Məhkəmə qərarları › İş №2-1(102)-2415/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2415/2022

27.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2415/2022 27.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: diplomun yeni dövlət nümunəli diplom blankı ilə əvəz edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1965 cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “cavabdehin üzərinə Loğman Səhmdar Cəmiyyəti Respublika Təsərrüfat hesablı tibb məktəbi tərəfindən ona verilmiş xx.xx.1998-ci il tarixli A002008 nömr əli diplomun yeni dövlət nümunəli diplom blankı ilə əvəz edilməsi öhdəliyinin qoyulması” tələbinə dair inzibat iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 sentyabr 2022-ci il tarixli, 2-1(105)-535/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. A002008 saylı diploma əsasən iddiaçı 1995-ci ildə Respublika təsərrüfat hesablı “Loğman” Tibb məktəbinin “Mamalıq işi” şöbəsinə daxil olmuş və 1998-ci ildə “mama” ixtisası üzrə tam kursu bitirmişdir.

2. AZ-1 005870 saylı, 03 may 1999-cu il tarixli əmək kitabçasına əsasən iddiaçı 03 may 1999-cu ildən tibb bacısı vəzifəsində işləyir.

3. İddiaçı onun adına verilmiş A seriyalı 002008 nömrəli diplomun Səhiyyə Nazirliyi ndə qeydiyyatda olub-olmaması barədə Səhiyyə Nazirliyinə müraciət etmişdir.

4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin iddiaçıya ünvanladığı 28 sentyabr 2021-ci il tarixli məktubundan görünür ki, “Loğman” tibb məktəbi tərəfindən iddiaçının adına yazılmış A seriyalı 002008 nömrəli diplom barədə Səhiyyə Nazirliyində məlumat yoxdur və onun adına yazılan təhsil haqqında sənədin dövlət nümunəli sənəd olduğu barədə Təhsil Nazirliyi tərəfindən təsdiq edilən arayış təqdim edildikdən sonra müraciətinə baxıla bilər.

5. İddiaçı sonradan ərizə ilə Təhsil Nazirliyinə müraciət edərək adına olan A seriyalı 002008 nömrəli diplomun dövlət nümunəli sənəd olması barədə rəy verilməsini xahiş etmişdir.

6. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26 oktyabr 2021-ci il tarixli M14525/31-24 saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, onun adına yazılmış A 002008 nömrəli diplom blankının hüquqi əsası yoxdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsindəki icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə “Loğman” Səhmdar Cəmiyyəti Respublika Təsərrüfat hesablı tibb məktəbi tərəfindən ona verilmiş xx.xx.1998ci il tarixli A002008 nömrəli diplomun yeni dövlət nümunəli diplom blankı ilə əvəz edilməsi öhdəliyinin qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

8. İddiaçı hesab edir ki, onun ərizəsinə Təhsil Nazirliyinin imtina cavabı qanunsuz və əsassızdır. Belə ki, o 1995-ci ildə qəbul imtahanlardan keçərək “Loğman” Tibb Məktəbinə qəbul olun muş və 3 il ərzində həmin məktəbdə əyani təhsil alaraq müstəqil ixtisas komissiyasının 26 fevral 1998-ci il tarixli qərarı ilə ona “mama” ixtisası verilmişdir. 26 fevral 1998-ci il tarixdə “Loğman” Təsərrüfat hesablı Tibb Məktəbinin möhürü ilə təsdiq edilmiş, qeyd nömrəsi 2008 olan A 002008 nömrəli diplom verilmişdir. Həmin diplom əsasında o, yuxarıda qeyd etdiyi kimi 1999-cu ildə X1 məntəqəsinə tibb bacısı vəzifəsinə qəbul olunmuş, hazırki vaxtadək həmin vəzifədə çalışır. 22 ildir ki, o, ixtisası üzrə çalışır. Onun adına olan diplomu vermiş “Loğman” Tibb Məktəbi Nazirlər Kabinetinin rəsmi qərarına əsasən fəaliyyət göstərmiş və həmin qərarla Təhsil Nazirliyinə tapşırılmışdır ki, tibb məktəbinin nizamnaməsini qeydə alsın. “Loğman” Tibb Məktəbi 12 fevral 1996 il tarixdə NK-nin qərarı ilə qey diyyata alınmış və həmin orqanın 30 dekabr 2007-ci il tarixli qərarı ilə qeydiyyatı ləğv edilmişdir, yəni onun təhsil aldığı müddətdə bu təhsil müəssisəsi qanuni əsaslarla fəaliyyət göstərmişdir. Ona görə də hesab edir ki, cavabdehin adına olan A seriyalı 002008 nömrəli diplomun dövlət nümunəli sənəd olduğu barədə rəy verilməsinə dair ərizəsinə “diplom blankının hüquqi əsası yoxdur” kimi cavab verilməsi tamamilə əsassızdır.

9. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Belə ki, “Loğman” Səhmdar Cəmiyyətinin təsərrüfat hesablı tibb məktəbi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 16 nömrəli qərarı ilə qeydiyyata alınmışdır. Tibb məktəbinin fəaliyyətinə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən lisenziya ver ilməmiş, məktəb yalnız Nazirlər Kabinetinin qərarı əsasında fəaliyyət göstərmişdir. Belə ki, həmin dövrdə qüvvədə olan (1992-ci il tarixli) “Azərbaycan Respublikasının Təhsil Qanununun 31-ci maddəsinə görə, Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyi tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq təhsil müəssisələrinin yaradılması, yenidən təşkili və ləğv edilməsi barədə rəy və ya təkliflər verir; qanunvericilikdə nəzərdə tutulmuş qaydada yaradılan bütün təhsil müəssisələrinə lisenziya verir. Fəaliyyət dövründə (1996-2007-ci illər) “Loğman” təsərrüfat hesablı tibb məktəbinin məzunlarına Təhsil Nazirliyi tərəfindən dövlət nümunəli diplomlar verilməmişdir. Həmçinin iddiaçının adına “Loğman" tibb məktəbi tərəfindən yazılmış A 002008 saylı diplom blankı dövlət nümunəli təhsil sənədi deyildir. “Azərbaycan Respublikasının Təhsil Qanununun 8-ci maddəsinə əsasən, təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədinin nümunəsini hökumət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir. “Loğman” Tibb Məktəbinə Təhsil Nazirliyi tərəfindən lisenziya verilməmiş və o əsasla Tibb Məktəbinin məzunlarına dövlət nümunəli diplomlar verilməmişdir.

10. Sumqayıt İnzibati Məhkəməsi 31 may 2022-ci il tarixli, 2-1(118)-990/2022 nömrəli qərarı ilə (hakim L.Mirzəyeva) iddia tələbi təmin edilməmişdir.

11. Məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 1993-cü il tarixli, 60 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyinin nəzdində Ekspert Komissiyası haqqında” Əsasnaməyə əsasən, Ekspert Komissiyası təhsil müəssisəsinin fəaliyyəti üçün zəruri olan sənədləri və maddi-texniki bazasını yoxlayır. Yoxlamaların nəticəsi üzrə Ekspert Komissiyasının əsaslandırılmış qərar çıxardır və Təhsil Nazirliyinə təqdim olunur. Xalq Təhsili Nazirliyinin səlahiyyətinə müvafiq tədris müəssisələri üzrə müsbət qərarı olduqda bu tədris və ya tərbiyə müəssisəsi Dövlət reyestrinə daxil edilir və müvafiq sertifikat verilir. Təhsil müəssisəsi ilə bağlı müsbət qərar qəbul edildikdən sonra Təhsil Nazirliyi Nazirlər Kabineti qarşısında vəsatət qaldırır. Nazirlər Kabinetinin qərarından sonra bu tədris müəssisələri qeydə alınmış hesab olunur, mövcud qaydada Dövlət r eyestrinə daxil edilir və hansı mütəxəssislərin hazırlanacağını əks etdirən sertifikat verilir. Sadalanmış qanunvericiliyin mübahisəli məsələ ilə bağlı tələblərindən göründüyü kimi, Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyinin yanında Ekspert Komissiyası yaradılır ki, həmin Komissiyanın təhsil müəssisəsi ilə bağlı qəbul etdiyi müsbət qərar əsasına daha sonra Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəssisənin qeydə alınması barədə qərar qəbul olunmalıdır. Yalnız bundan sonra müəssisə dövlət reyestrinə daxil edilməli və ona sertifikat verilməlidir. Qeyd edilmiş prosedura riayət edildiyi təqdirdə təhsil müəssisəsi təhsil qanunvericiliyində nəzərdə tutulmuş qaydada yaradılmış hesab edilir və müstəqil hüquqi şəxs statusu alır. İşin hallarından göründüyü kimi, iddiaçının təhsi l aldığı müəssisə ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ekspert Komissiyasının qərarının qəbul edildiyi müəyyən edilməmişdir. Belə olan halda həmin müəssisənin dövlət reyestrinə daxil edilməsi və müvafiq sertifikatın verilməsi də müəyyən olunmur.

12. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 sentyabr 2022-ci il tarixli, 2-1(105)-535/2022 nömrəli qərarı ilə (hakimlər: Z.Məmmədov - sədrlik edən və məruzəçi, H.Babayeva və F.Məmmədov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. 1

4. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

16. İddiaçı kassasiya şikayətində qeyd edir ki, “Normativ hüquqi aktlar haqqında” Qanunun 2.8-ci maddəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı tətbiq edilir. Bu əsasla hesab edir ki, “Loğman” Səhmdar Cəmiyyətinin Respublika Təsərrüfat hesablı tibb məktəbi Nazirlər Kabinetinin qərarı i lə qeydiyyata alındığı halda, Təhsil Nazirliyinin iddiaya qarşı etirazda göstərilənlər Nazirlər Kabinetinin qərarı ilə ziddiyyət təşkil edir. Ona görə də, Nazirlər Kabinetinin qərarı üstün tutularaq məhkəmələr qanuni qərar qəbul etməli idilər. İşə baxmış məhkəmələr isə iddianın rədd edilməsində cavabdeh tərəfin mülahizələrini əsas götürmüşdür ki, tibb məktəbinin fəaliyyətinə Təhsil Nazirliyi tərəfindən lisenziya verilməmiş, tibb məktəbinin məzunlarına Təhsil Nazirliyi tərəfindən dövlət nümunəli diplomlar verilməmişdir. Bu zaman cavabdeh tərəfin məhkəməyə mülahizələrini təsdiq edəcək heç bir rəsmi sənəd təqdim etməmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 18. 7 oktyabr 1992-ci il tarixli Azərbaycan Re spublikasının Təhsil Qanunu (19 iyun 2009-cu il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən düşmüş hesab edilmişdir): Maddə

7. Dövlət təhsil standartları Azərbaycan Respublikasında dünya standartlarına müvafiq olan dövlət təhsil standartları tətbiq edilir. Dövlət standartları müxtəlif tipli tədris müəssisələri haqqında Azərbaycan Respublikası hökuməti tərəfindən təsdiq olunmuş xüsusi əsasnamələrlə müəyyən edilir və həyata keçirilir. Bu funksiyanı həyata keçirmək üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında X2 Komissiyası yaradılır. Komissiya haqqında əsasnaməni Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir. Maddə

8. Təhsil haqqında sənəd

1. Təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədi müvafiq əmək fəaliyyətinə-başlamaq və növbəti pillədən olan təhsil müəssisəsinə daxil olmaq üçün əsas sənəddir. Təhsil sənədinin nümunəsini hökumət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir.... Maddə

13. Təhsil müəssisələri

1. Azərbaycan Respublikasında dövlət və qeyri-dövlət, pulsuz və pullu təhsil müəssisələri fəaliyyət göstərir. Dövlət təhsil müəssisələri aparıcı rol oynayır. Təhsil müəssisələri müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçdikdən sonra hüquqi şəxs statusu alırlar. Təhsil müəssisələrinin müvafiq tipi haqqında Əsasnaməni Azərbaycan Respublikası hökuməti təsdiq edir. Bu əsasnamələrə müvafiq olaraq təhsil müəssisəsi tərəfindən onun fəa liyyətini tənzimləyən nizamnamələr hazırlanır. Nizamnaməni təhsil müəssisəsinin təsisçiləri təsdiq edirlər.... Maddə

31. Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyi Xalq Təhsili Nazirliyi təhsil sisteminin mərkəzi idarə orqanı olmaqla təhsil sahəsində vahid dövlət siyasəti hazırlanmasında iştirak edir və onun həyata keçirilməsini təmin edir; təhsil qanunvericiliyinin icrasına və təhsilin dövlət standartlarına riayət edilməsinə nəzarət edir; təhsil sistemi üçün informasiya xidməti təşkil edir; təhsil müəssisələrinin və orqanlarının normal fəaliyyətini təmin etməyə qadir olan sadə tənzimləmə, əlaqələndirmə, elmi-metodiki informasiya təminatı yaradır; təhsil sisteminə elmi rəhbərliyi və bu sahədə proqnozlaşdırmanı təmin edir; mülkiyyət formasından asılı olmayaraq təhsil qanunvericiliyinin icrasına nəzarət edir; təhsil müəssisələri, maarif orqanları haqqında nümunəvi əsasnamələrin və digər sənədlərin hazırlanmasını təmin edir, elmi-pedaqoji kadrların attestasiyasının keçirilməsi və nizamnamələrin qeydiyyata alınması qaydalarını təsdiqləyir; mülkiyyət formasından asılı olmayaraq, təhsil müəssisələri üçün nümunəvi əsasnamələrin baza təhsil planının, proqramların, dərsliklərin, dərs vəsaitlərinin və tədris metodiki materialların hazırlanmasını və nəşrini təşkil edir, təlim-tərbiyə müəssisələrinə tədris-metodiki və informasiya köməkliyi göstərir; təhsil müəssisələri və idarələrinin maliyyələşdirilməsini və maddi-texniki təchizatının müvafiq normalarını müəyyən edir; səlahiyyətinə müvafiq olaraq təhsil müəssisələrini yaradır, yenidən təşkil və ləğv edir; tabeliyindən və mülkiyyə t formasından asılı olmayaraq təhsil müəssisələrinin yaradılması, yenidən təşkil və ləğv edilməsi barədə rəy və ya təkliflər verir; qanunvericilikdə nəzərdə tutulmuş qaydada yaradılan bütün təhsil müəssisələrinə lisenziya verir.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ali və orta ixtisas məktəblərinə tələbə qəbulunun təkmilləşdirilməsi tədbirləri haqqında” 29 iyul 1993cü il tarixli, 413 saylı qərar:... Bənd 7.... dövlət qeydiyyatından keçib sertifikat almamış özəl tədris müəssisələri qeyri-qanunidir və bu tədris müəssisələrinin verdikləri təhsil sənədləri etibarsız sayılır.

20. Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 4 oktyabr tarixli 637 nömrəli fərmanı: Xüsusi razılıq (l isenziya) tələb olunan fəaliyyət növlərinin və onları verən icra hakimiyyəti orqanlarının siyahısı:...

26. Ali və orta ixtisas təhsil müəssisələrinin, ixtisasartırma institutlarının və digər təhsil və təlim-tərbiyə müəssisələrinin fəaliyyət - Təhsil Nazirliyi.

21. İnzibati Prosessual Məcəllə: a) Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayə t həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bi lər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

22. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

26. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bil ər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

28. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçının diplomun yeni dövlət nümunəli diplom blankı ilə əvəz edilməsi ilə bağlı məsələni apellyasiya məhkəməsi lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istina d etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

29. İddiaçının kassasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Ekspert Komissiyasının müsbət rəyinin verilməsi, məktəbin Nazirlər Kabinetinin qərarı ilə qeydiyyata alınması “Loğman” Tibb Məktəbinin Təhsil fəaliyyəti məşğul olunmasına əsas vermirdi. Təhsil fəaliyyəti yalnız müvafiq sertifi katın (lisenziyanın) alınması ilə başlana bilərdi.

30. Hazırkı qərarın 18-ci bəndində qeyd olunan həmin dövr qüvvədə olan “Təhsil Qanunu”-nun 31-ci maddəsinə əsasən, Xalq Təhsili Nazirliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada yaradılan bütün təhsil müəssisələrinə lisenziya verir.

31. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ali və orta ixtisas məktəblərinə tələbə qəbulunun təkmilləşdirilməsi tədbirləri haqqında” 29 iyul 1993-cü il tarixli, 413 saylı qərarının 7-ci bəndinə əsasən dövlət qeydiyyatından keçib sertifikat almamış özəl tədris müəssisələri qeyri-qanunidir və bu tədris müəssisələrinin verdikləri təhsil sənədləri etibarsız sayılır.

32. Belə olan halda apellyasiya məhkəməsi əsaslı olaraq “Loğman” Tibb Məktəbinin fəaliyyətini qanunsuz sayaraq iddiaçının təqdim etdi yi diplomun hər hansı bir hüquqi qüvvəsi olmadığına istinad edərək, onun yenisi ilə əvəz edilməsinə dair tələbi də əsassız olması qənaətinə gəlmişdir.

33. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşü r ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etmiş, iddiaçı isə məhkəməyə bunun əksini təsdiq edən hər hansı bir sübutu təqdim etməmişdir.

34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 sentyabr 2022-ci il tarixli, 2-1(105)-535/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar