Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2423/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı iddiasına dair iş üzrə Açar sözlər: Daşınmaz əmlakın dövlət reyestrində hüquqların qeydiyyatı ilə bağlı mübahisələr; qeyri-yaşayış sahəsinə çıxarışın verilməsi 28.08.2019 GİRİŞ HİSSƏ Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), X1 və http://supremecourt.gov.az/static/view/102X2 ibarət tərkibdə, İddiaçının vəkili Vəkiliştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlak ın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İarəsinə qarşı qeyri-yaşayış sahəsinə çıxarışın verilməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 aprel 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yasamal rayonu Yeni Yasamal yaşayış massivi 3də “xxxx” MMC tərəfindən inşa edilmiş 3A saylı binanın kürsü mərtəbəsində yerləşən 196 kv.m. qeyri-yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam hüqu qu ilə iddiaçıya mülkiyyət hüququ ilə çıxarışın verilməsi barədə cavabdeh İdarənin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03.12.2018-ci il tarixli qərarı ilə (hakim E.Məmmədov; iş No 2-1(81)-4066/2018) iddianın təmin edilməsi; “xxxx” MMC tərəfindən inşa edilmiş Bakı şəhəri, Yasamal rayonu Yeni Yasamal, 2-ci yaşayış massivi 3A saylı binanın kürsü mərtəbəsində yerləşən 196 kv.m qeyri-yaşayış sahəsinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyetrində qeydiyyata alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh İdarəyə həvalə olunması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 aprel 2019-cu il tarixl i qərarı ilə (sədrlik edən V.Məmmədov, hakimlər S.Seyidova və İ.Əhmədov; iş № 21(103)-691/2019) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03 dekabr 2018-ci iltarixli qərarının ləğv edilməsi; iş üzrə yeni qərar qəbul edilməsi; iddianın təmin edilməməsi; cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan iddiaçı kassasiya şikayəti verərək, qərarı ləğv edib, iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçının kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya instansiya məhkəməsinin mübahisəli qərarı qəbul edərkən, maddi və prosessual hüquq normalarını əhəmiyyətli dərəcədə pozmuş və düzgün tətbiq etməmişdir, həmçinin işin hallarını qanunamüvafiq qaydada araşd ırmamışdır, nəticədə əsassız və qanunsuz qərar qəbul edilmişdir. Azərbaycan Respublikasında inşa edilən çoxmərtəbəli yaşayış binalarının demək olar ki, heç birində mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı olmur və tərəfə təqdim edilmir. Məhkəmənin qənaəti nəzəri xarakter daşımaqla mövcud praktikaya uyğun gəlmir. Daşınmaz əmlak bazarında yaşayış (qeyri-yaşayış) sahəsi alan şəxslə ikitərəfli müqavilə bağlanılır və əmlakın haqqı verildikdən sonra müvafiq arayış verilir, hər kəs yaşayış sahəsinin dəyərini ödəməklə əmlakı mülkiyyətinə keçirir. Fikrimizcə, bu hal işə baxan məhkəməyə də məlumdur. İşdəki maliyyə arayışı və tərəflər arasında bağlanmış müqavilə elə əmlakın mənim mülkiyyətimə verilməsi anlamına gəlir. Nəzərə alınmalıdır ki, müqavilə qərardan daha üstün hüquqi qüvvəyə malikdir. İş materiallarında “xxxx” MMC ilə iddiaçı arasında bağlanılmış 16.04.2011 -ci il tarixli müqaviləni şübhə altına alan və ya qanun pozuntusu ilə tərtib edilməsinə dair sübut yoxdur. Müqavilə qanuni qüvvədədir. Belə müqavilə ilə Bakı şəhərində bütün əldə edilən mənzillərə mülkiyyət hüququ məhkəmələr (həmçinin, cavabdeh inzibati orqan) tərəfindən tanınır. Əmlakın qeydə alınması isə qanunvericilikdə dövlət orqanının vəzifəsi kimi müəyyənləşdirilmişdir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını formal əsaslarla ləğv etmiş, bununla da mülkiyyət hüququnun qeydə alınması ilə bağlı vətəndaşa süni maneə yaratmış, qanunsuzluqla başlı-başına buraxmışdır. Mülkiyyət hüququna «qərarın olmaması» əsası ilə yanaşılması qanuni, əsaslı, ədalətli və məntiqli y anaşma hesab edilə bilməz. Qanunsuz və əlverişsiz inzibati akt konstitusion hüquqların reallaşmasına maneə törədir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında çıxış edən iddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 aprel 2019-cu il tarixli qərarını ləğv edib iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə cavabdeh İdarənin nümayəndələri gəlmədiyindən və bunun səbəbi barədə məlumat vermədiyindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Res publikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin olunmaqla, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş üzrə iddianın təmin edilməsi barədə yekun qərar qəbul edilməlidir. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, iddiaçının “xxxx” MMC ilə bağladığı “Yaşayış binasında mənzil tikintisi haqqında” 16.04.2011-ci il tarixli müqaviləyə əsasən, Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi 3-də yerləşən “xxxx” MMC-nin tikilməkdə olan binasında 1-ci giriş 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 196 kv.m olan market iddiaçıya satılmış, marketin ümumi dəyəri 205.800 ABŞ dolları şərti vahidi məbləğində müəyyən olunmuşdur. İşin materiallarında olan “xxxx” MMC tərəfindən verilmiş 01 saylı 16.04.2011-ci tarixli “Maliyyə arayışı”na görə, Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi 3-də inşa olunan yaşayış binasının 1-ci giriş 1-ci mərtəbəsində ümumi sahəsi 196 kv.m olan marketin pay dəyərindən 205.800 ABŞ dolları iddiaçı tərəfindən ödənilmişdir və qalıq borcu y oxdur. İşin materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti başçısının 11.02.2016-cı il tarixli 46 saylı sərəncamı ilə təsdiq edilmiş “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət komissiyasının aktı”na əsasən, podratçı “xxxx” MMC tərəfindən tikintisinə 2005-ci ilin noyabr ayında başlanmış və 2010-cu ilin 4-cü rübündə başa çatdırılmış, poçt ünvanı Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal 2 yaşayış massivi 3A olan, Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivində 14 mərtəbəli 1 girişli yaşayış binası (kürsü mərtəbəsi qeyri-yaşayış sahəsi) mövcud (məskunlaşdırılmış) vəziyyətdə istismara qəbul edilmişdir. Bu faktlarar əsaslanan iddiaçı satın aldığı qeyri-yaşayış sahəsinə dövlət reyestrindən çıxarışın verilməsi haqqıneda ərizə ilə cavabdeh İdarəyə müraciət e tmişdir. Lakin həmin inzibati orqanın iddiaçıya ünvanladığı 06.08.2018-ci il tarixli **********25 saylı məktubu ilə iddaçının müraciətinin təmin edilməsindən imtina olunmuş və buna əsas kimi, aparılan araşdırma zamanı sözügedən qeyri-yaşayış sahəsi yerləşən yaşayış binasının istismarına icazə sənədinin təqdim edilməməsinin müəyyən edildiyi və qeyriyaşayış sahəsinə İdarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmadığı, bundan başqa, sözügedən yaşayış binasına “xxxx” MMC-nin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra daşınmaz əmlak sahibləri tərəfindən təqdim ediləcək notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında mənzil və qeyri-yaşayış sahələrinə mülkiyyət hüquqlarının qeydiyyatının aparıla b ildiyi göstərilmişdir. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsinin iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək belə hesab etmişdir ki, məhkəmə təcrübəsində yeni inşa edilən çoxmənzilli MMC binalarında yerləşən mənzillərə MTK yaşayış evlərində yerləşən mənzillər kimi yanaşılması müşahidə olunsa da, hazırkı mübahisə həmin işlərlə eyni kateqoriyaya aid deyil. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin İV Fəslinin 2-ci paraqrafı Kommersiya təşkilatları adlanır və Məcəllənin kooperativləri tənzimləyən 109-113-cü maddələri bu paraqrafa daxil edilmişdir. Əgər şəxs yeni inşa olunan çoxmənzilli yaşayış binasında mənzil yaxud qeyri-yaşayış sahəsi əldə etmək istəyirsə və bu arzusunu reallaşdırarkən hər hansı səbəbdən MTK ilə MMC-ni fərqləndirə bilməmiş, lakin onun niyyəti kooperativ üzvü kimi hərəkət edərək, yaşayış (qeyri-yaşayış) sahəsinə olan ehtiyacının ödənilməsi üçün öz vəsaiti hesabına müvafiq binanın tikilməsində iştirak etməkdirsə, bu halda məhkəmə təcrübəsi onların bu niyyətinə üstünlük verir, baxmayaraq ki, qanunverici açıq şəkildə Mənzil Məcəlləsinin 112.1-ci, Mülki Məcəllənin 178.8-ci və «xxxx» AR Qanununun 8.0.6-cı maddələrində yalnız MTK üzvlərinin belə bir hüquqa malik ola biləcəklərini ifadə etmişdir. Qanunverici iradəsinin bu yöndə formalaşmasının səbələrini isə Mənzil Məcəlləsinin 109-cu maddəsində ortaya qoymuşdur. İşin hallarına məhz bu kontekstdə hüquqi qiymət verildikdə məlum olur ki, “xxxx” MMC tərəfindən tikintisi 2010-cu ilin 4-cü rübündə başa çatdırılmış Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal 2 yaşayış massiv i 3A ünvanda yerləşən yaşayış binasında mübahisəli qeyri-yaşayış sahəsini iddiaçı 16.04.2011-ci il tarixli müqavilə ilə əldə etmişdir. Bu da sonuncunun kooperativ üzvü kimi hərəkət emədiyinə, qeyri-yaşayış sahəsinə olan ehtiyacının ödənilməsi üçün öz vəsaiti hesabına binanın tikilməsində iştirak etmədiyinə dəlalət edir ki, qeyd olunan hal da istinad edilən məhkəmə təcrübəsini şərtləndirmir. Belə olan halda «xxxx» AR Qanununun 10.2.1 və 8-ci maddələri ilə tələb olunan mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının təqdim olunmamasının məsujiyyəti də iddiaçıya aiddir. Sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh inzibati orqan tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetiri lməməsinə əsas olmuş halların qanuniliyi, yəni iddiaçının MMC-nin inşa etdiyi yaşayış binasında aldığı qeyri-yaşayış sahəsinin ilkin hüquqi qeydiyyata alınmasından cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), «xxxx» AR Qanunu və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə ilə cavabdehə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası mahiyyətcə qanuna zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır, imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanununun 17-ci maddəsi). Bu əsaslarla cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi sonuncunun qanunla qorunan hüquqlarını pozmamışdır, ona görə də əsaslı və qanunidir. Belə olan halda iddiaçının iddia tələbi əsassız və qanunsuz olduğundan təmin edilə bilməzdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgün deyil, iddiaçının kassasiya şikayətində göstərdiyi dəlillər əsaslı olduğundan qəbul edilməlidir. «xxxx» Azərbaycan Respublikasının Qanununun 8.0.6-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslarından biri - mənziltikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarıdır (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə). Həmin Qanunun 8.0.9 və 8.0.9.2-ci maddələrinə əsasən isə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. A zərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşı yır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə görə mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Həmin Məcəllənin 113.2-ci maddəsində isə təsbit edilmişdir ki, bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Qanunvericiliyin göstərilən müddəalarının hazırkı işin hallarına tətbiqi baxımından məhkəmə kollegiya hesab edir ki, apelyasiya məhkəməsi iddianın rədd edilməli olduğu ilə bağlı səhv nəticəyə gəlmişdir. Belə ki, işdəki sənədlərlə müəyyən edilir ki, mübahisəli qeyri-yaşayış sahəsi 16.04.2011-ci il tarixdə iddiaçıya satılmış, sahənin dəyəri onun tərəfindən ödənilmiş və bu barədə maliyyə arayışı verilmişdir. Eyni zamanda bina istimara qəbul edilmişdir. Məhkəmə kollegiyası cavabdeh İdarənin istinad etdiyi yaşayış binasına «xxxx» MMCnin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra təqdim ediləcək notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında qeyriyaşayış sahəsinə mülkiyyə t hüquqlarının qeydiyyatının aparılmasının mümkün olduğuna dair dəlili də əsassız hesab edir. Belə ki, tərəflər arasında bağlanılmış 16.04.2011-ci il tarixli müqavilə ilə «xxxx» MMC inşa etdiyi binadakı qeyri-yaşayış sahəsinin dəyərini almaqla satmışdır. Ona görə də, həmin sahəyə dair «xxxx» MMC hər hansı hüququn sahibi deyildir. Dəyəri tam ödənildiyi üçün qeyri-yaşayış sahəsinə mülkiyyət hüququ 16.04.2011-ci il tarixli müqaviləyə əsasən iddiaçıya keçmişdir. «xxxx»Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın əsasları göstərilmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, hazırkı iş üzrə iddiaçının mübahisəli sahəyə dair mülkiyyət hüququnun qeydə alınmasından imtinaya səbəb ola biləcək həmin əsaslardan hər hansı birinin mövcudluğu da müəyyən edi lməmişdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, işə baxan apellyasiya instansiya məhkəməsi qərarında tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmişdir, tətbiq etdiyi normaları isə düzgün təfsir etməmişdir. Həmçinin işdən görünür ki, onun yenidən araşdırılmasına zərurət yaranmır. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hər tərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində p roses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış, qərarın ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilir. Odur ki, kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 25 aprel 2019-cu il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikas ı İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçınkassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 aprel 2019-cu il tarixli qərarı ləğv edilsin. İş ürzə yeni qərar qəbul edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə “xxxx” MMC tərəfindən inşa edilmiş Bakı şəhəri, Yasamal rayonu Yeni Yasamal, 2-ci yaşayış massivi 3A saylı binanın kürsü mərtəbəsində yerləşən 196 kv.m qeyri-yaşayış sahəsinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyetrindən çıxarışın verilməsi vəzifəsi qoyul
Məhkəmə qərarları › İş №2-1(102)-2423/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2423/2019
28.08.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver