Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2417/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı oğlunun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddiasına dair iş üzrə QƏRAR Açar sözlər: mümkünlük; iddia mümkün sayılmamışdır GİRİŞ HİSSƏ 19.11.2019 Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və X1 ibarət tərkibdə, İddiaçı oğlunun və vəkili Vəkil iştirakı ilə, İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı əlilin növbədənkənar mənzillə təmin edilməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10.04.2019-cu il tarixli qərardadından İddiaçı oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi TƏSVİRİ HİSSƏ İddiaçı oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, caabdeh Nazirlik yanında yanında Dövlət Sosial Müdafiə Fondunun 12.09.2018-ci il tarixliimtina məktubunun qanunsuz hesab edilməsi, iddiaçının 3 nəfər ailə tərkibi ilə dövlət hesabına mənzillə təmin edilməsi öhdəlyinin cavabdeh Nazirliyin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinin 06 fevral 2019-cu il tarixli qərardadı ilə (hakim T.Əsədova; iş No 2-1(81)-494/2019) iddianın mümkün sayılmaması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10.04.2019-cu il tarixli qərardadı ilə (sədrlik edən M.Tağızadə, hakimlər Ü.Mayılov və K.Abiyeva; iş № 2-1(103)917/19) iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi;1 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinin 06 fevral 2019-cu il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardaddan iddiaçı kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçının kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya instansiya məhkəməsi işdə olan iddia tələbini və bu tələbin əsasını təşkil edən sübutları düzgün qiymtələndirmədiyindən maddi və prosessual hüquq normala rını pozmuş; nəticədə əsassız və qanunsuz qərardad qəbul etmişdir Tərəflərin izahatları Məhkəmə kollegiyası iclasında çıxış edən iddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10.04.2019-cu il tarixli qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən iddiaçı vəkilin dediklərinə uyğun izahat vermişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə cavabdeh Nazirliyin nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-ni n 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum ol ur ki, iddiaçı və onun himayəsində olan oğlu İİ qrup əlillərdir. İddiaçı dövlət hesabına mənzillə təmin olunma barədə ərizə ilə cavabdeh Nazirliyə müraciət etmişjir. Lakin həmin Nazirliyin yanında yanında Dövlət Sosial Müdafiə Fondunun iddiaçıya ünvanladığı 12.09.2018-ci il tarixli cavab məktubu ilə ərizənin təminindən imtina olunmuşdur. Araşdırılan qərardaddan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək haqlı olaraq belə hesab etmişdir ki, prosessual qanuna görə, işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar. Qanuna görə, İ qrup əlillərə sağlamlıq imkanları məhdud uşağın ailələrinə mənzillər növbədənkənar verilir və bunun üçün onlar mü vafiq icra hakimiyyəti orqanı tərəfindən uçota götürülməklə növbədənkənar mənzil almaq hüququna sahib olan vətəndaşların siyahısına daxili edilirlər. Belə ki, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reablitasıyası və sosial müdafisə haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə əsasən, əlillər dövlətin hesabına mənzillə təmin edilirlər. İ qrup əlillərə, sağlamlıq imkanları məhdud uşağın ailələrinə mənzillər növbədənkənar verilir. Əlillərin, sağlamlıq imkanları məhdud uşağın ailələrinin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər hesab edilməsinin əsasları, onlara mənzil verilməsinin növbəliyi Azərbaycan Respublikasının mənzil qanunvericiliyi ilə müəyyən edilir. Bu zaman İ qrup əlillər, sağlamlıq imkanları məhdud uşağın ailələri, habelə İİ və İİİ qrup müharibə əlilləri ailədə adambaşına 9 kvadratmetr və daha az yaşayış sahəsi ilə təmin edilmiş olduqda mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər sayılırlar. Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində uçota durmuş müharibə əlili vəfat etdiyi halda güzəştli mənzil uçotu onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə müvafiq olaraq vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra-uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra-uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə görə, yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara yaşayış sahələri bu Məcəllənin 56.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, növbəlik qaydasına əsasən onların uçota alınma tarixi nəzərə alınmaqla verilir. Həmin Məcəllənin 56.2-ci maddəsinə uyğun olaraq sosial kirayə müqaviləsinə əsasən növbədənkənar yaşayış sahələri aşağıdakılara verilir: -56.2.1. yaşayış sahələri qanunla nəzərdə tutulmuş qaydada yaşamaq üçün yararsız və təmir və ya bərpa edilə bilinməyən hesab edilmiş vətəndaşlara; -56.2.2. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, təhsil müəssisələrində və digər müəssisələrdə, o cümlədən sosial xidmət müə ssisələrində, ögey ailələrdə, ailə tipli uşaq evlərində qalma müddətləri başa çatmış, üzərində himayəçiliyə (qəyyumluğa) xitam verilmiş uşaqlara, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidməti başa çatmış və ya penitensiar müəssisələrindən qayıtmış valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar sırasından olan şəxslərə; -56.2.3. bu Məcəllənin 50.1.4-cü maddəsində nəzərdə tutulmuş siyahıda göstərilən ağır xroniki xəstəliklərə düçar olmuş vətəndaşlara. Yaşayış sahələrinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara sosial kirayə müqaviləi ilə yaşayış sahələri isə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə” 272 nömərli 24.05.2010-cu il tarilxi Fərmanının 1.3-cü bəndinə uyğun ola raq yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanlarının qərarına əsasən verilir. İş üzrə müəyyən edilir ki, iddiaçı 12.01.2017-ci il tarxidən ümumi xəstəlik səbəbindən İİ qrup əlildir (TSEK sonuncu müayinəyə dair 11.10.2018-ci il tarixli arayış). İddiaçının oğlu E.Vəliyev də 03.11.2016-cı il tarixdən ümumi xəstəlikdən İİ dərəcəli əlildir. İddiaçı 3 nəfər ailə tərkibi ilə yaşayış yeri üzrə Binəqədi rayon İcra Hakimiyyətində güzəştli əsaslarla mənzil növbəsindədir. Güzəştli əsaslarla yaşayış sahəsi ilə təmin ediləcək ailələrin siyahısına daxil olma səbəbini iddiaçının azyaşlı uşaağının uşaqlıqdan əlil olmasıdır (Binəqədi RİHB-nın 20.02.2013-cü il tarixli 61 nömrəli sərəncamı). Göründüyü kimi iddiaçı güzəştli əsaslarla - sağlamlıq imkanı məhdud olan uşağı olan ailə kimi Binəqəd i rayon İcra Hakimiyyəti tərəfindən mənzil növbəsinə götürülmüşdür. Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşlara mənzillər onların uçota götürüldüyü vaxt əsasında və siyahı ilə müəyyən edilən növbə qaydası ilə ayrılır. Hazırki iddia tələbi üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin cavabdehliyinə gəlincə isə, Azərbaycan Respublikası Prezidentinin 2014-cü ilin 20 iyun tarixli 569 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən, həmin Nazirliyə 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin 2014 - 2018-ci illər ərzində mərhələlərlə mənzil və ya fərd i evlə təmin edilməsi həvalə edilmişdir. Hazırki iddiaçı isə Fərmanda göstərilən kateqoriyadan olan şəxslərə aid edilmədiyindən onun mənzillə təmin edilməsinə münasibətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin cavabdehliyi yaranmamışdır. Qeyd olunanlara əsasən, iddiaçı iddiasında inzibati mübahisəyə əsas ola biləcək halların mövcudluğunu – cavabdeh Nazirliyin hərəkət və hərəkətsizliyi nəticəsində hüquqlarının pozulmasını əsaslandıra bilməmişdir. Belə olan halda hazırki iddia prosessual qanunla müəyyən edilmiş mümkünlük şərtlərinə cavab vermir. Ona görə də, iddia tələbinin mümkün hesab olunmaması ilə bağlı 1-ci instansiya məhkəməsinin nəticəsi qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, idd iaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarına müvafiq olaraq...mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyə rləndirmədir (1.4-cü bənd); mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd); məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd); məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri ü zrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə iləəvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür, iddiaçının kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Azərbaycan Respublikası İPM-nin 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğvi üçün əsas ola bilən qanun pozuntularına yol verilməmişdır. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 10.04.2019-cu il tarixliqərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 35, 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisad i Kollegiyasının 10.04.2019-cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-2417/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2417/2019
19.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver