Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2420/2019 18.09.2019 ALİ MƏHKƏMƏ İddiaçı Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı iş üzrə (Açar söz: mənzilin kirayəyə verilməsinə dair sərəncamın qəbulu) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı mənzilin kirayəyə verilməsi barədə sərəncam qəbul edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin 10 aprel 2019-cu il tarixli 2-1(103)-815/2019 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 18.09.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏ SVİRİ HİSSƏ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ünvan1 yerləşən 3 nömrəli mənzilin ailəsi ilə birlikdə yaşamaq üçün ona kirayəyə verilməsi barədə müvafiq sərəncam qəbul olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o Ünvan1 yerləşən 3 nömrəli mənzildə 1991-ci ildən bu günə kimi ailəsi ilə birlikdə fasiləsiz olaraq yaşayır. Belə ki, mənzil növbəsində olmuş və işlədiyi (“X” KM) Xətai rayon İcra Hakimiyyətinə göndərdiyi məktub əsasında mənzil ona ayrılmış, lakin indiyə kimi müvafiq sənədləşmə aparılmamışdır. Mənzildə ondan əvvəl erməni millətindən olan şəxs yaşamışdır. Xətai rayon Prokurorluğunun 24.02.1993-cü il tarixli qərarı ilə müəyyən olunmuşdur ki, o mənzili zəbt etməmişdir. Mənzilə başqa şəxslərin qeydiyyatı və hüququ yoxdur. 1991-ci ildən mənzildən yalnız o və onun ailəsi istifadə etmiş, mənzilin qorunub saxlanılması üçün zəruri olan təmir işlərini görmüş, bütün kommunal xərcləri ödəmişdir. Lakin mənzilin onun adına sənədləşdirilmədiyinə görə mənzilə qeydiyyata düşə bilmir. Məhkəməyə müraciət etməmişdən əvvəl Xətai rayon İcra Hakimiyyətinə yazılı formada müraciət edərək, mənzilin ailəsi ilə birlikdə yaşamaq üçün onun kirayəsinə ayrılması və onunla kirayə müqaviləsinin bağlanması barədə müvafiq sərəncam qəbul olunmasını xahiş etmiş, həmin müraciət 08.06.2018-ci il tarixdə Xətai RİH tərəfindən qəbul edilmiş, lakin 50 gündən artıq vaxt keçsə də ona cavab verilməmişdir. Məhkəmələrin mövqeyi 2 saylı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4276/2018 saylı 21 dekab r 2018-ci il tarixli qərarı ilə Ünvan1 evin 3 nömrəli mənzilinə dair kirayə müqaviləsinin İddiaçı ilə bağlanması vəzifəsi cavabdehə həvalə olunmuşdur. Birinci instansiya məhkəməsi iddia tələbini İPM-nin 13-cü maddəsinə istinad etməklə “Ünvan1 yerləşən 3 nömrəli mənzilin ailəsi ilə birlikdə yaşamaq üçün ona kirayəyə verilməsi barədə müvafiq sərəncam qəbul olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” sözlərini formal xəta hesab etmiş və iddia tələbini “Ünvan1 yerləşən 3 nömrəli mənzilinə dair kirayə müqaviləsinin onun ilə bağlanması vəzifəsinin cavabdehə həvalə olunması” kimi icraata qəbul etmiş və hesab etmişdir ki, mübahisəsiz qaydada təsdiq olunur ki, iddiaçı hal-hazırda həmin mənzildə yaşayaraq mənzillə bağlı kirayə müqaviləsindən irəli gələn vəzifələrini yerinə yetirmiş və hazırda da yerinə yetirməkdə davam edir. Belə olan halda, iddiaçının adına kirayə müqaviləsinin bağlanmasından imtina edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş hallar mövcud deyildir. 2 saylı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4276/2018 saylı 21 dekabr 2018-ci il tarixli qərarından cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-815/2019 nömrəli 10 aprel 2019-cu il tarixli qərarı ilə cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli, 2-1(82)-4276/2018 nömrəli qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı mübahisəli mənzili nə dair kirayə müqaviləsi bağlanması üçün qanunvericiliyin nəzərdə tutduğu əsas hüquqmüəyyənedici sənədi (orderi) təqdim etmədiyindən onunla kirayə müqaviləsi bağlanılması üçün qanuni əsaslar mövcud deyildir. Məhkəmə cavabdehin üzərinə kirayə müqaviləsinin bağlanılması ilə bağlı öhdəlik qoyaraq düzgün olmayan hüquqi nəticəyə gəlmiş, istinad etdiyi normanın tələblərini nəzərə almamış, qanunu düzgün tətbiq etməmişdir. İddiaçı mənzili növbəlilik əsasında əldə etmədiyindən və onun adına qanunla müəyyən edilmiş qaydada verilmiş hüquqmüəyyənedici sənədlər olmadığından dövlət balansında olan mənzilə dair kirayə müqaviləsinin iddiaçı ilə bağlanması vəzifəsinin cavabdeh inzibati orqana həvalə edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına ziddir. Bakı Apelly asiya Məhkəməsinin 10 aprel 2019-cu il tarixli 2-1(103)-815/2019 nömrəli qərarından İddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayətinin dəlillərinə görə vətəndaş nədən müdafiə olunmaq istəyirsə ona baxılmalıdır. O, “sərəncamın qəbul edilməməsindən müdafiə” istəmiş, lakin məhkəmə “kirayə müqaviləsinin bağlanmamasından müdafiə” barədə məsələyə baxmış, nəticədə o, müdafiəsiz qalmışdır. İddiaçı hesab edir ki, mövcud tələbə qiymət verilmədiyindən qərar ləğv edilməli və iş yeni baxışa qaytarılmalıdır. Belə ki, iddiaçının tələbi mənzilin kirayəyə verilməsi haqqında sərəncamın qəbul edilməsi olmuşdur. İddiaçıya sözügedən mənzil onun işlədiyi “X1” X2 RİH-nə göndərdiyi məktub əsasında ona ayrılsa da, mənzilə dair müvafiq sənədləşmə aparılmadığından ha zırkı iddianı qaldırmışdır. X3 Məcəllənin 90-cı maddəsinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin 21(103)-815/2019 nömrəli 10 aprel 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin 21(103)-815/2019 nömrəli 10 aprel 2019-cu il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İşin araşdırılmış halları ilə müəyyən olunur ki, iddiaç ı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən onun tələbi Ünvan1 yerləşən 3 nömrəli mənzilin ailəsi ilə birlikdə yaşamaq üçün ona kirayəyə verilməsi barədə müvafiq sərəncam qəbul olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması olmuşdur. İşə baxan birinci instansiya məhkəməsi isə iddia tələbini İPM-nin 13-cü maddəsinə istinad etməklə “Ünvan1 yerləşən 3 nömrəli mənzilin ailəsi ilə birlikdə yaşamaq üçün ona kirayəyə verilməsi barədə müvafiq sərəncam qəbul olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” sözlərini formal xəta hesab etmiş və iddia tələbini “Ünvan1 yerləşən 3 nömrəli mənzilinə dair kirayə müqaviləsinin onun ilə bağlanması vəzifəsinin cavabdehə həvalə olunması” kimi icraata qəbul etmişdir. Beləliklə, birinci instansiya məhkəməsi iddiaçının iddia tələ bini dəyişmişdir. Belə ki, sözügedən mənzil “X1” X2 RİH-nə göndərdiyi məktub əsasında iddiaçıya ayrılsa da, mənzilə dair müvafiq sənədləşmə aparılmadığından hazırkı iddianı qaldırmışdır. Başqa sözlə, iddiaçı onun faktiki olaraq yaşadığı mənzilin ona kirayəyə verilməsinə dair sərəncamın qəbul edilməsini xahiş etmiş, mənzilə dair onunla kirayə müqaviləsini bağlanmasını xahiş etməmiş, bu mövqeyinin kassasiya şikayətində də təkrar bildirmişdir. Lakin işə baxan aşağı instansiya məhkəmələri iddia tələbindən kənara çıxmaqla işə baxmış, iddia tələbini iddiaçının razılığı olmadan “mənzilin kirayəyə verilməsi barədə müvafiq sərəncam qəbul olunması”ndan “kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dəyişmiş, bununla da prosessual pozuntuya yol vermişlər. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, işə iddiaçının “Ünvan1 yerləşən 3 nömrəli mənzilin ailəsi ilə birlikdə yaşamaq üçün ona kirayəyə verilməsi barədə müvafiq sərəncam qəbul olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması” tələbi ilə bağlı mahiyyəti üzrə baxılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Beləliklə, Ali Məhkəmən in İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 10 aprel 2019-cu il tarixli 2-1(103)-815/2019 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. İddiaçının kassasiya şikayəti qalan hissədə təmin edilməsin.
Məhkəmə qərarları › İş №2-1(102)-2420/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2420/2019
18.09.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver