Məhkəmə qərarları › İş №2-1(102)-2415/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2415/2024

21.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2415/2024 21.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-2415/2024) Açar sözlər: yeni açılmış hallarla bağlı ərizənin təmin edilməsindən imtinanın əsasları Bakı şəhəri 21 avqust 2024-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan iba rət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 may 2024-cü il tarixli, 2-1(103)-945/2022 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin 1491/1 saylı, 13 may 2005-ci il tarixli sərəncamı ilə ona ayrılmış 2.0 ha torpaq sahəsi üzərində hüquqlar ın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 4 noyabr 2021-ci il tarixli, 2-1(112)-10638/2021 nömrəli qərarı ilə iddia rədd edilmiş, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti əsasında işə baxan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 iyul 2022-ci il tarixli, 2- 1(103)-945/2022 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia təmin edilmiş, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin 13 may 2005-ci il tarixli, 1491/1 saylı sərəncamı ilə iddiaçıya ayrılmış 2.0 ha torpaq sahəsi üzərində iddiaçını mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alı nması və bu barədə, müvafiq reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2117/2022 saylı, 23 noyabr 2022-ci il tarixli qərarı ilə apelyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 iyul 2022-ci il tarixli, 2- 1(103)-945/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

3. Məhkəmə qərarı qanuni qüvvəsini aldıqdan sonra birinci instansiya məhkəməsi tərəfindən icraya yönəlmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) apelyasiya instansiya məhkəməsindəki icraat 4. xx.xx.2024-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, hazırki inzibati iş üzrə icraatın yeni açılmış hallarla bağlı təzələnməsini, Bakı Apellyasiya Məhkəməsinin 21(103)-945/2022 saylı 20 iyul 2022-ci il tarixli qərarının ləğv edilməsini və iddiaçının iddiasının təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

5. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən iddia olunan torpaq sahəsinə xx.xx.2024-cü il tarixində texniki baxış keçirilmiş və daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktı tərtib edilmişdir. Həmin akta əsasən iddiaçı tərəfindən faktiki göstərilən sahə əvvəlki müraciətdəki sahədən 30 metr cənubda yerləşməklə fərqli konfiqurasiyadadır. Həmçinin, iddiaçı tərəfindən faktiki göstərilən sahəyə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən sifariş, X2, X1 və X4 tərəfin dən müraciətlər daxil olmuşdur. Ərizəyə baxılması xx.xx.2023-cü il tarixə təyin edilmişdir. Apellyasiya baxışı zamanı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X3 ərizəni müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 iyul 2022-ci il tarixli 2-1(103)-945/2022 nömrəli qərarının ləğv edilməsi, icraatın təzələnməsi və işə yenidən baxılaraq İddiaçı iddia tələbinin təmin edilməməsi ilə bağlı yeni qərar qəbul edilməsini xahiş etmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-945/2022 nömrəli, 29 may 2024-cü il tarixli qərarı ilə (hakimlər X6 /məruzəçi/, X7 və X8) “Yeni açılmış hallarla bağlı iş üzrə icraatın təzələ nməsi barədə” Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş ərizə qeyri-mümkün sayılmışdır.

7. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırda cavabdeh tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizədə göstərilmiş hal (iddiaçı tərəfindən faktiki göstərilən sahənin əvvəlki müraciətdəki sahədən 30 metr cənubda yerləşməsi) məhkəmə gedişi zamanı cavabdeh tərəfindən məhkəməyə bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmişdir. Eyni zamanda cavabdeh qurum bu barədə məhkəmə qərarının icrası ilə bağlı tərtib etdiyi müayinə aktına istinad etsə də, qeyd olunan halların məhz məhkəmə qərarının icrası ilə bağlı müayinə aktı tərtib olunarkən, yəni sonradan məlum olması iş üzrə müəyyən o lunmur. Ümumiyyətlə, ərizədə qeyd olunan hal qanuni qüvvəsini almış məhkəmə qərarının ləğv edilib icraatın təzələnməsi üçün əsas verən hal kimi də qiymətləndirilmir. Digər tərəfdən, cavabdeh inzibati orqan iş üzrə məhkəmə qərarlarını rəsmi qaydada əldə etdiyindən ərizəsində “yeni açılmış hal” kimi istinad etdiyi “məlumat” barəsində həmin qərarları əldə etdiyi və ya ən geci icra etməyə başladığı vaxtdan məlumatlı olsa da, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəni qanunla nəzərdə tutulmuş 3 aylıq müddət ötürülməklə, xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim etmişdir ki, bu da ərizə üzrə icraatın təzələnməsi barədə ərizənin verilməsini qeyri-mümkün edir.

8. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi kassasiya şikayəti v erərək apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizənin təmin edilməsi və işə yenidən baxılaraq iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

9. Kassasiya şikayətində “Torpaq islahatı haqqında” Qanunun 9-cü maddəsinə, eləcə də İPM-in 100, 106.2, 107.1-ci maddələrinə istinad edilərək qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə olan halları nəzərə almamışdır.

10. Belə ki, İdarənin mütəxəssisləri tərəfindən iddiaçı tərəfindən iddia olunan torpaq sahəsinə xx.xx.2024-cü il tarixində texniki baxış keçirilmiş və daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən m üayinə aktı tərtib edilmişdir. Həmin akta əsasən iddiaçı tərəfindən faktiki göstərilən sahə əvvəlki müraciətdəki sahədən 30 metr cənubda yerləşməklə fərqli konfiqurasiyadadır. Həmçinin iddiaçı tərəfindən faktiki göstərilən sahəyə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən sifariş, X2, X1 və X4 tərəfindən müraciətlər daxil olmuşdur. Bundan əlavə apelyasiya instansiyası məhkəməsi yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə və sübutlarla bağlı araşdırma aparmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim o lunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsini n qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə

100. Mübahisə ilə bağlı iş üzrə icraatın təzələnməsi üçün əsaslar Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, inzibati məhkəmə icraatının iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Maddə

103. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə ilə müraciət etmək üçün müddət 103.1. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. 103.2. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. 103.3. Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Maddə

106. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinin mümkünlüyü 106.1. Məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. 106.2. İcraatın təzələnməsi üçün məhk əmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. 106.3. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

13. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

14. Apelyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliy i və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

15. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

16. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məh kəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

17. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apelyasiya instansiyası məhkəməsinə təqdim edilmiş ərizəni təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də ərizənin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

18. Bununla belə məhkəmə kollegiyası bildirir ki, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi institutunun mahiyyəti ondan ibarətdir ki, qüvvəyə minmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını şübhə altına alan yeni sübutların və faktların aşkar olunduğu hallarda, ərizəçinin hüquqlarının müdafiəsi baxımından həmin qərarın yenidən yoxlanılmasını həyata keçirmək mümkün olsun. Lakin bununla bağlı nəzərə almaq lazımdır ki, yalnız mübahisə barədə işə baxılması və həll edilməsi zamanı obyektiv mövcud olan, lakin işə baxan məhkəməyə və ərizəçiyə aşkar və məlum olmayan və ya məlum olması istisna edilən, eyni zamanda işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən və artıq həll edilmiş mübahisənin predmetinə aid faktiki halları təsdiq və ya təkzib etmək keyfiyyətinə malik olan sübutlar və ya hüquqi faktlar icraatın təzələnməsini şərtləndirə bilər.

19. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi zamanı həmçinin tərəfin təqsiri ilə bağlı qanunvericiliyin tələbi də nəzərə alınmalıdır. Belə ki, yalnız mübahisənin həll edilməsi zamanı mö vcud olan, lakin ərizəçinin təqdim edə bilmədiyi və təqdim etmək imkanına malik olmadığı sübutlar və hallar yuxarıda istinad olunan normanın təsir dairəsi ilə əhatə olunur. Bu mənada ilkin icraat zamanı ərizəçi tərəfindən yol verilmiş ehtiyatsızlıq onun ziyanına təfsir edilməlidir. Ərizəçinin diqqətli olacağı təqdirdə, həmin sübutların və halların aşkar edilməsi və ya müəyyən edilməsinin (məhkəməyə təqdim edilməsinin) mümkün olduğu və ya bunun ehtimal olunduğu hallarda da həmin qayda tətbiq olunmalıdır. Bu qaydanın tətbiqi ehtiyatsızlığın ərizəçinin məsuliyyət sferasına və risklərinə aid edilməsindən irəli gəlir.

20. Bu zaman həm də nəzərə almaq lazımdır ki, ərizəçi tərəfindən təqdim olunmuş yeni hallar və sübutlar ilkin məhkəmə icraatının gedişində məlum olsaydı, onların məhkəmənin qərarı na həlledici təsir göstərəcəyi və ərizəçiyə münasibətdə pozitiv qərarın qəbuluna əhəmiyyətli təsir edəcəyi ehtimalının olub-olmaması da qiymətləndirilməlidir. Bundan başqa, həmin halların işin düzgün həlli üçün qeyd edilən əhəmiyyəti əlavə izahatlara bağlı olmamalıdır.

21. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin qərardadda əks edilmiş mövqeyini əsaslı hesab edərək bildirir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə göstərdiyi hal (iddiaçı tərəfindən faktiki göstərilən sahənin əvvəlki müraciətdəki sahədən 30 metr cənubda yerləşməsi) məhkəmə gedişi zamanı cavabdeh tərəfindən məhkəməyə bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmişdir. Cavabdeh qurum bu barədə məhkəmə qərarının icrası ilə bağlı tərtib e tdiyi müayinə aktına istinad etsə də, qeyd olunan halların məhz məhkəmə qərarının icrası ilə bağlı müayinə aktı tərtib olunarkən, yəni sonradan məlum olması iş üzrə müəyyən olunmur. Ümumiyyətlə, ərizədə qeyd olunan hal qanuni qüvvəsini almış məhkəmə qərarının ləğv edilib icraatın təzələnməsi üçün əsas verən hal kimi də qiymətləndirilmir.

22. Bundan əlavə İPM-in tələbinə əsasən, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv ol unduğu hallarda verilə bilər. Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. ( İPM-in 103.1, 103.2 və 103.3-cü maddələri)

23. Lakin hazırki iş materiallarından görünür ki, cavabdeh inzibati orqan iş üzrə məhkəmə qərarlarını rəsmi qaydada əldə etdiyindən ərizəsində “yeni açılmış hal” kimi istinad etdiyi “məlumat” barəsində həmin qərarları əldə etdiyi və ya ən geci icra etməyə başladığı vaxtdan məlumatlı olsa da, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəni qanunla nəzərdə tutulmuş 3 aylıq müddət ötürülməklə, xx.xx.2024-cü il tarixdə apelyasiya instansiyası məhkəməsinə təqdim etmişdir.

24. Göründüyü kimi cavabdeh yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin ver ilməsi üçün müəyyən olunan müddəti də buraxmışdır. Qanunverici həmin müddətin bərpa edilməsini nəzərdə tutmur.

25. Beləliklə, kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

26. Məhkəmə kollegiyası şərh olunanları rəhbər tutaraq QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-945/2022 saylı iş üzrə 29 may 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar