Məhkəmə qərarları › İş №2-1(102)-242/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-242/2022

01.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-242/2022 01.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının X10 Qəbələ rayon Hacıalılı Bələdiyyəsinə qarşı işi üzrə QƏRARİ Açar sözlər: bələdiyyə qərarının ləğv edilməsi, mübahisələndirmə haqqında iddianın mümkünlük şərtləri, iddia verilməsi müddəti, subyektiv hüquq. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Qəbələ rayon Hacıalılı Bələdiyyəsinə qarşı "mülkiyyətində olan 0.0148 ha torpaq sahəsinin X3 barədə Qəbələ rayon Hacıalılı Bələdiyyəsinin 16.09.2007- ci il tarixli 10 nömrəli qərarının ləğv olunması" tələbinə dair inzibati iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-394/2021 nömrəli, 28 sentyabr 2021-ci il tarixli qərarından üçüncü şəxs X20 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Qəbələ rayon Aqrar İslahat Komissiyasının 19.01.1998-ci il tarixli 13 nömrəli qərarı ilə Qəbələ rayonu Hacıalılı kəndində yerləşən 0.16 ha həyətyanı torpaq sahəsi iddiaçı X10, X6 və X11 ümumi mülkiyyətinə verilmiş və onların adına 15.03.2001-ci ildə JN-229F kod 40604018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" tərtib edilmişdir.

2. X12 10.02.2007-ci ildə vəfat etmişdir. Mərhumun əmlakına dair iddiaçının adına 16.11.2011-ci ildə "Qanun üzrə vərəsəlik hüq uqu haqqında şəhadətnamə" verilmişdir. Həmin 0.16 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 24.01.2012-ci ildə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış və ona bu barədə, MA seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. Qeyd olunan daşınmaz əmlakla bağlı iddiaçının adına 21.01.2012-ci ildə "Daşınmaz əmlakın texniki pasportu" da tərtib edilmişdir. 3. "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyi tərəfindən "Qəbələ-Ağdaş avtomobil yolunun tikintisi" layihəsi həyata keçirilərkən məlum olmuşdur ki, sözügedən layihə çərçivəsində iddiaçının mərhum anası X7 məxsus 53.05 kv.m yaşayış evi, 16.10 kv.m şüşəbənd mətbəx, 21 kv.m açıq eyvan, 45.88 kv.m çardaq, 66 kv.m daş hasar, 1751.06 kv.m (həmin torpaq sahəsinin 262.67 kv.m hissəsi zəbt) torpaq sahəsi yolun tikintisi altına düşmüşdür. Göstərilən əmlaka ümumilikdə 55400 manat kompensasiya hesablanmış və 28.08.2012-ci il tarixli qarşılıqlı razılaşma protokolu ilə həmin məbləğ bank vasitəsilə iddiaçıya ödənilmişdir.

4. Bundan başqa, X20 tərəfindən torpaq alqı-satqısı üçün 750 manat pulun ödənilməsi ilə bağlı Qəbələ rayon Hacıalılı Bələdiyyəsi tərəfindən 15.09.2007-ci il tarixli kassa mədaxil orderinin qəbzi verilmişdir. Qəbələ rayon Hacıalılı Bələdiyyəsinin 16.09.2007-ci il tarixli 10 nömrəli qərarına əsasən, Qəbələ şəhər sakini X17 fərdi yaşayış evi tikmək məqsədi ilə bələdiyyənin perspektiv inkişaf fonduna aid torpaqlarından 0.06 ha torpaq sahəsinin satılması, to rpağın dəyərini bələdiyyənin bankdakı xüsusi hesabına ödənilməsinin Arzu Manafova tapşırılması və s. qərara alınmışdır. Qəbələ rayon Hacıalılı Bələdiyyəsinə məxsus 0.06 ha torpaq sahəsinin X3 ilə əlaqədar 23.09.2007-ci ildə "Torpaqların alqı-satqısına dair akt" tərtib edilmiş və Azərbaycan Respublikası DTXK-nin Qəbələ rayon şöbəsində 135 nömrəsi ilə qeydiyyata alınmışdır.

5. Eyni zamanda, Azərbaycan Respublikası DTXK-nin Qəbələ rayon şöbəsi tərəfindən "Qəbələ şəhər sakini X17 Qəbələ rayon Hacıalılı Bələdiyyəsinə aid torpaqlardan fərdi yaşayış evi tikmək məqsədi üçün ayrılmış torpaq sahəsinin yerquruluşu planı" tərtib edilmiş və həmin sənəd Bələdiyyənin sədri tərəfindən təsdiq edilmişdir. Qəbələ rayon Hacıalılı Bələdiyyəsinin 16.09.2007-ci il tarixli 10 nömrəli qərarı ilə X4 0.06 ha torpaq sahəsinin 0.0452 ha hissəsi "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyi tərəfindən həyata keçirilən "Qəbələ-Ağdaş avtomobil yolunun tikintisi" layihəsinə düşdüyünə görə, X15 razılığı əsasında torpaq sahəsinin qalan 0.0148 ha hissəsinə onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 15.03.2018-ci ildə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış və ona bu barədə, RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. Həmin 0.0148 ha torpaq sahəsi ilə bağlı X15 adına 15.03.2018-ci ildə A248986 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" də tərtib edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciə t edərək, cavabdehlər Qəbələ rayon Hacıalılı Bələdiyyəsinə, Qəbələ rayon İcra Hakimiyyətinə və "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinə qarşı "Hacıalılı Bələdiyyəsi tərəfindən əsassız satılmış 0.0148 ha torpaq sahəsi və bələdiyyə torpağı kimi qeyd olunmuş, əslində iddiaçıya məxsus 0.007839 ha torpaq sahələrinin qeyri-qanuni sahiblikdən geri alınaraq, iddiaçıya qaytarılması öhdəliyinin Qəbələ rayon Hacıalılı Bələdiyyəsinin və Qəbələ rayon İcra Hakimiyyətinin üzərinə qoyulması və iddiaçıya məxsus 0.01116 ha torpaq sahəsində sökülmüş tövlənin əvəzi olaraq 20000 manat məbləğində maddi ziyanın cavabdehlərdən alınaraq iddiaçıya verilməsini xahiş etmişdir.

7. İddiaçı məhkəməyə 09.07.2020-ci il tarixli başqa bir iddia ərizəsi göndərməklə iddiasını dəyişdirmişdir. Həmin iddia ərizəsində tə ləb cavabdehlər Qəbələ rayon Hacıalılı Bələdiyyəsinə və Qəbələ rayon İcra Hakimiyyətinə qarşı verilmişdir və dəyişdirilmiş tələb "Hacıalılı Bələdiyyəsi tərəfindən əsassız satılmış 0.0148 ha torpaq sahəsi və bələdiyyə torpağı kimi qeyd olunmuş, əslində iddiaçıya məxsus 0.007839 ha və iddiaçıya məxsus hasardan bayıra salınmış 0.0061 ha torpaq sahələrinin qeyri-qanuni sahiblikdən (yəni Arzu Manafovdan) geri alınaraq, iddiaçıya qaytarılması öhdəliyinin Qəbələ rayon Hacıalılı Bələdiyyəsinin və Qəbələ rayon İcra Hakimiyyətinin üzərinə qoyulması və iddiaçıya məxsus 0.01116 ha torpaq sahəsində sökülmüş tövlənin əvəzi olaraq 20000 manat məbləğində maddi ziyanın cavabdehlərdən alınaraq iddiaçıya verilməsi"ndən ibarət olmuşdur. Şəki İnzibati Məhkəməsinin 04.08.2020-ci il tarixli qərardadına əsasən, 2 1(116)- 1013/2020 nömrəli inzibati işdə birgə baxılan iki tələb üzrə icraat aşağıdakı ayrıayrı müstəqil icraata ayrılmışdır: 1) İddiaçı X10 cavabdehlər Qəbələ rayon Hacıalılı Bələdiyyəsinə və Qəbələ rayon İcra Hakimiyyətinə qarşı "Hacıalılı Bələdiyyəsi tərəfindən əsassız satılmış 0.0148 ha torpaq sahəsi və bələdiyyə torpağı kimi qeyd olunmuş, əslində iddiaçıya məxsus 0.007839 ha və iddiaçıya məxsus hasardan bayıra salınmış 0.0061 ha torpaq sahələrinin qeyriqanuni sahiblikən (yəni Arzu Manafovdan) geri alınaraq, iddiaçıya qaytarılması öhdəliyinin Qəbələ rayon Hacıalılı Bələdiyyəsinin və Qəbələ rayon İcra Hakimiyyətinin üzərinə qoyulması" barədə, 2) İddiaçı X10 cavabdehlər Qəbələ rayon Hacıalılı Bələdiyyəsinə və Qəbələ rayon İcra Hakimiyyətinə qarşı "iddiaçıya məxsus 0.01116 ha torpaq sahəsi ndə sökülmüş tövlənin əvəzi olaraq 20000 manat məbləğində maddi ziyanın cavabdehlər Qəbələ rayon Hacıalılı Bələdiyyəsindən və Qəbələ rayon İcra Hakimiyyətindən alınaraq iddiaçıya verilməsi" barədə.

8. Hazırda baxılan iş yuxarıda göstərilən birinci işdir. 9. 24.08.2020-ci ildə iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, tələbinin yalnız Qəbələ rayon Hacıalılı Bələdiyyəsinə qarşı olduğunu bildirmiş və ona məxsus olduğu halda, Hacıalılı Bələdiyyəsinin mülkiyyətində olan 0.007839 ha və daş hasardan çölə salınmış 0.0061 ha torpaq sahələrinin ona qaytarılması, həmçinin mülkiyyətində olan 0.0148 ha torpaq sahəsi ilə bağlı Hacıalılı Bələdiyyəsi ilə X20 arasında bağlanmış 23.09.2007-ci il tarixli 135 nömrəli alqı-satqı müqaviləsi ləğv edilərək həmin torpaq sahəsinin on a qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. 10. 31.08.2020-ci ildə iddiaçı məhkəməyə yeni iddia ərizəsi verərək, iddiasını dəyişdirmiş, həmin iddia ərizəsində cavabdeh kimi Qəbələ rayon Hacıalılı Bələdiyyəsi göstərilmişdir. İddia tələbi "iddiaçıya məxsus olduğu halda, Hacıalılı Bələdiyyəsinin mülkiyyətində olan 0.007839 ha və daş hasardan çölə salınmış 0.0061 ha torpaq sahələrinin ona qaytarılması, həmçinin mülkiyyətində olan 0.0148 ha torpaq sahəsinin X3 barədə Hacıalılı Bələdiyyəsinin 16.09.2007-ci il tarixli 10 nömrəli qərarının ləğv olunaraq ona qaytarılması" kimi ifadə olunmuşdur.

11. Şəki İnzibati Məhkəməsinin 07 aprel 2021-ci il tarixli qərardadına əsasən, iddiaçı X10 iddianı dəyişdirməsi qəbul edilmişdir. 12. 30.06.2021-ci ildə iddiaçı məhkəməyə ərizə verərək iddia tələbinin həcmini azaltmış və bildirmişdir ki, iddia tələbi "mülkiyyətində olan 0.0148 ha torpaq sahəsinin X3 barədə Qəbələ rayon Hacıalılı Bələdiyyəsinin 16.09.2007-ci il tarixli 10 nömrəli qərarının ləğv olunması"ndan ibarətdir.

13. Şəki İnzibati Məhkəməsinin 30 iyun 2021-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir.

14. Üçüncü şəxs iddia ərizəsinə etiraz edərək onun rədd edilməsini xahiş etmişdir.

15. Şəki İnzibati Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2-1(116)-108/2021 saylı qərarı ilə (hakim: V.K.Qasımov) iddia qismən təmin edilmiş, cavabdeh Qəbələ rayon Hacıalılı Bələdiyyəsinin 16.09.2007-ci il tarixli 10 nömrəli qərarı üçüncü şəxs X15 adına olan RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" da göstərilmiş 0.0148 ha torpaq sahəsinə aid hissədə ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

16. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Qəbələ rayon Hacıalılı Bələdiyyəsinin 16.09.2007-ci il tarixli 10 nömrəli qərarı ilə X4 torpaq sahəsinin 0.0148 ha hissəsi faktiki olaraq daşınmaz əmlakın dövlət reyestrində X10 mülkiyyət hüququ qeydiyyata alınmış 0.16 ha torpaq sahəsinin bir hissəsi olduğundan, iddiaçının Qəbələ rayon Hacıalılı Bələdiyyəsinin 16.09.2007-ci il tarixli 10 nömrəli qərarının 0.0148 ha hissədə ləğv edilməsi ilə bağlı tələbi əsaslıdır.

17. Üçüncü şəxs birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

18. Şək i Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-394/2021 nömrəli iş üzrə 28 sentyabr 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: E.Ş.Hüseynov, hakimlər: R.R.Rəfiyev və V.İ.Məlikov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2-1(116)-108/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

19. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

20. Üçüncü şəxs apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

21. Üçüncü şəxs hesab edir ki, apelyasiya instansiyası məh kəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, iddiaçının hazırda mübahisələndirdiyi 0.0148 ha torpaq sahəsinin X3 barədə Qəbələ rayonu Hacıalılı Bələdiyyəsinin 16.09.2007-cı il tarixli, 10 nömrəli qərarından məlumatlı olmasına baxmayaraq, həmin sənədi qanunla müəyyən edilmiş müddət ərzində mübahisələndirməmiş, aradan qanunla müəyyən edilmiş müddətdən artıq müddət keçdikdən sonra hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir ki, bununla da həmin sənədi mübahisələndirmək üçün qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürmüşdür.

22. Daha sonra qeyd edilir ki, hazırki iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab vermir. Belə ki, iddiaçı 0.0148 ha torpaq sahəsinin X3 barədə Qəbələ rayonu Hacıalılı Bələdiyyəsinin 16.09.2007-ci il tarixli, 10 nömrəli qərarının ləğvi ilə b ağlı Qəbələ rayonu Hacıalılı Bələdiyyəsinə müraciət etməmiş, həmin qərarın ləğvindən cavabdehin imtinası olmamışdır.

23. Bundan əlavə, iddiaçının hazırki iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

24. İddiaçı kassasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

25. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əml ak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

26. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə

139. Mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

27. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə

56. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsasları...

6. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə bələdiyyənin qərarı ilə, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının və bələdiyyənin qərarı ilə verilir. Maddə

67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi

1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.

3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.

4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. 28. "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikası Q anunu Maddə

1. Bələdiyyə ərazisinin hüdudları “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bələdiyyə mülkiyyətinə verilən torpaq sahələri müvafiq ərazi vahidinin sahəsinə əlavə edilməklə müəyyənləşdirilir. 29. “Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanunu Maddə

1. Müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Bələdiyyə mülkiyyətinə verilən torpaqlara daxildir: ümumi istifadədə olan torpaqlar; fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar; ehtiyat fondu torpaqları. 30. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanunu Maddə 2.1. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dö vlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır.

31. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 32.1 Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1 Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüq uq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilə r və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

32. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

33. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

34. Məhkəmə tərkibi hesab edir ki, şikayət əsassızdır. Bu, aş ağıdakı səbəblərdən irəli gəlir.

35. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

36. Məhkəmə tərkibi hesab edir ki, kassasiya şikayətində irəli sürülən və mahiyyətcə apelyasiya şikayətində qeyd olunmuş eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli sayaraq, onun qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmə k mümkündür. Bununla yanaşı, məhkəmə tərkibi əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

37. Üçüncü şəxsin kassasiya şikayətinin əsas dəlili iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş iddia verilməsi müddətini buraxması, beləliklə də iddianın, mümkünlük şərtinə cavab verməməsi səbəbindən mümkünsüz olması barədədir. 38.Məhkəmə tərkibi kassasiya şikayətinin bu dəlili ilə əlaqədar bildirir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddi aya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci mad dəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

39. Qanunun tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

40. İşin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən hallarına görə, Qəbələ rayon Hacıalılı Bələdiyyəsinin hazırda mübahisələndirilən 16.09.2007-ci il tarixli 10 nömrəli qərarının tarixi və nömrəsi barədə məlumatı İddiaçı çatdıran ilk sənəd DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən iddiaçının vəkili X13 ünvanlanmış 20.08.2020-ci il tarixli **********81 nömrəli məktubdur. Həmin məktubda göstərilmişdir ki, X15 adına olan Qəbələ rayon Hacıalılı kəndi ərazisində yerləşən 0.0148 ha torpaq sahəsi Hacıalılı Bələdiyyəsinin 16.09.2007-ci il tarixli 10 nömrəli qərarı, Hacıalılı Bələdiyyəsi ilə X20 arasında bağlanmış 23.09.2007-ci il tarixli 135 nömrə ilə qeydiyyata alınmış "Torpaqların alqı-satqı müqaviləsi" və 15.09.2 007-ci il tarixli ödəniş qəbzi əsasında qeydiyyata alınmışdır. Cavabdeh Qəbələ rayon Hacıalılı Bələdiyyəsinin 16.09.2007-ci il tarixli 10 nömrəli qərarının iddiaçı X14 təqdim olunması barədə məhkəməyə ümumiyyətlə, heç bir sübut təqdim edilməmişdir. Həmin qərarın tarixi, nömrəsi və məzmunu barədə məlumatların isə iddiaçıya 20.08.2020-ci ildən daha əvvəl bildirilməsi barədə də işdə sübut yoxdur.

41. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddialar üçün iddia müddətinin başlanğıcı kimi inzibati aktın təqdim (elan) olunduğu vaxt nəzərə alındığından, Qəbələ rayon Hacıalılı Bələdiyyəsinin 16.09.2007-ci il tarixli, 10 nömrəli qərarının iddiaçı X14 təqdim, yaxud elan olunması barədə isə işdə sübut olmadığından onun tərəfindən idd ia verilməsi müddətinin buraxılmaması barədə apelyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmişdir. Odur ki, kassasiya şikayətinin iddia verilməsi müddətinin buraxılması barədə dəlili əsassızdır.

42. Kassasiya şikayətində mübahisə edilən digər məsələ iddiaçının qeyd edilən mübahisə ilə bağlı əvvəlcə cavabdeh orqana, yəni Qəbələ rayon Hacıalılı Bələdiyyəsinə müraciət etməməsi ilə bağlıdır. Üçüncü şəxs hesab edir ki, iddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl cavabdehə müraciət etmədiyindən, iddia mümkün iddia kimi qəbul edilə bilməz.

43. Bu dəlili də əsassız hesab edən məhkəmə tərkibi bildirir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 28.12.2015-ci il tarixli qərarında göstərilmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəl lənin 38.1-ci maddəsi) əməl olunmalıdır.

44. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarının 9-cu bəndində qeyd edilmişdir: “Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

45. İstinad edilənlər belə nəticəyə gəlməyə əsas verir ki, mübahisələndirmə haqqında iddiaının mümkün sayılması üçün iddiaçının məhkəməy ə müraciət etməzdən əvvəl müvafiq ərizə ilə cavabdehə - inzibati orqana müraciət etməsi mümkünlük şərti kimi nəzərdə tutulmamışdır. Odur ki, üçüncü şəxsin cavabdehə ilkin müraciət edilmədiyi üçün iddianın mümkünsüzlüyü barədə dəlili əsassızdır.

46. Kassasiya şikayətinin dəlillərindən biri də iddiaçının hazırki iddianı qaldırmaq üçün subyektiv hüququnun olmaması barədədir.

47. Bu dəlili əsassız hesab edən məhkəmə tərkibi bildirir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin 6-cı bəndinin Qəbələ rayon Hacıalılı Bələdiyyəsinin 16.09.2007-ci il tarixli 10 nömrəli qərarı verildiyi zaman qüvvədə olmuş redaksiyasında deyilir ki, bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə bələdiyyənin qərarı ilə, dövlət və ya bələdiyyə mülkiyyətində olan to rpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının və bələdiyyənin qərarı ilə verilir. Həmin qərarda yerli şərait, torpaq ehtiyatının miqdarı, əhalinin sıxlığı nəzərə alınmaqla, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma layihə sənədlərinə uyğun olaraq, verilən torpaq sahələrinin ölçüləri müəyyən edilir.

48. Bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Lakin müəyyən edilmişdir ki, torpaq sahəsi X1 əvvəl Qəbələ rayon Hacıalılı Bələdiyyəsi tə rəfindən müvafiq icra hakimiyyəti orqanının rəyi alınmamışdır. Bu isə bələdiyyə qərarının qanuniliyini istisna edir.

49. Bu qərarın 28-30 bəndində sadalanan normalardan görünür ki, xüsusi mülkiyyətə verilmiş torpaqlar bələdiyyə mülkiyyətinə verilmir və bələdiyyələrin həmin torpaqlara sərəncam vermək hüququ yoxdur.

50. İşdən göründüyü kimi, 1998-ci ildə ölkədə keçirilən torpaq islahatı ilə əlaqədar olaraq, Qəbələ rayonu Hacıalılı kəndində yerləşən 0.16 ha həyətyanı torpaq sahəsi iddiaçı X10, onun anası X6 və bacısı X8 ümumi mülkiyyətinə verilmişdir. X12 vəfat etdikdən sonra onun əmlakı vərəsəlik qaydasında iddiaçı X2 və həmin 0.16 ha torpaq sahəsinə iddiaçının mülkiyyət hüququ 24.01.2012-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Torpaq sahəsinin sxemi 15.03.2001-ci il tarixli JN-229F kod 40604018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də, sonra isə 21.01.2012-ci il tarixli "Daşınmaz əmlakın texniki pasportu"nda əks olunmuşdur.

51. Birinci instansiya məhkəməsi tərəfindən DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə sorğu edilərək, iddiaçının adına olan MA seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"da göstərilən 0.16 ha torpaq sahəsinin və cavabdeh Qəbələ rayon Hacıalılı Bələdiyyəsinin 16.09.2007ci il tarixli qərarı ilə üçüncü şəxs X4 0.06 ha torpaq sahəsinin üst-üstə düşüb-düşməməsi barədə məlumat tələb olunmuşdur.

52. DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin 16.10.2020-ci il, 12.11.2020-ci il, 20.11.2020-ci il tarixli cavab məktublarından, habelə məktuba əlavə edilmiş " X7 aid torpaq və tikili sahəsinin kadastr planından çıxarış"dan və "İddiaçı mülkiyyətində olan 0.16 ha torpaq və tikili sahəsindən layihəyə düşən hissəsinin sxematik planı"ndan məlum olur ki, Qəbələ rayonunda Aeroporta yeni çəkiləcək avtomobil yolunun təhkim zolağına düşən torpaq sahələrini dürüstləşdirmək məqsədilə 2013-cü ildə "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin nümayəndələrinin və ƏMDX-nin Daşınmaz Əmlakın Kadastrı və X5 mütəxəssislərinin iştirakı ilə ərazidə yeni çəkilişlər aparılmış, ƏMDX-nin Daşınmaz Əmlakın Kadastrı və X5 mütəxəssisləri tərəfindən ərazidə çöl ölçmə işləri nəticəsində yeni çəkiləcək yolun qorunma zolağına düşən torpaq sahələrinin sərhədləri müəyyən edilmiş və layihəyə düşən hər bir torpaq sahəsinə dair torpaq sahəsinin kadastr planı tərtib edilmişdir.

53. Eyni zamanda, layihəyə düşən torpaq sahələrinə dair kadastr məlumatları elektron kadastr məlumat bazasına daxil edilərək istifadə üçün Ərazi İdarəsinə göndərilmişdir. Qəbələ rayon Hacıalılı Bələdiyyəsinin 16.09.2007-ci il tarixli qərarı ilə X4 0.06 ha torpaq sahəsinin 0.0452 ha hissəsi yolun genişləndirilməsi zamanı yolun layihəsinə düşdüyünə görə, X15 razılığı əsasında torpaq sahəsinin yalnız 0.0148 ha hissəsi onun adına qeydiyyata alınmışdır. ƏMDX-nin Daşınmaz Əmlakın Kadastrı və X9 tərəfindən Ərazi İdarəsinə 14.03.2013-cü ildə təqdim olunan torpaq sahəsinin elektron kadastr məlumat bazasına görə, dövlət reyestrində X15 adına qeydiyyata alınmış 0.0148 ha torpaq sahəsi və yolun genişləndirilməsi zamanı yolun layihəsinə düşən 0.0452 ha torpaq sahəsi dövlət reyestrindən çıxarışla İddiaç ı adına qeydiyyata alınmış 0.16 ha torpaq sahəsi ilə üst-üstə düşmür.

54. Lakin, DƏDRX-in 9 saylı Qəbələ Ərazi İdarəsinin 16.10.2020-ci il tarixli məktubu ilə göndərilmiş "X7 aid torpaq və tikili sahəsinin kadastr planından çıxarış" öyrənilərkən müəyyən edilmişdir ki, İddiaçı adına olan 21.01.2012-ci il tarixli "Daşınmaz əmlakın texniki pasportu"nda iddiaçının zəbt etdiyi 0.059 ha torpaq sahəsi həyətin avtomobil yoluna yaxın hissəsində göstərildiyi halda, kadastr planından çıxarışda bundan fərqli olaraq, əks tərəfdə göstərilmişdir. Ona görə də, birinci instansiya məhkəməsində icraat zamanı 07.12.2020-ci il tarixli məktubla DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə sorğu edilərək bu ziddiyyətin səbəbi barədə məlumat tələb edilmişdir.

55. DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin 15.12.2020-c i il tarixli cavab məktubundan məlum olur ki, İddiaçı adına olan 21.01.2012-ci il tarixli "Daşınmaz əmlakın texniki pasportu" tərtib edilən zaman DƏDRX-in 9 saylı Qəbələ Ərazi İdarəsinin mühəndisləri tərəfindən həyətyanı torpaq sahəsində texniki inventarlaşdırma və çöl-ölçmə işləri apararkən vətəndaşın mülkiyyətindən əlavə, faktiki istifadəsində 0.059 ha zəbt olunmuş torpaq sahəsinin olması aşkar edilmiş, həmin zəbt olunmuş torpaq sahəsinin sərhədləri dürüstləşdirilərək, texniki pasportda Qəbələ-Ağdaş avtomobil yolu istiqamətində ştrixlə göstərilmişdir. Lakin, 2013-cü ildə "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin nümayəndələrinin və ƏMDX-nin Daşınmaz Əmlakın Kadastrı və X5 mütəxəssislərinin iştirakı ilə ərazidə yeni çəkilişlər aparılarkən iddiaçının adına olan texniki pasportda göstərilən torpaq sahəsinin planı nəzərə alınmamış, yeni çəkilişə əsasən, zəbt olunmuş torpaq sahəsi əks istiqamətdə göstərilərək torpaq sahələrinə dair kadastr məlumatları elektron kadastr məlumat bazasına daxil edilərək 14.03.2013-cü ildə istifadə üçün Ərazi İdarəsinə göndərilmişdir.

56. Bundan sonra, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu edilmiş, həmin sorğuya əsasən, Şəki Layihə-Tədqiqat İdarəsi tərəfindən məhkəməyə verilmiş 07.05.2021ci il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, İddiaçı adına olan 21.01.2012-ci il tarixli "Daşınmaz əmlakın texniki pasportu"nda göstərilən 0.16 ha torpaq sahəsi və X15 adına olan A-248986 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndə göstərilən 0.0148 ha torpaq sahəsi sənəd üzrə üst-üstə düşür. 2013-cü ildə elektron kadastr məlumat bazasına həmin ərazi ilə bağlı dəyişiklik edilmişdir. Ərazidən keçən magistral avtomobil yolunun genişləndirilməsi layihəsi çərçivəsində elektron xəritədə yolun mühafizə zolağının keçdiyi hissələrdə dəyişiklik edilmişdir. 2013-cü ildə ərazidən keçən magistral avtomobil yolunun genişləndirilməsi layihəsi çərçivəsində elektron xəritədə yolun mühafizə zolağının keçdiyi hissələrdə dəyişiklik edildiyi üçün elektron kadastr məlumat bazasının hazırkı vəziyyəti naturadakı vəziyyətə uyğundur. X15 adına olan 15.03.2018-ci il tarixli A248986 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndə göstərilən 0.0148 ha torpaq sahəsinin yerləşdiyi ərazi **********63-10301 nömrəli 21.01.2012-ci il tarixli çıxarış ilə 0.16 ha torpaq s ahəsinin İddiaçı mülkiyyətinə verilməsinə səbəb olmuş JN-229F nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"yə əsasən Qəbələ rayon Hacıalılı Bələdiyyəsinin mülkiyyətində olmuşdur. Mütəxəssis rəyinə torpaq sahəsinin yerləşmə sxemləri və yerquruluşu xəritəsindən çıxarış əlavə edilmişdir. Həmin sxemlərdən və çıxarışdan görünür ki, X15 adına olan 15.03.2018-ci il tarixli A-248986 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndə göstərilən 0.0148 ha torpaq sahəsi İddiaçı adına olan 21.01.2012-ci il tarixli "Daşınmaz əmlakın texniki pasportu"nda göstərilən 0.16 ha torpaq sahəsi ilə üstüstə düşür. Deməli, Qəbələ rayon Hacıalılı Bələdiyyəsinin 16.09.2007-ci il tarixli 10 nömrəli qərarı ilə X4 torpaq sahəsinin 0.0148 ha hissəsi faktiki olaraq daşınmaz əmlakın dövlət reyestrində İddiaçı mül kiyyət hüququ qeydiyyata alınmış 0.16 ha torpaq sahəsinin bir hissəsidir.

57. Göründüyü kimi, mübahisələndirilən bələdiyyə qərarına əsasən üçüncü şəxsə verilmiş torpaq sahəsinin bir hissəsi iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə üstüstə düşdüyündən, iddiaçı həmin qərarı mübahisələndirmək üçün subyektiv hüququn sahibidir. Odur ki, iddiaçının hazırki iddianı qaldırmaq üçün subyektiv hüququnun olmaması ilə bağlı kassasiya şikayətinin dəlili də əsassızdır.

58. Göstərilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından həmin qərarın ləğv edilməsi və üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi üçün əsas yoxdur. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya ins tansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

59. Yuxarıdakılara əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: Üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-394/2021 nömrəli iş üzrə 28 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar