Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2414/2023 30.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daxili İşlər Nazirliyinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: xidməti vəzifələrinin icrası zamanı yol-nəqliyyat hadisəsində həlak olmuş şəxsə şəhid statusunun verilməsi üçün rəyin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı (üçüncü şəxs: DİN-in Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi) “şəhid statusunun verilməsi üçün rəyin verilməsinin cavabdeh ə həvalə olunması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)804/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Ə168 s/h-018-19 nömrəli, xx.xx.2019-cu il tarixli əmrə əsasən, X5 29 avqust 2019-cu il tarixdən DİO-da xidmətə qəbul olunaraq BPQMİ-yə bilavasitə tabe olan Gəncə “ASAN xidmət” mərkəzi üzrə regional qrupun kiçik inspektoru (ümumvətəndaş pasport üzrə) vəzifəsinə təyin edilmiş və ona “polis sıravisi” xüsusi rütbəsi verilmişdir.
2. AZ-İİ seriyalı, 155136 №-li, xx.xx.2021-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən X5 xx.xx.2020-ci il tarixdə “avtoqəza nəticəsində açıq küt kəllə-beyin travma sı nəticəsində baş beyinə qansızma və kəllə sümüklərinin sınması” səbəbi ilə ölmüşdür.
3. İddiaçı DİN X10 İdarəsinə ərizə ilə müraciət edərək onun qızı X4 "Şəhid” statusunun verilməsinə köməklik göstərilməsini xahiş etmişdir.
4. Cavabdehin xx.xx.2022-ci il tarixli 024-14791S-3122 N-li cavab məktubunda bildirilmişdir ki, xx.xx.2020-ci il tarixdə Samux rayonunun Çobanabdallı kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində həlak olmuş BPQMİ-yə bilavasitə tabe olan Gəncə "ASAN xidmət" mərkəzi üzrə regional qrupun sabiq kiçik inspektoru Ləman Süleymanzadənin ölüm faktı ilə bağlı xidməti araşdırma aparılmış, qanunvericiliyə müvafiq qərar qəbul edilmiş və bu barədə ətraflı məlumat verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 10 nömrəli Qərarı i lə təsdiq edilmiş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarına əsasən "Şəhid statusu yalnız ölkənin suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərkən həlak olmuş əməkdaşlara və hərbi qulluqçulara şamil edilir. Göstərilənlər, eləcə də mərhum qızı sabiq polis əməkdaşı L.Süleymanzadəyə "Şəhid” statusunun verilməsi qüvvədə olan qanunvericiliyə görə mümkün olmadığı nəzərə alınaraq, müraciətlərinə baxılmasının dayandırıldığı bildirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
5. İddiaçı məhkəməyə iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək xidməti vəzifəsinin icrası zamanı faciəli şəkildə həlak olan qızı - polis kiçik in spektoru X4 “Şəhid” statusunun verilməsi ilə bağlı rəyin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
6. İddia tələbi onunla əsaslandırmışdır ki, X7 Dövlət Universitetinin xarici dillər fakültəsini bitirmişdir. 09 avqust 2019-cu il tarixindən BPQMİ-nə bilavasitə tabe olan Gəncə “ASAN xidmət” mərkəzi üzrə regional qrupun kiçik inspektoru vəzifəsində xidmətə başlamışdır. 16 avqust 2020-ci il tarixinədək daxili işlər orqanlarında xidmət etmişdir. Xidmət dövründə intizam məsuliyyətinə cəlb olunmamışdır. Gəncə “ASAN xidmət” mərkəzində çalışdığı dövrlərdə bir çox sertifikatlar alaraq, göstərdiyi xidmət yüksək qiymətləndirilmişdir. Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üz rə Dövlət Agentliyi tərəfindən onun şəxsi keyfiyyətlərini, iş bacarığını yüksək səciyyələndirən 10698 nömrəli xasiyyətnamə verilmişdir. 16 avqust 2020-ci il tarixində xidməti vəzifəsini yerinə yetirən zaman faciəli şəkildə həlak olmuşdur. Daxili işlər nazirinin göstərişi əsasında aparılmış xidməti təhqiqatın nəticəsinə dair rəydə X2 xidməti vəzifəsinin icrası zamanı həlak olduğu öz təsdiqini tapmışdır. Xidməti vəzifəsinin icrası zamanı həlak olmuş qızı L.Süleymanzadəyə “Şəhid” statusunun verilməsi ilə bağlı rəsmi qaydada DİN-ə müraciət etmişdir. Lakin müraciətinə müsbət cavab verilməmişdir. X5 “məcburi köçkün” statusu daşıyır. X9 xidməti vəzifəsinin icrası zamanı faciəli şəkildə həlak olduğu xx.xx.2020-ci il tarixi bitməmiş Qarabağ müharibəsi dövründə olmuşdur. X9 xidməti vəzifəsinin icras ı zamanı faciəli şəkildə həlak olduğu xx.xx.2020-ci il tarixi sərt hərbi karantin rejiminin tətbiq olunduğu, hətta ictimai nəqliyyatın işləmədiyi istirahət günü olan bazar günü olmuşdur. Cavabdehin etirazları:
7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, Azərbaycan Respublikasının “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” xx.xx.1993-cü il tarixli 697 nömrəli Qanununa əsasən “Şəhid statusu ölkənin suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərkən həlak olmuş əməkdaşlara və hərbi qulluqçulara şamil olunur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
8. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-8481/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının mərhum qızı X2 Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxslər sırasına aid olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar müəyyən olunmamışdır.
10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-804/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılm ışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri:
14. İddiaçı kassasiya şikayətində qeyd edir ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin1994-cü il 15 yanvar tarixli 10 saylı qərarında “daxili işlər orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olma” şəhidlik statusunun verilməsi üçün əsas kimi gö stərilmişdir. Ləman Süleymanzadə döyüş tapşırığının yerinə yetirilməsi zaman həlak olmasa da, hər bir halda rəhbərliyin tapşırıqlarının yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuşdur. Belə ki, Ləman Süleymanzadənin vəzifəsi ASAN xidmətin inzibati binası daxilində ümumvətəndaş pasportlarının hazırlanması üçün sənəd qəbulu və hazır sənədin inzibati bina daxilində vətəndaşa təqdim olunmasından ibarət olmuşdur. X8 mütəmadi olaraq onun bilavasitə vəzifəsinə aid olmayan BPQMİ-nin Qərb bölgəsinin regional şöbəsində hazırlanan xarici pasportların ASAN xidmət mərkəzinə çatdırılması, eləcə də pandemiya dövründə pandemiya ilə əlaqədar xarici pasportların vətəndaşlara yaşadıqları ünvanda çatdırılması işlərinə cəlb edilmişdir. Hadisə günü, yəni 16 avqust 2020-ci il tarixdə Ləm an Süleymanzadə yenə də onun bilavasitə vəzifəsi olmayan, rəhbərliyin ona tapşırdığı vəzifənin icrası ilə bağlı iş yerindən kənara getmişdir. X2 ölümünün xidməti vəzifəsinin icrası ilə əlaqədar olması faktı DİN-nin göstərişi əsasında aparılmış xidməti təhqiqatın nəticəsinə dair 27 aprel 2021-ciiltarixli rəylə öz təsdiqini tapmışdır b. kassasiya şikayətinə etiraz və mülahizə:
15. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz və mülahizə təqdim edərək kassasiya şikayətinin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-804/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. c. vəsatət və izahatlar:
16. İddiaçı vəsatətlə məhkəməyə müraciət edərək hazırkı işə şifahi məhkəmə iclasında baxılması nı xahiş etmişdir. Vəsatət əsaslandırılmamış, hazırkı işə şifahi məhkəmə iclasında baxılmasını zəruri edən hallar vəsatətdə göstərilməmişdir.
17. Məhkəmə kollegiyası iddiaçının vəsatətini İPM-in 96.4-cü maddəsinin ikinci cümləsinin hazırkı mübahisəyə tətbiqinin əsası kimi qəbul etmir. Belə ki, həmin normanın tələbinə görə, işə məhkəmə iclasında baxılması barədə qərardad o hallarda qəbul edilir ki, hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsini zəruri edən əhəmiyyətli hallar mövcud olsun.
18. Hazırkı halda, iddianın maddi-hüquqi əsaslarına, habelə həmin məzmunda tələblərə məhkəmədə baxılmasının prosessual-hüquqi əsaslarına dair məhkəmə təcrübəsində vahid yanaşma formalaşmışdır.
19. İddiaçı tərəfindən də hazırkı məzmunda tələblərə baxılmasında fərqli yanaşmaları n olduğunu təsdiq edən, buradan, hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsini zəruri edən hallara dair hər hansı sübut təqdim etməmişdir. Beləliklə, işə şifahi məhkəmə iclasında baxılmasına dair vəsatətin təmin olunması üçün əsaslar olmamışdır.
20. İddiaçı, həmçinin cavabdehin etiraz və mülahizəsi ilə bağlı yazılı izahat təqdim edərək 1988-2023-cü illərdə 11 fakt üzrə 100-dən artıq şəxsə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunda qeyd olunan əlamətlər üzrə “Şəhid” statusu verildiyini, lakin həmin faktların Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olma, hərbi əməliyyatla əlaqədar itkin düşmə və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilmə ilə bağlı olmadığın ı qeyd edərək, həmin şəxslərə “Şəhid” statusunun hansı normativ akta əsasən verildiyini müəyyən etmək məqsədi ilə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun şərh edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu verilməsini xahiş etmişdir.
21. Məhkəmə kollegiyası iddiaçının həmin vəsatəti ilə bağlı qeyd edir ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun hazırkı mübahisəyə tətbiq edilməli olan, bu qərarın 22-ci bəndində qeyd edilən müddəalarında “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 90.1-ci maddəsində təsbit edilmiş hallar mövcud olmadığından vəsatət təmin edilə bilməz. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanun: Bu Qanun Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunu və sosial müdafiəsini tənzimləmək məqsədinə xidmət edir. Maddə
1. Şəhid və şəhid ailəsi anlayışı Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir.... 23. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilm işdir)
1. Şəhid anlayışı 1.1. Şəhid — Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.2. Aşağıdakılar şəhid hesab edilirlər: 1.2.1. 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; 1.2.2. 11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; 1.2.3. Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; 1.2.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxrib atı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; 1.2.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X1 Xidmətində, X3 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; 1.2.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
26. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
28. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazır kı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
29. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının tələbi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. 30. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsinə əsasən, Şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 31. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.1-ci bəndinə əsasən, Şəhid — Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Həmin Qaydaların 1.2-ci bəndində isə şəhid hesab edilən şəxslərin dairəsi təsbit edilmişdir.
32. Normaların məzmunundan göründüyü kimi, qanunvericilik şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq, göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qoru nması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir.
33. Məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçının mərhum qızı bilavasitə xidməti vəzifələrinin icrası zamanı həlak olmuşdur. Lakin onun həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməmişdir.
34. Beləliklə, yuxarıda istinad edilən normalarda təsbit edilmiş “Şəhid” anlayışını təmin edən şərt hazırkı işdə müəyyən edilmədiyindən cavabdehin üzərinə iddia olunan məzmunda öhdəlik qoyula bilməz.
33. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-804/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.