək səhhəti ilə bağlı məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. İddiaçı xəstəliyi ilə bağlı sübut təqdim etmədiyindən, məhkəmə iclasının təxirə salınması üçün əsaslar olmadığından vəsatət təmin edilməmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müd dətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İşin mübahisə olunmayan halına görə Rusiya Federasiyası Vyatka Dövlət Universiteti tərəfindən 4 iyul 2016-cı ildə verilmiş diplomda və ona əlavə edilmiş sənədlərdə iddiaçının “Hüquqşünaslıq” ixtisası üzrə qiyabi təhsil formasında təhsil aldığı müəyyən edilmişdir. Təhsil müddəti 4 il olmuşdur. Diplomda bu ixtisas üzrə əyani təhsil dövrünün 4 il olması qeyd edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə t əsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydalar”ın tələbləri ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticəsinə iş üzrə riayət olunur, cavabdehin iddiaçının diplomunu tanımaqdan imtinası qanunvericiliyə, o cümlədən Azərbaycan Respublikasının 13 may 2003-cü il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında” Sazişin müddəalarına uyğundur. İPM-in 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhk əmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddiaçının arzuladığı aktı qəbul etmək səlahiyyəti cavabdehə məxsusdur. “Təhsil haqqında” Qanunun 27.4-cü maddəsinə görə xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Həmin Qanunun 29.0.21-ci maddəsinə əsasən xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarını müəyyən etmək, ixtisasların ta nınmasını və nostrifikasiyanı həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli 01.03.2005-ci il Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.278.28-ci bəndlərinə görə nazirlik xarici ölkələrin ali təhsil sahəsində ixtisasının tanınması və e kvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyası) keçirir və xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 05.09.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən Qanunun 29.0.21 və 44.2-ci maddəsində (xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarının müəyyən olunması üzrə) nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli, 203 nömrəli Fərmanı ilə təsd iq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”yə görə nazirlik xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına uyğun müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarının: -1.1-ci bəndinə əsasən bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart t arixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır; -1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir; -3.2-ci bəndinə görə, ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: - ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respub likasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; - xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). -3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu; -3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəha dətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikası Nazirl ər Kabinetinin 24 iyun 2010-cu il tarixli 117 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları”nın 1.6-cı bəndinə əsasən, bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının cavabdehə müraciətindən sonra cavabdehin ekspertiza keçirməsini, mənfi rəy verilməsi üçün Qaydaların 3.7-ci bəndinə əsasən iddiaçıya verilən diplomun Azərbaycan Respublikası ali təhsil müəssisələrinin “bakalavr” ixtisas dərəcəsi haqqında verdiyi diploma təhsil müddətinə görə uyğunluğunu İPM-in 12 və 58.7-ci maddələrinə əsasən araşdırıb qiymətləndirmişdir. Azərbaycan Respublikasında bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 il, qiy abi forma üzrə təhsil müddəti bir il artıqdır. Yəni Azərbaycan Respublikasında bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti ən azı 4 ildir, qiyabi forma üzrə təhsil müddəti bir il artıq olduğundan bu forma üzrə təhsil müddəti 5 ildir. İddiaçı isə Moskva şəhərində qiyabi forma üzrə 4 il təhsil almışdır. “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarına görə xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda, mənfi rəy verilə bilər. Azərbaycan Respublikasında bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 il, qiyabi forma üzrə təhsi l müddəti bir il artıq olduğundan, iddiaçı isə Moskva şəhərində qiyabi forma üzrə 4 il təhsil aldığından, iddiaçının aldığı təhsilin müddəti Azərbaycan Respublikası ali təhsil müəssisələrinin “bakalavr” ixtisas dərəcəsi haqqında verdiyi diplomlara təhsil müddətinə görə uyğun gəlmədiyindən və buna görə iddia əsaslı olmadığından apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. İddiaçının universitet rektorunun ona tezləşdirilmiş müddətə, yəni 5 il əvəzinə 4 il tədris planı üzrə Vyatka Dövlət Universitetində təhsil almaq hüququ təqdim edilməsi barədə şikayətin dəlilinə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, məktubda qeyd edilənlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2010-cu il tarixli 117 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları”nın 1.6-cı bəndinə zidd olduğundan həmin dəlil iddianın təmini üçün əsas ola bilməz. Bəhs olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1179/2019 saylı, 10 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-2414/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2414/2019
14.08.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver