Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2418/2019 14.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi, hüququn qeydə alınması giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, X1 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınm az Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra cavabdeh) qarşı yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair hüququn qeydə alınması və bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-748/2019 saylı, 23 aprel 2019-cu il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 14 avqust 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, iddiaçının mülkiyyətində sahəsi 58,2 kv.m olan yaşayış evi vardır. İddiaçı əlavə tikililər aparmaqla mənzilin ümumi sahəsi 83,2 kv.m təşkil edir. Mənzil faktiki ola raq yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilmişdir. Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının 22 iyun 2018-ci il tarixli, 104 nömrəli sərəncamına əsasən, iddiaçının istifadəsində olan Səbail rayonu, 1-ci Neftçilər döngəsi 3 ünvanında yerləşən 1 saylı mənzilin faktiki ümumi sahəsi 83.2 kv.metr hesab edilmiş, mənzil yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilmişdir. Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısı Aparatının 22.06.2018-ci il tarixli, 47 nömrəli tikinti obyektinin istismarına icazəyə əsasən, Səbail rayonu, 1-ci Neftçilər döngəsi, ev 3, mənzil 1 ünvanındakı 83,2 kv.metr qeyri-yaşayış sahəsi təqdim olunmuş sənədlərə əsasən tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti l ayihəsinə uyğun inşa edildiyini və ondan təyinatı üzrə istifadənin mümkünlüyünü nəzərə alaraq 2018-ci il tarixində iddiaçıya tikinti obyektinin istismarına icazə verilməsi qeyd edilmişdir. Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən İdarələrarası Komissiyanın 21.06.2018-ci il tarixli, A-63/2-159/2-t/1 nömrəli Aktına əsasən, ünvan 2 ünvanında yerləşən 1 saylı mənzilin faktiki ümumi sahəsi 83.2 kv.metr təşkil etdiyini və həmin mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsini qanunauyğun hesab edilmişdir. İddiaçı bəhs edilən sənədlərə əsaslanıb mülkiyyətində olan əmlakın qeyri-yaşayış sahəsi kimi qeydə alınmasını xahiş etmiş, cavabdeh bundan imtina etmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, ərizəyə əlavə edilmiş sənədlər surətdir və müvafiq sənədlərin əsilləri təqdim edilməmişdir. Bundan əlavə, ərizəyə əlavə edilmiş tikinti obyektinin istismarına icazə sənədi qanunamüvafiq qaydada və tam tərtib olunmamışdır. Müvafiq mənzildə yenidənqurma (rekonstruksiya) işləri aparılmış və özbaşına olaraq əlavə tikililər inşa edilmişdir. Lakin sözügedən əlavə tikili və iddiaçı tərəfindən zəbt olunmuş köməkçi sahə müvafiq mənzilin yerləşdiyi binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus sahədə yerləşir. İddiaçı iddia ərizəsi, sonradan dəqiqləşdirilmiş iddia tələbi ilə məhkəməyə müraciət edərək ünvan 3 ünvanında yerləşən 1 saylı mənzilin ünvan 4n 2018-ci il tarixli sərəncamında göstərilənlər nəzərə alınmaqla qeyri-yaşayış sahəsi ki mi onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, buna dair texniki pasportun və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X3, 2-1(81)-4792/2018 nömrəli iş) 21 dekabr 2018-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Səbail rayonu, 1-ci Neftçilər döngəsi, ev 3 ünvanında yerləşən 1 saylı mənzilin ünvan 4n 2018-ci il tarixli sərəncamında göstərilənlər nəzərə alınmaqla qeyri-yaşayış sahəsi kimi iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, buna dair texniki pasportun və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Bakı Apelly asiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X4 məruzəçi, X5 və X2, 2-1(103)-748/2019 saylı iş) 23 aprel 2019-cu il tarixi qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir. İddiaçı 27 may 2019-cu il tarixdə apellyasiya məhkəməsinin qərarını almış, 11 iyun 2019-cu il tarixdə ondan kassasiya şikayəti verərək qərarın ləğv, iddianın təmin edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Bakı şəhəri, Səbail rayonu, 1-ci Neftçilər döngəsində yerləşən 3 saylı evin 1 nömrəli mənzil mülkiyyət hüququ əsasında ona məxsusdur. Mənzildə təmir və yenidənqurma işləri apararaq qeyri-yaşayış sahəsi kimi istifadə edir və təmir-planlaşdırma işləri nəticəsi ndə hal-hazırda qeyri-yaşayış sahəsinin ölçüsü 83,2 kv.metr təşkil etmişdir. Daha sonra qanunvericiliyin tələbinə müvafiq qaydada Səbail rayon İcra Hakimiyyətinə müraciət edərək, ona məxsus mənzilin ölçülərinin dəqiqləşdirilməsi və yaşayış sahəsindən qeyriyaşayış sahəsinə keçirilməsini xahiş etmişdir. Bakı şəhər Səbail rayon İcra Hakimiyyəti başçısının 22 iyun 2018-ci il tarixli 104 nömrəli sərəncamı ilə ona məxsus Bakı şəhəri, Səbail rayonu, 1-ci Neftçilər döngəsində yerləşən 3 saylı evin 1 nömrəli mənzilinin ölçüləri dəqiqləşdirilərək, faktiki ümumi sahəsi 83,2 kv.metr hesab edilmiş, mənzil yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilmişdir. Bakı şəhəri, Səbail rayonu, 1-ci Neftçilər döngəsində yerləşən 3 saylı evin 1 nömrəli mənzilinin çıxarışı, ölçülərinin dəqiqləşdirilməsi və ya şayışdan qeyri-yaşayış sahəsinə çevrilməsi barədə 104 nömrəli, 22.06.2018-ci il tarixli sərəncamı, tikinti obyektinin istismara İcazəni, bildirişi, mövcud vəziyyətin təsdiq olunmuş (razılaşdırılmış) layihəni, komissiyanın aktını Bakı şəhər Ərazi İdarəsinə təqdim etmiş, həmin otaqda işləyən əməkdaşlar sənədlərə baxış keçirəndən sonra heç bir səbəb göstərmədən sənədləri qəbul etməkdən şifahi qaydada imtina etmişlər. Məcburiyyət qarşısında qalaraq sərəncam və digər sənədlərin surətini poçt vasitəsilə cavabdeh təşkilata təqdim edərək, Bakı şəhəri, Səbail rayonu, 1-ci Neftçilər döngəsində yerləşən 3 saylı evin 1 nömrəli mənzilinin mövcud vəziyyətdə qeyri-yaşayış sahəsi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsini xahiş etmişdir. Lakin, cavabdeh təşkilat 15.08.2018-ci il tarixli məktubu ilə istismara icazə sənədinin natamam tərtib olunduğunu əsas gətirərək, ərizənin icrasından imtina etmişdir. Apellyasiya məhkəməsi qərar qəbul edərkən sadalanan sənədlərə düzgün hüquqi qiymət verməmişdir. Onun Konstitusiyanın 29, Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulan hüquqları pozulmuşdur. tərəflərin izahatı: İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında şikayətin dəlillərinə uyğun izahat verib şikayətin təmin olunmasını xahiş etmişdir. əsaslandırma hissəsi: Cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da ba xılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM- in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair hüququn qeydə alınmasını xahiş etmiş, cavabdeh ərizəni təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında cavabdehin üzərinə onu n hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İşin hallarından görünür ki, ünvan 6 ünvanında yerləşən 58,2 kv.metrdən ibarət beş mərtəbəli binanın birinci mərtəbəsində yerləşən mənzil iddiaçının mülkiyyətindədir. Belə görünür ki, iddiaçı mənzilinə bitişik əlavə tikililər aparmaqla mənzilin faktiki ümumi sahəsi 83.2 kv.metr təşkil etmişdir. Səbail rayon İcra Hakimiyyəti başçısının 22 iyun 2018-ci il tarixli, 104 nömrəli sərəncamına əsasən iddiaçının istifadəsində olan mənzilin faktiki ümumi sahəsi 83.2 kv.metr hesab edilmiş, mənzil yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilmişdir. Həmçinin Səbail rayon İcra Hakimiyyəti başçısı Aparatının 22.06.2018-ci il tarixli, 47 nömrəli tikinti obyektinin istismarına icazəyə əsasən, mənzilin 83,2 kv.metr qeyri-yaşayış sahəsi təqdim olunmuş sənədlərə əsasən tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyini və ondan təyinatı üzrə istifadənin mümkünlüyünü nəzərə alaraq 2018-ci il tarixidə iddiaçıya tikinti obyektinin istismarına ic azə verilməsi qeyd edilmişdir. O da qeyd edilməlidir ki, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən İdarələrarası Komissiyanın 21.06.2018-ci il tarixli, A-63/2-159/2-t/1 nömrəli aktına əsasən, iddiaçıya məxsus mənzilin faktiki ümumi sahəsi 83.2 kv.metr təşkil etdiyini və həmin mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsini qanunauyğun hesab edilmişdir. Göründüyü kimi, iddiaçının mülkiyyətində olan mənzilin ümumi sahəsi 58,2 kv.m olmuş, sonradan əlavə tikililər aparılmaqla ümumi sahə 83,2 kv.m təşkil etmişdir. Rayon icra hakimiyyəti özünün sərəncam və aktlarında iddiaçının mənzilinin ümumi sahəsinin 83,2 kv.m olmasını hüquqi cəhətdən tanımışdır. Cavabdehin və onunla razılaşan apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə iddiaçı mənzilin sahəsini 58,2 kvm -dən 83.2 kv.m-ə artırsa da, artırma barədə hər hansı icazəsi olmamışdır. Yuxarıda qeyd edildiyi kimi, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş sənədlərdə iddiaçıya məxsus 1 saylı mənzilin ümumi sahəsinin 83,2 kv.m olan yaşayış sahəsinin qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi məqsədilə Mənzil Məcəlləsinin 21.2-ci maddəsinə uyğun olaraq sərəncam vermişdir. Sərəncamda qeyd edilir ki, iddiaçıya məxsus 1 saylı mənzilin ölçüləri dəqiqləşdirilsin və həmin mənzilin faktiki sahəsi 83,2 kv.m hesab edilsin. Bundan sonra sərəncamla 83,2 kv.m yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə razılıq verilmişdir. Sərəncamda yalnız 58,2 kv.m yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi qeyd edilməmişdir. Tikinti istismarının icazəsində də sxematik plan üzrə s ahənin 83,2 kv.m olduğu göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin2014-cü il 11 sentyabr tarixli, 302 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin istismarına icazənin vahid forması” təsdiq edilmişdir. Formaya görə təqdim olunmuş sənədlərə əsasən tikintisi başa çatmış obyektin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyini və ondan təyinatı üzrə istifadənin mümkünlüyünü nəzərə alaraq, hansı tarixdən tikinti obyektinin istismarına icazə verilməsi rayon icra hakimiyyətinin başçısına həvalə edilmişdir. Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin başçısı E.Əzizov tərəfindən 22 iyun 2018-ci il tarixdə imza və möhürlə təsdiq edilən tikinti obyektinin istismarına icazədə qeyd edilmişdir ki, təqdim edilmiş sənə dlərə əsasən tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyi və ondan təyinatı üzrə istifadənin mümkünlüyü nəzərə alaraq, 2018-ci il tarixində iddiaçıya tikinti obyektinin istismarına icazə verilsin. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti haqqında” Əsasnamənin 3.9.6-cı bəndinə əsasən, yerli icra hakimiyyəti başçısı dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir. Əsasnamənin 3.11.1-ci bəndinə əsasən, müvafiq ərazidə memarlıq və şəhərsalma sah əsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək yerli icra hakimiyyəti başçısının vəzifəsidir. Mənzil Məcəlləsinin Məcəllənin 20.3-cü maddəsinə əsasən, çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləsin... Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. İddiaçının mülkiyyətində olan yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş qaydada Səbail rayon İcra Hakim iyyəti tərəfindən sərəncam, tikinti obyektinin tikintisinə icazə verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İddiaçının yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair təqdim etdiyi sənədlər hüququn dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmuşdur. Bəhs edilənlərə əsasən, apellyasiya məhkəməsi iddianı rədd edərkən hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri əsaslı olduğu üçün təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilməl i, iddia təmin edilməlidir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinə zərurət olmadığından, İPM-in 96.5-ci maddəsinə əsasən məhkəmə kollegiyası mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-748/2019 saylı, 23 aprel 2019-cu il tarixli qərarı ləğv edilsin. İddia təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, 1-ci Neftçilər döngəsi, ev 3 ünvanında yerləşən 1 saylı mənzilin ünvan 4n 2018-ci il tarixli sərəncamında göstərilənlər nəzərə alınmaqla qeyriyaşayış sahəsi kimi İddiaçı adına daşınmaz əm lakın dövlət reyestrində qeydiyyata alınması, buna dair texniki pasportun və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-2418/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2418/2019
14.08.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver