Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2418/2022 22.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsin 1 saylı Regional Ərazi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1955-ci il təvəllüdlü; FİN:OTHX2MK) cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeli yində Dövlət Sosial Müdafiə X1 şəxsin 1 saylı Regional Ərazi filialına qarşı “xx.xx.1992-ci ildən xx.xx.2006-cı il tarixədək işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilərək iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-458/2022 saylı, 31 avqust 2022-ci il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya məxsus İT-İ seriyalı ******* əmək kitabçasına əsasən - 1975-ci ildən 1977-ci il tarixədək hərbi xidmətdə olmuş, - xx.xx.1977-ci il tarixdən xx.xx.1977-ci il tarixədək Mənzil Kommunal İdarəsində işləmiş, - xx.xx.1978-xx.xx.1991-ci illərdə B öyük məişət texnikasının təmiri atelyesində işləmiş, - xx.xx.1991-xx.xx.1992-ci illərdə “Sumqayıt qorno” univermağında işləmiş, - xx.xx.1992-xx.xx.1993-cü illərdə “Pircahan” kooperativində işləmiş, - xx.xx.1993- xx.xx.1996-cı illərdə “Çinar-93” kiçik müəssisəsində işləmiş, - xx.xx.1997-xx.xx.1998-ci illərdə “Orbita-servis” texniki mərkəzin 4 nömrəli sexdə işləmiş, - xx.xx.1998-xx.xx.2000-ci illərdə “Çinarə-LTD” firmasında və xx.xx.2000xx.xx.2006-cı illərdə “Sontexnik” (“Santexnik”) kooperativində işləmişdir.
2. İddiaçı cavabdeh inzibati orqana ona təyin edilmiş əlilliyə görə əmək pensiyasının yaşa görə əmək pensiyası növünə keçirilməsi barədə ərizə ilə müraciət etmişdir.
3. Cavabdehin xx.xx.2021-ci il tarixli məktubu ilə iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, təqdim edilmiş sənədlərə əsasən iddiaçının sığorta stajı 16 il 04 ay təşkil edir. xx.xx.1992-ci ildən xx.xx.2006-cı ilədək işlədiyi dövrün yerində qarşılıqlı yoxlanması zərurəti yaranmış, lakin idarələrin hüquqi ünvanı məlum olmadığı üçün sosial sığorta stajının yoxlanılması mümkün olmamış və bu səbəbdən həmin illər sosial sığorta stajı kimi nəzərə alınmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə istinad edərək müraciətin icrasından imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun xx.xx.1992-ci ildən xx.xx.2006-cı il tarixədək işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
5. Bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, xx.xx.1992-ci ildən xx.xx.2006-cı il tarixədək işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 18 iyul 1977-ci ildən əmək fəaliyyətinə başlamış, 2006-cı ilədək müxtəlif yerlərdə və vəzifələrdə işləmişdir. Bu hal ona məxsus əmək kitabçasında da öz əksini tapır. Pensiya yaşına çatdığı üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsinə dair cavabdeh orqana müraciət etmiş, müraciətinə cavabdeh orqan tərəfindən baxılmış və imtina cavabı verilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Qeyd edir ki, xx.xx.1992-ci ildən xx.xx.2006cı il tarixədək işlədiyi dövr iddiaçının əmək kitabçasında öz təsdiqini tapır. Lakin, cavabdeh orqan həmin illərdə işlədiyi idarələrin hüquqi ünvanının məlum olmadığını əsas gətirərək sosial sığorta stajının yoxlanılmasının mümkün olmadığını və bu səbəbdən də həmin illərin sosial sığorta stajı kimi nəzərə alınmasından imtina etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci bəndinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Hesab edir ki, xx.xx.1992-ci ildən xx.xx.2006-cı il tarixədək işlədiyi dövr əmək kitabçasında öz təsdiqinin tapdığından sözügedən Qaydaların 3.1.1-ci bəndinin tələbinə əsasən işlədiyi həmin dövrlər sosial sığorta stajına daxil edilməlidir.
7. Cavabdeh iddia tələbinə etiraz verərək bildirmişdir ki, cavabdehin xx.xx.2014-cü il tarixli 0539 nömrəli qərarı ilə iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixində filiala müraciət edərək onu əlilliyə görə əmək pensiyasından yaşa görə əmək pensiyasına keçirməyi xahiş etmiş, lakin filialın xx.xx.2021- ci il tarixli, **********7 nömrəli məktubu ilə ona imtina verilmişdir. Məktuba əsasən xx.xx.1992-ci ildən xx.xx.2006-cı ilədək işlədiyi illərin yerində qarşılıqlı yoxlanması zərurəti yarandığı, lakin idarələrin hüquqi ünvanı məlum olmadığı üçün həmin illərin s osial siğorta stajına daxil edilərək ona yaşa görə əmək pensiyasının təyin edilməsinin qeyri-mümkün olduğu bildirilmişdir. Belə ki, iddiaçıya məxsus ******* nömrəli hərbi biletə əsasən o, xx.xx.1975xx.xx.1977-ci illərdə (1 il 11 ay 12 gün) sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. İddiaçının əmək kitabçasına əsasən mübahisələndirilməyən sosial siğorta stajı, xx.xx.1977-xx.xx.1977-ci illərdə Mənzil Kommunal İdarəsində işlədiyi müddət (1 ay 2 gün), xx.xx.1978-xx.xx.1991-ci illərdə Böyük məişət texnikasının təmiri atelyesində işlədiyi müddət (12 il 4 ay 2 gün), xx.xx.1991-xx.xx.1992-ci illərdə “Sumqayıt qorno” univermağında işlədiyi müddət (1 il 3 ay 19 gün), cəmi 15 il 8 ay 5 gün təşkil edir. İddiaçının əmək kitabçasına əsasən mübahisələndirilən sosial siğorta stajı xx.xx.1992xx.xx.1 993-cü illərdə “Pircahan” kooperativində (8 ay 21 gün), xx.xx.1993-xx.xx.1996-cı illərdə “Çinar-93” kiçik müəssisəsində (3 il 3 ay 8 gün), xx.xx.1997-xx.xx.1998-ci illərdə “Orbita-servis” texniki mərkəzin 4 nömrəli sexində (7 ay 2 gün), xx.xx.1998-xx.xx.2000-ci illərdə “Çinarə-LTD” firmasında (1 il 10 ay 25 gün) və xx.xx.2000-xx.xx.2006-cı illərdə “Sontexnik” (“Santexnik”) kooperativində (6 il 5 ay 15 gün), ümumilikdə, 12 il 11 ay 9 gün təşkil edir. İşin hallarını tam və dəqiq araşdırmaq məqsədi ilə iddiaçının işlədiyini iddia etdiyi “Pircahan” kooperativi, “Çinar-93” kiçik müəssisəsi, “Orbita-servis” texniki mərkəzin 4 nömrəli sexi, “Çinarə-LTD” firması və “Sontexnik” (“Santexnik”) kooperativinin mövcudluğunu və iddiaçının xx.xx.1992-ci ildən xx.xx.2006-cı ilədək həmin müəssisələrdə işləm əsi faktını dəqiqləşdirmək üçün müvafiq qurumlara lazımi sorğular göndərilmişdir. Belə ki, Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Bas İdarəsinin xx.xx.2022-ci il tarixli, **********185100 nömrəli cavab məktubunda reyestr məlumatlarında “Pircahan” kooperativi, “Çinar-93” kiçik müəssisəsi, “Orbita-servis” texniki mərkəzin 4 nömrəli sexi, “Çinarə-LTD” firması və “Sontexnik” (“Santexnik”) kooperativi ilə bağlı heç bir məlumatın aşkar edilmədiyi bildirilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialının xx.xx.2022-ci il tarixli, 27 nömrəli cavab məktubunda “Pircahan” kooperativi, “Çinar-93” kiçik müəssisəsi, “Orbita-servis” texniki mərkəzin 4 nömrəli sexi, “Çinarə-LTD” firması və “Sontexnik” (“Santexnik”) kooperativinin arxiv sənədləri dövlət mühafizəsinə təhvil verilm ədiyi bildirilmişdir.
8. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-422/2022 saylı iş 14 mart 2022-ci il tarixli (hakim V.Əzizova) qərarı ilə iddia rədd edilmişdir.
9. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, qanunvericiliyin normasına görə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün göstərilən yaşa çatmaq və azı 25 il sığorta stajına malik olmaq tələb olunur. İddiaçı tələb olunan yaş həddinə çatsa da, onun mübahisələndirilən dövrdə istinad etdiyi müəssisələrdə işləməsi öz təsdiqini tapmamışdır. Belə ki, onun işə daxil olması və işdən azad olunması barədə əmrlərin, həmçinin həmin müəssisədən əmək haqqı almasını təsdiq edən sənədlər (əmək haqqı cədvəlləri) aşkar edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının əmək kitabçasında aparılmış qeydiyyat başqa sübutlarla təsdiq olunmadığından həmin dövrün onun sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsinə dair iddia təmin edilməməlidir.
10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-458/2022 saylı 31 avqust 2022-ci il tarixli qərarı ilə (hakimlər H.Babayeva - sədrlik edən və məruzəçi, Z.Məmmədov və F.Məmmədov) Sumqayıt İnzibati Məhkəməsinin 14 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. İddiaçı həmin qərardan kassasiya şik ayəti verərək qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətinin dəlillərinə görə, o 18 iyul 1977-ci ildən əmək fəaliyyətinə başlamışdır. 2006-cı ilə kimi müxtəlif yerlərdə müxtəlif vəzifələrdə işləmişdir. Bu ona məxsus əmək kitabçasında öz əksini tapır. Onun xx.xx.1992-ci ildən xx.xx.2006-cı il tarixədək işlədiyi dövr əmək kitabçasında öz təsdiqini tapır. Lakin cavabdeh orqan həmin illərdə işlədiyi idarələrin hüquqi ünvanının məlum olmadığını əsas gətirərək sosial sığorta stajının yoxlanılmasının mümkün olmadığını və bu səbəbdən də həmin illərin sosial sığorta stajı kimi nəzərə alınmasından imtina etmişdi r. Cavabdeh orqan qanunsuz və əsassız olaraq işlədiyi həmin dövrləri nəzərə almamışdır. Belə ki, “Əmək Pensiyaları haqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci bəndinə əsasən əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən olunur. “Əmək Pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək Pens iyaları haqqında” Azərbaycan Respublikası Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.2 və 3.2.1-ci bəndlərinə əsasən 2006-cı il yanvarın birinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
15. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Onun əmək kitabçasında xx.xx.1992-ci ildən xx.xx.2006-cı il tarixədək işlədiyi dövr qeyd olunub. Həmin dövrlərin yoxlanılmasının mümkün olmaması onun məsuliyyətinə səbəb ola bilməz. Bundan başqa “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.
16. Lakin işə baxan məhkəmə əsassız olaraq iddia tələbini təmin etməmişdir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, işlədiyi müəssisələr barədə heç bir məlumat aşkar edilməmişdir. Həmçinin Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan da görünür ki, arxiv sənədləri dövlət mühafizəsinə təhvil verilməmişdir. Məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, onun işlədiyi əmək kitabçası ilə öz təsdiqini tapır. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 avqust 2022-ci il tarixli, 2-1(105)-458/2022 nömrəli qərarının ləğv edilərək, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
18. İnzibati Prosessual Məcəllə Maddə 12 İşin hallarının araşdırılması prinsipi Maddə 12.2 Məhk əmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7 Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2 Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5 Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Maddə 96.5.1 Apellyasiy a instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə 96.11 Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
20. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məlum olduğu kimi, iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsin 1 saylı Regional Ərazi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1992-ci ildən xx.xx.2006-cı il tarixədək işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
22. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbini dəqiqləşdirərək iddiaçının xx.xx.1992-ci ildən xx.xx.2006-cı il tarixədək işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
23. Məhk əmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli 21(105)-458/2022 saylı qərarla, birinci instansiya məhkəməsinin iddiaçının iddiasının rədd edilməsi barədə 14 mart 2022-ci il tarixli, 2-1(118)-422/2022 saylı qərarının dəyişdirilmədən saxlanılmasına dair nəticəyə gələrkən iddiaçının əmək kitabçasında yazılanları nəzərə almamış və qərarında göstərmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə görə “iddiaçıya yaşa görə əmək pensiyası təyin edə bilmək üçün qanunun qeyd edilən müddəasında təsbit edilmiş iki şərtin məcmu şəkildə birgə mövcudluğu tələb olunur: 1) şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; 2) fərdi hesabın sığorta hissəsində əmək pensiyasını n minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması. Birinci şərtlə bağlı kollegiya qeyd edir ki, iddiaçı xx.xx.1955-ci il təvəllüdlü olduğundan, 65 yaşında, yəni xx.xx.2020-ci ildə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Hazırda iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün pensiya yaşına çatması ilə bağlı birinci şərt ödənilir. İkinci şərtlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 25 il sığorta stajı olmalıdır”.
24. Lakin apellyasiya instansiyası məhkəməsi iddiaçıya münasibətdə sözügedən ikinci şərtin ödənilmədiyi qənaətinə gəlmişdir.
25. Bununla bağlı apellyasiya instansiy ası məhkəməsi öz qərarında göstərmişdir ki, “birinci instansiya məhkəməsi iddiaçının xx.xx.1992-xx.xx.1993-cü il tarixlərində “Parçalı” kooperativində, xx.xx.1993-xx.xx.1996-cı il tarixlərində “Çinar-93” KM-də, xx.xx.1997xx.xx.1998-ci il tarixlərində “Orbita-Servis” Texniki mərkəzində 4 nömrəli sexdə, xx.xx.1998-xx.xx.2000-ci il tarixlərində “Çinar BTB” firmasında işlədiyi dövrlərin düzgünlüyünü yoxlamaq məqsədilə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə müvafiq sorğular vermişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialı tərəfindən birinci instansiya məhkəməsinə daxil olmuş xx.xx.2022-ci il tarixli, 34 nömrəli cavab məktubundan görünür ki, “Parçalı” ko operativi, “Çinar” mağazası, “Orbita-Servis” Texniki mərkəzi, “Çinar-93” KM-in arxiv sənədləri Dövlət Arxivinin Sumqayıt Filialına dövlət mühafizəsinə təhvil verilməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən DSMF-nin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına ünvanlanan 13 yanvar 2022-ci il tarixli, **********185100 nömrəli məktubundan görünür ki, reyestr məlumatlarında “Pircahan” kooperativi, “Çinar-93” kiçik müəssisəsi, “Orbita-Servis” Texniki mərkəzin 4 nömrəli sexi, “Çinarə LTD” firması və “Santexnik” Kooperativi barədə heç bir məlumat aşkar edilməmişdir”.
26. Buna görə də apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, ““Pircahan” kooperativi, “Çinar-93” kiçik müəssisəsi, “Orbita-Servis” Texniki mərkəzin 4 nömrəli sexi, “Çinarə LTD” firması və “Santexnik” Kooperativi hüquqi şəxslərin dövlət reyestrində qeydiyyatdan keçməmiş, həmçinin, müəssisələrin arxiv sənədləri dövlət arxivinə təhvil verilməmiş, yəni adıçəkilən müəssisələr haqqında məlumat əldə etmək mümkün olmamışdır. Bununla da, iddiaçının qeyd olunan müəssisələrdə işləməsi ilə bağlı əmək kitabçasındakı qeydlərin mötəbərliyini müəyyən etmək mümkün olmamışdır”.
27. Beləliklə apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, “iddiaçının qeyd olunan müəssisələrdə işləməsi ilə bağlı əmək kitabçasındakı qeydlərin mötəbərliyini müəyyən etmək mümkün olmamışdır”.
28. Başqa sözlə apellyasiya məhkəməsi iddiaçının əmək kitabçasındakı sözügedən qeydləri şübhə altına almaqla, dolayısı ilə də əmək kitabç anın mötəbər olmayan sənəd kimi qiymətləndirmişdir.
29. Bununla əlaqədar məhkəmə kollegiyası xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, rəsmi sənəd olan əmək kitabçasının (xatırladaq ki, qanuna görə 2006-cı ilə qədər, məhz əmək kitabçası əmək stajının hesablanmasında yeganə rəsmi sənəd sayılırdı) mötəbərsizliyi Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialının və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin yuxarıda göstərilmiş 2 (iki) məktubla sübut edilə bilməz və bu məsələnin həlli yalnız ekspertiza təyin edilməklə, əmək kitabçasının və oradakı qeydlərin mötəbər olub-olmamasının müəyyən edilməsidir.
30. Lakin apellyasiya instansiyası məhkəməsi bunu etməmiş, nəticə etibarı ilə İPMnin 12.1, 58.7, 68.2-ci maddələrinin tələblər ini pozaraq, əmək kitabçasındakı qeydlərin mötəbər olmamasına dair tələm-tələsik qənaətə gəlmişdir.
31. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsinin iddiaçının əmək kitabçasındakı mötəbər sübut kimi qəbul etmədiyi “qeydlər” 1992-2006-cı illəri əhatə edir ki, həmin dövrdə iddiaçı 4 (dörd) müxtəlif təşkilatlarda işləmiş, birində hətta müdir vəzifəsində çalışmışdır, belə olan halda iddiaçı şəxsən özü məhkəməyə dəvət edilməli və ondan izahat alınmalıdır, eyni zamanda sözügedən təşkilatlar da Dövlət Statistika Komitəsinə, Yerli İcra Hakimiyyətinə və Vergi Xidmətinə ətraflı sorğular verilməklə müəyyən edilməli, bu olan halda yuxarıda göstərilmiş dövrdə sözügedən təşkilatlarda işləmiş işçilər iddiaçının orada fəaliyyət göstərib-göstərməməsi ilə bağlı dindirilməlidirlər.
32. Bununla yanaş ı qeyd edilməlidir ki, apellyasiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarının “İşin halları” adlanan hissəsindən görünür ki, cavabdeh iddiaçının eyni əmək kitabçasına əsasən, yəni həmin əmək kitabçasını mötəbər sənəd (1977-1992-ci illərə görə) kimi qəbul edərək, iddiaçıya əlilliklə əlaqədar əmək pensiyası təyin edir, lakin iddiaçı yaşa görə əmək pensiyası növünə keçirilməsinə dair xx.xx.2021-ci il tarixdə cavabdehə ərizə ilə müraciət edildiyi zaman, cavabdehin iddiaçının əmək kitabçasındakı qeydlərlə bağlı şübhəsi yaranır.
33. Qeyd edilməlidir ki, sözügedən məsələdə apellyasiya məhkəməsinin apardığı məhkəmə araşdırmasının kənarında qalmış və nəticə etibarı ilə də hazırkı inzibati mübahisə tam və hərtərəfli araşdırmamışdır.
34. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası h esab edir ki, kassasiya şikayəti təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(105)-458/2022 saylı qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
35. Yuxarıda şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-458/2022 nömrəli, 31 avqust 2022-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir.