Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-242/2023 11.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qeyri-yaşayış sahəsi üzərində hüququnun dövlət qeydiyyatına alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın D övlət Kadastrı və Reyestrinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı mülkiyyət hüququnun qeydiyyata alınması tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)612/2022 nömrəli, 20 sentyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Siyəzən rayon İcra Hakimiyyəti başçısının “Sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa icazə verilməsi haqqında” 16 mart 1994-cü il tarixli, 133 nömrəli sərəncamına əsasən, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Siyəzən şəhərində daimi qeydiyyatda olan X1 fəaliyyəti ilə məşğul olmağa icazə verilmiş, vətəndaş E.N.Zeynalova Azadlıq küçəsində “Turac ” mağazasının yanında tikinti üçün 32 kv.metr torpaq sahəsi ayrılmışdır. 2. “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 08 yanvar 2001-ci il tarixli müqaviləyə əsasən, Siyəzən rayon İcra Hakimiyyəti başçısının 16 mart 1994-cü il tarixli, 133 nömrəli sərəncamı əsasında 32 kv.m torpaq sahəsi sahibkarlıq məqsədilə vətəndaş E.N.Zeynalova icarəyə verilmişdir.
3. Ö/005060 nömrəli, 25 oktyabr 2021-ci il tarixli istismara hazırlıq aktına əsasən, Siyəzən şəhəri, H.Əliyev küçəsində yerləşən 1 girişli, 1 mərtəbəli ümumi sahəsi 27,6 kv.metr olan kommersiya obyektində tikinti-quraşdırma işləri, sifarişçi tərəfindən texniki nəzarət, podratçı tərəfindən daxili əməliyyat nəzarəti, layihəçi tərəfindən müəllif nəzarəti, müfəttişlik tərəfindən dövlət nəzarəti müvafiq qaydada həyata keçirilmişdir.
4. Siyəzə n rayon İcra Hakimiyyəti başçısının 10 nömrəli, 26 yanvar 2022-ci il tarixli sərəncamı ilə Siyəzən şəhəri, H.Əliyev küçəsində yerləşən mərhum X4 məxsus qeyriyaşayış obyektinin istismarına icazə verilmişdir.
5. İddiaçı cavabdehə müraciət edərək, mülkiyyət hüququnun qeydiyyata alınmasını, reyestrdən çıxarışın və texniki pasportun verilməsini xahiş etmişdir. Cavabdeh bundan imtina edərək bildirmişdir ki, ərizəyə əlavə olunmuş Siyəzən rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 133 nömrəli sərəncamında 32 kv.m torpaq sahəsi ayrılması qeyd edilsə də, faktiki torpaq sahəsi 44.4 kv.metrdir. Ayrılmış torpaq sahəsinin yerləşmə mövqeyi və sərhəd ölçülərini müəyyən edən texniki sənəd (torpaq sahəsinin mövqe sxemi, ayrıc aktı və s.) əlavə edilmədiyi üçün, faktiki yerin sənədə uyğun olu bolmaması barədə rəy vermək mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində birinci icraat
6. İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, Siyəzən şəhəri, H.Əliyev küçəsində yerləşən 1 girişli, 1 mərtəbəli kommersiya obyektinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və Siyəzən şəhəri, H.Əliyev küçəsində yerləşən 1 girişli, 1 mərtəbəli kommersiya obyektinə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
7. İddiaçı sonradan iddiasını dəyişərək, Siyəzən şəhəri, Heydər Əliyev küçəsində yerləşən ümumi sahəsi 27.6 kv.m olan, 1 girişli, 1 mərtəbəli qeyri-yaşayış obyekti üzərində X3 mülkiyyət hüququnun qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Siyəzən rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 133 nömrəli sərəncamında “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, Siyəzən şəhərində daimi qeydiyyatda olan X1 fəaliyyətinin kommersiya növü ilə məşğul olmağa icazə verildiyi qeyd olunmuşdur. xx.xx.1994-cü il tarixli, 133 nömrəli sərəncama əsasən, Siyəzən şəhəri, Heydər Əliyev küçəsində yerləşən, 1 girişli, 1 mərtəbəli kommersiya obyekti üçün 25 oktyabr 2021-ci il tarixli, Ö/005060 nömrəli istismara hazırlıq aktı verilmişdir. Siyəzən rayon İcra Hakimiyyətinin 26 yanvar 2022-ci il tarixli, 2 nömrəli icazə sənədinə əsasən, qeyriyaşayış sahəsinin istismarına icazə verilmişdir. Odur ki, cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
9. Cavabdeh inzibati orqan iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 rayonu, Siyəzən şəhəri, Heydər Əliyev küçəsində yerləşən qeyri-yaşayış binası üzərində mərhum X3 mülkiyyət hüququnun qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi barədə xx.xx.2022-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş və və onun müraciəti ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Bununla əlaqədar olaraq, ərizəyə əlavə edilən sənədlərin araşdırılması zamanı idarənin mütəxəssisləri tərəfindən daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün sözügedən qeyri-yaşayış binasına müayinə bax ışı keçirilərkən məlum olmuşdur ki, ərizəyə əlavə olunmuş Siyəzən rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 133 nömrəli sərəncamında 32 kv.m torpaq sahəsinin ayrılması qeyd edlisə də, faktiki torpaq sahəsi 44.4 kv.metrdir. Ayrılmış torpaq sahəsinin yerləşmə mövqeyi və sərhəd ölçülərini müəyyən edən texniki sənəd (torpaq sahəsinin mövqe sxemi, ayrıc aktı və s.) əlavə edilmədiyi üçün faktiki yerin sənədə uyğun olub-olmaması barədə rəy vermək mümkün olmamışdır. Həmçinin, faktiki olaraq qeyriyaşayış binasının ümumi sahəsi 02 nömrəli, xx.xx.2022-ci il tarixli tikinti obyektinin istismarına icazə sənədində qeyd edilən sahədən 10.2 kv.m artıqdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt e dilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10-cu və 8.0.10.1-ci maddələrinə əsasən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təs diq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və tikinti obyektinin istismarına icazə sənədi hüquqların dövlət qeydiyyatı üçün əsaslardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
10. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə (hakim C.Məmmədov) iddia təmin edilmiş, Siyəzən şəhəri, Heydər Əliyev küçəsində yerləşən ümumi sahəsi 27.6 kv.m olan, 1 girişli, 1 mərtəbəli qeyri-yaşayış obyekti üzərində X3 mülkiyyət hüququnun qe ydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə həvalə olunmuşdur.
11. Məhkəmə qeyd etmişdir ki, Siyəzən rayon Dövlət Notariat Kontorunda 16 sentyabr 2020-ci ildə 8V-52/2020 reyestr nömrəsi ilə ilə qeydə alınmış vərəsəlik işinin açılması və hüquqi sənədlərdə mərhum X3 adının göstərilməsi səbəbindən mülkiyyət hüququ haqqında veriləcək çıxarışda onun adı öz əksini tapmalı və “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7.2-ci bəndinə əsasən mərhumun vərəsələrinə elektron çıxarış verməlidir.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanun unun 22.2-ci maddəsində göstərilmiş arayış şəxsin adına DƏDRX-də qeydə alınmış daşınmaz əmlakın təsviri, hüquq sahibi və sair məlumatlar barəsində verilə bilər. Belə ki, Qanunun 22.2-ci maddəsinin tələbləri baxımından müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə, onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Burada nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən, yalnız dövlət reyestrində qeydə alınmış daşınmaz əmlak üzərin də notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi rəsmiləşdirilə bilər.
12. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
13. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-612/2022 nömrəli, 20 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər F.Məmmədov-sədrlik edən, H.Babayeva və Z.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1862/2022 nömrəli iş üzrə 6 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qeydiyyata alınması tələb edilən əmlak torpaq sahəsi deyil, həmin torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış binasıdır. Həmin tikili müvafiq icra hakimiyyəti orqan larının verdiyi razılıq əsasında tikilmiş və həmin tikiliyə Dövlət və Arxitektura Komitəsi tərəfindən tikinti reyesterinə daxil edilərək müvafiq şəhadətnamə və kod verilmişdir. Tikilinin yerləşdiyi torpaq sahəsi mərhum Eynal Zeynalovun istifadəsinə verilmiş və inşa edilmiş tikilinin həmin torpaq sahəsinin ölçülərindən kənara çıxması barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin əlavə edilməməsi barədə apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Siyəzən rayon İcra Hakimiyyəti başçısının 16 mart 1994-cü il tarixli, 133 nömrəli sərəncamı əsasında sahibkarlıq məqsədilə E.Zeynalova verilmiş 32 kv.m torpaq sahəsinə dair 08 yanvar 2001-ci il tarixli torpaq icarə müqaviləsi bağlanmışdır.
15. Cavabdeh kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-612/2022 nömrəli, 20 sentyabr 2022-ci il tarixli qərarının ləğv edilməsini və iddia ərizəsinin rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayətinin dəlilləri imtina məkrubunun və apelyasiya şikayətinin məzmununu və dəlillərini təkrarlayır. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə
139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə
157. Mülkiyyətin müdafiəsi Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və dig ər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.
21. Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.10. Azərbaycan Respublikasının Şəhər salma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd. Maddə
10. Hüquql arın dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 1 0.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. 10.3. Hüquq əldə edənin adından başqa şəxs ərizəni verirsə, müvafiq etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Hüquqi şəxsin ərizəsi və onu təqdim edən nümayəndəsinə verilmiş etibarnamə həmin hüquqi şəxsin möhürü ilə təsdiqlənməlidir. Ərizəni verən şəxslər öz şəxsiyyətini təsdiq edən sənəd təqdim etməlidirlər (ərizənin notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə v erildiyi hallar istisna olmaqla) 10.4. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə
22. Daşınmaz əmlakla bağlı etibarlı idarəetmə, qəyyumluq və vərəsəlik 22.1. Etibarlı idarəetmə və ya qəyyumluq əsasında daşınmaz əmlaka sərəncam verilməsi ilə bağlı bütün hüquqlar bu münasibətləri müəyyən edən sənədlər, o cümlədən müqavilələr və məhkəmə qərarları əsasında dövlət qeydiyyatına alınır. 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hü ququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
20. İnzibati Prosessual Məcəllə Maddə
96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmi şdir.
22. Apelyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası mübahisəyə dair işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qəra rı dəyişdirilmədən saxlanılmalıdır.
24. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, iddiaçının müraciətinin təmin edilməsindən imtinanın və apelyasiya şikayətinin dəlillərinə əsaslanan kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarı n nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. Qeyd olunmalıdır ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından qeyri-yaşayış sahəsi üzərində hüququn mərhum X3 məxsus olması barədə müvafiq arayışın (çıxarışın) verilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
27. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
28. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
29. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı Siyəzən rayon İcra Hakimiyyəti tərəfindən ayrılmış və icarə müqaviləsi əsasında qanuni istifadədə olan torpaq sahəsində yerləşən qeyri-yaşayış obyekti üzərində hüququn mərhum X4 məxsus olması barədə bu qərarın 19-cu bəndində nəzə rdə tutulmuş müvafiq sənədin əldə edilməsinə yönəlmişdir. Yəni iddiaçı torpaq sahəsinə deyil, onun üzərində yerləşən obyekt üzərində hüquqa dair müvafiq sənədin verilməsini cavabdehdən tələb edir. Odur ki, torpaq sahəsinin yerləşmə mövqeyi və sərhəd ölçülərini müəyyən edən texniki sənədin (torpaq sahəsinin mövqe sxemi, ayrıc aktı və s.) ərizəyə əlavə edilməməsi ilə bağlı cavabdehin istinad etdiyi dəlillər tələb olunan sənədin verilməsini istisna edən hal kimi qiymətləndirilə bilməz və əsassız sayılmalıdır.
30. Siyəzən şəhəri, H.Əliyev küçəsində yerləşən 1 girişli, 1 mərtəbəli, ümumi sahəsi 27,6 kv.metr olan obyektə münasibətdə mübahisəyə dair işin müəyyən olunmuş hallarından, eləcə də səlahiyyətli dövlət orqanları tərəfindən təqdim olunmuş və iş üzrə materiallara əlavə edilmiş sənədlərdən görünür ki, həmin obyektin tikinti-quraşdırma işləri müvafiq qaydada həyata keçirilmişdir və istismara yararlıdır. Bununla bağlı tikintiyə dövlət nəzarətini həyata keçirən Tikintiyə Nəzarət Agentliyi tərəfindən obyektə dair istismara hazırlıq aktı, Siyəzən rayon İcra Hakimiyyəti tərəfindən istismara icazə verilmişdir. Nəzərə almaq lazımdır ki, tikinti obyektinin şəhərsalma və tikinti hüquq normalarına uyğunluğunun müəyyən edilməsi qeyd edilən sənədləri vermiş dövlət orqanlarının məsuliyyət sferasına aiddir. Cavabdeh həmin orqanlar tərəfindən verilmiş sənədlərin məzmunu təftiş etmək və qanunauyğunluğunu mübahisələndirmək səlahiyyətinə malik deyildir.
31. Belə ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 101-ci maddəsinə görə, tikinti obyektinin istismarına icazə verilməsi tikinti obyektinin şəhər salma və tikinti hüquq normalarına uyğun inşa edildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. Obyektə dair tikintiyə nəzarət orqanı tərəfindən verilmiş istismara hazırlıq aktı da istismara icazənin verilməsi məqsədlərinə xidmət edir. Bu mənada səlahiyyətli orqan tərəfindən tikinti obyektinin istismarına icazə verilməsi həmin obyektin tikintisinin qanunauyğunluğunun tanınması kimi qiymətləndirilməlidir.
32. Nəzərə alınmalıdır ki, cavabdeh səlahiyyətli orqanlar tərəfindən verilmiş sənədlərə bağlıdır və həmin sənədlərin məzmununa uyğun davranmağa borcludur. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir.
33. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiy i nəticə düzgün və mübahisəyə dair işin müəyyən olunmuş hallarına uyğundur. Odur ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 sentyabr 2022-ci il tarixli, 2-1(105)-612/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.