Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2421/2022 27.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1995-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsinə qar şı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2022-ci il tarixli, 2-1(103)-1635/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdehin 18 avqust 2021-ci il tarixli, **********4383 nömrəli qərarı ilə iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Yasamal rayonu, Müzəffər Həsənov küçəsi 3A, 2-ci Alatava Y/S-də yerləşən obyektində nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmət lərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il (xx.xx.2021 tarixi daxil olmaqla) tarixədək operativ vergi nəzarət tədbiri təyin edilmişdir.
2. Həmin yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə xx.xx.2021-ci il tarixdə KY211599811 nömrə ilə qeydə alınmış və onun keçirilməsinin əsası kimi “Əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, Vergi Məcəlləsinin 50.1.3-cü maddəsi” və “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi, Vergi Məcəlləsinin 5 0.1.7-ci maddəsi) göstərilmişdir.
3. Cavabdehin 19 avqust 2021-ci il tarixli, DVX seriyalı 004797 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktına əsasən iddiaçıya məxsus Bakı şəhəri, Yasamal rayonu, Müzəffər Həsənov küçəsi 3A, 2-ci Alatava Y/S-də yerləşən avtoservisdə o perativ vergi yoxlaması zamanı 28 nəfər fiziki şəxsdən 20 nəfərinin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilməsi müəyyən edilmiş, həmin aktın əlavəsinə əsasən Ramiz Sərdarov, Renat Qardaşov, Rəhim Məmmədov, Ceyhun Saramanov, Kənan Quluzadə, Məhəmməd Fətəlizadə, Cavid Atakişiyev, Bayram Məmmədov, Fərid Əliyev, Kənan Səmədov, Fuad Rzayev, Xanhüseyn Quluzadə, Nəriman Əsədov, Fərid Cəbrayılov, Nadir Məmmədov, Yusif Lətifov, Səbuhi Abdullayev, Kübra İsayeva, Tural Niftəliyev, Ehtiram Nərimanov əmək müqaviləsi olmadan işlərə cəlb edilmiş şəxslər sırasında göstərilmişlər. Buna görə iddiaçıya Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur.
4. Cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə m əsuliyyətə cəlb edilməsi haqqında” 30 avqust 2021-ci il tarixli, **********5950 nömrəli qərarı ilə iddiaçıya Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 20 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 40.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı 13 sentyabr 2021-ci ildə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 30 avqust 2021-ci il tarixli, **********5950 nömrəli qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin 18 avqust 2021-ci il tarixli, **********4383 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən vergi ödəyicisi barəsində operativ vergi nəzarəti təyin edilmiş, ünvan 1 ünvanında yerləşən avtoservis obyektində operativ vergi nəzarəti tədbiri zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 20 (iyirmi) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktının aşkar edilməsi səbəbindən 19 avqust 2021-ci il tarixli, 004797 saylı akt tərtib edilmişdir. Həmin aktda iddiaçının barəsində Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən hər bir fiziki şəxsə görə 2000 (iki min) manat olmaqla, ümumilikdə 40000 (qırx min) manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmişdir. Qeyd olunan akta, vergi qanunvericiliyinin pozulmasına hallarına və müvafiq sanksiyaların tətbiq edilməsi məsələsinə baxılaraq **********5950 nömrəli, 30 avqust 2021-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyini pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmiş, həmin qərarla iddiaçıya Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən ümumilikdə 40000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qanunvericilikdə operativ vergi nəzarətinin həyata keçirilməsi üçün 5 (beş) əsas müəyyən edildiyi halda, 18 avqust 2021-ci il tarixli, **********4383 saylı “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarında b u əsaslardan hansının qeyd olunması və ümumiyyətlə qərarın əsaslandırılıb-əsaslandırılmaması məlum deyildir. Operativ vergi nəzarətinin həyata keçirən orqan qeyd edilən qərarı iddiaçıya təqdim etməmişdir. Həmin qərar nə iddiaçının elektron kabinetində yerləşdirilmiş, nə də ki, şəxsən ona təqdim edilmişdir. Cavabdeh orqanın tərtib etdiyi sənədlərdən görünür ki, vergi orqanı 19 avqust 2021-ci il tarixində zəruri olan sənədlərin təqdim olunması haqqında **********4395 saylı tələbnaməni təqdim etsə də, qanunvericilikdə nəzərdə tutulmuş 1 (bir) iş günlük müddəti gözləmədən (həmin müddət tələbnamənin özündə belə qeyd edilmişdir) və sənədlərin təqdim edilib-edilməməsi barədə müvafiq akt tərtib etmədən, elə 19 avqust 2021-ci il tarixində də operativ vergi nəzarətinin nəticəsi üzrə birbaşa akt tərt ib etmişdir. Halbuki, qanunverici vergi orqanı üçün sənədlərin tələb edilməsi üçün nəzərdə tutulmuş 1 (bir) iş günlük müddətin gözlənilməsini imperativ qaydada müəyyən etmişdir. Qanunvericilik vergi orqanına vergi nəzarəti tədbirlərin keçirilməsi zamanı vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntuların protokolla rəsmiləşdirilməsini və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunmasını imperativ qaydada tələb etsə də, vergi orqanı bu normaya əməl etməmişdir. 004797 saylı akt 19 avqust 2021-ci il tarixində qəbul olunsa da, həmin akt əsasında qərar 30 avqust 2021-ci il tarixində, yəni 10 (on) günlük müddət keçdikdən sonra qəbul edilmiş və iddiaçıya maliyyə sanksiyası tətbiq edilmişdir. **********5950 saylı, 30 avqust 2021-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyini pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar isə ümumiyyətlə əsaslandırılmamış, yalnız vergi nəzarət tədbirinin nəticəsi üzrə tətbiq edilmiş maliyyə sanksiyasının qeyd edilməsiylə kifayətlənmişdir. Cavabdeh orqan operativ vergi nəzarəti zamanı əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 20 (iyirmi) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar etdiyini qeyd etmiş, 12 nəfərin izahat verdiyini, digər 8 nəfərin isə izahat verməkdən imtina etdiyini bildirmişdir. Vergi orqanının göstərdiyi bu 20 (iyirmi) nəfərdən bir nəfər – Niftəliyev Tural başqa mağazanın işçisi olmuşdur və orada rəsmi şəkildə qüvvəyə minmiş əmək müqaviləsi ilə fəaliyyət göstər ir. Bir nəfər – İsayeva Kübra MİS işçisi olmuşdur və həmin şəxsin iddiaçının sahibi olduğu obyektdə olması onun burada hər hansı bir qeyri-qanuni fəaliyyətə cəlb edilməsi ilə bağlı olmamışdır. Hər iki şəxs də izahat verməkdən imtina etmişlər. Vergi orqanı nümayəndəsinin təkidlərinə baxmayaraq izahat vermək imtina edən digər 3 nəfər – Sərdarov Ramiz, Quluzadə Kənan, Fətəlizadə Məhəmməd isə ümumiyyətlə orada əmək fəaliyyətinə cəlblə bağlı olmayan səbəblərdən olmuşlar. Vergi orqanı nümayəndəsinin israrından sonra izahat verməyə məcbur olan Lətifov Yusif, Məmmədov Nadir, Əsədov Nəriman, Atakişiyev Cavid, Nərimanov Etibar, Saramanov Ceyhun öz izahatlarında səmimi olmamışlar və həqiqi faktları qeyd etməmişlər. Həmin şəxslərin iddiaçının sahiblik etdiyi obyektlə uzaqdan-yaxından əlaqələri olmamış, müxtəlif səbəblərdən (xidmətlə təmin edilmək istəmələri, ticari fəaliyyətlə məşğul olmaq istəmələri səbəblərindən) həmin vaxt obyektdə olmuşlar. Daha üç nəfər – Qardaşov Rinat, Əliyev Fərid və Məmmədov Bayram da vergi orqanı nümayəndəsinin israrlarına baxmayaraq izahat verməkdən imtina etmişlər. Həmin şəxslər və həmçinin vergi orqanı üçün izahat verən Məmmədov Rahim, Səmədov Kənan, Rzayev Fuad, Quluzadə Xanhüseyn, Cəbrayılov Fərid, Abdulov Səbuhi vergi orqanı operativ yoxlama tədbiri apardığı zaman qeyd edilən obyektdə sadəcə öyrənmək məqsədilə, qeyd edilən sahədə fəaliyyət göstərə biləcəklərini sınamaq üçün, bacarıqlarının bu sahədə işləməyə imkan verməsini yoxlamaq məqsədi ilə olublar və avtomobil təmiri sahəsindəki iş fəaliyyətinin xüsusiyyətləri ilə tanış olan, bu sahənin spesifik cə hətləri olduğu bilən hər kəs bilir ki, şəxs könüllü surətdə, özünü yoxlamaq üçün, təlim keçmək üçün bir neçə gün bu tip obyektlərdə bir neçə saat ərzində görülən işlərlə tanış olmağa çalışırlar. Həmin işçilərlə daha sonra əmək müqaviləsi bağlanmış və onlar rəsmi olaraq əmək fəaliyyətinə başlamışlar. Bütün bunlar vergi orqanı tərəfindən aparılan yoxlama-nəzarətin doğru olmayan nəticəyə gəldiyini deməyə əsas verir.
7. Cavabdeh tərəfindən iddia tələbinə verilən yazılı etirazda göstərilmişdir ki, xx.xx.2021-ci il tarixli **********4383 nömrəli "Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərara əsasən xx.xx.2021-ci il tarixdə iddiaçının sahibkarlıq fəaliyyətinin həyata keçirdiyi Bakı şəhəri, Yasamal rayonu, Müzəffər Həsənov 3A, 2-ci Alatava Y/S-də yerləşən obyektində keçirilmiş ope rativ vergi nəzarəti tədbiri zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 20 (iyirmi) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələblərinin pozulduğu aşkar olunaraq xx.xx.2021-ci il tarixli, DVX seriyalı 004797 nömrəli akt tərtib edilmiş və aktın vergi ödəyicisinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi tərəfindən imzalanaraq bir nüsxəsinin qəbul edildiyi müəyyən edilmişdir. Tərtib edilmiş akt əsasında cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli, **********5950 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul o lunaraq vergi ödəyicisinə 40000 (qırx min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” tələbnamə vergi ödəyicilərinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş və araşdırma zamanı elektron qutuda xx.xx.2021-ci il tarixli **********484700 nömrəli məktubun vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdə saat 16:30-da oxunduğu müəyyən edilmişdir. Operativ vergi nəzarəti tədbiri keçirilən zaman foto və (və ya) video çəkilişdən istifadə olunması vergi orqanının vəzifəsi deyil, hüququdur və Məcəllədə imperativ norma kimi nəzərdə tutulmamı şdır. Digər tərəfdən, nəinki “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərar, operativ vergi nəzarəti tədbiri gedişində qəbul edilmiş bütün rəsmi sənədlər vergi ödəyicisinə təqdim edilmiş və bütün sənədlər sonuncu tərəfindən “tanış oldum” qeydi ilə imzalanmışdır. Operativ vergi nəzarəti tədbiri çərçivəsində alınmış İddiaçı xx.xx.2021-ci il tarixli izahatına əsasən o, Bakı şəhəri, Yasamal rayonu, Müzəffər Həsənov 3A, 2-ci Alatava Y/S-də yerləşən obyektində (avtoservis) sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu, tabeliyində olan 18 işçi ilə hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, digər iki işçinin üç gündür ki, işə götürüldüyünü qeyd edərək işçilərlə ən qısa zamanda əmək müqaviləsinin bağlanacağının təmin ediləcəyini bildirmişdir. Bu faktları işçilər özləri ifadə verərkən də təsdiqləmişlər. Digər 8 nəfər işçi – X3, X19, X8, X17, X5, X4, X21 heç bir əsas olmadan izahat verməkdən imtina etmişlər. Göründüyü kimi, operativ vergi nəzarəti tədbiri hər hansı pozuntu olmadan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada keçirilmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 2-1(112)-2434/2022 nömrəli qərarı (hakim E.Ə.Əliyev) ilə iddia rədd edilmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, operativ vergi nəzarəti tədbiri hər hansı pozuntu olmadan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada keçirilmişdir. Cavabdeh inzibati orqan tərəfindən vergi və inzibati icraat haqqında qanunvericiliyin tələblərinin pozulması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmadığın dan mübahisələndirilən inzibati akt əsaslıdır və ləğv oluna bilməz.
10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
11. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş idarəsinin İstintaq və təhqiqat idarəsinin 27 may 2022-ci il tarixli “Cinayət işi üzrə icraata xitam verilməsi barədə” qərarına əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən, xeyli sayda şəxsləri, yəni 15 (on beş) nəfəri işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə iddiaçının bar əsində istintaq olunan ********* nömrəli cinayət işinə bu cür əməli ilk dəfə törətməsi, işçilərlə əmək müqaviləsi bağladığı, ödənilməkdən yayındırılmış işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarını tamamilə ödədiyi üçün cinayət qanunu müddəalarının qüvvəsinə görə o, cinayət məsuliyyətindən azad olunduğundan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən xitam verilmişdir. İddiaçıya qarşı X8, X19, X18, X5 və X7 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edilməsi ilə əlaqədar tətbiq edilmiş maliyyə sanksiyasının vergi ödəyicisinin şəxsi hesab vərəqəsində azaldılmasının təmin edilməsi cavabdehə tapşırılmışdır.
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2022-ci il tarixli, 2-1(103)-1635/2022 nömrəli qərarı (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və A.P.Oruczadə) ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2-1(112)-2434/2021 nömrəli qərarı qismən, vergi orqanının xx.xx.2021-ci il tarixli, **********5950 nömrəli qərarı “5 (beş) nəfər fiziki şəxsə - X15, X9, X2, X10 və X6 münasibətdə 10000 manat maliyyə sanksiyasının tətbiq olunması” ilə bağlı iddianın təmin olunmadığı hissədə ləğv edilmiş, həmin hissədə iddia təmin olunmuş, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, **********5950 nömrəli qərar qismən, 5 (beş) nəfər fiziki şəxsə görə 10000 manat maliyyə sanksiyasının tətbiq olunduğu hissədə ləğv edilmişdir. Məhkəmə qərarı qalan, vergi orqanının xx.xx.2021-ci il tarixli, **********5950 nömrəli qərarının “15 (on beş) nəfər fiziki şəxsə görə 30000 manat maliyyə sanksiyasının tətbiq olunması” ilə bağlı iddianın təmin olunmadığı hissədə dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə qismən razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçının vergi istintaqı zamanı işçisi olduğunu etiraf etdiyi 11 nəfərdən 9-u (Rəhim Məmmədov, Ceyhun Saramanov, Kənan Səmədov, Fuad Rzayev, Nəriman Əsədov, Fərid Cəbrayılov, Nadir Məmmədov, Səbuhi Abdullayev, Xanhüseyn Quluzadə) vergi orqanının yoxlama apardığı zaman verdiyi izahatlarında iddiaçının işçisi olduqlarını etiraf etmişlər, digər iki nəfərin – Ramiz Sərdarov və Fərid Əliyevin isə vergi yoxlaması zaman ı izahatları alınmasa da, həmin şəxslər vergi istintaqı zamanı iddiaçının işçisi olmalarına dair ifadələr vermişlər. İddiaçının işçisi olmadığını bildirdiyi 9 nəfərdən (Tural Niftəliyev, Rinat Qardaşov, Kənan Quluzadə, Məhəmməd Fətəlizadə, Cavid Atakişiyev, Bayram Məmmədov, Yusif Lətifov, Ehtiram Nərimanov və Kübra İsayeva) yalnız birinin – X1 vergi yoxlaması zamanı izahatı alınmamış, lakin vergi istintaqına verdiyi ifadəsində göstərdiyi kimi, sonuncu adı çəkilən şəxs məhkəmədə verdiyi izahatında da iddiaçı ilə aralarında əmək müqaviləsi bağlamadan işlərin görülməsinə cəlb olunduğunu etiraf etmişdir. İddiaçının işçisi olmadığını bildirdiyi 9 nəfərdən üçü – X11, X12 və X20 həm vergi yoxlaması zamanı, həm də vergi istintaqı dövründə verdikləri ifadələrində iddiaçıya məxsus obyektdə müxtəlif işlərdə işləməyə cəlb olunduqlarını, buna görə iddiaçıdan nağd şəkildə əmək haqqı aldıqlarını, lakin aralarında hər hansı əmək və ya xidmət müqaviləsinin bağlanmadığını bildirmişlər. İddiaçının işçisi olmadığını bildirdiyi 9 nəfərdən digər beşinin (Tural Niftəliyev, Rinat Qardaşov, Kənan Quluzadə, Məhəmməd Fətəlizadə, Kübra İsayeva) isə nə vergi yoxlaması keçirilən zaman, nə də sonradan aparılan vergi istintaqı dövründə müvafiq ifadələri alınmamışdır.
14. Aparılan məhkəmə araşdırmaları nəticəsində müəyyən olunmuşdur ki, iddiaçıya məxsus obyektdə keçirilmiş operativ vergi nəzarəti zamanı əmək müqaviləsi olmadan işlərin görülməsinə cəlb olunmuş 20 nəfərdən 12-si yoxlama zamanı izahat verərək həmin işlərə cəlb olunmaqla bağlı iddiaçı ilə aralarında əmək müqaviləsinin olmadığını bildirmiş, 8-n in vergi yoxlaması aparılan zaman izahatının alınması mümkün olmasa da, vergi istintaqı dövründə onlardan 3-ü iddiaçının işçisi olduğunu etiraf etmiş, 5-nin isə heç bir halda izahatının alınması mümkün olmamışdır. İddiaçı vergi yoxlaması zamanı aşkar olunan 20 nəfərdən 11-nin işçisi olduğunu etiraf etmiş, 9-nun işçisi olmadığını bildirsə də, həmin şəxslərin 4-nün verdikləri izahat və ifadələrdən onların iddiaçı ilə əmək müqaviləsi bağlamadan işlərin görülməsinə cəlb olunduğu müəyyən olunmuş, qalan 5 nəfərin isə heç bir halda izahatının alınması mümkün olmamışdır.
15. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
16. İddiaçının kas sasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir. İddiaçı əlavə olaraq qeyd edir ki, Bayram Məmmədov məhkəmə iclası zamanı vermiş olduğu izahatında obyektdə iddiaçı ilə şəxsi münasibətlərinə görə olduğunu, işlərə cəlb edilmədiyini göstərmiş, işə cəlb olunma barədə razılaşmaları olmamışdır. Eyni zamanda istintaq dövründə izahatı alınmış şəxslər istintaq orqanında psixoloji gərginlik zamanı izahat vermişdirlər ki, məhkəmə həmin halların araşdırmasını və yenidən izahatlarının alınmasını təmin etməmişdir. Vergi Məcəlləsinin 41.1, 41.2, 42.1, 42.2, 50.2, 50.3 və 50.6cı maddələrinin tələbləri pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
17. Cavabdeh kassasiya şikayətinə etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilmədən, Bakı Apellyasiya M əhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2022-ci il tarixli, 2-1(103)-1635/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə
23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək;... Maddə
42. Sənədlərin tələb edilməsi 42.1. Səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Sənədlərin v ə ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir. Vergi ödəyicisi tərəfindən vergilərin hesablanmasına təsir edən və yoxlama dövründə təqdim edilən sənədlərdən fərqli sənədlər əlavə vergi yoxlamasının təyin edildiyi tarixdən 30 iş günü müddətində təqdim edilməlidir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı sənədlərin və ya elektron faylların verilməsi barədə tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 1 iş günü ərzində təqdim etməlidir. Sənədlərin lazımi qaydada təsdiq edilmiş surətləri təqdim edilir.... Maddə
50. Operativ vergi nəzarəti 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarında uçota durmayan, bu Məcəllənin 33.2-ci maddəsinə uyğun olaraq təsərrüfat subyekti (obyekti) vergi orqanlarında uçotda olmayan və ya bu Məcəllənin 221.4.7-ci maddəsinə əsasən “Fərqlənmə nişanı”nı almayan vergi ödəyicilərinin aşkar edilməsi; 50.1.2. aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi; 50.1.2-1. nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyriqanuni yolla hazırlanması, istifadəsi və satışının qarşısının alınması sahəsində nəzarət edilməsi; 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 50.1.4. valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müə yyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktlarının aşkar edilməsi; 50.1.5. Çıxarılmışdır. 50.1.6. xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olan şəxslərin aşkar edilməsi; 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; 50.1.8. istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi; 50.1.9. aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı müvafiq i cra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara əməl olunmasına nəzarət edilməsi; 50.1.10. bu Məcəllənin 221.8-ci maddəsinə əsasən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almayan vergi ödəyicilərinin aşkar edilməsi; 50.1.11. nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi; 50.1.12. pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına nəzarət edilməsi; 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmilə şdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaiməfakturanın tərtib edilməsinə nəzarət edilməsi; 50.1.13-1. bu Məcəllənin 16.1.11-11-ci maddəsinə əsasən vergi ödəyicisinin idxal olunmuş mallarının saxlanıldığı (boşaldıldığı) yerə baxış keçirilməsi; 50.1.14. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi. 50.2. Ope rativ vergi nəzarətinin həyata keçirilməsi ücün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmı ş qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir... 50.6. Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyy ən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49cu maddələrinin müddəaları tətbiq edilir. Maddə
58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları... 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul ola n şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir....
19. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
14. Sübut etmə vəzifəsi 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... b) Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instans iyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət for mal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansi ya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi operativ vergi nəzarətinin nəticəsi olaraq Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi barədə qərarın əsaslığı ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
27. Bununl a belə, məhkəmə kollegiyası iddiaçının Bayram Məmmədovla işə cəlb olunma barədə razılaşmalarının olmamasına dair dəlili ilə bağlı qeyd edir ki, Bayram Məmmədov apellyasiya instansiya məhkəməsində məhkəmə icraatı zamanı verdiyi izahatında həqiqətən də iddiaçını əvvəldən tanıdığını göstərsə də, iddiaçıya məxsus obyektdə elektrik işləri gördüyünü və buna uyğun olaraq həm gündəlik, həm də müştəridən pul aldığını bildirmişdir.
28. Kassasiya şikayətinin digər dəlilinə əsasən istintaq dövründə izahatı alınmış şəxslər istintaq orqanında psixoloji gərginlik zamanı izahat vermiş, məhkəmə tərəfindən isə həmin hallar araşdırılmamışdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı istintaq dövründə izahatı alınmış şəxslərin istintaq orqanında psixoloji gərginliyə məruz qalması ilə bağlı h ər hansı mötəbər dəlilə istinad edə bilməmiş, bununla bağlı izahatı alınmış şəxslərin məhkəməyə və ya hər hansı quruma müvafiq müraciəti olmamışdır. Ona görə də, iddiaçının qeyd edilən dəlili əsaslı hesab oluna bilməz.
29. Beləliklə, məhkəmə araşdırmaları ilə vergi orqanının hazırkı qərarın 18-ci bəndlərində göstərilən hər hansı normanın pozuntusuna yol vermədiyi aşkar olunmuşdur.
30. Bundan başqa, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinin məzmunundan görünür ki, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Hazırkı iş üzrə cavabdeh vergi orqanı da mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, iddia çı isə bunun əksini sübut edə bilməmişdir.
31. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2022-ci il tarixli, 2-1(103)-1635/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.