Məhkəmə qərarları › İş №2-1(102)-2416/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2416/2019

17.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2416/2019 17.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, İlqar Dadaşov, Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, iddiaçı vəkili Bəhruz Məhərrəmovun iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində hüququn qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Bakı Apel yasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 02 may 2019-cu il tarixli, 2-1(103)-1112/2019 saylı qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 17 iyul 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı cavabdehin üzərinə 1 saylı Bakı Ərazi İdarəsinin Bakı şəhəri Xətai rayon Bələdiyyəsinin 16 mart 2007-ci il tarixli 07 saylı qərarı və Bələdiyyə sədrinin 13 aprel 2007-ci il, 05/98 saylı sərəncamı ilə Xətai rayonu Nobel prospekti ərazisində ayrılmış torpaq sahəsi üzərində İddiaçı hüquqlarının qeydiyyatını apararaq müvafiq çıxarışın verilməsi öhdəliyinin qoyulması barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai rayonu Nobel prospekti və Yusif Səfərov küçəsinin kəsişməsində yeni yolun çəkilişi ilə əlaqədar X2 məxsus obyekt söküldüyü üçün, Bakı şəhər Xətai rayon Bələdiyyəsi sədrinin 13 aprel 2007-ci il, 05/98 saylı sərəncamı ilə Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Bələdiyyə torpaqların idarə edilməsi haqqında” Qanunun 11.8 maddəsinə, Yerli iqtisadi inkişaf məsələləri daimi komissiyasının 07 fevral 2017 tarixli 02 saylı, Xətai Bələdiyyəsinin 16 mart 2007 tarixli 07 saylı qərarlarına, Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 24 noyabr 2006 tarixli 18/03-8/6700 saylı və Xətai rayon İcra Hakimiyyət inin 06 fevral 2007-ci il tarixli Q-134 saylı razılıq məktublarına əsasən ona 70 kv.m. torpaq sahəsi ayrılmışdır. X3 05.02.2018-ci ildə vəfat etdiyi üçün Bakı şəhəri 13 saylı dövlət notariat kontorunda vərəsəlik işi açılmış. 18.04.2018-ci ildə mərhumun həyat yoldaşı kimi İddiaçı onun vərəsəsi müəyyən olunmuşdur. İddiaçı miras sahibi kimi qeyd edilən torpağa Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən müvafiq Çıxarış alınması niyyətindədir. Lakin ilk müraciətdə qurumdan torpağın alqı-satqı müqaviləsinin olmaması əsas gətirilərək sənədlər natamam hesab olunmuş və qəbul edilməmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi iddiaçının ərizəsinə 03.09.2018-ci il tarixli, **********93 saylı məktub la cavab verərək bu dəfə də tamami ilə başqa əsaslarla - torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olmaması, yüksək təzyiqli qaz kəmərinin, dəmir yolunun və Nobel prospektinin mühafizə zolağında, eləcədə yaşıllıq olan ərazidə olmasını əsas gətirərək dövlət reyestrindən çıxarışın verilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin müvafiq mövqeyi də qanunsuz və ədalətsizdir. Belə ki, iddiaçı torpağı almayıb, bu ərazi ona iddia ərizəsinin 1-ci bəndində göstərilən əsaslarla ayrılmışdır. (Xətai rayonu Nobel prospekti və Yusif Səfərov küçəsinin kəsişməsində yeni yolun çəkilişi ilə əlaqədar, obyekt söküldüyü üçün, Xətai rayon Bələdiyyəsi sədrinin 13 aprel 2007-ci il. 05/98 saylı sərəncamı ilə, Yerli iqtisadi inkişaf mə sələləri daimi komissiyasının 07 fevral 2017 tarixli 02 saylı. Xətai Bələdiyyəsinin 16 mart 2007 tarixli 07 saylı qərarlarına, Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 24 noyabr 2006 tarixli 18/03-8/6700 saylı və Xətai Rayon İcra Hakimiyyətinin 06 fevral 2007-ci il tarixli Q-134 saylı razılıq məktublarına əsasən). Müvafiq qərar və icarə müqaviləsinin olmaması barədə yanaşma isə tamamilə əsassız bürokratik yanaşmadır. Belə ki, iddia ərizəsində həm qərar, həm də müqavilənin olması tam əsaslandırılmış, müvafıq sənədlərin surətləri isə ərizəyə əlavə edilmişdir. 1 saylı Ərazi idarəsinin icarə müqaviləsi tələb etməsi isə anlaşılmazdır, Dövlət Reyestri Xidmətinin məktubunda da deyilir ki, elektron kadastr məlumatlına əsasən torpaq bələdiyyə ərazisi hesab edilmir. Nəzərə a lınmalıdır ki, vətəndaşın bu torpağın bələdiyyə yoxsa dövlətin ərazisində yerləşməsini müəyyən etmək imkanı, ümumiyyətlə bundan şübhə etmək əsası olmamışdır. Çünki torpaq iddia ərizəsində göstərildiyi kimi, torpaq sahəsi ona həm icra həm bələdiyyə orqanlarının qarşılıqlı razılığı ilə verilmişdir. Torpaq sahəsinin yüksək təzyiqli qaz kəmərinin, dəmir yolunun və Nobel prospektinin mühafizə zolağında yerləşməsi, ərazidə yaşıllığın olması, torpaq sahəsinin layihələndirilməsi 2006-cı ilin dekabrında həyata keçirilib, plan cizgidə bütün aidiyyəti orqanlar tərəfindən texniki təhlükəsizlik tələblərinə cavab verməsinə dair qeydlər aparılmış, müvafiq qeydlər imza və möhürlərlə təsdiqlənmişdir. Ərazidə hazırda yol boyu adıçəkilən torpaq sahəsinə bitişik-qonşu olan və eyni sırada yerləşən biri 3 mərtə bəli olmaqla 4 böyük obyekt fəaliyyət göstərir. Yəni ərazi tamami ilə tikilib. Bu halda təbii ki yaşıllıq barədə danışmaq yersizdir. Qeyd edildiyi kimi, ərazidə hazırda eyni sırada 4 böyük obyekt fəaliyyət göstərir. Bundan başqa prospekt boyu 10-larla eyni situasiyada olan, lakin çıxarış verilmiş ev və obyektlər var. Bütün bunların fonunda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin istinad etdiyi əsaslar iddiaçıya münasibətdə ayrı-seçkilik hesab edilməlidir. Birinci instansiya məhkəməsinin 07.02.2019-cu il tarixli iş № 2-1(82)-287/2019, (sədrlik edən hakim Z.Tağıyev) qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdehapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 07.02.2019-cu il tarixli q ərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 02.05.2019-cu il tarixli iş № 2-1(103)-1112/2019 (hakimlər V.Məmmədov sədrlik edən və məruzəçi, S.Seyidova və İ.Əhmədov) qərarı ilə birinci instansiya məhkəməsinin 07.02.2019-cu il tarixli qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, iddiaçının iddia tələbinin təmin edilməməsi, cavabdehin apelyasiya şikayətinin təmin edilməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçı kasasiya şikayətini onunla əsaslandırmışdır ki,apelyasiya instansiyası məhkəməsinin 2 istinadı olmuşdur: İddiaçı əmlakı niyə özünün yox, əri m ərhum Qəzənfər Quliyevin adına rəsmiləşdirmək istəyib. Qəzənfər Quliyev vəfat etdiyi üçün hüquq qabiliyyəti olmayan şəxs hesab edilir, İddiaçı vərəsə kimi tanınmayıb, Xətai Bələdiyyəsinin torpaq ayırmasına dair mötəbər sənəd yoxdur. Birinci əsas üzrə 2 saylı İnzibati-İqtisadi Məhkəməsinin 13 dekabr 2018-ci il tarixli baxış iclasında, İnzibati Prosessual Məcəllənin 13-cü maddəsi ilə müəyyən olunmuş məhkəmənin yardım etmək vəzifəsini rəhbər tutaraq hakim ona iddianı dəqiqləşdirmək təklif edərək, torpaq sahəsi üzərində X1 mülkiyyət hüququn qeydiyyatını apararaq müvafiq çıxarışın verilməsi formasında dəyişilməsini təklif etmiş, o, da bundan sonra tələbi bu cür dəqiqləşdirmişdir. İkinci əsas üzrə. İlk gündən iş materiallarına Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontorunda 18 aprel 2018-ci il tarixdə İddiaçı X1 vərəsəsi kimi tanınmasına dair arayışın təsdiq edilmiş surəti əlavə edilib. İddia ərizəsində də işə əlavə edilən sənələrin siyahısında bu sənəd var. Üçüncü əsas üzrə. Xətai Bələdiyyəsinin torpaq ayırmasına dair mötəbər sənəd yoxdur. O, işə Bakı şəhər Xətai rayon Bələdiyyəsinin 16 mart 2007-ci il tarixli 07 saylı qərarının və Bələdiyyə sədrinin 13 aprel 2007-ci il tarixli, 05/98 saylı sərəncamlarının təsdiq olunmuş surətini əlavə etmişdir, Bələdiyyəsinin torpaq ayırmasına dair bundan başqa hansı mötəbər sənəd nə ola bilər? Üstəlik, bu sənədlər, habelə əlavə olaraq Bakı şəhər İcra Hakimiyyəti və Xətai rayon İcra Hakimiyyətinin torpağın ayrılmasına dair məktubları da 2 sayı İnzibati İqtisadi Məhkəmənin sorğusu əsasında Bələdiyyə tərəfindən bir daha təkrar məhkəməyə göndəri lmişdir. Belə olan halda hakim hansı mötəbər sənəddən bəhs edir? Əgər söhbət müqavilənin olmamağından gedirsə, nəzərə alınmalıdır ki, vətəndaş torpağı almayıb, bu ərazi ona dövlət tərəfindən digər əmlakının əvəzinə, qanuni əsaslarla ayrılmışdır. (Xətai rayonu, Nobel prospekti və Yusif Səfərov küçəsinin kəsişməsində yeni yolun çəkilişi ilə əlaqədar, obyekt söküldüyü üçün, Xətai rayon Bələdiyyəsi sədrinin 13 aprel 2007-ci il, 05/98 saylı sərəncamı ilə, Yerli iqtisadi inkişaf məsələləri daimi komissiyasının 07 fevral 2017-ci il tarixli 02 saylı, Xətai Bələdiyyəsinin 16 mart 2007-ci il tarixli 07 saylı qərarlarına, Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 24 noyabr 2006-cı il tarixli 18/03-8/6700 saylı və Xətai rayon İcra Hakimiyyətinin 06 fevral 2007-ci il tarixli Q-1 34 saylı razılıq məktublarına əsasən). Torpaq Məcəlləsinin 56-cı maddəsinin 6-cı bəndinə əsasən, bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqlarının xüsusi mülkiyyətə verilməsini nəzərdə tutan bələdiyyə qərarı elə müqavilə hesab edilir. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edib yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili B.Məhərrəmov kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təm in edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 02.05.2019-cu il tarixli qərarının ləğv edilməsi barədə yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 02.05.2019-cu il tarixli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi 02 may 2019-cu il tarixli, 2-1(103)1112/2019 saylı qərarla, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 fevral 2019-cu il tarixli, 2-1(82)287/2019 nömrəli qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Xətai rayon Bələdiyyəsinin 16 mart 2007-ci il tarixli 07 nömrəli qərarı və Bələdiyyə sədrinin 13 aprel 2007-ci il tarixli 05/98 nömrəli sərəncamı ilə Xətai rayonu Nobel prospekti ərazisində ayrılmış torpaq sahəsi üzərində X1 (iddiaçının mərhum həyat yoldaşı və mirasqoyanı) mülkiyyət hüququnun qeydiyyat ını apararaq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə olunması tələbinə dair iddiasının təmin edilməməsi, cavabdehin apelyasiya şikayətinin təmin edilməsi qənaətinə gələrkən Mülki Məcəllənin 1321-ci maddəsinə, Torpaq Məcəlləsinin 67-ci maddəsinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə, İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə, Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə istinad etməklə belə hesab etmişdir ki, Xətai rayon Bələdiyyəsi tərəfindən iddiaçıya bələdiyyə mülkiyyətində olması rəsmi sənədlərlə təsdiq olunan torpaq sahəsinin ayrılması barədə heç bir mötəbər sübut işdə mövcud deyil. Sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni, cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İnzibati Prosessual Məcəllənin 14.2-ci maddəsi), “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə ilə cavabdehə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin 03 sentyabr 2018-ci il tarixli **********93 nömrəli imtinası mahiyyətcə qanuna zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsə də mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.2 və 17-ci maddələri). Lakin məhkəmə işin müzakirə edilən hallarına düzgün hüquqi qiymət verməmiş, maddi hüquq normalarının pozuntusuna yol verməklə, səhv qərar qəbul etmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi sözügedən qərarla razılaşmayaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, məlum olduğu kimi Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixdə qəbul edilmiş 5 nömrəli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Qərarı mövcuddur ki, həmin qərarda göstərilmişdir ki: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianı n əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub–olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara də şamil olunur. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının iz ahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub- pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü,məsəl əsinə baxa bilərlər. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı 06 fevral 2018-ci il tarixdə vəfat etmiş ərinin, yəni, mülki hüquq qabiliyyəti xətm edilmiş şəxsin (X1) adına mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xitam edilir. Beynin fəaliyyətinin dayanması ölüm anı sayılır. Bundan sonra apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülki yyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321-ci maddəsinə görə vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Göründüyü kimi, qanunvericiliyinin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə, mərhumun hüquqlarının ona keçdiyini irəli sürən vərəsəsi hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi üçün daşınmaz əmlakın qeydiyyatını aparan orqana müraciət etməli, bu arayış əsasında vərəsəlik sənədləri onu təqdim edən vərəsənin adına rəsmiləşdirilməli, yəni, sonuncuya bu barədə vərəsəlik şəhadətnaməsi verilməli, bundan sonra həmin vərəsə vərəsəlik şəhadətnaməsini qeydiyyat orqanına təqdim etməli və daşınmaz əmlak üzərində hüquq onun adına dövlət qeydiyyatına alınmalıdır. Lakin işdən görünür ki, iddiaçı, mərhumun miras əmlakına dair vərəsəlik şəhadətnaməsinə malik olmadığı üçün, vəfat etmişin ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun öz adına dövlət qeydiyyatına alınması üçün əvvəlcə sözügedən arayışın verilməsindən ötrü cavabdehə müraciət etməli olduğu halda, bunu etməmişdir. Digər tərəfdən, o, yalnız bu arayış, ondan sonra vərəsəlik şəhadətnaməsini əldə etdikdən sonra və hər bir halda, hüquqların ölmüş şəxsin deyil, məhz öz adına qeydiyyata alınmasını cavabdehdən tələb edə bilərdi. Beləliklə, Ali Məhkəmənin Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı ilə iddianı n mümkünlüyünün yoxlanılması zamanı ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması, eyni zamanda iddiaçının hüquqi marağının, yəni, sadəcə marağının deyil, məhz hüquqi marağının olub-olmaması müəyyən olunması mütləq şərtdir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin sözügedən qənaəti prinsip etibarı ilə düzgün olsa da, bunun əsasında apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə, yəni, iddiaçının iddiasının rədd edilməsi qanuna uyğun deyil, belə ki, iddiaçının adıçəkilən Qanunun 22.2-ci maddəsinə, eləcə də Mülki Məcəllənin 1321-ci maddəsinə, müvafiq şəkildə orada nəzərdə tutulmuş arayışın və vərəsəlik şəhadətnaməsinin alınması, yəni iddiaçının hüquqi marağının və subyektiv marağının əldə edilməsi ü çün, cavabdehə və notariusa müraciət edilməsi imkanı mövcuddur, yəni, itirilməmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 02 may 2019-cu il tarixli, 2-1(103)-1112/2019 saylı qərarı ləğv edilməli, iddiaçının iddiası mümkün sayılmamalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 02 may 2019-cu il tarixli, 2-1(103)1112/2019 saylı qərarı ləğv edilsin. İddiaçı hazırkı iddiası mümkün sayılmasın. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hak

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar