Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2423/2021 21.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (pensiyanın yenidən hesablanması) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı pensiyanın yenidən hesablanması tələbinə dair iş üzrə Bakı Ap ellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2079/2021 nömrəli iş üzrə 03.09.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə 22 dekabr 2021-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək 1993-1998-ci illərə dair pensiyanın 14.08.2005-ci il tarixdən yenidən hesablanaraq ödənilməsini xahiş etmişdir.
2. Cavabdeh 15.07.2020-ci il tarixli, **********9 nömrəli məktubu ilə iddiaçıya pensiyanın yenidən hesablanmasından imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdar əsinə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına) qarşı 1993-1998-ci illər üzrə istifadə olunmamış məzuniyyətə görə ona ödənilmiş pul məbləği, həmçinin hər il məzuniyyətə çıxarkən iki aylıq əmək haqqı məbləğində pul təminatı, hər il prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti, prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım həmin müddətdə Qarabağ qarnizonu hərbi prokurorluğu döyüş əməliyyatları aparılan bölgədə olduğu üçün üç qat, ödənilmiş mükafatlar isə ödənildiyi məbləğdə nəzərə alınmaqla onun Qarabağ qarnizonu hərbi prokurorun köməkçisi vəzifəsində işləd iyi 3 il müddəti döyüş bölgəsində 9 il hesablanmaqla 14.08.2005-ci il tarixdə 25 il xidməti tamam olduğundan 14 avqust 2005-ci il tarixdən 1993-1998-ci illərə dair pensiyanın yenidən hesablanmasının və ödənilməsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.
4. İddiaçı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, 19931998-ci illərə dair pensiya hesablanarkən ona ödənilmiş mükafatların, yəni 1993-cü ildən 1997-ci ilə kimi hər il ildə bir dəfə 200%, 1998-ci ildə isə iki dəfə 200%, vəzifə və rütbə maaşı həcmində, 1993-cü ilin mart ayında 100%, may ayında 50%, dekabr ayında 100%, 1994-cü ilin may ayanda 50%, dekabr ayında 50%, 1995-ci ilin may ayında 50%, noyabr ayında 50%, 1996-cı i lin mart ayında 100%, may ayında 50%, dekabr ayında 50%, 1997ci ilin mart ayında 50%, aprel ayında 50%, noyabr ayında 50%, dekabr ayında 50% vəzifə maaşı həcmində mükafatların nəzərə alınmasını, bundan başqa 14.04.2011-ci ildən 12.04.2019-cu il tarixə kimi işlədiyi 8 il ərzində yığılan məbləğin qanunvericiliklə müəyyən olunan hissəsinin hesablanan pensiyanın üzərinə gəlinməsinin cavabdehə həvalə edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, o, 02.08.1986-cı ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmiş, 14.08.1986-cı ildən 06.01.1993cü ilə kimi Azərbaycan Respublikası Ədliyyə orqanlarında Dövlət notariusu vəzifəsində işləmiş, 06.01.1993-cü ildən Hərbi Prokurorluqda işləməyə başlamış, yəni 06.01.1993-cü ildə n 23.01.1996-cı ilə kimi Qarabağ qarnizonu hərbi prokurorun köməkçisi, 23.01.1996-cı ildən 14.03.2005-ci ilə kimi Lənkəran qarnizonu hərbi prokurorluğunda müstəntiq və böyük müstəntiq vəzifəsində işləmiş, 14.03.2005-ci ildə isə Saatlı rayon prokurorunun köməkçisi vəzifəsinə təyin olunmuş, həmin vaxtdan Prokurorluqda müxtəlif vəzifələrdə işləmişdir. 25 il xidmət etdiyinə görə «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Qanunun 32.5 və 20.13-cü maddələrinə və «Əmək pensiyaları haqqında» Qanunun 9.4.1-ci maddəsinə əsasən 14.08.2011-ci ildə ona 1993-1998-ci illərə dair pensiya hesablanmış və həmin tarixdən işlədiyi müddətdə qanunvericiliklə müəyyən edilmiş məbləğdə pensiya almış, 60 yaşı tamam olduğundan Azərbaycan Respublikası Baş Prokurorunun 12.04.2019-cu il tarixli, 11/147-k saylı əmr i ilə «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Qanunun 32.2-ci maddəsinə əsasən prokurorluqda qulluqda olmanın yaş həddinə çatdığına görə prokurorluqda qulluq keçməsinə xitam verilmiş və 12.04.2019-cu il tarixdən «Əmək pensiyaları haqqında» Qanunun 20.8-ci maddəsinə əsasən son 24 ay nəzərə alınmaqla 2017-2019-cu illərə dair ona pensiya hesablanmış və hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsindən pensiya alır. Qarabağ qarnizonu hərbi prokurorun köməkçisi vəzifəsində işlədiyi müddətdə Ağdam rayonu ərazisində gedən döyüşlərdə iştirak etmiş və Qarabağ qarnizonu hərbi prokurorluğu döyüş əməliyyatları aparılan döyüş bölgəsində yerləşdiyi üçün 06.01.1993-cü ildən 23.01.1996-cı ilə kimi üç qat əmək haqqı al mışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.11.1992-ci il tarixli 631 №-li qərarının 2-ci maddəsinə əsasən pensiya təminatı zamanı güzəştlə döyüş əməliyyatları aparılan döyüş bölgəsində 1 ay xidmət dövrü 3 ay hesablanmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 27.03.2014-cü il tarixli qərarı ilə həmin müddəanı şərh etmişdir və həmin qərarda qərarın qətiliyi, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə bilməməsi və ya rəsmi təfsir edilə bilməməsi göstərilmişdir. Belə olan halda, yəni Qarabağ qarnizonu hərbi prokurorluğu döyüş əməliyyatları aparılan döyüş bölgəsində yerləşdiyi üçün onun 06.01.1993-cü ildən 23.01.1996-cı ilə kimi olan 3 il xidmət müddəti 9 il hesablanaraq əmək stajına daxil edilməlidir. Qarabağ qarnizonu hərbi prokurorun köməkçisi vəzifəsi ndə işlədiyi 3 il müddəti 9 il hesablanaraq əmək stajına daxil edildikdə 14.08.2005-ci ildə onun 25 il xidmət müddəti yarandığından həmin ildə «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Qanunun 32.5-ci və 20.13-cu maddəsinə və «Əmək pensiyaları haqqında» Qanunun 9.4.1-ci maddəsinə əsasən ona pensiya təyin olunmalı idi, lakin ona həmin pensiya 14.08.2011-ci ildə təyin olunmuşdur. Beləliklə də ona 1993-1998-ci illərə dair pensiya 14 avqust 2005-ci il tarixdən yenidən hesablanaraq ödənilməlidir. O, 18.06.2020ci il tarixdə 1993-1998-cı illərə dair pensiyanın yenidən hesablanması və ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və həmin İdarənin 15.07.2020-ci il tarixli məktubu ilə pensiyanın yenidən hesablanmasından imtina olunmuşdur. Ona 14.08.2011-ci ildə 19931998-ci illərə dair pensiy a təyin edilərkən hər il məzuniyyətə çıxarkən iki aylıq əmək haqqı məbləğində pul təminatı, prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti, prokurorluq işçilərinə hər il əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım məbləğləri, bundan başqa 1993-1997-ci illərdə ona ödənilmiş mükafatların bir qismi nəzərə alınsa da, 1993-cü ilin mart ayında 100%, may ayında 50%, dekabr ayında 100%, 1994-cü ilin may ayında 50%, dekabr ayında 50%, 1995-cü ilin may ayında 50%, noyabr ayında 50%, 1996-cı ilin mart ayında 100%, may ayında 50%, dekabr ayında 50%, 1997-cı ilin mart ayında 50%, aprel ayında 50%, noyabr ayında 50%, dekabr ayında 50% vəzifə maaşı həcmində mükafatlar nəzərə alınmamışdır. O, 1993-1998-ci illərdə qanunsuz olaraq ondan asılı olmayan səbəblərdən məzuniyyətə buraxılmamış və ona görə də ona 2015-ci ilin dekabr ayında istifadə olunmamış məzuniyyət illərinə görə 7970,38 manat pul ödənilmiş, lakin həmin məbləğ də pensiya hesablanarkən nəzərə alınmamışdır. Beləliklə də onun hüquqları kobud şəkildə pozulmuşdur. Ona 06.01.1993-06.01.1998-ci illərə dair pensiya hesablanarkən 1993-1998-ci illərdə ona ödənilmiş mükafatların, yəni 1993-cü ildən 1997ci ilə kimi hər il ildə 1 dəfə 200%, 1998-ci ildə isə 2 dəfə 200% vəzifə və rütbə maaşı həcmində, 1993-cü ilin mart ayında 100%, may ayında 50%, dekabr ayında 100%, 1994cü ilin may ayında 50%, dekabr ayında 50%, 1995-cü ilin may ayında 50%, noyabr ayında 50%, 1996-cı ilin mart ayında 100%, may ayında 50%, dekabr ayında 50%, 1997-cı ilin mart ayında 50%, aprel ayında 50%, noyabr ayında 50%, dekabr ayında 50% vəzifə maaşı həcmində verilmiş mükafatların nəzərə alınmasını istəyir. Bundan başqa, o, 25 il xidmət etdiyinə görə «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Qanunun 32.5-ci və 20.13-cu maddəsinə və «Əmək pensiyaları haqqında» Qanunun 9.4.1-ci maddəsinə əsasən 14.08.2011-ci ildən işlədiyi müddətdə pensiyanın müəyyən məbləğini almış və 60 yaşı tamam olduğundan 12.04.2019-cu il tarixdə yaşa görə «Əmək pensiyaları haqqında» Qanunun 20.8-ci maddəsinə əsasən son 24 ay nəzərə alınmaqla 2017-2019-cu illərə dair tam pensiya alır. Yəni o, 14.08.2011-ci ildən 12.04.2019-cu ilə kimi 8 il işləyə-işləyə pensiyanın müəyyən məbləğini almışdır və 12.04.2019-cu il tarixdə isə tam pensiyaya çıxmışdır. «Əmək pensiyaları haqqında» Qanunun 37.3. 1-ci maddəsinə əsasən pensiya təyin olunub 6 ildən çox işləyən şəxslərə pensiyanın yenidən hesablanması və yığılan məbləğin alınan pensiyanın məbləğinin üzərinə gəlinməsi təmin edilməlidir. Yəni 19931998-ci illərə dair onun pensiyası yenidən hesablanarkən yuxarıda göstərdiyi ona ödənilmiş mükafatlar və bundan başqa, «Əmək pensiyaları haqqında» Qanunun 37.3.1-ci maddəsinə əsasən 14.08.2011-ci ildən 12.04.2019- cu il tarixə kimi işlədiyi dövrdə yığılan məbləğin qanunvericiliklə müəyyən olunan hissəsi hesablanan pensiyanın üzərinə və ya hazırda aldığı pensiyanın üzərinə gəlinməlidir. Bununla bağlı, o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına müraciət etsə də, 25.09.2020-ci il və 02.10.2020-ci il ta rixli məktublarla bundan imtina olunmuşdur. Qeyd etdiyi məsələlərlə əlaqədar məhkəmə qərarları da mövcuddur. Hesab edir ki, imtina əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
6. Birinci instansiya məhkəməsinin 14.04.2021-ci il tarixli, 2-1(112)1508/2021 nömrəli (sədrlik edən hakim Pərviz Hüseynov) qərarı ilə iddia tələbinin rədd edilməsi qərara alınmışdır.
7. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən, «Əmək pensiyaları haqqında» Qanunun 20.8.2-ci maddəsinə, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 20.8, 20.9, 21.4-cü maddələrinə, «Əmək pensiyaları haqqında» Qanunun 1.0.1, 1.0.2, 1.0.5, və 20.14-cü maddələrinin şərh edilməsinə dair “Konstitusiya Məhkəməsinin Plenumunun” 15.05.2020-ci il tarixli qərarına istinad edərək belə hesab etmişdir ki, iddia əsassızdır.
8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 14.04.2021-ci il tarixli, 2-1(112)- 1508/2021 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.09.2021-ci il tarixli, 2-1(103)-2079/2021 nömrəli (hakimlər Azər Hüseynov - sədrlik edən və məruzəçi, Vüsalə Baxışova və Vidadi Məmmədov) qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 14.04.2021-ci il tarixli, 2-1(112)-1508/2021 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən, «Əmək pensiyaları haqqında» Qanunun 20.8, 20.8.2, 32.1-1-ci maddələrinə əsaslanmaqla belə hesab etmişdir ki, prokurorluq işçilərinə pensiya prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, hesablanır. İddiaçıya da «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 20.8.2-ci maddəsinə əsasən pensiya təyin edilmiş və 2017-2019-cu illərdə aldığı orta aylıq əmək haqqı müəyyən edilmiş, iddiaçıya həmin məbləğin 80 faizi miqdarında pensiya təyin edilmişdir, pensiya məbləği əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla hesablanır. Belə olan halda iddiaçıya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 37. 3.1-ci maddəsinin tələbləri tətbiq edilə bilməz. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
11. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, 1993-1998ci illər üzrə istifadə olunmamış məzuniyyətə görə ona ödənilmiş 7970,38 manat pul məbləğinin, həmçinin hər il məzuniyyətə çıxarkən iki aylıq əmək haqqı məbləğində pul təminatının, hər il prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinətinin, prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım məbləğinin nəzərə alınmaqla ona Qarabağ qarnizonu hərbi prokurorun köməkçisi vəzifəsində işlədiyi 3 il müddəti döyüş bölgəsində 9 il hesablanmaqla 14.08.2005-ci il tarixdə 25 il xidməti tamam o lduğundan 14 avqust 2005-ci il tarixdən 1993-1998-ci illərə dair pensiyanın yenidən hesablanması və ödənilməsi, bundan başqa «Əmək pensiyaları haqqında» Qanunun 37.3.1-ci maddəsinə əsasən 14.08.2011-ci ildən pensiya ala-ala 12.04.2019-cu il tarixə kimi işlədiyi 8 il müddətində yığılan məbləğin Qanunvericiliklə müəyyən olunan hissəsinin aldığı pensiyanın üzərinə gəlinməsi haqqında qərarın qəbul edilməsi ilə bağlı iddia vermişdi. O, 06.01.1993-cü ildən 23.01.1996-cı ilə kimi Qarabağ qarnizonu hərbi prokurorun köməkçisi, 23.01.1996-cı ildən 14.03.2005-ci ilə kimi Lənkəran qarnizonu hərbi prokurorluğunda müstəntiq və böyük müstəntiq vəzifəsində işləmiş, 14.03.2005-ci ildə isə Saatlı rayon prokurorunun köməkçisi vəzifəsinə təyin olunmuş, həmin vaxtdan Prokurorluqda müxtəlif vəzifələrdə işləmiş, 25 il xidmət etdiyinə görə «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Qanun 32.5 və 20.13-cu maddəsinə və «Əmək pensiyaları haqqında» Qanunun 9.4.1-ci maddəsinə əsasən 14.08.2011-ci ildə ona 1993-1998-ci illərə dair pensiya hesablanmış və həmin tarixdən işlədiyi müddətdə qanunvericiliklə müəyyən edilmiş məbləğdə pensiya almış, 60 yaşı tamam olduğundan Azərbaycan Respublikası Baş Prokurorun 12.04.2019-cu il tarixli 11\147-k saylı əmri ilə «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Qanunun 32.2-ci maddəsinə əsasən prokurorluqda qulluqda olmanın yaş həddinə çatdığına görə prokurorluqda qulluq keçməyinə xitam verilmiş və 12.04.2019-cu il tarixdən «Əmək pensiyaları haqqında» Qanunun 20.8-ci maddəsinə əsasən son 24 ay nəzərə alınmaqla 2017-2019-cu illərə dair ona pensiya hesablanmış və hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialından pensiya alır. Qarabağ qarnizonu hərbi prokurorun köməkçisi vəzifəsində işlədiyi müddətdə Ağdam rayonu ərazisində gedən döyüşlərdə iştirak etmiş və Qarabağ qarnizonu hərbi prokurorluğu döyüş əməliyyatları aparılan döyüş bölgəsində yerləşdiyi üçün 06.01.1993-cü ildən 23.01.1996-cı ilə kimi üç qat əmək haqqı alıb.
12. Belə halda, yəni Qarabağ qarnizonu hərbi prokurorluğu döyüş əməliyyatları aparılan döyüş bölgəsində yerləşdiyi üçün onun 06.01.1993-cü ildən 23. 01.1996-cı ilə kimi olan 3 il xidmət müddəti 9 il hesablanaraq əmək stajına daxil edilməlidir. Yuxarıda göstərildiyi kimi Qarabağ qarnizonu hərbi prokurorun kömək çisi vəzifəsində işlədiyi 3 il müddəti 9 il hesablanaraq əmək stajına daxil edildikdə 14.08.2005-ci ildə onun 25 il xidmət müddəti yarandığından həmin ildə «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Qanun 32.5 və 20.13-cu maddəsinə və «Əmək pensiyaları haqqında» Qanunun 9.4.1-ci maddəsinə əsasən ona pensiya təyin olunmalı idi, lakin ona həmin pensiya 14.08.2011-ci ildə təyin olunmuşdur. Beləliklə də ona 1993-1998-ci illərə dair pensiya 14 avqust 2005-ci il tarixdən yenidən hesablanaraq ödənilməlidir. Bundan başqa o, 8 il işləyib, yəni işləyə-işləyə 14.08.2011-ci ildən pensiyanın müəyyən məbləğini alıb və 12.04.2019-cu il tarixdə isə tam pensiyaya çıxıb. Ona görə də «Əmək pensiyaları haqqında» Qanunun 37.3.1-ci maddəsinə əsasən 14.08.2011-ci ildən 12.04.2019-cu il tarixə kimi işlədi yi dövrdə yığılan məbləğin Qanunvericiliklə müəyyən olunan hissəsi hazırda aldığı pensiyanın üzərinə gəlinməlidir. 1993-1998-ci illərdə qanunsuz olaraq ondan asılı olmayan səbəblərdən məzuniyyətə buraxılmayıb və Azərbaycan Respublikası Hərbi Prokurorluğundan daxil olmuş 30.05.2019-cu il tarixli, HP-09\709\92 saylı məktubdan görünür ki, 1993-1998-ci illərdə istifadə olunmamış məzuniyyət illərinə görə ona 2015-ci ilin dekabr ayında istifadə olunmamış məzuniyyət illərinə görə 7970,38 manat (yeddi min doqquz yüz yetmiş manat otuz səkkiz qəpik) pul ödənilmiş, lakin həmin məbləğ də pensiya hesablanarkən nəzərə alınmamışdır.
13. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin 03.09.2021-ci il tarixli, 2-1(103)-2079/2021 nömrəli qərarının lə ğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
14. Cavabdeh kassasiya şikayətinə etiraz edərək qeyd etmişdir ki, iddiaçıya 14.08.2011-ci il tarixdə xidmət illərinə görə əmək pensiyası təyin edilmişdir, iddiaçıya pensiya hesablanarkən onun seçimi əsasında 1993-1997-ci illərdə çalışdığı vəzifələrdə aldığı əmək haqları, mükafatlar və maddi yardımlar əsas götürülmüşdür. İddiaçı 2011-ci ildə pensiyaya çıxsa da, prokurorluq orqanlarında xidmətini davam etmiş, 12 aprel 2019-cu il tarixdən tutduğu vəzifədən azad olunub prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilmiş, hazırda iddiaçı 12 aprel 2019-cu il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.8-ci maddəsinə əsasən, 2017-2019-cu illərin (son 24 ayın) orta aylıq əmək haqqı əsas götürülməklə he sablanmış pensiyanı alır. Göründüyü kimi, iddiaçıya 14.08.2011-ci il tarixdə pensiya hesablanarkən 1993-1997-ci illərdə aldığı əmək haqqı, mükafatlar və maddi yardımlar nəzərə alınmışdır. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunu 29 iyun 2001-ci ildə qəbul edilmişdir. İddiaçı 2011-ci ildə pensiyaya çıxarkən öz arzusu ilə 1993-1997-ci illərdə aldığı pul təminatları əsasında pensiyası hesablanmışdır. İddiaçının tələb etdiyi hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı, prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti və prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım “Prokurorluq orqanla rında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş və iddiaçıya pensiya hesablanan dövrdə həmin təminatlar qüvvədə deyildir və iddiaçı həmin dövrdə bu təminatları almamışdır. Bu səbəbdən də həmin təminatlar qeyd olunan dövr üçün pensiya hesablanarkən nəzərə alına bilməz.
15. İddiaçı kassasiya məhkəməsinə göndərdiyi vəsatətində mübahisəyə şifahi məhkəmə iclasında baxılmasını xahiş etmişdir.
16. İPM-in 96.4-cü maddəsinə görə kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.
17. Hazırkı işdə İPM-in 96.4-cü mad dəsinin ikinci cümləsində olan hal olmadığından işə məhkəmə iclasında baxılmasına zərurət yaranmamışdır. Odur ki, məhkəmə tərkibi vəsatəti təmin etmir. TƏTBİQ EDİLƏN HÜQUQ
18. «Əmək pensiyaları haqqında» Qanun: Maddə 37.3.1. Yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir.
19. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübu tlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiy mətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sü butları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2 Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edər ək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam o laraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, istər birinci instansiya, istərsə də apellyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəni, həmin inzibati mübahisəyə aid işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, iş üzrə mövcud olan təkzibolunmaz faktları nəzərə almamış, onlara hüquqi qiymət verməmişdir.
23. Belə ki, iddiaçının iddia ərizəsi şərti olaraq 6 tələbdən ibarət olsa da, onları 4 hissəyə bölmək olar, yəni: 1-ci tələb-iddiaçının prokurorluq orqanlarında işlədiyi 06.01.1993-cü il-23.01.1996-cı il dövrünün 3 il güzəştli staj kimi 9 il sayılsın, belə olduqda 14.08.2005-ci ildə xidmət illəri 25 il yaranır və xidmət illərinə görə pensiya 14.08.2011-ci ildən deyil, 14.08.2005-ci il dən hesablansın; 2-ci tələb- 14.08.2011-ci ildən 12.04.2019-cu ilə qədər iddiaçının prokurorluq orqanlarında işlədiyi dövrdə yığılan məbləğ nəzərə alınıb ona pensiya yenidən hesablansın; 3-cü tələb-1993-1998-ci illərdə iddiaçının prokurorluq orqanlarında işlədiyi zaman məzuniyyətə çıxmadığına görə aldığı (2015-ci ildə alıb) 7970,38 manat, pensiya yenidən hesablanarkən nəzərə alınsın; 4-cü tələb-14.08.2011-ci ildə pensiya təyin olunarkən 2 qat+2 qat+2 qat məbləğlər və mükafatlar nəzərə alınıb, iddiaçıya pensiya yenidən hesablansın.
24. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iddiaçının həmin tələblərinin oyrənilməsinə səthi və formal yanaşmış, onları faktiki olaraq tam, hərtərəfli və dərindən araşdırmamışdır.
25. Belə ki, apellyasiya məhkəməsi öz qəra rında yazır ki, “iddiaçıya 14.08.2011-ci il tarixdə xidmət illərinə görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya pensiya hesablanarkən onun seçimi əsasında 1993-1997-ci illərdə çalışdığı vəzifələrdə aldığı əmək haqları, mükafatlar və maddi yardımlar əsas götürülmüşdür. İddiaçı 2011-ci ildə pensiyaya çıxsa da, prokurorluq orqanlarında xidmətini davam etmiş, Azərbaycan Respublikasının Baş Prokurorluğunun 11/147-k saylı, 12.04.2019-cu il tarixli əmrinə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinə müvafiq olaraq prokurorluqda qulluqda olmanın yaş həddinə çatdığına görə 12.04.2019-cu il tarixdən tutduğu vəzifədən azad olunub prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilmişdir.”
26. Beləliklə apellyasiya məhkəməsi özü müəyyən edi b ki, iddiaçıya xidmət illərinə görə 14.08.2011-ci il tarixdə pensiya təyin edilmişsə də, o yalnız 12.04.2019-cu il tarixdən yaş həddinə çatdığına görə tutduğu vəzifədən azad olunaraq, iddiaçının prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilmişdir, yəni iddiaçı pensiya təyin olunduğu gündən sonra 6 ildən çox, konkret olaraq 7 il 8 ay prokurorluq orqanlarında işləmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsində deyilir ki, yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir.
27. Lakin apellyasiya məhkəməsi işin yuxarıda göstərilmiş mübahisəsiz faktına sözügedən Qanunun 37.3.1-ci maddəsi baxımından hüquqi qiymət verməmişdir.
28. Digər tərəfdən qeyd edilməlidir ki, apellyasiya məhkəməsi qərarında yazır ki, “iddiaçıya pensiya hesablanarkən onun seçimi əsasında 1993-1997-ci illərdə çalışdığı vəzifələrdə aldığı əmək haqları, mükafatlar və maddi yardımlar əsas götürülmüşdür. Hazır da isə iddiaçının seçiminə əsasən son 24 ayın-2017-2019-cu illərin orta aylıq əmək haqqı əsas götürülməklə pensiya hesablanır və bu, hazırda qüvvədədir”.
29. Lakin məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, əvvəla sözügedən seçimin sonrakı əlavələrə aidiyyəti yoxdur, eyni zamanda iş materiallarında iddiaçının pensiya işi olmadığı halda, iddiaçının özünün seçim etməsi, belə bir seçimin ümumiyyətlə mövcud olması barədə apellyasiya məhkəməsi tərəfindən qənaətə gəlməsi yanlışdır.
30. Buna görə də iddiaçının pensiya işi tələb edilərək bütün bu məsələlər tam və hərtərəfli araşdırılmalı və bundan sonra qanunauyğun qərar qəbul edilməlidir.
31. Həmçinin qeyd edilməlidir ki, cavabdehin məhkəməyə təqdim etdiyi “iddiaçıya qarşı etirazda” (iş səh.161) göstərilmişdir ki, “cavabdeh filialın iddiaçıy a ünvanlandığı 25 sentyabr və 02 oktyabr 2020-ci il tarixli məktublarda da qeyd edilmişdir ki, iddiaçının pensiyasının 1993-1998-ci illərə aid dövr əsas götürülməklə yenidən hesablanması zamanı onun pensiya məbləği 2.327,5 manat, yəni hazırda aldığı məbləğdən daha az təşkil edəcəkdir”.
32. Bununla bağlı olaraq məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh və apellyasiya məhkəməsi iddiaçının bundan sonra da işlədiyini, yəni, qulluq illərinə görə pensiya təyin edildikdən sonra da işlədiyini və həmin müddətdə müəyyən ödənişlər aldığını nəzərə almamışlar, halbuki sözügedən ödənişlər “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin müddəalarının tələbləri baxımından araşdırılaraq onlarla əlaqədar qanuni qərar qəbul edilməlidir.
33. Bununla yanaşı apellyasiya məhkəməsində işə təkrar baxıldı ğı zaman iddiaçının tələb etdiyi məbləğin bütünlüklə, yoxsa sözügedən Qanunun 37.3.1-ci maddəsinin müddəaları baxımından nəzərə alınmasının xahiş edilməsi araşdırılmalıdır.
34. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin 03.09.2021-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.09.2021-ci il tarixli, 2-1(103)-2079/2021 nömrəli qərarı ləğv ed ilsin. İş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.