Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2421/2019 21.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, E.Lətifovun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə qarşı ailə başçısını itirməyə görə əmək pensiyası təyin ed ilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-789/2019 saylı qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsi və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə qarşı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, həyat yoldaşı X7 xxxx 1997-ci ildə vəfat etdiyini, mərhum həyat yoldaşının keçmiş «Azərneftmaştəmir» İstehsalat Birliyində (indiki «xxxx» Açıq Səhmdar Cəmiyyəti) xxx 1972-ci ildən xxxx 1993-cü ilə qədər avtonəqliyyat sahəsin də sürücü işlədiyini, bu barədə arxiv arayışında müvafiq qeydlər aparıldığını, ailə başçısını itirməyə görə əmək pensiyası təyin olunması üçün cavabdeh orqana müraciət etsə də, Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsi ****** saylı, xxxx 2018-ci il tarixli məktubu ilə mərhum həyat yoldaşının xxxx 1972-ci ildən xxxx 1993- cü ilədək işlədiyi “xxxx”ASC-yə aid olan arxiv arayışı əmək kitabçasında öz əksini tapmadığı əsas gətirilərək ona, ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsindən imtina edildiyini göstərərək, mərhum həyat yoldaşı X1 «Azərneftmaştəmir» İstehsalat Birliyində (indiki «xxxx» Açıq Səhmdar Cəmiyyəti) xxxx 1972-ci ildən xxxx 1993-cü ilə qədər avtonəqliyyat sahəsində sürücü işlədiyi iş illərinin sosial sığorta stajına daxil edilərək, İddiaçı ai lə başçısını itirməyə görə əmək pensiyası təyin olunması vəzifəsinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinin üzərinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli, 2-1(82)-3126/2018 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək, mərhum X1 «Azərneftmaştəmir» İstehsalat Birliyində (indiki «xxxx» Açıq Səhmdar Cəmiyyəti) xxxx 1972-ci ildən xxxx 1993-cü ilə qədər avtonəqliyyat sahəsində sürücü işlədiyi iş illərinin sosial sığorta stajına daxil edilərək, İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyası təyin olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinin üzərinə həvalə edilmişdir (hakim R.Kərimli). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (hakimlər X2 oğlu (sədrlik edən və məruzəçi), X6 və X4) xxxx 2019-cu il tarixli, 2-1(103)-789/2019 saylı qərarı ilə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsi və onun vəkili Vəkil tərəfindən kassasiya şikayəti verilərək, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi, işin yenidən baxılmaq üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin dəlilləri, tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsinin qərarı maddi və prossesual hüquq normalarının pozulması ilə çıxarılmış, iddiaçının ərizəsinə DSMF-nin Bakı şəhəri Nizami rayon Şöbəsinin pensiya təyin edən komissiyasında baxılmış, yoxlama zamanı onun mərhum ərinin qeyd olunan illər üzrə sosial sığorta stajı təsdiq olunmadığı üçün ona pensiya təyin olunmasından imtina olunmuş, işə baxan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası bu halı nəzərə almamış, işdəki sübutları tam, hərtərəfli və geniş həcmdə araşdırmamış, sübutları düzgün qiymətləndirməmiş, nəticədə qəbul edilmiş qərar düzgün əsaslandırılmadığından, həmin qərar ləğv olunmalı və işin təkrar baxılma sı üçün apellyasiya instansiyasına göndərilməsi barədə qərar qəbul edilməlidir. İş üzrə iddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, heç bir üzrlü səbəb olmadan iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzü rlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası iddiaçı və cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiym ətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-789/2019 saylı qərarı ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, cavabdehin kassasiya şikayəti təmin edilməlidir. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, “xxxx” ASC tərəfindən verilmiş ***** saylı, xxxx 2018-ci il tarixli arayışa əsasən iddiaçının m ərhum həyat yoldaşı 1930-cu il təvəllüdlü, X10 “*******” İstehsalat Birliyində (indiki “xxxx” ASC) xxxx 1972-ci il tarixdən xxxx 1993-cü il tarixə kimi avtonəqliyyat sahəsində sürücü işləmiş, “Azərneftmaştəmir” İstehsalat Birliyi “Azərineft” Konserinin xxxx 1992-ci il tarixli 4 saylı əmri ilə “xxxxmas” Bakı maşınqayırma zavodu adlandırılıb, İqtisadi İnkişaf Nazirliyinin xxxx 2001-ci il tarixli 13 saylı sərəncamı ilə “xxxx” Bakı maşınqayırma zavodu “xxxx” ASC-yə çevirilmiş, apellyasiya baxışı zamanı təqdim edilmiş “xxxx” ASC tərəfindən verilmiş X7 **** nömrəli şəxsi kartasından görünür ki, X10 xxxx 1972-xxxx 1993-cü ilədək “*******r” İstehsalat Birliyində işləmiş, pensiya yaşına çatması ilə əlaqədar işdən azad olunmuş, Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsinin xxxx 2018-ci il ta rixli məktubu ilə, iddiaçının sözügedən illərə dair əmək kitabçası təqdim edilmədiyindən ona əmək pensiyası təyin olunmasından imtina edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya məhkəməsi ona istinad etmişdir ki, qeyd olunan illərin sosial sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuş, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas deyil, birinci instansiya məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmış, məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş materiallarının səthi araşdırılması ilə gəldiyi nəticə ilə razılaşmır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İPM-nin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunl a nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə uyğun olaraq sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə görə, “Əmək pensiyaları haqqında“ Azərbaycan Respubli kasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İş materiallarındakı “xxxx” ASC tərəfindən verilmiş ***** saylı, xxxx 2018-ci il tarixli arayışda iddiaçının mərhum həyat yoldaşı, 1930-cu il təvəllüdlü, X7 “******” İstehsalat Birliyində (indiki “xxxx” ASC) xxxx 1972-ci il tarixdən xxxx 1993-cü il tarixə kimi avtonəqliyyat sahəsində sürücü işlədiyi qeyd edilmiş, işə baxmış məhkəmələr isə İPM-nin 12-ci maddəsinin tələblərini pozaraq, bununla bağlı hər hansı əlavə araşdırma aparılmasına zərurət görməmişlər, 21 il əzində dövlətə məxsus müəssisədə işlədiyi halda onun adına nə üçün qanunvericiliyin tələblərinə müvafiq olaraq əmək kitabçasının tərtib edilmədiyini aydınlaşdırmam ış, bu məqsədlə hazırda fəaliyyət göstərməkdə olan “xxxx” ASC-nin işə baxılmasında iştirakını təmin etməmiş, işin bu hallarını onlardan zəruri sənədlər (əmək haqqının ödənilməsi barədə cədvəllər, onun barəsində bu müddətdə verilmiş əmrlər və s.) tələb etməklə dəqiq müəyyən etməmişlər. Cavabdeh tərəfindən məhz işin bu halları mübahisələndirildiyi üçün, həmçinin iş üçün mühüm əhəmiyyət daşıdığına görə məhkəmələrə lazım gəlirdi ki, iddiaçının mərhum ərinin iş stajını təsdiq edən və qanunvericiliklə nəzərdə tutulmuş digər sənədlərin olub-olmadığını araşdırsınlar və nəticəsindən asılı olaraq mübahisənin qanuni həllini təmin etsinlər. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xxxx 2004-cü il tarixli qərarının Azərbaycan Re spublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun xxxx 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası İPM-nin 12.1 və 12.2-ci maddələrinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların t əqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Avropa İnsan Hüquqlarının Məhkəməsinin “Bidjiyeva Rusiyaya qarşı” xxxx 2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiyanın 6-cı maddəsinin birinci paraqrafında göstərilən güman edilən zəmanətlər ədalət məhkəməsinin qərarları əsaslandırmaq öhdəliyindən ibarətdir, belə ki, tərəflərdən birinin gətirdiyi arqument icraatın nəticəsi üçün qəti xarakter daşıyır, həmin arqument öz növbəsində spesifik və aydın cavab tələb edir (X3rşı, xxxx 1994-cü il, paraqraf 29-30, seriya A no: 303-A). Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xxxx 2008-ci il tarixli qərarı). "Məhkəmə qətnaməsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xxxx 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinə əsasən kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı ins tansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda, qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Cavabdehin apellyasiya şikayətinin iş üçün əhəmiyyətli dəlillərinə müfəssəl hüquqi qiymət verməməklə, apellyasiya məhkəməsi həmçinin bu qərarlarda vurğulanmış hüquqi mövqeyə riayət etməmişlər. İşə yenidən baxılarkən qeyd edilən nöqsanlar aradan qaldırılmalı, X7 “*******” İstehsalat Birliyində xxxx 1972-ci il tarixdən xxxx 1993-cü il tarixə kimi avtonəqliyyat sahəsində sürücü işləməsinə dair mötəbərliyi şübhə doğurmayan sənədlər əldə edilməli, 21 il əzində dövlətə məxsus müəssisədə işlədiyi halda onun adına nə üçün qanunvericiliyin tələblərinə müvafiq olaraq əmək kitabçasının tərtib edilmədiyi aydınlaşdırılmalı, bu məqsədlə hazırda fəal iyyət göstərməkdə olan “xxxx” ASC-nin işə baxılmasında iştirakı təmin edilməli, onlardan zəruri sənədlər (əmək haqqının ödənilməsi barədə cədvəllər, onun barəsində bu müddətdə verilmiş əmrlər və s.) tələb olunaraq bu hal dəqiq müəyyən edilməli, hərtərəfli tam və obyektiv məhkəmə araşdırmalarının nəticəsindən asılı olaraq mübahisənin qanuni həlli təmin edilməlidir. Azərbaycan Respublikası İPM-nin 96.5-ci maddəsinə əsasən şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün m üvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. İşə kassasiya qaydasında məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna, işdəki sübutların isə qiymətləndirilməsində səhvə yol verildiyindən, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)789/2019 saylı qərarı ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinin kassasiya şikayəti təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.5 və 96.9-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-789/2019 saylı qərarı ləğv edilsin. İş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinin kassasiya şikayəti təmin olunsun. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(102)-2421/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2421/2019
21.08.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver