Məhkəmə qərarları › İş №2-1(102)-2418/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2418/2023

17.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2418/2023 17.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: vergi orqanının qərarının mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 iyun 2023-cü il tarixli, 2-1(104)-360/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı adına aktiv VÖEN mövcuddur, fəaliyyət növü isə taksi fəaliyyəti kimi göstərilmişdir.

2. İddiaçı 2020-ci ildə Rusiya Federasiyasından ölkə ərazisinə 40914,79 manat dəyərində, 64 ədəd qızıl sikkə gətirmişdir. Cavabdeh həmin malların fiziki həcminin və məbləğinin böyük olmasını iddiaçının bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olması kimi qiymətləndirilmiş və bu əsasla “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********224800 nömrəli kameral qər arı ilə İddiaçı gəlir vergisi bəyannaməsini təqdim etmədiyinə görə vergi məsuliyyətinə cəlb etmişdir. 3. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********224800 nömrəli qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən gəlir vergisi bəyannaməsini təqdim etmədiyinə görə 2020-ci ilin hesabat dövrü üzrə əlaqəli məlumatlara əsasən ona 1636.59 manat gəlir vergisi hesablanmışdır. 4. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin iddiaçıya ünvanlanan xx.xx.2022-ci il tarixli, **********374800 nömrəli məktubda qeyd edilmişdir ki, iddiaçı tərəfindən 2020-ci ildə 40914.79 manat dəyərində 64 ədəd qızıl sikkələrin idxal edildiyi müəyyən edilmişdir. İdxal edilmiş malların fizi ki həcminin və məbləğinin kifayət qədər böyük olması iddiaçının bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olması qənaətinə gəlməyə əsas verir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Gəncə İnzibati Məhkəməsinə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək xx.xx.2021-ci il tarixli **********224800 nömrəli qərarın ləğv olunmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2020-ci ildə 64 ədəd qızıl sikkə gətirən zaman Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən adına ********** nömrəli VÖEN açılmış və 2746,52 manat vergi və 76,78 manat məcburi dövlət sosial sığorta haqqı olmaqla, ümumilikdə 2823,30 manat vergi borcu yazılmışdır. Həmin borcdan Gəncə Kommersiya Məh kəməsinin 2-2(115)-1271/2022 nömrəli, xx.xx.2022ci il tarixli qətnaməsi ilə məlumatı olmuşdur. Sözügedən vergi qərarının ona təqdim olunması üçün 12 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciətinə cavab olaraq xx.xx.2022-ci il tarixli, **********374800 nömrəli məktubda 2020-ci il tarixdə tərəfindən idxal olunmuş 64 ədəd qızıl sikkənin həcminin və məbləğinin kifayət qədər böyük olması bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu qənaətinə gəlməyə əsas olduğu bildirilmişdir. Yuxarıda qeyd edildiyi kimi onun qızıl sikkələr gətirməyi sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı qənaətinə gəlinməsi üçün əsas ola bilməz. Yəni bu və ya digər fəaliyyətlə məşğul olmamış və olmur, eləcə də fərdi sahibkar kimi də fəaliyyət göstərməmişdir, hazırda da göstərmir. Ona görə də belə hesab edir ki, 12 sayl ı Ərazi Vergilər Baş İdarəsinin ondan 2823,30 manat məbləğində vergi hesablanması barədə qərarı tam qanunsuzdur. Bu səbəbdən də qeyd olunan orqanın ondan 2823,30 manat məbləğində vergi tutulmasına dair qərarı ləğv olunub həmin məbləğ silinməlidir.

7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, İddiaçı Qəhrəman oğlu tərəfindən 2020-ci ildə 40914,79 manat dəyərində 64 ədəd qızıl sikkələrin idxal edildiyi müəyyən edilmişdir. Vergi Məcəlləsinin 102.1.7-ci maddəsinin tələbləri baxımından iddiaçı tərəfindən 2020-ci il üzrə gəlir vergisinin ödəyicisi olaraq müvafiq bəyannamə vergi orqanına təqdim edilməmişdir. Yaranmış uyğunsuzluqla bağlı 12 saylı Ərazi Vergilər Baş İdarəsi xx.xx.2021-ci il tarixli **********531200 nömrəli “Kameral vergi yoxlaması üç ün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” iddiaçıya məktub göndərmiş və həmin məktubla 2020-ci il üzrə gəlir vergisinin dəqiqləşdirilmiş bəyannaməsinin təqdim olunması bildirilmişdir. Lakin vergi ödəyicisi tərəfindən mübahisələndirilən dövr üzrə hesabat təqdim edilmədiyindən cavabdeh inzibati orqan xx.xx.2021-ci il tarixli **********224800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı qəbul etmişdir. İddiaçı 2020-ci ildə həm fiziki say baxımından, həm də məbləğ baxımından böyük həcmdə qızıl məmulatının idxal etməsi məhz onun sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını göstərən təkzibedilməz dəlildir. Vergi Məcəlləsinin 102.1.7-ci maddəsinin hüquqi mənasından da göründüyü kimi vergi ödəyicisi tərəfindən qızıl məmulatı nın təqdim olunması onun barəsində gəlir vergisi üzrə öhdəliyin baş verməsinə səbəb olur. Bu xüsusda qeyd edilməlidir ki, iddiaçının 64 ədəd 40914,79 manat dəyərində qızıl sikkələrinin idxal etməsi halı sahibkarlıq fəaliyyətinin göstəricisidir. Belə olan halda İddiaçı vergi öhdəliyini düzgün müəyyən edərək hesablanmış verginin dövlət büdcəsinə ödənilməsini təmin etməli idi.

8. Gəncə İnzibati Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 2-1(114)-190/2023 nömrəli qərarı ilə (hakim: X7) iddia təmin edilmiş, cavabdeh tərəfindən tərtib edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********224800 nömrəli qərarı ləğv edilmişdir.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, idxal edilmiş malların fiziki həcminin və məbləğini n böyük olması səbəbindən barəsində əlverişsiz inzibati aktın, yəni məsuliyyətə cəlb edilməsinə dair qərarın qəbulu qanunvericiliyə uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Cavabdeh orqan ehtimallara əsaslanaraq idxal edilmiş malların fiziki həcminin, məbləğinin böyük olmasını iddiaçının bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olması əsası ilə qərar qəbul edən zaman həmin qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcud olub-olmamasını nəzərə almamışdır. İddiaçının vergi məsuliyyətinə cəlb edildiyi dövrdə barəsinə aktiv statuslu VÖEN-i olmasına, baxmayaraq iş ma teriallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının VÖEN-i taksi fəaliyyətini həyata keçirilməsi məqsədilə açılmışdır. Bundan əlavə iddiaçı məhkəmə iclasında qızıl sikkələri ailəsinin şəxsi istifadəsi üçün gətirdiyini bildirmişdir. Odur ki, inzibati orqan ehtimallara əsaslanaraq iddiaçının qızıl alveri sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını qeyd etsə də həmin qızılları kimə, hansı şəraitdə, yaxud nə vaxt satması barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

11. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 iyun 2023-cü il tarixli, 2-1(104)-360/2023 nömrəli qərar ı ilə (hakimlər: X1 (sədrlik edən və məruzəçi), X4 və X2) Gəncə İnzibati Məhkəməsinin 21 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq göstərmişdir ki, fiziki şəxs haqqında məlumatdan və EMİS-dən çıxarışdan görünür ki, İddiaçı adına aktiv VÖEN mövcuddur, fəaliyyət növü isə taksi fəaliyyəti kimi göstərilmişdir. Bundan başqa xx.xx.2020-ci il tarixli “cinayət işinə xitam verilməsi haqqında” qərardan görünür ki, İddiaçı barəsində istintaqı aparılan cinayət işinə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.2-ci maddəsinə əsasən xitam verilmişdir. İddiaçının vergi məsuliyyətinə cəlb edildiyi dövrdə barəsinə aktiv statuslu VÖEN-i olmasına, baxmay araq iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının VÖEN-i taksi fəaliyyətini həyata keçirilməsi məqsədilə açılmışdır. Bundan əlavə iddiaçı məhkəmə iclasında qızıl sikkələri ailəsinin şəxsi istifadəsi üçün gətirdiyini bildirmişdir.

13. Qərarın hüquqi cəhətdən əsaslandırılması üçün “İnzibati icraat haqqında” Qanunun 11,24,67-ci maddəsinə, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33,53,62-ci maddələrinə istinad edilmişdir.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətində işin halları, imtina məktubunun və iddia tələbinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmi şdir ki, məhkəmənin istinad etdiyi VM-nin 53-cü maddəsi həmin Məcəllənin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət fəsillində əks olunmuşdur. VM-nin 53.1-ci maddəsinin 2-ci hissəsinə görə vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyaları və faizlər tətbiq edilir. İşin yuxarıda göstərilmiş hallarına əsasən mübahisələndirilən qərar kameral vergi yoxlamasının nəticəsi olaraq qəbul edilmiş, yəni iddiaçı barəsində yalnız əsas vergi ilə bağlı müvafiq hesablamalar aparılmışdır. Həmin qərarla hər hansı maliyyə sanksiyası iddiaçıya tətbiq edilməmişdir.

16. Məhkəmə həmçinin qərar qəbul edərkən xx.xx.2020-ci il tarixli “Cinayət işinə xitam verilməsi haqqında” qərara da istinad etmişdir. xx.xx.2020-ci il ta rixli qərara əsasən bildiririk ki, şahid kimi ifadə vermiş İddiaçı qardaşı oğlu X3 öz ifadəsində əmisinin xarıcdən qızıl gətirib sataraq nağd pul əldə etmək istəməsini ona dediyini qeyd etmişdir. (xx.xx.2020-ci il tarixli “Cinayət işinə xitam verilməsi haqqında” qərarın 8-ci səhifəsi) Eləcə də İddiaçı ibtidai araşdırma zamanı verdiyi ifadəsində “gətirilən sikkələri Moskva şəhərindən müxtəlif mağazalardan təxminən 2 milyon rus rubluna yaxın, təxminən 41.000 manata aldığını, gətirdiyi qızılı Azərbaycanda sataraq oğluna ev almaq istəməsini” göstərmişdir. xx.xx.2020-ci il tarixli “Cinayət işinə xitam verilməsi haqqında” qərarın 2-ci səhifəsi) Məhkəmə isə qərarında qeyd etmişdir ki, İddiaçı məhkəmə iclasında qızıl sikkələri ailəsinin şəxsi istifadəsi üçün gətirməsini bildirmişdir. Göründüyü kim i, məhkəmə inzibati prosessual qanunvericiliyinin tələblərinə zidd olaraq işin araşdırılması prinsipinə əməl etməmişdir

17. İddiaçı tərəfindən iddianın qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. İddiaçının mübahisələndirdiyi qərar xx.xx.2021-ci il tarixli qərardır. Həmin qərar əsasında onun barəsində 2020-ci il üzrə 1.636.59 manat məbləğində gəlir vergisi hesablanmışdır. İddiaçı tərəfindənxx.xx.2022-ci il tarixli hazırkı iddia tələbi ilə şəxsi hesab vərəqəsində mövcud olan 2.823,30 manat məbləğində vergi borcunun silinməsini məhkəmədən xahiş etmişdir. Daha sonra xx.xx.2022-ci il tarixli ərizə təqdim edərək. xx.xx.2021-ci il tarixli **********224800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Lakin həmin vaxta kimi onun mübahisələndirilən qərardan məlumatı olması baxmayaraq qanunla müəyyən edilmiş müddətdə aidiyyəti məhkəməyə müraciət etməmişdir. Şəxsi hesab vərəqəsində əks olunmuş vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi ilə Gəncə Kommersiya Məhkəməsinə cavabdeh tərəfindən müraciət edilmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2- 2(115)-1271/2022 nömrəli Qətnaməsi ilə vergi öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə onun ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Məhkəmənin istinad etdiyimiz qərarından göründüyü kimi, iddiaçı Gəncə Kommersiya Məhkəməsində keçiriləcək məhkəmə iclası barədə lazımi qaydada məlu matlandırılmışdır.

18. Kassator hesab edir ki, apellyasiya məhkəməsinin qərarı İnzibati-Prosessual Məcəllənin 12.1,58.2, 58.7 və 69.4-cu, Vergi Məcəlləsinin 23.1.1, 37.1, 37.4, 77.3, 83.2, 95, 102.1.7 maddələrinin pozulması ilə qəbul edilmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

19. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1 inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 24.1. inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtin a edə bilməz. Maddə 67.1. inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

21. Azərbaycan Respublikası Vergi Məcəlləsi: Maddə 3.11-ci vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 33.3-cü hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub -olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Maddə 33.5-ci bu Məcəllənin 33.3-cü maddəsində nəzərdə tutulmuş halda vergi orqanı 5 gün müddətində fərdi sahibkara onun vergi uçotuna alınması barədə məlumat verir. Maddə 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə o lunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Maddə 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətin də bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. Maddə 53.3-cü bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 62.1-ci hər b ir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Maddə

97. Gəlir 97.1. Rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir. 97.2. Qeyri-rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikası mənbələrindən əldə etdiyi gəlirlərdən ibarətdir. 97.3. Gəlirlərə aiddir: 97.3.1. muzdlu işlə əlaqədar əldə edilən gəlir; 97.3.2. muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir; 97.3.3. vergilərdən azad edilən gəlirlərdən və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artımdan başqa bütün digər gəlirlər. 102.1.7. qiymətli daşlardan və metallardan, qiymətli daşlar və metalların məlumatlarından, incəsənət əsərlərindən, əntiq əşyalardan və vergi ödəyicisinin sahibkarlıq fəaliyyətində istifadə edilən və ya istifadə edilmiş əmlakdan, habelə “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.5ci maddəsində göstərilən malların vergi ödəyicilərinə təqdim edilməsindən (kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən istehsal olunan kənd təsərrüfatı məhsullarının təqdim edilməsi istisna olmaqla) başqa, daşınan maddi əmlakın təqdim edilməsindən gəlir.

22. İnzibati Prosessual Məcəllə: a) Maddə

14. Sübut etmə vəzifəsi 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. b) Maddə 9

1. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin göstərilməlidir. əsaslandırma his səsində şikayəti verən şəxsin tələbi Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

23. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə ol unmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edi lmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

29. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq n ormalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

30. Həmçinin cavabdehin kassasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, Vergi Məcəlləsinin 13.2.37-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti-şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir.

31. Hazırkı işdə iddiaçı tərəfindən idxal edilən mallarının sahibkarlıq fəaliyyəti elementi olması barədə cavabdeh tərəfindən həm inzibati icraat həm də məhkəmə icraatında sübut təqdim etməmişdir. Cavabdeh orqan sübut əldə etmədən, sahibkarlıq fəaliyyətinin mövcudluğunu aşkarlamadan idxal edilmiş malların fiziki həcmi nin, məbləğinin böyük olmasını iddiaçının bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olması əsası ilə qərar qəbul edən zaman həmin qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu müəyyən olunmamışdır.

32. İddiaçı məhkəmə iclasında qızıl sikkələri ailəsinin şəxsi istifadəsi üçün gətirdiyini bildirmiş, onun əksinə cavabdeh isə cavabdeh orqan sübut edə bilməmişdir.

33. Belə ki, iş materialları ilə müəyyən olunur ki, qızıl sikkələrə görə hesablanmış 13341,35 manat gömrük ödənişləri iddiaçı tərəfindən ödənildikdən sonra ona qaytarılmışdır.

34. Həmçinin cavabdeh inzibati orqan kameral vergi yoxlaması keçirən zaman Vergi Məcəlləsinin 37-ci maddəsinin tələblərini pozaraq kameral qərar qəbul etmişdir.

35. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqan vergi öhdəliyi ilə bağlı qərar qəbul edərkən “inzibati icraat haqqında” qanunun və Vergi Məcəlləsinin normalarının tələblərini pozaraq qərar qəbul etmişdir. Bununla da hazırkı qərarın 20,21-ci bəndlərində göstərilən normalarının tələblərini pozmuşdur.

36. Həmçinin İPM-in 14.1-ci maddəsinin tələbinə görə, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Hazırkı işdə bu, baş vermədiyindən, cavabdehin qərarı əsaslı hesab edilə bilməz.

37. Qeyd edilənlərə əsasən, mübahisələndirilən inzibati akt qanunun tələblərinə uyğun olmayan inzibati icraatın nəticəsində qəbul edildiyindən, onun ləğv edilməli olması ilə bağlı aşağı instansiya məhkəmələrinin nəticəsi düzgün olmuşdur.

38. Odur ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 iyun 2023-cü il tarixli, 2-1(104)-360/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar