Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2419/2019 07.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayonu Bilgəh Bələdiyyəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: bələdiyyə qərarının ləğvi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, X6 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı, vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Bakı şəhəri Sabunçu rayonu Bilgəh Bələdiyyəsinə (bundan sonra cavabdeh) qarşı (üçüncü şəxs X9, bundan sonra üçüncü şəxs) “cavabdeh orqanın 23 avqust 2007-ci il tarixli, 055 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 21(103)-1023/2019 saylı, 25 aprel 2019-cu il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 7 avqust 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 0,10 ha torpaq sahəsinə dair X1 verilmiş ******* nömrəli 21 aprel 2017-ci il tarixli çıxarışa və 0,05 ha torpaq sahəsinə dair X4 adına verilmiş ******* nömrəli 21 aprel 2017-ci il tarixli çıxarışa əsasən mülkiyyətdə olan Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən torpaq sahələri Bakı şəhəri 9 saylı Notariat Kontorunda bağlanmış 3 may 2017-c i il tarixli və 6 may 2017ci il tarixli alqı-satqı müqavilələrinə əsasən iddiaçıya satılmışdır. 13 may 2017-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən iddiaçının adına dövlət reyestrindən ******* nömrəli çıxarış verilmişdir. İddiaçı bildirmişdir ki, həmin sahəni aldıqdan sonra hasar çəkmişdir. Lakin həmin hasar üçüncü şəxs tərəfindən sökülmüşdür. Üçüncü şəxs Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən 0,2072 ha torpaq sahəsinin ayrılmasına dair cavabdehin 23 avqust 2007-ci il tarixli 055 nömrəli qərarını əsas gətirərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü, 6.1-ci, 6.7-ci maddələrinə, “Bələdiyyə torpaqları nın ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 5-ci və 6-cı, 19-cu bəndlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 141.1-ci, 238.1-ci, 241.2-ci maddələrinə istinad edərək iddianın təmin edilməsi xahiş edilir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 aprel 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək X14 ilə X3 və X10 arasında bağlanmış 03.05.2017-ci il tarixli və 06.05.2017-ci il tarixli alqı-satqı müqavilələri etibarsız hesab edilmiş, həmin müqavilələr əsasında iddiaçının adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 13.05.2017-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi qət edilmişdir. Həmin qətnamədən X14 tərəfindən apellyasiya şikayəti verildiyi, hazırda mülki işin Bak ı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında olduğu, İddiaçı vəsatətinə əsasən mülki iş üzrə icraatın hazırkı iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək dayandırıldığı müəyyən edilmişdir. Həmin mülki iş üzrə məhkəmə tərəfindən Bakı ŞİH-in 13 sentyabr 1996-cı il tarixli 1248 nömrəli sərəncamı ilə Bilgəh qəsəbəsi 59 saylı BTK-nın nəzdində 0,05 ha torpaq sahəsi olan 1216v saylı bağ sahəsinə dair X7 adına X2 İdarəsinin 10 nömrəli orderində sonradan mexaniki üsulla pozma aparılmasında “rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə” cinayətinin əlamətləri olduğu üçün 27 aprel 2018-ci il tarixdə xüsusi qərardad qəbul edilmişdir İddiaçı 19 aprel 2018-ci il tarixdə cavabdehə qarşı iddia əriz əsi ilə məhkəməyə müraciət edərək üçüncü şəxsə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən 0,2072 ha torpaq sahəsinin ayrılmasına dair cavabdeh orqanın 23 avqust 2007-ci il tarixli, 055 nömrəli qərarının ləğv olunmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, hal-hazırda mübahisəli torpaq sahəsi Bilgəh bələdiyyəsinin 23 avqust 2007-ci il tarixli 055 nömrəli qərarına əsasən üçüncü şəxsə verildiyindən, iddiaçı həmin sahədən istifadə edə bilmir. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən Bakı şəhəri Nizami Rayon Məhkəməsinə ünvanlanmış 8 fevral 2018-ci il tarixli məktubla müəyyən edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən 0,2072 ha torpaq sahəsi Bilgəh bağ massivinə ayrılmış torpaq sahə sidir və hal-hazırda həmin torpaq sahəsinin 0,15 ha hissəsi xüsusi mülkiyyətdə, qalan hissəsi isə dövlət mülkiyyətində olan torpaq sahəsidir. Bu səbəbdən də üçüncü şəxsə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən 0,2072 ha torpaq sahəsinin ayrılmasına dair Bilgəh bələdiyyəsinin 23 avqust 2007-ci il tarixli 055 nömrəli qərarı qanunsuzdur və iddiaçının mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneə yaradır. İddianın maddi hüquqi əsası kimi Mülki Məcəllənin 141.1, 238.1, 241.2-ci, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 4, 6.1, 6.7-ci maddələrinə, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında ”Əsasnamənin 5, 6, 19-cu bəndlərinə istinad olunmuşdur. “xxxx” MMC-nin 27 noyabr 2018-ci il t arixli mütəxəssis rəyində qeyd edilmişdir ki, iddiaçının mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində 13 may 2017-ci il tarixdə qeydiyyata alınmış və qeydiyyatı barədə dövlət reyestrindən çıxarış verilmiş 0,15 ha torpaq sahəsi Bakı şəhəri Sabunçu rayonu Bilgəh Bələdiyyəsinin 055 nömrəli 23 avqust 2007-ci il tarixli qərarı ilə üçüncü şəxsin mülkiyyətinə verilmiş 2.016 kv.m torpaq sahəsi ilə tam üst-üstə düşür və onun şimal hissəsindən başlayaraq 0,15 ha-lıq hissəsində yerləşir. Rəyə sahənin koordinatları və yerləşmə mövqeyi əks olunan xəritə əlavə edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X12, 2-1(82)-2252/2018 saylı iş) 10 dekabr 2018-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd etməsini onunla əsaslandırmışdır ki, id diaçının iddia etdiyi və cavabdeh tərəfindən üçüncü şəxsə ayrılmış müxtəlif ölçülü torpaq sahələri faktiki olaraq üst-üstə düşsə də (ölçüləri fərqli olsa da, ölçüsü kiçik olan sahə böyük sahənin içərisində yerləşir), mübahisəli torpaq sahəsinin Bilgəh Bələdiyyəsinə ayrılmış ərazinin hüdudları daxilində yerləşməsi işdə olan sübutlarla (o cümlədən Bakı şəhər İH-nin məktubu ilə) təsdiqini tapır. Nəzərə alınmalıdır ki, iddiaçının mülkiyyəti kimi qeydiyyata alınmış 0,15 ha ölçüdə vahid sahə əvvəllər iki müxtəlif şəxsin mülkiyyətində olan bağ sahələrin (0,05 ha + 0,10 ha) birləşməsidir. Lakin həmin sahələrin bağ sahəsi kimi həm ilkin “bölgü sxemi” təqdim edilmədiyindən, həm də birinin ilkin torpaqayırma sənədi olan orderdəki məlumatların yanlışlığı aşkar olunduğundan, eləcə də bağların nömrələnm əsində ardıcıllıq pozulmaqla aşkar uyğunsuzluq göründüyündən (ayrı-ayrı BTK olmaqla), iddiaçının iddia etdiyi torpağa münasibətdə ilkin qeydiyyat üçün əsas olmuş sənədlər mötəbər qiymətləndirilə bilməz. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 dekabr 2018-ci il tarixli qərarı ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X8məruzəçi, X11 və X13,2-1(103)-1023/2019 saylı iş) 25 aprel 2019-cu il tarixli qərarla iddiaçının apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. İddiaçı 10 iyun 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: İddiaçının mülkiyyətində olan torpaq s ahəsinin əvvəllər bələdiyyə mülkiyyətində olmaması nəzərə alınmamışdır. Mübahisəli torpaq sahəsi əvvəllər bağ massivi torpaqları kateqoriyasına aid olmaqla Bakı şəhəri İcra Hakimiyyətinin balansında bağ təsərrüfatı idarələrinin sərəncamında olmuş və bələdiyyə mülkiyyətinin kateqoriyasına həm qanunvericilikdə, həm də faktiki olaraq aid olmamışdır. Bakı şəhər İcra Hakimiyyətinin 31 avqust 2000-ci il tarixli 817 nömrəli sərəncamından görünür ki, bu sərəncamla bütövlükdə torpaq sahələrinin hamısı Bilgəh Bələdiyyəsinin mülkiyyətinə verilmir, bu sərəncam bələdiyyəyə verilən torpaqların ərazi trayektoriya sərhədini müəyyənləşdirir və 4-cü bənddə qeyd- şərt qoyur ki, həmin müvafiq sərhəd daxilində dövlət və xüsusi mülkiyyətə olan torpaqlar bələdiyyə mülkiyyətinə verilmir. Belə ki, qanuna əsasən digər mülkiyyət hüququnun subyektləri kimi bələdiyyələrin də yalnız özlərinə məxsus əmlak üzərində sərəncam vermək hüququ var. Bələdiyyələrə məxsus torpaqlarının dairəsi qanunvericiliklə, “Bələdiyyələrin statusu haqqında” Qanun, “Bələdiyyə torpaqlarının idarə olunması” haqqında Qanun və digər normativ aktlarla müəyyən edilmişdir. Birmənalı olaraq, qeyd edilən qanunların normasına görə, dövlət mülkiyyətində xüsusi ilə bağçılıq təsərrüfatına aid olan torpaq sahələri və xüsusi mülkiyyətdə olan torpaqlar istisnasız olaraq bələdiyyə mülkiyyətinə verilə bilməz. Bundan başqa, qeyd edilən qanunların normasına görə bələdiyyəyə məxsus torpaq sahələri də daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalı və yalnız bundan sonra bələdiyyənin özgəninkiləşdirmə ilə bağlı sərəncam vermək hüququ yarana bil ərdi. Torpaq sahəsi barəsində cavabdeh tərəfindən qərar qəbul edilərkən yuxarıda qeyd edilən normaların tələblərinə əməl edilməmiş, torpaq sahəsi ayrılarkən aidiyyəti orqanların rəyi alınmamışdır. tərəflərin izahatları: İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin olunmasını xahiş etmişdir. əsaslandırma hissəsi: Cavabdeh və üçüncü şəxs məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kassasiya şikayət i vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İddiaçı həyətyanı torpaq sahəsinin üçüncü şəxsə satılması barədə cavabdeh inzibati orqanın 23 avqust 2007-ci tarixdə qəbul etdiyi qərarı mübahisələndirir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İddiaçının mübahisə açdığı qərar la üçüncü şəxsin mülkiyyətinə Bilgəh qəsəbəsi ərazisində, Ə.Vahid küçəsində alqı-satqı yolu ilə 2016 kv.m torpaq sahəsi ayrılmışdır. Qərar əsasında eyni tarixdə üçüncü şəxslə cavabdeh arasında torpaqların alqı-satqısı barədə akt tərtib edilmiş və bələdiyyənin xəzinəsinə üçüncü şəxs tərəfindən 5.500 manat haqq ödənilmişdir. Mübahisə olunan qərarda həmçinin Bakı Şəhər İcra Hakimiyyətinin başçının 31 avqust 2000-ci il tarixli 817 nömrəli sərəncamına istinad edilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 31 avqust 2000-ci il tarixli 817 nömrəli sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 24 dekabr 1999cu il tarixli Fərmanına əsasən Sabunçu rayonu Bilgəh bələdiyyəsinin 689,4 6 ha torpaq sahəsi sərəncama edilmiş əlavədə göstərilən sərhədlər daxilində Bilgəh bələdiyyəsinə təhvil verilmişdir (səh.31). Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin üçüncü şəxsə göndərdiyi 16 mart 2018-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində yerləşən torpaq sahəsi Bilgəh Bələdiyyəsinə aid olubolmaması barədə daxil olmuş 14 mart 2018-ci il tarixli ərizənizə Bakı şəhər İcra Hakimiyyətinin memarlıq və Şəhərsalma Baş İdarəsində baxılmışdır. Bildiririk ki, aşağıda qeyd edilən sözügedən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları Bilgəh Bələdiyyəsinə ayrılmış torpaq sahəsinin hüdudları daxilindədir (səh.16). Məktuba əlavə edilmiş xəritədə mübahisə olunan torpaq sahəsinin bələdiyyə ərazisi olduğu göstərilmişdir (səh.17). Cavabdehin təsdiq etdiyi üçüncü şəxsə ayrılmış torpaq sahəsinin eskiz sxemində torpaq sahəsinin bələdiyyəyə məxsus olduğu müəyyən edilmişdir (səh.107). “Torpaq islahatı haqqında” Qanunda, Torpaq Məcəlləsində və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunda bələdiyyələrin mülkiyyətinə verilən torpaqların dairəsi konkret göstərilmişdir. “Torpaq islahatı haqqında” Qanunun 7-ci maddəsinə əsasən, müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar bələdiyyə mülkiyyətinə verilən torpaqlara daxildir. Eyni norma Torpaq Məcəlləsinin 47-ci maddəsində də nəzərdə tutulmuşdur. “Bəl ədiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən, müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Həmin Qanunun 4-cü maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək, müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati ərazi ləri daxilində səlahiyyətlərimə aiddir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir... Mübahisəli torpaq sahəsi vaxtilə əvvəllər (bələdiyyələr yaranan qədər) dövlət mülkiyyətində olsa da, istinad edilən normalardan göründüyü kimi, fiziki şəxslərin istifadəsində olan torpaq sahəsi kimi bələdiyyə mülkiyyətinə aid edilmişdir. Torpaq sahəsi cavabdeh tərəfindən üçüncü şəxsə ayrılarkən bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olduğu müəyyən olunur. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçının mülkiyyətində olan bağ sahələrinin ilkin torpaqayırma sənəd ləri olmadığından, məhkəmə araşdırmaları zamanı həmin bağların 2017-ci ildə bölgü sxemi tərtib edilərkən Bilgəh bağlar massivindəki bağların faktiki yerləşmə sxeminə uyğun tərtib edilmədiyi müəyyən edildiyindən üçüncü şəxsə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən 0,2072 ha torpaq sahəsinin ayrılmasına dair cavabdehin qərarı qəbul edildiyi vaxt 1253 A və 1216 V saylı bağ sahiblərinin və hazırda iddiaçının hüquqlarını pozan inzibati akt kimi qiymətləndirilə bilməz. O da nəzərə alınmalıdır ki, apellyasiya məhkəməsinin araşdırmasına görə iddiaçının 03.05.2017-ci il tarixli və 06.05.2017-ci il tarixli alqı-satqı müqavilələri əsasında əldə etdiyi 1253 A saylı və 1248 V saylı bağ sahələri özəlləşdirilərkən bağların Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən tərtib edilmiş plan və ölçüsü X2 İdarəsinin arxivində olan bölgü sxeminə uyğun olmamışdır. Belə ki, həmin sxemdən görünür ki, 1253 saylı bağ sahəsi 1221 və 1225 saylı bağların arasında yerləşir, 1216 V saylı bağ sahəsinin isə tamamilə başqa ərazidə yerləşdiyi, 1253 saylı bağla yanaşı yerləşmədiyi müəyyən olunur. Üçüncü şəxs X5 Sabunçu rayonu Bilgəh bələdiyyəsinin 23 avqust 2007-ci il tarixli 055 nömrəli qərarına əsasən ayrılmış sahəsinin 1216, 1216 A saylı bağ sahələri ilə 1215 saylı bağ sahəsinin arasında yerləşən ərazi olduğu işin mübahisəsiz halı olduğundan müəyyən olunur ki, Sabunçu rayonu Bilgəh bələdiyyəsi tərəfindən V.İsmayılova mülkiyyət hüququ ilə satılmış torpaq sahəsi 1253 A və 1248 V saylı bağ sahələrinin ərazisi ola bilməz. Qərar qəbul edilərkə n maddi və prosessual hüquq normalarının pozuntusu baş verməmişdir. Kassasiya şikayətinin dəlilləri əsaslı olmadığından təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1023/2019 saylı, 25 aprel 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-2419/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2419/2019
07.08.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver