Məhkəmə qərarları › İş №2-1(102)-2419/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2419/2023

17.11.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2419/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı Şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kompensasiyanın ödənilməsi) 17.11.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1962-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Bakı Şəhəri Cavabdehnə qarşı “müəyyən hərəkətləri etməkdən çəkinmə və dəymiş zərərin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 iyun 2023-cü il tarixli, 2-1(103)-689/2023 nömrəli qərarı ndan cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. ünvan 1 ünvanında 0.045620 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 536.40 kv.m olan fərdi yaşayış evinə iddiaçının xüsusi mülkiyyəti hüququ xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, bu barədə müvafiq çıxarış verilmişdir.

2. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, 3/253 nömrəli məktubda qeyd edilmişdir ki, cavabdehin əməkdaşları tərəfindən rayon ərazisində aparılan monitorinqlər zamanı, ünvan 2 ünvanında iddiaçıya məxsus fərdi yaşayış evinin çöl fasad hissəsində müvafiq icazə sənədi olmadan əlavə üzlənmə işlərinin aparıldığı məlum olmuşdur. Bildirilir ki, Azərbaycan Respublik ası Prezidentinin xx.xx.2014-cü il tarixli, 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”na əsasən, dövlət şəhərsalma nəzarətinin məqsədi şəhərsalma fəaliyyəti sahəsində qanunvericiliyin tələblərinin pozulması hallarının qarşısının alınması, yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin şəhərsalma fəaliyyətinin təsdiq edilmiş ərazi planlaşdırılması sənədlərinin tələblərinə uyğun həyata keçirilməsi, şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl olunması və sair ilə bağlı tələblərin yerinə yetirilməsini təmin etməkdir. Yerli səviyyədə şəhərsalma nəzarətinin təmin edilməsi, şəhərsalma qanunvericiliyinin tələblərinin pozulmasının qarşısının alınması ilə bağlı təxirəsalınmaz tədbirlərin görülməsi yerli icra hakimi yyəti orqanlarına həvalə olunmuşdur. Qeyd olunanlar nəzərə alınaraq, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.7-ci maddəsinin (fasadının mövcud qabaritləri dəyişdirilmədən təmir edilən tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur) tələblərinə zidd olaraq aparılan tikinti-quraşdırma işlərinin dayandırılması və ərazinin əvvəlki vəziyyətinin bərpa olunması iddiaçıya həvalə olunur. Görülməsi nəzərdə tutulan işlərə dair Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin müvafiq rəyinin əldə olunması iddiaçıya tövsiyə edilir. Əks təqdirdə, aparılan tikınti-quraşdırma işləri şəhərsalma normalarına zidd olduğundan müvafiq məsuliyyət öhdəliyi iddiaçının üzərinə düşür.

3. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, XO-02-03-İ-15-2021-01015 nömrəli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.7-ci maddəsinə uyğun olaraq, fasadının mövcud qabaritləri dəyişdirilmədən təmir edilən tikinti obyektlərinə icazə tələb olunmur. Qeyd edilən ünvana mütəxəssislər tərəfindən baxış keçirilmiş və müəyyən olunmuşdur ki, binanın fasad hissəsində aqlay daşı ilə üzlənmə işlərinin aparılması zamanı, binanın mövcud qabaritləri dəyişdirilmədiyindən, həmin maddənin istifadə olunması iddiaçıya şamil olunmur.

4. Əmlak Ekspert Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ƏEM/A 114435/21 nömrəli mütəxəssis rəyinə əsa sən, iddiaçıya məxsus sözügedən fərdi yaşayış evinin xarici yan divarının fasad örtüyünün sökülməsi nəticəsində dəymiş ziyanın həcmi və dəyəri (işçilik və material xərci daxil olmaqla) bazar qiymətləri nəzərə alınmaqla 2480 manat təşkil edir.

5. İddiaçı xx.xx.2021-ci il tarixli ərizə ilə cavabdehə müraciət edərək, icra hakimiyyətinin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş 2480 manat məbləğində maddi və 10000 manat məbləğində mənəvi ziyanın 7 gün ərzində ona ödənilməsi barədə göstəriş verilməsini xahiş etmişdir. Sözügedən ərizə xx.xx.2021-ci il tarixdə poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə imza edilməklə cavabdeh tərəfindən qəbul edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçıya cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulmuş 2480 manat məbləğində maddi zərərin (kompensasiyanın), 10000 manat məbləğində mənəvi zərərin (kompensasiyanın) cavabdehdən tutularaq ona ödənilməsi, mübahisələndirilən fərdi yaşayış evinin fasadına (üzərinə) aqlay üzlənməsinin vurulmasını məhdudlaşdıran hərəkətlərinin cavabdehə qadağan edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, qanuni əsaslarla mülkiyyətində olan ünvan 4 ünvanında 4.5 sot torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 536.40 kv.m olan fərdi yaşayış evinin xarici görünüşünü yeniləmək və müasir tələblərə uyğun şəkildə dəyişmək üçün evin çöl fasad hissəsinin aqla yla üzlənməsi işlərinə başladıqda, cavabdeh xx.xx.2021-ci il tarixli məktubla müraciət edərək Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.7-ci maddəsinin tələblərini pozduğunu əsas gətirib ondan tikinti işlərinin dayandırılmasını tələb etmiş və bununla bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən müvafiq icazə sənədinin alınmasını tövsiyə etmişdir. Halbuki, qeyd olunan həmin maddəyə əsasən, onun tərəfindən aparılan aqlay üzlənmə işləri fərdi yaşayış evinin fasad qabaritlərini dəyişdirmədiyi üçün bu təmir işlərinin yerinə yetirilməsinə hər hansı icazə alınmasına lüzum yox idi. O, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə xx.xx.2021-ci il tarixli sorğu ilə müraciət edərək, aqlay üzlənm ə işlərinin aparılmasına hər hansı icazənin tələb olunub-olunmamasına münasibət bildirilməsini xahiş etmiş, lakin cavabdehin vəzifəli şəxsləri onun həmin Komitəyə verdiyi sorğuya cavabı gözləmədən və heç bir məhkəmə qərarı olmadan, xx.xx.2021-ci il tarixdə günorta radələrində həmin ərazidə tikinti işləri aparan "xxxx" MTK-nın işçiləri vasitəsi ilə mülkiyyətində olan fərdi yaşayış evinin çöl fasad hissəsinə vurulmuş aqlayı fiziki zor tətbiq etməklə qanunsuz olaraq sökmüşdür. Qeyd olunan qanunsuz hərəkəti təsdiq edən video görüntülər və fotoşəkillər mövcuddur. Təhlükəsizlik kameralarının qeydə aldığı və hadisə yerindən mobil telefonlar vasitəsilə çəkilən video görüntülərdən və fotoşəkillərdən açıqaşkar görünür ki, cavabdehin vəzifəli şəxsləri onun fərdi yaşayış evinin çöl fasad hissəsinin aq lay üzlənməsinin sökülməsi əmrini verir və "xxxx" MTK-nın fəhlələri də ona qarşı fiziki zor tətbiq etməklə aqlayın sökülməsini həyata keçirirlər. Göründüyü kimi, cavabdeh "xxxx" MTK-nın işçiləri vasitəsi ilə qanunsuz olaraq və qəsdən mülkiyyətində olan daşınmaz əmlaka ziyan vurmuşdur ki, bununla da onun qanunla qorunan mülkiyyət hüququ kobud surətdə pozulmuşdur. Qanunvericiliyin tələblərinə əsasən, heç bir kəs mülkiyyətindən məhrum edilə bilməz və hətta qanunsuz tikilmiş bina və qurğular da yalnız məhkəmə qərarı əsasında sökülə bilər. Cavabdehin vəzifəli şəxsləri isə tikinti işlərinin dayandırılması və ya vurulmuş aqlayın sökülməsi məqsədi ilə məhkəməyə müraciət etmədən və qanun normalarını kobud surətdə pozmaqla öz vəzifə səlahiyyətlərini aşmışlar ki, bununla da, ona həm maddi, həm də mən əvi ziyan dəymişdir. O, ziyanın qiymətləndirilməsi ilə bağlı müvafiq mütəxəssisə müraciət etmiş və mütəxəssis tərəfindən təqdim edilən xx.xx.2021-ci il tarixli rəyə əsasən, vurulmuş ziyan 2480 manat məbləğində müəyyən edilmişdir. Həmçinin, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona mənəvi ziyan dəymişdir, ona görə ki, o, mənəvi sarsıntı və iztirab keçirmişdir. Belə ki, cavabdehin yol verdiyi qanunsuz hərəkətlər nəticəsində fərdi yaşayış evinin fasad hissəsinin aqlay üzlənməsinin yenidən tikilməsi və yaranmış digər qüsurların aradan qaldırılmasına müəyyən vaxt tələb edildiyi üçün o, çox məyus olmuş və belə çıxılmaz hala düşməsi onun ağır mənəvi sarsıntı və iztirab keçirməsinə, eyni zamanda həmin gün ona qarşı fiziki zor tətbiq edilməsi səhhətinin pisləşməsi ilə nəticələnərək təcili y ardımın çağırılmasına səbəb olmuşdur. Ona qarşı fiziki zor tətbiq edilməsi ilə bağlı tərəfindən hüquq mühafizə orqanlarına müraciət edilmişdir və hazırda həmin fakt üzrə, yəni ona vurulmuş xəsarətlə bağlı Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsində müvafiq araşdırmalar aparılır.

8. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, iddiaçının dəlilləri əsassızdır və faktiki halları təhrif edir. Belə ki, cavabdehin əməkdaşları tərəfindən rayon ərazisində aparılan monitorinqlər zamanı ünvan 2 ünvanında iddiaçıya məxsus fərdi yaşayış evinin çöl fasad hissəsində müvafiq icazə sənədi olmadan əlavə üzlənmə işlərinin aparıldığı məlum olmuşdur. İddiaçıya bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli, 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhər salma nəzarətinin həyata keçirilməsi Qaydaları”na əsasən, dövlət şəhərsalma nəzarətinin məqsədi şəhərsalma fəaliyyəti sahəsində qanunvericiliyin tələblərinin pozulması hallarının qarşısının alınması, yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin şəhərsalma fəaliyyətinin təsdiq edilmiş ərazi planlaşdırılması sənədlərinin tələblərinə uyğun həyata keçirilməsi, şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl olunması və sair ilə bağlı tələblərin yerinə yetirilməsini təmin etməkdir. Yerli səviyyədə şəhərsalma nəzarətinin təmin edilməsi, şəhərsalma qanunvericiliyinin tələblərinin pozulmasının qarşısının alınması ilə bağlı təxirəsalınmaz tədbirlərin görülməsi yerli icra hakimiyyəti orqanlarına həvalə olunmuşdur. Qeyd olunanlar nəzərə alınaraq, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.7-ci maddəsinin tələblərinə zidd olaraq aparılan tikinti-quraşdırma işlərinin dayandırılması və ərazinin əvvəlki vəziyyətinin bərpa olunması iddiaçıya həvalə olunur. Görülməsi nəzərdə tutulan işlərə dair Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin müvafiq rəyinin əldə olunması iddiaçıya tövsiyə edilmişdir. Həmin xəbərdarlıq cavabdehin xx.xx.2021-ci il tarixli, 3/253 nömrəli məktubu ilə iddiaçıya təqdim olunmuşdur. Tikinti-quraşdırma işlərinin dayandırılması və çöl fasad hissəsində vurulmuş aqlayın sökülməsi arasında ən azı 15 gün keçib. Odur ki, çöl fasad hissəsində vurulmuş aqlayın sökülməsinin cavabdehlə heç bir əlaqəsi yoxdur. Qeyd edilənlərə əsasən, iddianın təmin olunmamas ı xahiş edilmişdir.

9. Birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə "xxxx" MTK inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.

10. Birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə təyin edilmiş məhkəmə-tikinti texniki ekspertizası nəticəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 10/6806 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilən bəndlərin tələbləri, eləcə də, tədqiq olunan yaşayış evinin fasad divarlarındakı aqlay üzlük plitələrinin binanın xarici görünüşünün müasir tələblərə uyğun olması, binanın uzunömürlüyünü, möhkəmliyini artırmaq, həmçinin atmosfer çöküntülərinin təsirinə qarşı i zolyasiyanı təmin etmək məqsədilə vurulduğu, eləcə də, üzlük plitələrin vurulması zamanı binanın mövcud fasadının qabaritlərinin dəyişdirilmədiyi nəzərə alınaraq, ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus fərdi yaşayış evinin çöl fasad hissəsində aqlay daşları ilə aparılan üzlənmə işlərinin Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq tikintiyə icazə tələb edən tikinti-quraşdırma işlərinə aid olmadığı müəyyən edilir.

11. Bakı İnzibati Məhkəməsinin (hakim: Aygün Əhədova) 16 avqust 2022-ci il tarixli, 2-1(112)-1217/2022 nömrəli qərarı ilə iddia tələbinin qismən təmin edilməsi, ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus fərdi yaşayış evinin çöl fasad hissəsinə aqlay üzlənməsinin vurulmasını məhdudlaşdıran hərəkətlərin edilməsindən çəkinmək vəzifəsinin cavabdehin üzərinə qoyu lması, iddia tələbinin maddi və mənəvi zərərin ödənilməsi hissəsində təmin edilməməsi, ekspert tədqiqatının dəyəri olan 100 manat xərcdən 50 manatın iddiaçıdan, 50 manatın cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qərara alınmışdır.

12. Birinci instansiya məhkəməsi iddia tələbinin iddiaçıya məxsus fərdi yaşayış evinin çöl fasadına aqlay üzlənməsinin vurulmasını məhdudlaşdıran hərəkətləri etməkdən çəkinməyə dair hissəsinə münasibətdə qeyd etmişdir ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 79-cu maddəsində tikintisinə icazə tələb olunmayan tikinti obyektlərinin konkret olaraq siyahısı sadalanmış və həmin siyahıda yalnız fasadının mövcud qabaritləri dəyişdirildiyi halda təmir edilən tikinti obyektlərinin tikintisinə icazə tələb olunduğu təsbit olunmuşdur. İş üzr ə əldə edilmiş məhkəmə ekspertizası tədqiqatı ilə müəyyən olunmuşdur ki, iddiaçıya məxsus mübahisəli yaşayış evinin çöl fasad divarlarındakı aqlay üzlük plitələri binanın xarici görünüşünün müasir tələblərə uyğun olması, binanın uzunömürlüyünü, möhkəmliyini artırmaq, həmçinin atmosfer çöküntülərinin təsirinə qarşı izolyasiyanı təmin etmək məqsədinə xidmət edir və üzlük plitələr binanın mövcud fasadının qabaritlərinin dəyişdirilməsinə gətirib çıxarmır. Bununla da, evin çöl fasad hissəsində aqlay daşları ilə aparılan üzlənmə işlərinin Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq tikintiyə icazə tələb edən tikinti-quraşdırma işlərinə aid olmadığı müəyyən edilir. Göründüyü kimi, iş üzrə cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli məktubundakı xəbərdarlığa əsas olan hal – Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.7-ci maddəsinə uyğun olaraq fasadın mövcud qabaritləri dəyişməsi səbəbi ilə üzlənmə işlərinin aparılması üçün icazə tələb olunması halı mövcud olmadığından, cavabdehin iddiaçıdan tikinti-quraşdırma işlərinin dayandırılmasını və ərazinin əvvəlki vəziyyətinin bərpa olunmasını tələb etməsi, ona müvafiq icazə sənədini əldə etməsini tövsiyə etməsi əsassız olmuşdur. Hazırkı halda, cavabdehin xx.xx.2021-ci il tarixli məktubunda, eləcə də iddiaya etirazında nümayiş etdirdiyi hüquqi mövqeyində iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin çöl fasad hissəsində aqlay üzlənməsi kimi tikinti-quraşdırma işlərinin aparılmasının dayandırılması tələbi, həmin tikinti işləri üçün icazə tələb etməsi qanunsuz və əlverişsiz hərəkətlər hesab olunur ki, bu halda iddiaçının cavabdehin qeyd edilən hərəkətlərindən müdafiə hüququ yaranır. Odur ki, məhkəmə iddianın bu hissədə təmin edilməsi, cavabdehdən mübahisələndirilən fərdi yaşayış evinin çöl fasadının üzərinə aqlay üzlənməsinin vurulmasını məhdudlaşdıran hərəkətləri etməkdən çəkinməsinin tələb edilməsi nəticəsinə gəlir.

13. Birinci instansiya məhkəməsi iddia tələbinin maddi və mənəvi zərərin ödənilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, cavabdehin aqlayın sökülməsi ilə bağlı məsuliyyətinin yarandığını iddia etmək üçün ilk növbədə yerli icra hakimiyyəti orqanlarının qanunla hər hansı tikilini və ya tikinti quraşdırma işlərini sökməkdə səlahiyyətli olması, həmin səlahiyyətin qanuni əsas olmadan icra edilməsi və ya qanunla verilmiş səlahiyyətdən çıxış edərək bu barədə cavabdeh inzibati orqanın əməkdaşının hər hansı göstəriş verməsi tələb olunur ki, qanunvericiliyə əsasən, cavabdeh qismində qoyulmuş inzibati orqanın belə bir səlahiyyətə malik olduğu müəyyən olunmur. Belə ki, qanunvericiliyə əsasən, şəhərsalma norma və qaydalarına nəzarəti yerli səviyyədə yerli icra hakimiyyəti orqanları həyata keçirirlər. Yerli icra hakimiyyəti orqanı tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyektinin belə icazə alınmadan tikildiyini və ya hər hansı tikinti-quraşdırma işlərinin aparılmasını aşkar etdikdə tikinti işlərinin dayandırılmasını yazılı qaydada tövsiyə edir və müvafiq tədbirlərin görülməsi üçün aşkar olunmuş pozuntular barədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə məlumat verir. Şəhərsalma Tikinti Məcəlləsinin 92, 95-ci maddələri və “Tikinti obyektlərinin sökülməsi Qaydaları”nın 2.1-ci bəndi ilə nəzərdə tutulmuş qaydada tikinti quraşdırma işlərinin sökülməsi ilə bağlı səlahiyyətlər Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə aid edilmişdir. Başqa sözlə, cavabdeh inzibati orqanın hər hansı işçisinin qanunvericilikdən irəli gələn söküntü işlərini icra etmə və ya bununla bağlı göstəriş vermək kimi səlahiyyəti olmadığından belə göstərişi vermiş olması güman edilsə belə, bu hərəkət cavabdeh inzibati orqanın publik səlahiyyətinə aid edilməklə bilavasitə onun hərəkəti kimi qiymətləndirilə bilməz. Bununla yanaşı, qeyd etmək lazımdır ki, cavabdeh yerli icra hakimiyyətinin öz işçisinə xidməti vəzifə olaraq iddiaçıya məxsus fərdi yaşayış evinin fasadına vurulmuş aqlayın sökülməsi işlərini yerinə yetirmək kimi səlahiyyət verməsi barədə x idməti tapşırıq, əmr, sərəncam və s. kimi hər hansı normativ sənəd iş üzrə müəyyən olunmadığından iddiaçının iddia etdiyi şəkildə icra nümayəndəsinin hər hansı göstəriş verməsi inzibati orqanın publik sahədəki fəaliyyəti hesab edilə və buna görə inzibati orqan inzibati məsuliyyətə cəlb edilə bilməz. Bu baxımdan, iddiaçının icra hakimiyyəti nümayəndəsi olduğunu iddia etdiyi şəxsin həmin günü hadisə yerində ümumi qaydada şəhərsalma norma və qaydalarına nəzarəti həyata keçirmək üçün yerli icra hakimiyyətinin nümayəndəsi qismində və yaxud hər hansı sıradan vətəndaş (fiziki şəxs) kimi ümumi istifadədə olan yerdə dayanıb-dayanmaması, eləcə də, söküntü ilə bağlı hər hansı şəxsə hər hansı göstəriş verib-verməməsi, iddiaçıya zərərin vurulmasında onunla səbəbli əlaqənin mövcud olub-olmaması inzibati məhkəmə icraatında baxılan iş üzrə cavabdeh inzibati orqanla inzibati mübahisənin halları hesab olunmur. Cavabdehin nümayəndəsinin hərəkətləri barədə material üzrə cinayət məsuliyyətinin olub-olmadığı cinayət prosesini həyata keçirən orqan tərəfindən həmin şəxsə münasibətdə yoxlanılır ki, həmin şəxsin hərəkətləri (yaxud hərəkətsizliyi) yuxarıda şərh olunan əsaslara görə inzibati orqanın inzibati fəaliyyəti kimi qiymətləndirilmir və qeyd edilən hərəkətlərə veriləcək hüquqi qiymət də inzibati məhkəmə icraatının predmetinə aid deyildir. Beləliklə, cavabdeh inzibati orqanın hərəkətləri nəticəsində iddiaçıya ziyan vurulması halı sübut olunmadığından, iddia tələbi maddi və mənəvi zərərin ödənilməsi hissəsində təmin edilə bilməz.

14. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın l əğv edilməsini və iddianın tam təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Cahangir Yusifov /sədrlik edən və məruzəçi/, Pərviz Hüseynov və Şərafət Məmmədova) 01 iyun 2023-cü il tarixli, 2-1(103)-689/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 16 avqust 2022-ci il tarixli, 2-1(112)1217/2022 nömrəli qərarı iddiaçının ziyan tələbinin rədd olunması hissəsində ləğv edilmiş, həmin hissədə iddia qismən təmin edilmiş, iddiaçıya vurulmuş maddi ziyanın əvəzi olaraq cavabdehdən onun xeyrinə 2480 manat pul məbləği tutulmuş, qalan hissədə iddia təmin edilməmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarına əsasən müəyyən olunur ki, cavabdeh iddiaçıya qarşı qanunsuz hərəkətləri ilə onun qanunla qorunan hüquqlarına müdaxilə edərək, mülkiyyət hüququ ilə ona məxsus fərdi yaşayış evinin fasad hissəsini aqlay daşlarla üzlənməsinin qarşısını almağa çalışmış, artıq güc işlədərək üzlənmiş daşların sökülməsini təşkil etmişdir. İş materiallarında olan, audio-video diskə köçürülmüş iddiaçıya məxsus evin sökülməsini ehtiva edən görüntülərdən, fotoşəkillərdan aydın görünür ki, cavabdehin qeyd edilən tövsiyəsinə görə iddiaçının Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə göndərdiyi müraciətinə cavab gəlmədən, cavabdeh orqanın təşkilatçılığı ilə evinin fasadına vurulmuş aqlay daşlar mülkiyyətçinin iradəsinə zidd olaraq sökülmüşdür. Mülki Məcəllənin 561-ci maddəsinin tələbinə görə, mülki hüquqların həyat a keçirilməsinin təmin edilməsi, güc və ya məcburetmə tətbiq olunması dövlətin inhisarındadır. Bu məqsədlə dövlət mülki prosessual qanunla və icra haqqında qanunvericiliklə tənzimlənən metodlar tətbiq edir. Məcəllənin qeyd olunan tələbindən göründüyü kimi, mülki prosessual qanunla və icra haqqında qanunvericiliklə tənzimlənən metodlarla güc və ya məcburetmə tətbiq oluna bilər. Cavabdeh isə Qanunun bu tələbindən irəli gələn göstərişlərə əməl etməmiş, qanunsuz hərəkətləri ilə mülkiyyət hüququ ilə iddiaçıya məxsus evin fasadında, onun qabaritini dəyişdirmədən apardığı təmir işlərinin aparılmasına nəinki maneçilik törətmiş, hətta sökülməsini təmin etmiş, nəticədə iddiaçı tikinti materiallarının dəyəri və görülən işlərə çəkdiyi xərclər həcmində real zərərə məruz qalmışdır. İşə əlavə olunmuş "xx xx" MMC-nin xx.xx.2021-ci il tarixli mütəxəssis rəyindən isə görünür ki, ona vurulan zərər mütəxəssis tərəfindən hərtərəfli tədqiq olunaraq görülən işlərə sərf olunan əmək haqqı, nəqliyyat, enerji və s. xərclər də ayrı-ayrılıqda nəzərə alınmaqla, hesablama yolu ilə müəyyən olunmuşdur ki, evin fasad örtüyünün sökülməsi nəticəsində bazar qiymətləri ilə iddiaçıya vurulan maddi ziyan 2480 manat təşkil edir. Məhkəmə kollegiyası mütəxəssisin gəldiyi həmin nəticə ilə razılaşır. Çünki, bu, rəydə əks olunmuş fotoşəkillərlə, həm də araşıdırmanın aparıldığı metodlarla öz təsdiqini tapır, bundan əlavə, həmin nəticə işdə olan audio-video görüntülərlə müəyyən edilən hallara uyğun gəlir. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası belə hesab edir ki, hüquqazidd hərəkətləri ilə iddiaçıya vuruduğu hə min ziyana görə cavabdehdən iddiaçının xeyrinə 2480 manat tutulumalıdır. Birinci instansiya məhkəməsinin qərarından isə görünür ki, məhkəmə cavabdeh tərəfindən hüquqazidd hərəkətləri ilə iddiaçının qanunla müəyyən edilən hüquqlarına müdaxilə olunduğunu müəyyən etsə də, onun həmin əməlləri ilə sonuncuya vurduğu maddi ziyanın ödənilməsi hissəsində iddia tələbini əsassız olaraq rədd etmişdir.

17. İddiaçının mənəvi ziyan tələbinə gəldikdə isə qeyd olunmalıdır ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 2002-ci il 31 may tarixli Qərarında qeyd etmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olma qla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Eyni zamanda, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr t ərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il, 7 nömrəli Qərarında məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İddiaçı tərəfindən qeyd olunan meyarlara cavab verə biləcək sübutetmə vasitələrinin mövcud olmadığını nəzərə alan məhkəmə kollegiyası mənəvi ziyana görə 10000 manat məbləğində pul məbləğinin cavabdehdən iddiaçının xeyri nə tutulması hissəsində iddia tələbini əsaslı hesab etmir.

18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

19. Cavabdehin kassasiya şikayətinin dəlilləri onun iddiaya qarşı etirazının dəlilləri ilə eynilik təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, Bakı Şəhəri Nəsimi Rayon Prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarından (həmin qərar sonradan ləğv edilmiş, xx.xx.2023-cü il tarixli yeni qərar qəbul edilmişdir) görünür ki, araşdırma zamanı cavabdehin nümayəndəsi tərəfindən ünvan 4 ünvanında yerləşən “Şəms” uşaq bağçasının fasad hissəsinə vurulan aqlay ü zlüklərin sökülməsi barədə göstərişlər verilməsi müəyyən edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamıışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

20. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, cavabdehin kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

89. İnzibati orqanların məsuliyyəti 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.

22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə

21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa dü şülür.... Maddə

561. Dövlət hakimiyyətinin inhisarı Mülki hüquqların həyata keçirilməsinin təmin edilməsi, güc və ya məcburetmə tətbiq olunması dövlətin inhisarındadır. Bu məqsədlə dövlət mülki-prosessual qanunla və icra haqqında qanunvericiliklə tənzimlənən metodlar tətbiq edir.... Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.... Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.... Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.

23. Azərbaycan Resp ublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı ver ilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının tam ləğv edilməsi tələb olunsa da, vurulmuş maddi və mənəvi zərərin (kompensasiyanın) ödənilməsi barədə iddia qismən təmin edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı iddianın təmin edilən vurulmuş maddi zərərin (kompensasiyanın) ödənilməsi hissəsinə müna sibətdə yoxlanılacaqdır. Belə ki, iddianın rədd edilən hissəsində qərar cavabdehin mənafeyinə toxunmur, həmin hissədə qərarla onun üzərinə hər hansı öhdəlik qoyulmur. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yal nız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

28. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

29. Hazırkı kassasiya baxışının predmetini təşkil etməsi baxımından, iddiaçının iddia tələbi cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulmuş 2480 manat məbl əğində maddi zərərin (kompensasiyanın) cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə yönəlmişdir.

30. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından, vurulmuş maddi zərərin (kompensasiyanın) ödənilməsi barədə iddia tələbi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

31. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məh kəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

32. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

33. Qanunvericiliyə əsasən, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması.

34. İş materiallarının ətraflı araşdırılması nəticəsində apellyasiya instansiyası məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, cavabdeh iddiaçıya qarşı qanunsuz hərəkətləri ilə onun qanunla qorunan hüquqlarına müdaxilə edərək, mülkiyyət hüququ ilə ona məxsus f ərdi yaşayış evinin fasad hissəsinin aqlay daşlarla üzlənməsinin qarşısını almağa çalışmış, artıq güc işlədərək üzlənmiş daşların sökülməsini təşkil etmişdir. İş materiallarında olan, audio-video diskə köçürülmüş iddiaçıya məxsus evin sökülməsini ehtiva edən görüntülərdən, fotoşəkillərdan aydın görünür ki, cavabdehin qeyd edilən tövsiyəsinə görə iddiaçının Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə göndərdiyi müraciətinə cavab gəlmədən, cavabdeh orqanın təşkilatçılığı ilə evinin fasadına vurulmuş aqlay daşlar mülkiyyətçinin iradəsinə zidd olaraq sökülmüşdür. Cavabdeh qanunsuz hərəkətləri ilə mülkiyyət hüququ ilə iddiaçıya məxsus evin fasadında, onun qabaritini dəyişdirmədən apardığı təmir işlərinin aparılmasına nəinki maneçilik törətmiş, hətta sökülməsini təmin etmiş, nəticədə iddiaçı tikinti materiallarının dəyəri və görülən işlərə çəkdiyi xərclər həcmində real zərərə məruz qalmışdır.

35. Apellyasiya instansiyası məhkəməsi həmçinin, haqlı olaraq vurulmuş zərərin məbləğinin 2480 manat təşkil etməsinə dair "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli mütəxəssis rəyi ilə razılaşmış və mövqeyini onunla əsaslandırmışdır ki, bu, rəydə əks olunmuş fotoşəkillərlə, həm də araşdırmanın aparıldığı metodlarla öz təsdiqini tapır, bundan əlavə, həmin nəticə işdə olan audio-video görüntülərlə müəyyən edilən hallara uyğun gəlir.

36. Göründüyü kimi, iddiaçıya vurulmuş zərərin cavabdehin qanunsuz hərəkətləri nəticəsində baş verməsi, cavabdehin qanunsuz hərəkətləri ilə vurulmuş zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri iş materialları ilə müəyyən edi ldiyindən, vurulmuş maddi zərərin (kompensasiyanın) ödənilməsi barədə iddia tələbi əsaslıdır.

37. Cavabdeh kassasiya şikayətində Bakı Şəhəri Nəsimi Rayon Prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarına, daha sonra isə sözügedən qərar ləğv edildiyindən qəbul edilmiş eyni məzmunlu xx.xx.2023-cü il tarixli yeni qərara istinad edərək, həmin prokurorluq orqanı tərəfindən aparılan araşdırma zamanı cavabdehin nümayəndəsi tərəfindən ünvan 4 ünvanında yerləşən “Şəms” uşaq bağçasının fasad hissəsinə vurulan aqlay üzlüklərin sökülməsi barədə göstərişlər verilməsinin müəyyən olunmadığını qeyd etmişdir.

38. Cavabdehin kassasiya şikayətinin həmin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin qərar hazırkı iş üzrə preyudisial əhəmiyyət daşımır.

39. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 iyun 2023-cü il tarixli, 21(103)-689/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar