Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2415/2023 18.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: şəhadətnamə üzrə aparılmış qeydin ləğv edilməsi və hüquqlarının dövlət reyestrində qeydiyyata alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi nə (üçüncü şəxs X7) qarşı “şəhadətnamə üzrə aparılmış qeydin ləğv edilməsi və hüquqlarının dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-10/2023 nömrəli, 1 iyun 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Xanlar rayon X8 İcraiyyə Komitəsinin qərarın 1-ci hissəsinin b bəndinə əsasən şəhərin 10 və 11-ci məhəllədə tikilən fərdi yaşayış evləri üzrə Gəncə-Hacıkənd asfalt yolu arasında yerləşən heyvandarlıq sovxozunun 27,64 ha (o cümlədən kənd təsərrüfatına yararlı olmayan 1,64 ha) torpaq sahəsi Xanlar şəhəri vətəndaşlarına fərdi yaşayış evləri tikintisi üçün, o cümlədən 19,56 ha həyətyanı torpa q sahələri, 8,08 ha isə küçə, keçir və ictimai məqsədlər olmaqla verilmiş, həmin qərarın 2. bəndinə əsasən Xanlar şəhər XDS İcraiyyə Komitəsi tərəfindən təqdim edilmiş fərdi yaşayış evləri tikintisi üçün həyətyanı torpaq sahələri ilə təmin olunacaq vətəndaşların siyahısı təsdiq edilmişdir.
2. Xanlar rayon X8 «Xanlar şəhərində yaşayan bir qrup vətəndaşlara 10-11-ci məhəllədə fərdi yaşayış evi tikintisi üçün verilmiş torpaq sahəsinin başqa sahə ilə əvəzləşdirilməsi haqqında» 17 avqust 1992-ci il tarixli qərarın 1. bəndinə əsasən Xanlar rayon İHB-nin Xanlar şəhər üzrə nümayəndəsinin xx.xx.1992-ci il tarixli, 478 saylı məktubu nəzərə alınaraq 10-11-ci məhəllədə fərdi yaşayış evi tikdirmək üçün torpaq sahəsi ayrılmış 85 nəfər fəhlə və qulluqçunun torpaq sahəsindən su çıxdığına görə həmin sahə h eyvandarlıq sovxozunun 1 May məhəlləsinin üst hissəsində olan dinc torpaq sahəsi ilə əvəzləşdirilib fərdi yaşayış evi tikmək üçün fəhlə və qulluqçulara verilmişdir.
3. Göygöl rayon Dövlət Arxivinin məktubuna əsasən, Xanlar rayon XDS-nin İcraiyyə komitəsinin və Xanlar rayon XDS-nin Rəyasət heyətinin qərarlarının və həmin qərarla fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq sahəsi alan vətəndaş İddiaçı aid hissəsinin təsdiq edilmiş surəti məhkəməyə təqdim olunsa da, həmin torpaq sahələrinin ünvanı, planı, sxem və s. arxivdə mövcud deyildir.
4. Göygöl rayon Dövlət Arxivi tərəfindən verilmiş arxiv arayışının sürətinə görə, Xanlar rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 05 nömrəli qərarı ilə şəhərin 10 və 11-ci məhəlləsindən Şəhriyar küçəsi 19 saylı ünvanda vətəndaş İddiaç ı fərdi yaşayış evi tikintisi üçün verilmiş 0,06 ha torpaq sahəsindən yeraltı sular çıxdığına görə həmin sahə Xanlar rayon XDS Rəyasət Heyətinin 17 avqust 1992-ci il tarixli, 06 saylı qərarı əsasında heyvandarlıq sovxozunun 1 May məhəlləsinin üst hissəsində olan dinc torpaq sahəsi ilə əvəzləşdirilmiş, qərara əlavə edilmiş siyahıda vətəndaşın adı 15-ci sırada qeydə alınmışdır.
5. Göygöl rayon Dövlət Arxivi tərəfindən verilmiş məktuba əsasən, xx.xx.2018-ci il tarixli, 178 saylı arayışda Xanlar rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 05 nömrəli qərarı ilə verilmiş 0,06 ha torpaq sahəsinin ünvanı texniki səhv olaraq Şəhriyar küçəsi 19 nömrə göstərilmişdir. Şəhriyar küçəsi 19 nömrəli torpaq sahəsi X9 məxsus olmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əml ak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2018-ci il tarixli, **********89 nömrəli imtina məktubu ilə Göygöl şəhəri, Müslüm Maqomayev küçəsində yerləşən torpaq sahəsi üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınması ilə bağlı İddiaçı ərizəsinin icrasının mümkün olmadığı, aparılmış araşdırma zamanı qeyd olunan torpaq sahəsinə dair X2 adına ləğv edilmiş DT və XK tərəfindən JN-174A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin işlənildiyi, həmçinin torpaq sahəsinin üzərində mübahisənin olmasının aşkar edildiyi bildirilmişdir. 6. "Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının 07 fevral 2003-cü il tarixli, 01 saylı qərarı ilə 0.06 ha torpaq sahəsi Xanlar şəhər sakini X2 mülkiyyətinə verilmişdir.
7. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 02 may 2019-cu il tarixli, **********30 nömrəli məktubundan görünür ki, Xidmətin və onun tabeliyində olan "Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-nin arxivlərində həyətyanı torpaq sahəsi almaq hüququ olan subyektlərin siyahısında X2 adının aşkar edilmədiyi qeyd olunmuşdur.
8. Xanlar şəhərində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən görünür ki, İddiaçı 0.06 ha torpaq sahəsi verilmişdir. Lakin, həmin torpaq sahəsinin sxemi, hansı ərazidə yerləşməsi və ya plan və ölçü sənədi yoxdur.
9. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin məktubuna əsasən, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi tərəfindən İddiaçı adına tərtib edilmiş JN174A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə 3 saylı Gəncə Ərazi İdarəsinə təhvil verilməmişdir. Məlumat üçün bildirilmişdir ki, Göygöl şəhərində yerləşən 0.06 ha torpaq sahəsinə dair JN-174A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi tərəfindən Ərazi İdarəsinə təhvil verilmiş nüsxəsinin və “şəhadətnamələrin qeydiyyatı” kitabında həmin şəhadətnamənin digər şəxsin adına olduğu müəyyən edilmiş, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi tərəfindən Ərazi idarəsin ə təhvil verilmiş elektron baza məlumatlarında (DBF) həmin şəhadətnamənin İddiaçı adına olduğu kimi qeyd edilmişdir.
10. Milli Arxiv İdarəsinin Göygöl Rayon İcra Hakimiyyəti Göygöl rayon Dövlət Arxivinin arxiv arayışından görünür ki, Xanlar rayon XDS İcraiyyə Komitəsinin 25 fevral 1991-ci il tarixli 05 saylı qərarı ilə şəhərin 10 və 11-ci məhəlləsindən Q.Nəbi küçəsi 23 saylı ünvanda vətəndaş İddiaçı fərdi yaşayış evi tikintisi üçün verilmiş 0.06 ha torpaq sahəsindən yeraltı sular çıxdığına görə həmin torpaq sahəsi Xanlar rayon X13 Rəyasət Heyətinin 17 avqust 1992-ci il tarixli 06 saylı qərarı əsasında Heyvandarlıq sovxozunun 1 may məhəlləsinin üst hissəsində olan dinc torpaq sahəsi ilə əvəzləşdirilmişdir. Qərara əlavə edilmiş siyahıda vətəndaşın adı 15-ci sıra sayında qeydə alınmışdır.
11. Milli Arxiv İdarəsinin Göygöl Rayon İcra Hakimiyyəti Göygöl rayon Dövlət Arxivinin arxiv çıxarışına əsasən, Xanlar rayon İHB-nin Xanlar şəhər üzrə nümayəndəsinin xx.xx.1992-ci il tarixli 478 № li məktubunu nəzərə alaraq 10-11-ci məhəllədə fərdi yaşayış evi tikdirmək üçün torpaq sahəsi ayrılıb 85 nəfər fəhlə və qulluqçunun torpaq sahəsindən su çıxdığına görə həmin sahə heyvandarlıq sovxozunun 1 May məhəlləsinin üst hissəsində olan dinc torpaq sahəsi ilə əvəzləşdirib fərdi yaşayış evi tikmək üçün fəhlə və qulluqçulara verilməsi qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
12. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xanlar rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci tarixli, 05 nömrəli qərarı ilə şəhərin 10 v ə 11ci məhəlləsindən ayrılmış Şəhriyar küçəsi 19 saylı ünvanda yerləşən 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xanlar rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci tarixli, 05 nömrəli qərarı ilə şəhərin 10 və 11-ci məhəlləsindən Şəhriyar küçəsi 19 saylı ünvanda yerləşən 0,06 ha torpaq sahəsi fərdi yaşayış evi tikintisi üçün ona ayrılmışdır. İddiaçı qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün 28 avqust 2018-ci ildə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə müraciət etsə də sonuncu bundan imtina etmişdir.
14. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(083)- 360/2019 nömrəli qərardadı ilə X7 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
15. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(083)- 360/2019 nömrəli qərarı ilə iddianın təmin edilməsi, X2 adına işlənmiş, JN-174A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi və həmin şəhadətnamədə qeyd olunan torpaq sahəsinin daşınmaz əmlakın Dövlət reyestrində İddiaçı adına qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır.
16. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, həmin torpaq sahəsi islahat zamanı üçüncü şəxsə verilməmişd ir. Eyni zamanda həmin sahə Xanlar rayon XDS Rəyasət Heyətinin xx.xx.1992-ci il tarixli, 06 saylı qərarı ilə iddiaçıya ayrılmışdır.
17. Üçüncü şəxs X7 həmin qərardan apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddianın mümkünsüz sayılması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
18. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 08 oktyabr 2019-cu il tarixli, 2(104)-584/2019 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
19. Üçüncü şəxs X7 həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini, işin araşdırılaraq mübahisəyə düzgün hüquqi qiymət verilməsi üçün yenidən Gəncə Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməs ini xahiş etmişlər.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-cü il tarixli 2-1(102)-791/2020 nömrəli qərarı ilə (hakimlər: K.Bədəlov -sədrlik edən və məruzəçi, N.Rəsulbəyova və İ.Hüseynov) üçüncü şəxsin kassasiya şikayəti təmin edilmiş, iş üzrə apellyasiya instansiyası məhkəməsinin 8 oktyabr 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.
21. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 oktyabr 2020-ci il tarixli, 2(104)-728/2020 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş, iddiaçının cavabdehə, üçüncü şəxsə qarşı şəhadətnamənin ləğv edilməsi və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş yenidən baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. birinci instansiya məhkəməsində icraat
22. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Xanlar rayon Aqrar İslahat Komissiyasının 07 fevral 2003-cü il tarixli, 01 saylı qərarı ilə X4 verilmiş, 0,06 ha torpaq sahəsinə dair JN174A nömrəli, KOD 50801004 şəhadətnamənin ləğv edilməsi, Xanlar rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 05 nömrəli qərarı ilə şəhərin 10 və 11-ci məhəlləsində ayrılmış və Xanlar rayon XDS Rəyasət Heyətinin xx.xx.1992-ci il tarixli, 06 saylı qərarı əsasında Heyvandarlıq sovxozunun 1 May məhəlləsinin üst hissəsində olan dinc torpaqla əvəzləşdirilmiş, hazırda Müslüm Maqomayev küçəsində yerləşən 0,06 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
23. Gəncə İnzibati Məhkəməsinin 4 may 2021-ci il tarixli qərardadı ilə şəhadətnamənin ləğv edilməsi və çıxarışın verilməsi tələbinə dair İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi inzibati məhkəmə icraatına qəbul edilmişdir.
24. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-262/2021 nömrəli, 24 may 2021-ci il tarixli qərarı ilə (hakim A.İsgəndərova) iddia təmin edilmiş, Xanlar rayon Aqrar İslahat Komissiyasının 07 fevral 2003-cü il tarixli, 01 saylı qərarı ilə X4 verilmiş, 0,06 ha torpaq sahəsinə dair JN-174A nömrəli, KOD 50801004 şəhadətnamənin ləğv edilməsi, Xanlar rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 05 nömrəli qərarı ilə şəhərin 10 və 11-ci məhəlləsində ayrılmış və Xanlar rayon XDS Rəyasət Heyətinin xx.xx.1992-ci il tarixli, 06 saylı qərarı əsasında Heyvandarlıq sovxozunun 1 May məhəlləsinin üst hissəsində olan dinc torpaqla əvəzləşdirilmiş, hazırda Müslüm Maqomayev küçəsində yerləşən 0,06 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilməsi qərara alın mışdır.
25. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları nəzərdə tutulduğundan, bu əsaslardan heç biri iddiaçıya münasibətdə aid olmadığından, iddia tələbi əsaslı və qanunidir.
26. Üçüncü şəxs X7 həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
27. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-10/2023 nömrəli, 1 iyun 2023-cü il tarixli qərarı ilə (hakimlər: F.Mehtiyev /sədrlik edən və məruzəçi/, Ə.Məmmədov və İ.Həsənov) apellyasiya şikayəti t əmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə, üçüncü şəxs X5 qarşı şəhadətnamə üzrə aparılmış qeydin ləğv edilməsi və hüquqlarının dövlət reyestrində qeydiyyata alınması tələbinə dair iddiası rədd edilmişdir.
28. Məhkəmə kollegiyası qeyd etmişdir ki, kollegiya işdə olan ekspert rəyinə də hüquqi qiymət verərək qeyd edir ki, həmin rəy kollegiyada şübhə doğurmur. Azərbaycan Respublikasının MPM-in 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmə lər tərəfindən qiymətləndirilir. Məhkəmə kollegiyası hesab edir ki, işdə olan ekspert rəyi digər sübutlarla öz təsdiqini tapdığından və onların qəbul edilməməsi üçün əsaslar olmadığından onlar mötəbər sübut kimi qəbul edilməlidir. Apellyasiya şikayətinin dəlilləri öz təsdiqini tapmışdır. Ona görə də kollegiya apelyasiya şikayətinin dəlillərini əsaslı hesab edir.
29. Eyni zamanda, işin kollegiya tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Xanlar rayon XDS-nin İcraiyyə komitəsinin xx.xx.1991-ci il tarixli, 05 nömrəli qərarı ilə şəhərin 10 və 11-ci məhəllələrində tikilən fərdi yaşayış evləri üzrə Gəncə Hacıkənd asfalt yolu arasında yerləşən heyvandarlıq sovxozunun torpaq sahəsi Xanlar şəhəri vətəndaşlarına fərdi yaşayış evləri tikintisi üçün verilmiş, daha sonra Xanlar rayon XD S-nin «Xanlar şəhərində yaşayan bir qrup vətəndaşlara 10-11-ci məhəllədə fərdi yaşayış evi tikintisi üçün verilmiş torpaq sahəsinin başqa sahə ilə əvəzləşdirilməsi haqqında» 17 avqust 1992-ci il tarixli qərarı ilə 10-11 -ci məhəllədə fərdi yaşayış evi tikdirmək üçün torpaq sahəsi ayrılmış 85 nəfər fəhlə və qulluqçunun torpaq sahəsindən su çıxdığına görə həmin sahə heyvandarlıq sovxozunun 1 May məhəlləsinin üst hissəsində olan dinc torpaq sahəsi ilə əvəzləşdirilib fərdi yaşayış evi tikmək üçün fəhlə və qulluqçulara verilmiş, həmin qərarlar üzrə təqdim edilmiş siyahılarda iddiaçının adı qeyd olunmuşdur. Bundan başqa Xanlar şəhərində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən görünür ki, İddiaçı 0.06 ha torpaq sahəsi verilmişdir.
30. Məhkəmə kollegiyas ı bu məqamda birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və hesab edir ki, qanunvericiliyin tələbinə görə, Əgər daşınmaz əmlakın dövlət reyestrində əsassız qeydə alınmış mülkiyyətçi qeydəalmanın əsassız olduğunu bilməyərək, torpaq sahəsinə 10 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, həmin şəxs bu torpaq sahəsinin mülkiyyətçisi sayılır(MPM 178.5). Baxılan işdə iddiaçı keçən müddət ərzində ona verilmiş 0,06 ha torpaq sahəsi ilə uzun müddət maraqlanmamış, hərəkətsizlik göstərmişdir. Üçüncü şəxs X7 həmin torpaq sahəsinin qanuni əsaslarla oğlu Nofələ verildiyini bilmiş, fasiləsiz və maneəsiz olaraq həmin torpaq sahəsindən 1995-ci ildən istifadə etmişdir.
31. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarının tamamilə ləğv edilməsi və iddiamın təmin edilməsi bar ədə birbaşa qərar qəbul edilməsini və əgər bu mümkün olmazsa apellyasiya məhkəməsinin 1 aprel 2023-ci il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
32. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hüquqları pozulmuş bir vətəndaş kimi apellyasiya məhkəməsinin qərarı ilə razı deyil və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi ədalətsizlik etmiş və qanunsuzluğa yol verərək birinci instansiya məhkəməsinin şəxsi mülahizələrinə əsasən ləğv olunması mümkün olmayan qərarını ləğv edərək, kobud maddi və prosessual hüquq normalarının tətbiqi, təsfiri və tövsifində pozuntulara yol vermiş olmuşdur.
33. Birmənalı şəkildə apellyasiya instansiyası məhkəməsi əlində olan arxiv arayışlarını və həmin torpaq sahəsinin ilkin olaraq, ona ayrılmasını, qanuni istifadəsinə verilməsini nəzərə almamış və öz şəxsi mülahizələrinə əsaslanaraq, hüquqi və qanuni əsası olmayan və yuxarı məhkəmə instansiyası tərəfindən ləğv olunası qərar çıxartmış olmuşdur.
34. Hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası kassasiya şikayəti əsasında apellyasiya instansiyası məhkəməsi 2-1(104)10/2023 saylı iş üzrə 01 iyun 2023-cü il tarixli qərarını tamamilə ləğv edəcək və iddiamın təmin edilməsi barədə birbaşa qərar qəbul edəcəkdir və əgər bu mümkün olmazsa hesab edir ki, işi yenidən apellyasiya baxışına qaytarılması barədə və yenidən işin araşdırılması barədə ədalətli qərar qəbul etmiş olacaqdır.
35. A pellyasiya instansiyası məhkəməsi öz səlahiyyətləri çərçivəsində müvafiq komisyon məhkəmə texniki tikinti və torpaqşünaslıq üzrə ekspertizası təyin etməli olduğu halda bunu etməmiş, yalnız üçüncü şəxsə verilən hüquqi və qanuni əsası olmayan sənədləri əsas gətirərək, ona verilən sənədlərin isə əsaslığı qənaətinə gələrək, kobud maddi hüquq normalarının tətbiqi və tövsifində və eyni zamanda ekspertiza təyin etməməklə kobud prosessual hüquq normalarının tətbiqində pozuntulara yol vermişdir.
36. Hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası kassasiya şikayəti əsasında göstərilən kobud prosessual və maddi hüquq normalarının pozuntuların nəzərə alacaq və kassasiya şikayətini təmin edərək, işi yeni apellyasiya baxışına qaytarılması barədə yeni qərar qəbul etmiş olacaqdı r. Kobud prosessual pozuntulardan və maddi prosessual pozuntulardan biri də odur ki, məhkəmə cavabdehlərin və üçüncü şəxslərin iştirakı olmadan qətnamə qət etmişdir və bu hal Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin tələblərinə, yəni məhkəmə araşdırması, ədalətli araşdırma prinsipinə ziddir.
37. Gəncə Apellyasiya Məhkəməsi nəinki işdə olan sübutları qiymətləndirməmiş, həmin sübutlara öz şəxsi mülahizələri əsasında yanaşmış və Ali Məhkəmənin Plenumunun göstərişlərinə məhəl qoymayaraq birinci instansiya məhkəməsinin qətnaməsini torpaq sahəsi onun mülkiyyətində ola-ola ləğv etmiş olmuşdur. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
38. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
39. İnzibati Prosessual Məcəllə: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfind ən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Müba hisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda;... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb e dilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
40. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
41. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam ola raq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
42. Məlum olduğu kimi, apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyasının hazırkı iş üzrə qəbul etdiyi 1 iyun 2023-cü il tarixli, 2-1(104)-10/2023 nömrəli qərarla, 3-cü şəxs X3 apellyasiya şikayətini təmin etmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)-262/2021 nömrəli qərarı ləğv və iş üzrə yeni qərar çıxarılaraq, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə, üçüncü şəxs X5 qarşı şəhadətnamə üzrə aparılmış qeydin ləğv edilməsi və hüquqlarının dövlət reyestrində qeydiyyata alınması tələbinə dair iddiası təmin edilməmişdir.
43. Apellya siya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən 1 iyun 2023-cü il tarixli qərarında göstərmişdir ki, “Yerində baxış zamanı və işin faktiki halları ilə müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahəsi Göygöl şəhəri Müslüm Maqomayev 5 ünvanda yerləşir. Eyni zamanda iddiaçi İddiaçı ilə üçüncü şəxsin həyat yoldaşı mərhum Verdiyev Süleyman ilə 1995-ci ildə öz aralarında razılaşaraq hazırkı mübahisəli torpaq sahəsini əvvəl 200 manat, daha sonra 2002-ci ildə Süleymanın oğlu Nofəldən 800 manat alaraq onlara satmışdır. Torpaq sahəsi 1995-ci ildən üçüncü şəxsin sahibliyində və istifadəsində olmaqla orada çoxlu meyvə ağacları əkilmiş, torpaq sahəsində ev tikmək üçün bünövrə qazılmış, bu məqsədlə tikinti materialı daş alınmışdır. Torpaq sahəsinin satılmasına görə xx.xx.1995-ci il tarixdə yazılmış a lqı-satqı barədə akt tərtib etmişlər. İddiaçı həmin torpaq sahəsinə heç vaxt gəlməmiş, oradan istifadə etməmişdir. Üçüncü şəxs Əminə Verdiyeva bildirmişdir ki, 2003-cü ildə İddiaçı Xanlar Rayon Aqrar İslahat Komissiyasına ərizə təqdim edərək, Xanlar rayon XDS-nin xx.xx.1992-ci il tarixli, 06 nömrəli qərarı ilə ona verilən torpaq sahəsini satdığını, torpaq sahəsinin faktiki olaraq üçüncü şəxsin (Nofəlin) sahibliyində və istifadəsində olduğunu, ona görə də torpaq sahəsinin onların adına rəsmiləşdirilməsini xahiş etmişdir. Həmin torpaq sahəsi üçüncü şəxsin oğlu Nofəlin adına rəsmiləşdirilmiş və ona İN-174A nömrəli torpağa xx.xx.2003-cü ildə mülkiyyət hüququna dair şəhadətnamə verilmişdir. Nofəl Verdiyev xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Mübahisəli torpaq sahəsi 28 ildən çoxdur ki, üçün cü şəxsin istifadəsindədir. 2006-cı ildən isə həmin torpaq sahəsi şəhadətnaməyə əsasən üçüncü şəxsin mülkiyyətinə verilmişdir.”
44. Daha sonra apellyasiya məhkəməsi qərarında qeyd etmişdir ki, “Baxış zamanı mübahisəli torpaq sahəsinin ekspertiza rəyinə uyğun olaraq şəhadətnamə əsasında bir hissəsinin Nofəl Süleymanova, digər hissəsinin isə Fəda Məmmədova məxsus olması yerində bir daha aşkar edildi.”
45. Eyni zamanda apellyasiya məhkəməsinin qərarında yazılmışdır ki, “Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/8580 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən tərtib olunmuş mütəxəssis rəyi nin məlumatlarına əsasən, Xanlar rayon XDS icraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 05 nömrəli qərarı və həmin qərar əsasında İddiaçı ayrılmış 0.06 ha torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənədlər, daxil olmuş mülki iş materialları və idarənin elektron baza məlumatlarında həmçinin arxiv sənədlərində aşkarlanmamışdır. İddiaçının ekspertiza baxışı zamanı, mübahisələndirərək təqdim etdiyi torpaq sahəsi, faktiki olaraq üçüncü şəxs X3 istifadəsindədir və elektron baza məlumatlarına əsasən həmin torpaq sahəsi, Müslüm Maqomayev 5 ünvanında yerləşdiyi göstərilmişdir. İddiaçının mübahisələndirdiyi yəni, üçüncü şəxs X3 faktiki istifadəsində olan torpaq sahəsinin 130 kv.m hissəsi isə JN-174A nömrəli şəhadətnaməyə əsasən X2, 470.0 kv.m hissəsi isə JN-173A nömrəli Şəhadətnaməyə ə sasən X6 mülkiyyətindədir. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının iddia etdiyi torpaq sahəsinə dair iddiaçının adına qeydə alınmış mülkiyyət hüququnu təsdiq edən sənəd, torpaq sahəsinin plan ölçü sənədi, yerləşdiyi ərazinin koordinatlar barədə sxem mövcud olmadığından, həmin torpaq sahəsinin üçüncü şəxs X3 faktiki istifadəsində olan torpaq sahəsi ilə eyni sahə olub-olmadığını müəyyən etmək mümkün olmadığı göstərilmişdir.”
46. Bununla yanaşı apellyasiya məhkəməsi 1 iyun 2023-cü il tarixli qərarında göstərmişdir ki, “İşin kollegiya tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Xanlar rayon XDS-nin İcraiyyə komitəsinin xx.xx.1991-ci il tarixli, 05 nömrəli qərarı ilə şəhərin 10 və 11-ci məhəllələrində tikilən fərdi yaşayış evləri üzrə Gəncə Hacıkənd asfalt yolu arasında yerləşən heyvandarlıq sovxozunun torpaq sahəsi Xanlar şəhəri vətəndaşlarına fərdi yaşayış evləri tikintisi üçün verilmiş, daha sonra Xanlar rayon XDS-nin «Xanlar şəhərində yaşayan bir qrup vətəndaşlara 10-11-ci məhəllədə fərdi yaşayış evi tikintisi üçün verilmiş torpaq sahəsinin başqa sahə ilə əvəzləşdirilməsi haqqında» 17 avqust 1992-ci il tarixli qərarı ilə 10-11-ci məhəllədə fərdi yaşayış evi tikdirmək üçün torpaq sahəsi ayrılmış 85 nəfər fəhlə və qulluqçunun torpaq sahəsindən su çıxdığına görə həmin sahə heyvandarlıq sovxozunun 1 May məhəlləsinin üst hissəsində olan dinc torpaq sahəsi ilə əvəzləşdirilib fərdi yaşayış evi tikmək üçün fəhlə və qulluqçulara verilmiş, həmin qərarlar üzrə təqdim edilmiş siyahılarda iddiaçının adı qeyd olunmuşdur. Bundan başqa Xanlar şəhərində vətəndaşların xüsusi mü lkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən görünür ki, İddiaçı 0.06 ha torpaq sahəsi verilmişdir.”
47. Buna əsasən də apellyasiya məhkəməsi hesab etmişdir ki, “qanunvericiliyin tələbinə görə, əgər daşınmaz əmlakın dövlət reyestrində əsassız qeydə alınmış mülkiyyətçi qeydəalmanın əsassız olduğunu bilməyərək, torpaq sahəsinə 10 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, həmin şəxs bu torpaq sahəsinin mülkiyyətçisi sayılır (MPM 178.5). Baxılan işdə iddiaçı keçən müddət ərzində ona verilmiş 0,06 ha torpaq sahəsi ilə uzun müddət maraqlanmamış, hərəkətsizlik göstərmişdir. Üçüncü şəxs X7 həmin torpaq sahəsinin qanuni əsaslarla oğlu Nofələ verildiyini bilmiş, fasiləsiz və maneəsiz olaraq həmin torpaq sahəsindən 1995-ci ildən istifadə etmişdir.”
48. Bundan başqa apellyasi ya məhkəməsi qərarında vurğulamışdır ki, “mübahisələndirilən torpaq sahəsi hazırda üçüncü şəxs X3 faktiki istifadəsində olan torpaq sahəsinin 130 kv.m hissəsi JN-174A nömrəli şəhadətnaməyə əsasən X2, 470.0 kv.m hissəsi isə JN-173A nömrəli Şəhadətnaməyə əsasən X6 mülkiyyətindədir.”
49. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi iş üzrə 1 iyun 2023-cü il tarixli, 2-1(104)-10/2023 nömrəli qərar qəbul edərkən, ciddi prosessual pozuntular (İPM-in 12.1, 12.2, 58.7-ci maddələri) səbəbindən əhəmiyyətli sayda və geniş həcmdə sübutları araşdırmamış, bunun nəticəsində iş üzrə qanuna uyğun olmayan və əsassız məhkəmə qərarı çıxarmışdır.
50. Belə ki, ilk öncə qeyd edilməlidir ki, apellyasiya məhkəməsinin 1 iyun 2023-cü il tarixli qərarının “İşin halları” adlanan his səsində apellyasiya məhkəməsi özü göstərmişdir ki, “Xanlar rayon X8 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 16/50 nömrəli qərarın 1.hissəsinin b bəndinə əsasən şəhərin 10 və 11-ci məhəllədə tikilən fərdi yaşayış evləri üzrə Gəncə-Hacıkənd asfalt yolu arasında yerləşən heyvandarlıq sovxozunun 27,64 ha (o cümlədən kənd təsərrüfatına yararlı olmayan 1,64 ha) torpaq sahəsi Xanlar şəhəri vətəndaşlarına fərdi yaşayış evləri tikintisi üçün, o cümlədən 19,56 ha həyətyanı torpaq sahələri, 8,08 ha isə küçə, keçir və ictimai məqsədlər olmaqla verilmiş, həmin qərarın 2. bəndinə əsasən Xanlar şəhər XDS İcraiyyə Komitəsi tərəfindən təqdim edilmiş fərdi yaşayış evləri tikintisi üçün həyətyanı torpaq sahələri ilə təmin olunacaq vətəndaşların siyahısı təsdiq edilmişdir. Xanlar rayon X8 «Xanlar şəhər ində yaşayan bir qrup vətəndaşlara 10-11-ci məhəllədə fərdi yaşayış evi tikintisi üçün verilmiş torpaq sahəsinin başqa sahə ilə əvəzləşdirilməsi haqqında» 17 avqust 1992-ci il tarixli qərarın 1. bəndinə əsasən Xanlar rayon İHB-nin Xanlar şəhər üzrə nümayəndəsinin xx.xx.1992-ci il tarixli, 478 saylı məktubu nəzərə alınaraq 10-11-ci məhəllədə fərdi yaşayış evi tikdirmək üçün torpaq sahəsi ayrılmış 85 nəfər fəhlə və qulluqçunun torpaq sahəsindən su çıxdığına görə həmin sahə heyvandarlıq sovxozunun 1 May məhəlləsinin üst hissəsində olan dinc torpaq sahəsi ilə əvəzləşdirilib fərdi yaşayış evi tikmək üçün fəhlə və qulluqçulara verilmişdir.”
51. Burada qeyd edilməlidir ki, ilk olaraq İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi i lə məhkəməyə müraciət edərək, Xanlar rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci tarixli, 05 nömrəli qərarı ilə şəhərin 10 və 11-ci məhəlləsindən ayrılmış Şəhriyar küçəsi 19 saylı ünvanda yerləşən 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
52. Daha sonra, yəni birinci instansiya məhkəməsində ikinci icraat zamanı, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Xanlar rayon Aqrar İslahat Komissiyasının 07 fevral 2003-cü il tarixli, 01 saylı qərarı ilə X4 verilmiş, 0,06 ha torpaq sahəsinə dair JN174A nömrəli, KOD 50801004 şəhadətnamənin ləğv edilməsi, Xanlar rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 05 nömrəli qərarı ilə şəhərin 10 və 11-ci məhəlləsində ayrılmış və Xanlar rayon XDS Rəyasət Heyətinin xx.xx.1992-ci il tarixli, 06 saylı qərarı əsasında Heyvandarlıq sovxozunun 1 May məhəlləsinin üst hissəsində olan dinc torpaqla əvəzləşdirilmiş, hazırda Müslüm Maqomayev küçəsində yerləşən 0,06 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
53. İddiaçının iddianın dəqiqləşdirilməsi barədə ərizəsi birinci instansiya məhkəməsinin 4 may 2021-ci il tarixli, 2-1(114)-262/2021 nömrəli qərardadı ilə inzibati məhkəmə icraatına qəbul edilmişdir.
54. Beləliklə iddiaçı iddiasını də yişdirməklə, həmin ərizədə ilk iddiada istinad etdiyi ona 0,06 ha torpaq sahəsinin ayrıldığı Xanlar rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991ci il tarixli, 05 nömrəli qərarına deyil, Xanlar rayon XDS Rəyasət Heyətinin xx.xx.1992-ci il tarixli, 06 saylı, yəni heyvandarlıq sovxozunun 1 May məhəlləsinin üst hissəsində olan dinc torpaqla əvəzləşdirilərək, hazırda Müslüm Maqomayev küçəsində yerləşən 0,06 ha torpaq sahəsinin ayrılması barədə qərarına əsaslanmışdır.
55. Lakin apellyasiya instansiyası məhkəməsi, işin düzgün həll edilməsi üçün mühüm əhəmiyyət kəsb edən halı nəzərə almamış və 15 sentyabr 2021-ci il tarixli, 2-1(104)607/2021 nömrəli qərardadla iş üzrə məhkəmə tikinti –texniki ekspertizası təyin etməklə ekspertin qarşısında qoyduğu 3 (üç) sualın heç birində sözügedən məsələyə ümumiyyə tlə toxunmamış, sadəcə olaraq Xanlar İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 05 nömrəli qərarına və Xanlar rayon Aqrar İslahat Komissiyasının 07 fevral 2003-cü il tarixli, 01 saylı qərarına istinad etmişdir, halbuki Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli, 01 saylı qərarı ümumiyyətlə iş materiallarında mövcud deyildir.
56. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi sözügedən qərarı tələb edərək əldə etməmişdir.
57. İşdə olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/8580 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən tərtib olunmuş mütəxəssis rəy inin məlumatlarına əsasən, Xanlar rayon XDS icraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 05 nömrəli qərarı və həmin qərar əsasında İddiaçı ayrılmış 0.06 ha torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənədlər, daxil olmuş mülki iş materialları və idarənin elektron baza məlumatlarında həmçinin arxiv sənədlərində aşkarlanmamışdır. İddiaçının ekspertiza baxışı zamanı, mübahisələndirərək təqdim etdiyi torpaq sahəsi, faktiki olaraq üçüncü şəxs X3 istifadəsindədir və elektron baza məlumatlarına əsasən həmin torpaq sahəsi, Müslüm Maqomayev 5 ünvanında yerləşdiyi göstərilmişdir. İddiaçının mübahisələndirdiyi yəni, üçüncü şəxs X3 faktiki istifadəsində olan torpaq sahəsinin 130 kv.m hissəsi isə JN-173A nömrəli şəhadətnaməyə əsasən X2, 470.0 kv.m hissəsi isə JN-173A nömrəli Şəhadətnaməyə əsasən X6 mülkiyyətindədir. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının iddia etdiyi torpaq sahəsinə dair iddiaçının adına qeydə alınmış mülkiyyət hüququnu təsdiq edən sənəd mövcud olmadığından, həmin torpaq sahəsinin üçüncü şəxs X3 faktiki istifadəsində olan torpaq sahəsi ilə eyni sahə olubolmadığını müəyyən etmək mümkün olmadığı göstərilmişdir. Xanlar rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 05 nömrəli qərarı və həmin qərar əsasında İddiaçı ayrılmış 0.06 ha torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənədlər, daxil olmuş mülki iş materialları və idarənin elektron baza məlumatlarına həmçinin arxiv sənədlərində aşkarlanmadığından sualın cavablandırılması mümkün olmadığı göstərilmişdir.
58. Məhkəmə kollegiyası sözügedən mütəxəssis rəyi və onun əsasında verilmiş məhkəmə e kspertiza mərkəzinin rəyi ilə bağlı bir neçə işin düzgün həll edilməsi üçün önəmli olan bir neçə məqama toxunmağı zəruri hesab edir.
59. Əvvəla, yuxarıda artıq göstərildiyi kimi, iddiaçı iddiasının dəqiqləşdirilməsi barədə ərizə verəndən sonra Xanlar rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 05 nömrəli qərarı öz aktuallığını itirmişdir.
60. Digər tərəfdən Xanlar rayon Aqrar İslahat Komissiyasının 7 fevral 2003-cü il tarixli, 01 saylı qərarı işdə ümumiyyətlə yoxdur.
61. Başqa sözlə, mütəxəssis rəyinin verilməsi, bunun əsasında da ekspertiza rəyinin tərtib edilməsi, bir tərəfdən Xanlar rayon XDS İcraiyyə Komitəsinin aktuallığını itirmiş xx.xx.1991-ci il tarixli qərarına, digər tərəfdən isə işdə mövcud olmayan Xanlar rayon Aqrar İslahat Komissiyasının 7 fevral 2003-cü il tarixl i, 01 saylı qərarına istinadən həyata keçirilmişdir.
62. Eyni zamanda mütəxəssis və ekspert rəylərində deyilir ki, iddiaçının mübahisələndirdiyi, yəni üçüncü şəxs X3 faktiki istifadəsində olan torpaq sahəsinin 130 kv.m. hissəsi isə JN-174A nömrəli şəhadətnaməyə əsasən X1, 470.0 kv.m hissəsi isə JN173A nömrəli şəhadətnaməyə əsasən X6 mülkiyyətindədir.”
63. Lakin məhkəmə kollegiyası qeyd edir ki, N.S.Verdiyevin adına olan JN-174A saylı şəhadətnamənin əsli və ya notarial qaydada təsdiq olunmuş surəti işdə yoxdur, həmçinin X6 adına olan JN-174A saylı şəhadətnamə ümumiyyətlə işdə mövcud deyildir.
64. Buna baxmayaraq mütəxəssis və ekspert rəy verərkən həmin sənədlərə istinad edir ki, bu da qanuna ziddir.
65. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası mütəxəssis və ekspertiza rəylər ini mötəbər sübut kimi qəbul etmir.
66. Burada məhkəmə kollegiyası xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, hazırkı inzibati mübahisə artıq bir dəfə Ali Məhkəmənin İnzibati Kollegiyasının məhkəmə icraatında olmuşdur və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-791/2020 nömrəli qərarı ilə üçüncü şəxs X7 və onun vəkili Tağıyev Şahlar Tahir oğlunun kassasiya şikayəti təmin edilməsi, iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 08 oktyabr 2019-cu il tarixli 2(104)-584/2019 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Kassasiya instansiyasının mövqeyinə görə, mübahisənin düzgün həlli üçün ilk növbədə iddiaçıya ayrılmış torpaq sahəsinin ünvanı müəyyən edilməli, eləcədə həmin torpaq sahəsinin mübahisələndirilən torpaq sahəsi ilə eyni və ya fərqli torpaq sahəsi olubolmaması araşdırılmalı, yalnız bundan sonra torpaq sahəsi üzərində hüququ qeydə alan inzibati orqanın hərəkətinin qanuniliyi yoxlanılmalıdır.
67. Lakin apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin məcburi xarakter daşıyan hüquqi mövqeyini nəzərə almamış, kassasiya instansiyası məhkəməsinin sözügedən göstərişlərini icra etməmişdir (İPM-in 96.11-ci maddəsi).
68. Belə ki, ekspertizanın rəyindən göründüyü kimi mübahisəli torpağın eyni və ya fərqli torpaq sahəsinin olub-olmamasını müəyyən etmək mümkün olmamış, eyni zamanda torpaq sahəsinin Müslüm Maqomayev küçəsi, 5 ünvanında yerləşməsi göstərilmiş halbuki işin İ cildin 8-9-cu səhifələrində olan sənədlərdə mübahisəli torpaq sahəsinin Göygöl şəhəri, Müslüm Maqomayev keçəsi, 06 ünvanda yerləşməsi qeyd edilmişdir.
69. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə təkrar (və ya yeni) tikinti-texniki ekspertiza təyin edilməli və bu zaman ekspertə Xanlar rayon XDS Rəyasət Heyətinin xx.xx.1992-ci il tarixli, 06 saylı qərar, həmçinin Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli, 01 saylı qərarı 3-cü şəxsin adına olan torpaq sahəsinə dair JN-174A nömrəli şəhadətnamənin əsli və ya notarial qaydasında təsdiq olunmuş surəti, eyni zamanda 3-cü şəxsdə torpağa aid olan digər sənədlər təqdim edilməklə, ekspert qarşısında lazım olduğu halda, digər suallarla yanaşı iddiaçının tələb etdiyi, 3-cü şəxsin isə faktiki istifadəsində olan torpaq sahələrinin üst-üstə düşüb düşməməsi məsələsinin araşdırılaraq buna dair rəy verilməsi sualı qoyulmalıdır.
70. Bununla yanaşı qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi işi həll edərkən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-A-0050-8/2023 saylı məktubunda yazılanları araşdırmamışdır. Belə ki, həmin məktubdan görünür ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi tərəfindən İddiaçı adına tərtib edilmiş JN-174A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə 3 saylı Gəncə Ərazi İdarəsinə təhvil verilməmişdir. Məlumat üçün bildirilmişdir ki, Göygöl şəhərində yerləşən 0.06 ha torpaq s ahəsinə dair JN-174A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi tərəfindən Ərazi İdarəsinə təhvil verilmiş nüsxəsinin və “şəhadətnamələrin qeydiyyatı” kitabında həmin şəhadətnamənin digər şəxsin adına olduğu müəyyən edilmiş, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi tərəfindən Ərazi idarəsinə təhvil verilmiş elektron baza məlumatlarında (DBF) həmin şəhadətnamənin İddiaçı adına olduğu kimi qeyd edilmişdir.
71. Lakin apellyasiya məhkəməsi bu fakta heç bir hüquqi qiymət verməmişdir.
72. Bundan başqa qeyd edilməlidir ki, işin İİ cildinin 225-226-cı səhifələrində apellyasiya instansiyası məhkəməsi tərəfindən tərtib edilmiş 31 may 2023-cü il tarixli “yerində müayinə protokol u” mövcuddur.
73. Həmin protokolda yazılmışdır ki, “Eyni zamanda iddiaçı ilə üçüncü şəxsin həyat yoldaşı Verdiyev Süleyman ilə 1995-ci ildə öz aralarında razılaşaraq hazırkı mübahisəli torpaq sahəsini əvvəl 200 manat, daha sonra 2002-də Süleymanın oğlu Nofəldən 800 manat alaraq onlara satmışdır.”
74. Həmçinin protokolda göstərilmişdir ki, “Torpaq sahəsinin satılmasına görə xx.xx.1995-ci il tarixdə yazılmış alqı-satqı barədə akt tərtib etmişlər.”
75. Lakin məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında iddiaçı tərəfindən 3-cü şəxsin ərinə mübahisəli torpaq sahəsinin satılmasına dair heç bir alqı-satqı aktı yoxdur, eyni zamanda apellyasiya məhkəməsi sözügedən istiqamətdə ümumiyyətlə heç bir araşdırma aparmamışdır.
76. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin 1 iyun 2023-cü il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir.
77. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 iyun 2023-cü il tarixli, 21(104)-10/2023 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Qərar qətidir.