Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2415/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhər X1 Departamentinin cavabdeh Məhəmməd İsmayılova qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-2415/19 Bakı şəhəri 13 noyabr 2019-cu il Açar sözlər: sosial sığorta borcunun tutulması, iddianın mümkünlüyü 13.11.2019 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhər X1 Departamentinin vəkili XXXin iştirakları ilə, iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhər X1 Departamentinin baş direktorunun müavini XXX tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 may 2019-cu il tarixli, 2-1(103)1224/2019 saylı qərardadından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Məhəmməd İsmayılova qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 01 oktyabr 2016-cı il tarixə məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış 674 manat borcunun iddiaçının xeyrinə tutulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, cavabdehin 01 oktyabr 2016-cı il tarixə məcburi dövlət sosial sığorta haqları üzrə 674 manat borcu yaranmış, ona borcun ödənilməsinə dair xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh həmin borcu ödəməkdən imtina etmişdir. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 may 2017-ci il tarixli, 2-1(81)2560/2017 saylı qərarı ilə (hakim Şərafət Məmmədova) iddia təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, cavabdeh iddiaçı orqanda məcburi dövlət sosial sığorta ödəyicisi kimi uçota alınmış, qanunvericiliklə ölkə üzrə müəyyən edilmiş məcburi dövlət sosial sığorta haqları üzrə ödəniş etməli olduğu halda, bunu etməmiş, habelə iddiaçı tərəfindən borcun ödənilməsinə dair göndərilmiş xəbərdarlıq məktubunu qəbul etməkdən imtina etmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, onun ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 may 2019-cu il tarixli, 2-1(103)-1224/2019 saylı qərardadı ilə (sədrlik edən Vüsalə Baxışova, hakimlər Elmira Nağıyeva və Həmid Həmidov) iş üzrə İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhər X1 Departamenti ilə (bundan sonra mətndə iddiaçı) əvəz edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 may 2019-cu il tarixli, 2-1(103)-1224/2019 saylı qərardadı ilə (sədrlik edən Vüsalə Baxışova, hakimlər Elmira Nağıyeva və Həmid Həmidov) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmaqla iddia mümkün sayılmamışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, sosi al sığorta haqqında qanunvericiliyin tələblərinə əsasən, sığortaedən məcburi dövlət sosial sığorta haqlarını qanunla müəyyən edilmiş müddətdə ödəmədikdə, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı hesablanmış borcun və tətbiq edilmiş maliyyə sanksiyasının 5 gün müddətində ödənilməsinə dair sığortaedənə bildiriş göndərir. İddiaçı qanunun tələblərinə əməl etməyərək cavabdehə bildirişi göndərməmiş, birinci instansiya məhkəməsi isə iddianın mümkünlük şərtlərini yoxlayarkən, iddiaçının məhkəmədə iddia qaldırmazdan əvvəl qanunvericiliklə nəzərdə tutulmuş prosedurlara əməl etmədiyini nəzərə almamışdır. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 14, Azərbaycan Respublikası İnzibati Prose ssual Məcəlləsinin 35.1, 35.3-cümaddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan iddiaçı kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. İddiaçı kassasiya şikayətində bildirmişdir ki, apellyasiya məhkəməsinin iddiaçı tərəfindən iddia tələbi ilə məhkəməyə müraciət edilməzdən əvvəl qanunvericiliklə nəzərdə tutulmuş prosedurlara əməl edilməməsinə dair gəldiyi nəticə düzgün olmamışdır. İddiaçı cavabdehə sosial sığorta haqları üzrə borcun ödənilməsi barədə bildiriş göndərmişdir və həmin sənəd iş materiallarında mövcud olmuşdur. Buna baxma yaraq, apellyasiya məhkəməsi həmin sənədi nəzərə almamışdır. Bundan başqa bildirilmişdir ki, bildirişin göndərildiyi tarixə cavabdehin artıq aktiv bank hesabı mövcud olmadığından, onun hesablaşma hesabına sərəncamın verilməsi mümkün olmamışdır. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi iddiaçı “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 18, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini 403.1, 405.0.2, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-1-ci maddələrinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclası nın vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsinin qərardadında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. İddiaçı tərəfindən qanunun tələblərinə əməl edilməmiş, cavabdehə sosial sığorta haqları üzrə borcun ödənilməsi barədə bildirişi göndərməmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddind ə baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərardadın ləğv olunması xahiş edildiyindən məhkəmə kollegiyası həmin qərardadın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normları yoxlanılarkən müəyyən edilmişdir ki, apellyasiya məhkəməsi iddianın mümkünlük şərtləri ödənilmədiyi əsası ilə Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinin tələblərinə uyğun olaraq iddianı mümkün hesab etməmişdir. Apellyasiya məhkəməsi bildirmişdir ki, iddiaçı qanunun tələblərinə əməl etməyərək cavabdehə hesablanmış borcun və tətbiq edilmiş maliyyə sanksiyasının 5 gün müddətində ödənilməsinə dair sığortaedənə bildiriş göndərməmiş və bununla da iddiaçı məhkəmədə iddia qaldırmazdan əvvəl qanunvericiliklə nəzərdə tutulmuş prosedurlara əməl etmədiyindən, iddianın mümkünlük şərtlərinə riayət etməmişdir. Bu mövqeyi cavabdeh o əsasla mübahisələndirmişdir ki, iddiaçı cavabdehə sosial sığorta haqları üzrə borcun ödənilməsi barədə bildiriş göndərmiş və həmin sənəd iş materiallarında mövcud olmuşdur. Buna baxmayaraq, apellyasiya məhkəməsi həmin sənədi nəzərə almamışdır. Məhkəmə kollegiyası aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. İddia ərizəsinin məhkəməyə 14 mart 2017-ci il tarixində verildiyi nəzərə alınmaqla zamana görə qüvvədə olmuş “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununda (bundan sonra – Qanun) mübahisəyə münasibətdə aşağıdakılar müəyyən edilmişdir: - 8-ci maddəsinə əsasən, sığortaedənl ər - Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, seçkili orqanlar,habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslərdir; - 14-cü maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqları ödənilmədikdə və ya ödənilməsi gecikdirildikdə, yaranmış borc məbləğləri aşağıdakı qaydada alınır: (1) sığortaedən məcburi dövlət sosial sığorta haqlarını bu qanunla müəyyən edilmiş müddətdə ödəmədikdə, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı bu qanuna müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dairsığortaedənə bildiriş göndərir; (2)... məcburi dövlət sosial sığorta haqları üzrə borclar... sığortaedən tərəfindən bildirişdə göstərilən müddətdə ödənilmədiyi halda,... müvafiq icra hakimiyyəti orqanı sığortaedənin... hesablarından məcburi dövlət sosial sığorta haqları üzrə borcların... müvafiq icra hakimiyyəti orqanı hesabına alınması üçün banka və ya digər kredit təşkilatına icra sənədi olan sərəncam verir; (3) məcburi dövlət sosial sığorta haqları üzrə borcların....sərəncamın banka və ya digər kredit təşkilatına daxil olduğu gündən 90 gün ərzində ödənilmədikdə, sərəncam geri qaytarılır və həmin borca görə sərəncam bir daha icraya qəbul edilm ir, həmin borclar və maliyyə sanksiyaları sığorta edəndən məhkəmə qaydasında alınır; sığortaedən hüquqi şəxs olmadıqda, borc məbləği məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında tutulur; - 18-ci maddəsinə əsasən,....müvafiq icra hakimiyyəti orqanı məcburi dövlət sosial sığorta haqqı ödənilmədikdə və ya ödənilməsi gecikdirildikdə sığortaedəni xəbərdar edir, xəbərdarlıq müddətində bu hərəkətlər aradan qaldırılmadıqda hesablaşma və digər hesabları üzrə köçürmə əməliyyatlarının (büdcəyə və digər icbari ödənişlər istisna olmaqla) aparılmasını qanunvericilikdə müəyyən olunmuş qaydada dayandırır; ödəmə qabiliyyəti olmayan sığortaedənlərin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə məcburi dövlət sosial sığorta haqqı üzrə debitor borclarının ödənilməsi üçün iddia qaldırır (4). Zamana görə qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 7 aprel 1997-ci il tarixli, 568 saylı və 19 yanvar 2005-ci il tarixli, 176 saylı Fərmanlarının 2-ci bəndinə əsasən, bu maddələrdə nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Sadalanmış qanunvericiliyin ümumiləşdirilmiş təhlilinə görə, Azərbaycan Respublikasında fəaliyyət göstərən özünü və ya başqasını sosial sığorta edən şəxslər də sığortaedənlər hesab olunur və onlar müvafiq sığorta haqqlarını ödəmədikdə, əvvəlki iddiaçı qurum tərəfindən ödənişlərin aparılması ilə bağlı bildiriş göndərilməli (1), müəyyən edilmiş müddət ərzində sığortaedən borcu ödəmədiyi təqdirdə, onun hesablarına sərəncamlar qoyulmalıdır (2). Daha sonra sərəncamların qoyulduğu 90 gün ərzində də borc ödənilmədikdə (3), onun məhkəmə qaydasında alınması üçün iddiaçı qurum sığortaedənləri xəbərdar etməli, həmin müddət ərzində də borc ödənilmədiyi halda, hesablaşma və digər hesablar üzrə köçürmə əməliyyatlarının aparılması dayandırılmaqla, fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə borclarının ödənilməsi üçün iddia qaldırmaq hüququna malik olur (4). Bu qanunvericiliyin müddəalarınının tətbiqini yoxlayarkən apellyasiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı tərəfindən cavabdehə müvafiq bildiriş göndərilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin işin materiallarında istinad etdiyi və “bildiriş” kimi qiymətləndirdyi məktub “Məhkəmədə iddia qaldıracağı barədə xəbərdarlıq” olmaqla, apellyasiya məhkəməsinin əsaslandığı bildirişi ehtiva etmir. Qanunveriliciyin yuxarıda əks olunmuş müddəalarından göründüyü kimi, bildirişin göndərilməsi qaydası Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş, həmin maddədə göstərilmiş tələblər ödənildiyi halda, Qanunun 18-ci maddəsində müəyyən olunmuş prosedur qaydaları tətbiq olunmalıdır ki, sonuncu maddədə xəbərdarlıq məktubunun göndərilməsi əks olunmuşdur. Beləliklə, məhkəmə kollegiaysı hesab edir ki, apellyasiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqların ın pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəada nəzərdə tutulmuş qayda inzibati orqanın digər şəxslərə münaisbətdə inzibati fəaliyyəti ilə bağlı icraata aid olduğu üçün eyni münasibətlərdə inzibati orqanın həmin şəxlərə qarşı mübahisələrə də tətbiq edilməlidir. Bu baxımdan inzibati orqanın şəxsə qarşı iddianın irəli sürülməsi üçün qanunla nəzərdə tutulmuş qaydada məhkəmədə iddia qaldırmaq hüququna malik olduğu müəyyən edilməlidir. Yuxarıda verilmiş qanunvericiliyin tələblərindən göründüyü kimi, inzibati orqan bir sıra prosessual hərəkətləri yerinə yetirdikdən sonra məhkəmədə iddia qaldırmaq hüququnu əldə etmiş olur. Bu əsasla məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən iddianın mümükünlük şərtlərinin yoxlanılmasında prosessual qanunveriliyin tələblərinə düzgün riayət edilmişdir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərardadın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası İPM-nin 96.9-cı maddəinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhər X1 Departamentinin baş direktorunun müavini XXX tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 may 2019-cu il tarixli, 2-1(103)-1224/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-2415/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2415/2019
13.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver