Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2423/2022 27.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin müddətsiz təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1993-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspert iza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin müddətsiz təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2022-ci il tarixli, 2-1(103)-2061/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya xx.xx.2009-cu il tarixində 2 il müddətinə sağlamlıq imkanları məhdud uşaq, xx.xx.2011-ci ildən 1 il müddətinə ikinci dərəcə əlillik, xx.xx.2012-ci ildə 1 il müddətinə ikinci dərəcə əlillik, xx.xx.2013-cü ildə 1 il müddətinə ikinci dərəcə əlillik, xx.xx.2014-cü ildə 1 il müddətinə üçüncü dərəcə əlillik, xx.xx.2015-ci ildə 1 il müddətinə ikinci dərəcə əlillik (həmin əlillik qrupu xx.xx.2015-ci ildə dəyişdirilmiş), xx.x x.2016-cı ildə 5 il müddətinə ikinci dərəcə əlillik, xx.xx.2021-ci ildə 5 il müddətinə ikinci dərəcə əlillik verilmişdir. İddiaçı ona sonuncu dəfə xx.xx.2021-ci ildə İİ qrup əlilliyin 5 il müddətinə təyin olunması ilə razılaşmayaraq həmin qrup əlilliyin bundan əvvəl 10 il fasiləsiz olaraq davam etdiyinə, buna görə də ona bu əlilliyin xx.xx.2021-ci ildə müddətsiz təyin edilməli olduğuna istinad edərək bu barədə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən onun müraciətinə münasibətdə hərəkətsizlik göstərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
2. İddiaçı 12 iyul 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona sonuncu dəfə xx.xx.2021-ci il tarixdə 5 il müddətinə verilmiş ikinci dərəcə əl illiyin müddətsiz təyin edilməsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2008-ci ildə beyin nahiyəsində cərrahiyə əməliyyatı keçirmişdir. Əməliyyatdan sonra Respublika Onkoloji Mərkəzdə müalicə almışdır. 2009-cu ilin mart ayında ilk dəfə ona Tibbi Sosial Ekspert Komissiyası tərəfindən İİ qrup əlillik təyin olunmuş və həmin tarixdən də hal-hazırkı vaxtadək Dövlət Sosial Müdafiə Fondundan fasiləsiz olaraq əlilliyə görə müavinət alır. 2021-ci ilin mart ayında yenidən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyası tərəfindən 5 il müddətinə İİ qrup kimi şəhadətləndirilmişdir. Tibbi Sosial Ekspert Komissiyası tərəfindən əlillik təyin olunan zaman Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 saylı, x x.xx.2015-ci il tarixli Qərarı ilə qüvvəyə minmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4-cü paraqrafının (Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması müddətləri) 2-ci bəndinin (İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir) tələbləri kobud surətdə pozulmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyası tərəfindən ona əlillik təyin olunan zaman onun 2009-cu ildən 2021-ci ilədək fasiləsiz olaraq 12 il müddətində İİ qrup əlil olmağını həmin komissiya nəzərə almamışdır. Həmin komissiyanın rəyini aldıqda yenidən əlilliyin 5 il müddətinə verildiyini aşkar etmişdir. Bu isə onun sosial hüquqlarının tibbi komissiya tərəfindən pozulması deməkdir. İlk dəfə may 2021-ci il tarixdə 1 saylı DOST mərkəzinin Regional Tibbi Sosial Ekspert Komissiyasına müraciət etmişdir. Komissiyası ona Nazirlər Kabinetinin 413 saylı Qərarının 2015-ci ildə çıxdığını və əlilliyin əvvəlki müddətləri (6 il) fasiləsiz müddətə daxil olunmur” kimi cavab vermişdir. Sonradan o, yazılı surətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasına ərizə ilə müraciət etməli olmuşdur. Həmin Komissiya isə hal-hazırkı vaxtadək ona cavab verməmişdir.
4. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyəti 11 saylı Uşaq Poliklinikas ının xx.xx.2009-cu il tarixli göndərişi əsasında iki il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Daha sonra 15 saylı Şəhər Poliklinikasının xx.xx.2011-ci il tarixli göndərişi əsasında bir il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Poliklinikanın xx.xx.2013-cü il tarixli göndərişi əsasında “X1: İİ Sinif - Bədxassəli yenitörəmələr => C00-C75 - Yeni törəmələr => C69- C72 - Göz, baş beyin və mərkəzi sinir sisteminin digər şöbələrinin bədxassəli yenitörəmələri => C71 - Baş beynin bədxassəli ye...; Diaqnozun mətni: Beyinciyin sağ yarımkürəsinin meolullablastomasina görə kombinə olunmuş müalicədən sonrakı vəziyyət şüa terapiyası; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Beyinciyin daxili şişi” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. xx.xx.2014-cü ildə sözüg edən poliklinikanın göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İİ Sinif - Bədxassəli yenitörəmələr => C00-C75 - Yeni törəmələr => C69-C72 - Göz, baş beyin və mərkəzi sinir sisteminin digər şöbələrinin bədxassəli yenitörəmələri => C71 - Baş beynin bədxassəli ye..; Diaqnozun mətni: Beyinciyin sağ yarımkürəsinin beyin daxili şişi cərrahi əməliyyatdan və şüa terapiyasından sonrakı vəziyyət; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Bədxassəli şişlər” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Sözügedən poliklinikanın xx.xx.2015-ci il tarixli 0033003AAA49 saylı göndərişi əsasında “Səbəbi: Ümumi xəstəlik; X1: İİ Sinif Bədxassəli yenitörəmələr => C00-C75 - Yeni törəmələr => C69-C72 - Göz, baş beyin və mərkəzi sinir sisteminin digər şöbələrinin bədxassəli yenitörə mələri => C71 - Baş beynin bədxassəli ye...; Diaqnozun mətni: Beyinciyin bədxassəli yenitörəməsi. Beyinciyin sağ yarımkürəsinin medulloblastoması. Cərrahi əməliyyatdan və şüa müalicəsindən sonrakı vəziyyət; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Bədxassəli şişlər” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. xx.xx.2016-cı ildə beş il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Bakı 34 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli 2784003AACBA saylı göndərişi əsasında ikinci dərəcə əlillik beş il müddətinə əlillik dərəcəsi verilmişdir.
5. Bakı İnzibati Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli, 2-1(112)-1559/2022 nömrəli qərarı (hakim: X2) ilə iddia rədd edilmişdir.
6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ikinci dərəcə əlillik tibbi göstəriş olan xüsusi hallarda və ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il ərzində təyin olunduğu təqdirdə müddətsiz təyin edilir. İddiaçının əlillik diaqnozu: “Baş-beyin törəməsi. Medulloblastoma Grade İV. Cərrahi əməliyyat və şüa terapiyasından sonrakı vəziyyət”; meyar: 2.2.14. lokalizasiyasından asılı olmayaraq, İİİ - İV mərhələ bədxassəli şişlər - (C00-C97) olmaqla yuxarıda adıçəkilən Əsasnamənin 2.4-cü bəndində sadalanan xüsusi tibbi göstəriş olan xəstəliklərə aid deyildir. Əlilliyin müddətsiz təyin edilməsinin birinci halı hazırkı iddiaçıya münasibətdə mövcud deyildir. Hazırkı iş üzrə iddiaçıya ikinci dərəcə əlillik dərəcəsinin təyin edildiyi xx.xx.2011-ci ildən hesabladıqda onun fasiləsiz olaraq 10 il müddətinə ikinci dərəcə əlilliyi müəyyən olunmur. Belə ki, iddiaçıya xx.xx.2014-cü ildə 1 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir ki, qeyd edilən üçüncü dərəcə əlillik ikinci dərəcə əlilliklə bağlı olan 10 il müddətin fasiləsiz axımını kəsmişdir. Fasilədən sonra yenidən xx.xx.2015-ci ildən ikinci dərəcə əlillik təyin edilmişdir ki, həmin müddətdən hesablandıqda iddiaçıya sonuncu dəfə xx.xx.2021-ci ildə ikinci dərəcə əlillik təyin edilənədək əlillik müddətinin 6 il fasiləsiz olduğu müəyyən olunur.
7. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2022-ci il tarixli, 2-1(103)-2061/2022 nömrəli qərarı (hakimlər: X3 (sədrlik edən və məruzəçi), X4 və X5) ilə Bakı İnzibati Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli qərarı ləğv edilmiş, yeni qərar qəbul edilmiş, iddia təmin edilmiş, iddiaçıya xx.xx.2021-cı il tarixdən İİ qrup əlilliyin müddətsiz təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
9. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ikinci dərəcə əlillik tibbi göstəriş olan xüsusi hallarda və ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il ərzində təyin olunduğu halda müddətsiz təyin edilir. İddiaçıya İİ qrup əlillik xx.xx.2013-cü il tarixdə verildikdə onun növbəti dəfə müayinəyə getmə tarixi xx.xx.2014-cü il müəyyən edilmiş, xx.xx.2014-cü il tarixdə müayinəyə getmiş iddiaçıya xx.xx.2015-ci il tarixdə İİİ qrup əlillik təyin olunsa da, həmin əlilliyin qrupu inzibati orqanın xx.xx.2015-ci il tarixli sərəncamı ilə dəyişdirilmiş, həmin s ərəncamla ödənilməmiş məbləğin nəzərə alınması da qeyd olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının təqdim etdiyi müavinət işinin materiallarından müəyyən olunur ki, iddiaçıya xx.xx.2014-cü ildə üçüncü dərəcə əlillik təyin olunarkən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 10 saylı Səbail Tibbi Sosial Ekspert Komissiyasının 471071 nömrəli müayinə aktından çıxarışa əsasən onun diaqnozu “beyinciyin sol yarımkürəsinin beyindaxili şişi cərrahi əməliyyatdan sonrakı vəziyyət olmaqla”, növbəti müayinə tarixi isə xx.xx.2015-ci il qeyd edilmişdir. Həmin diaqnoz iddiaçıya əvvəllər və sonradan əlillik təyin edilərkən də müayinəsi zamanı mövcud olmuşdur. Buna görə də iddiaçıya sonradan həmin diaqnoz əsasında yenə də İİ qrup əlillik verilmişdir. Odur ki, cavabdeh inzibati orqan xx.xx.2015-ci il tarixdə iddiaçıya adı çəkilən diaqnozla bağlı İİİ qrup əlilliyin verilməsində texniki səhvə yol verdiyini bilmiş, buna görə də özünün xx.xx.2015-ci il tarixli sərəncamı ilə həm iddiaçıya təyin edilmiş əlillik qrupunu, həm də sosial müavinətin məbləğini dəyişdirmiş, həmin qərarında ödənilməmiş məbləğin nəzərə alınmasını da qeyd etmişdir. Belə ki, iddiaçı ona xx.xx.2015-ci il tarixdə İİİ qrup əlillik təyin olunarkən aldığı sosial müavinətin miqdarı 43 manat olmuşdur, hansı ki, iddiaçı həmin məbləğin ona xx.xx.2015-ci il tarixdən İİİ qrup əlillik təyin olunsa da, almadığını, yəni elə əvvəldən aldığı 50 manat sosial müavinətin miqdarında dəyişikliyin olmadığını bi ldirmişdir. Bununla yanaşı, cavabdeh inzibati orqanın təqdim etdiyi inzibati icraatın materiallarından görünür ki, həkim müayinələrinin nəticələrində onkoloq tərəfindən iddiaçının diaqnozu: “C71.6 Beyinciyin bədxassəli yenitörəməsi, Baş-beyin törəməsi. Medilloblastoma Grade İV.Cərrahi əməliyyat və şüa terapiyasından sonrakı vəziyyət. xx.xx.2012-ci ildən TSEK-in qərarı ilə İİ qrup əlildir” kimi göstərilmişdir.
10. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
11. Kassasiya şikayətində işin halları, iddia tələbinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, diaqnoz əsasında şəxsin əlil hesab olunubolunm aması cavabdehin diskresion səlahiyyətidir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz. İddiaçıya əlilliyin müddətsiz təyin edilməsindən imtina edilməsi istiqamətində cavabdeh tərəfindən hər hansı qanunazidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Qanunun tələblərinin pozulmamasına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə uyğun olaraq qiymətləndirilməsinə baxmayaraq məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur.
12. Kassator hesab edir ki, apellyasiya məhkəməsinin qərarı İnzibati-Prosessual Məcəllənin 2, 74-cü m addələrinin tələblərini pozulması ilə qəbul edilmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
13. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamə (əlilliyin təyin edildiyi zaman qüvvədə olan redaksiya) 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulu r. 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. 4.2. İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. 4.3. Əlillik dərəcəsindən asılı olmayaraq Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunları ilə müəyyən edilmiş yaşa görə əmə k pensiyası və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddət göstərilmədən təyin edilir.
15. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı
16. İnzibati Prosessual Məcəllə: a) Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəm ə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə
14. Sübut etmə vəzifəsi 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu kon kret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. b) Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASS ASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsa s yoxdur.
20. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
22. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi əlilliyin müddətsiz təyin edilməsi ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
23. Bundan əlavə, cavabdehin kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, diaqnoz əsasında şəxsin əlil olub-olunmaması cavabdehin diskresion səlahiyyətidir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.
24. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir. Belə ki, cavabdehin də istinad etdiyi İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata k eçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır.
25. Məhkəmə kollegiyası qeyd edir ki, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”-yə əsasən ikinci dərəcə əlillik tibbi göstəriş olan xüsusi hallarda və ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il ərzində təyin olunduğu halda müddətsiz təyin edilir.
26. İşin halları ilə müəyyən olunmuşdur ki, iddiaçının əlillik təyinatı aşağıdakı qaydada aparılmışdır: - xx.xx.2009-cu il tarixində 2 il müddətinə sağlamlıq imkanları məhdud uşaq; - xx.xx.2011-ci ildən 1 il müddətinə ikinci dərəcə əlillik; - xx.xx.2012-ci ildə 1 il müddətinə ikinci dərəcə əlillik; - xx.xx.2013-cü ildə 1 il müddətinə ikinci dərəcə əlillik; - xx.xx.2014-cü ildə 1 il müddətinə üçüncü dərəcə əlillik; - xx.xx.2015-ci ildə 1 il müddətinə ikinci dərəcə əlillik; - xx.xx.2015-ci ildə əlillik qrupu və sosial müavinət dəyişdirilmiş; - xx.xx.2016-cı ildə 5 il müddətinə ikinci dərəcə əlillik; - xx.xx.2021-ci ildə 5 il müddətinə ikinci dərəcə əlillik.
27. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya İİ qrup əlillik xx.xx.2013-cü il tarixdə verildikdə onun növbəti dəfə müayinəyə getmə tarixi xx.xx.2014-cü il müəyyən edilmiş, xx.xx.2014-cü il tarixdə müayinəyə getmiş iddiaçıya xx.xx.2015-ci il tarixdə İİİ qrup əlillik təyin olunsa da, həmin əlilliyin qrupu inzibati orqanın xx.xx.2015-ci il tarixli sərəncamı ilə dəyişdirilmiş, həmin sərəncamla ödənilməmiş məbləğin nəzərə alınması da qeyd olunmuşdur. Adı çəkilən sərəncamın məzmununa görə iddiaçı ona İİ qrup əlilliyin təyin olunması ilə bağlı 50 manat sosial müavinət i də almaqda davam etmişdir. Daha sonra xx.xx.2016-cı ildə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Beləliklə, iddiaçıya xx.xx.2021-ci il tarixədək 10 il müddətinə fasiləsiz İİ qrup əlillik təyin edilmişdir.
28. Cavabdeh inzibati orqan tərəfindən mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemində iddiaçıya 10 il fasiləsiz İİ qrup əlilliyin təyin olunması qüvvədə olduğu halda ona xx.xx.2021-cı ildə 5 il müddətinə İİ dərəcə əlilliyin təyin edilməsi “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”-nin tələblərini pozmuşdur.
29. Beləliklə, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən həmin halları nəzərə almamış, bununla da qanunla ona verilmiş diskresion səlahiyyə tlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərar qəbul etmişdir.
30. Odur ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
31. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2022-ci il tarixli, 2-1(103)-2061/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.