Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2424/2019 07.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinə qarşı iş üzrə QƏRAR giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu və X1 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinə (bundan sonra mətndə cavabde h) qarşı işlədiyi müddətin sığorta stajına daxil edilməsinin cavabdehə həvalə edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1170/2019 saylı, 16 may 2019-cu il tarixli qərardadından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 7 avqust 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək “Azəriqazsazlama”da işlədiyi müddətin sığorta stajı hesab edilməklə pensiyanın yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31 yanvar 2019-cu tarixli qərarı ilə iddia təmin edilə rək 7 iyul 1997-ci ildən 28 iyun 1999-cu ilə kimi və 2 oktyabr 2000-ci ildən 1 yanvar 2006-cı il tarixə kimi işlədiyi illərin sosial sığorta stajı kimi nəzərə alınmaqla İİ qrup əlilliyə görə pensiya hüququ yarandığı 27 noyabr 2017-ci il tarixdən yaranmış məbləğ fərqinin yenidən hesablanmaqla ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 16 may 2019-cu il tarixli qərardadı ilə apellyasiya mümkün sayılmamış, apellyasiya şikayətinin qəbulundan imtina edilmişdir. Cavabdeh 14 iyun 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini, apellyasiya şikayətinin icraata qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Birinci instansiya məhkəm əsinin qərarı onlara göndərilmişdir. Məhkəmə qərarını 2 mart 2019-cu il tarixdə rəsmi olaraq qəbul etmişlər. Qanunvericilikdə nəzərdə tutulan şikayət müddəti buraxılmamışdır. Şikayətin hüquqi əsası kimi İnzibati Prosessual Məcəllənin 22-ci maddəsinə istinad edilmişdir. tərəflərin izahatı: İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən çıxışlarda iştirak etməmişdir. əsaslandırma hissəsi: Cavabdeh məhkəmə kollegiyasının iclasında iştirak etməməsinə baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Şikayət əsaslı deyildir. Bu aşağıdakı səbəblərdən irəli gəlir. İşin 76-cı səhifəsində olan xəbərnamənin kötüyünün surətində cavabdehin məhkəmə sənədini alması 14 fevral 2019-cu il qeyd edilmişdir. Apellyasiya şikayəti isə 28 mart 2019-cu il tarixdə poçta təqdim edilmişdir (səh.84). Apellyasiya instansiyası məhkəməsinin 16 may 2019-cu il tarixli məhkəmə iclasının protokolundan görünür ki, sədrlik edən hakim cavab dehin nümayəndəsinə apellyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulan müddətin buraxıldığını bildirib buraxılmış müddətin bərpa olunmasına dair ərizə təqdim edilməsi hüququnu izah etmiş, lakin nümayəndə bununla bağlı ərizə verməmişdir. Cavabdeh kassasiya şikayətində məhkəmə qərarını 2 mart 2019-cu il tarixdə aldığını bildirmiş, lakin şikayətin bu dəlili ilə bağlı hər hansı sübut şikayətə əlavə etməmişdir. İPM-in 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də, məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barəd ə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati-iqtisadi məhkəmə vasitəsi ilə verilir (İPM-in 85.1-ci maddəsi). İPM-in 23.1-cü maddəsinə əsasən məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Cavabdehin mübahisə açdığı birinci instansiya məhkəməsinin 31 yanvar 2019-cu il tarixli qərarından şikayət vermə müddəti 14 fevral 2019-cu il tarixdə başlamış, 13 mart 2019-cu il tarixdə bitmişdir. Apellyasiya şikayəti isə bundan 15 gün sonra, yəni 28 mart 2019-cu il tarixdə təqdim edilməklə şikayət vermə müddəti 15 gün buraxılmışdır. İPM-in 24.1-ci maddəsində qeyd edilir ki, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Cavabdehin apellyasiya şikayəti üzrə müəyyən olunmuş müddətin onun təqsiri olmadan buraxması işdə olan sənədlərlə təsdiq edilmir. Konstitusiya Məhkəməsi Cavad İsmayılzadənin şikayəti ilə əlaqədar qəbul etdiyi 13 fevral 2007-ci il tarixli qərarında qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının mübahisələndirilməsi məsələsinə münasibətini belə ifa də etmişdir: “qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan vəziyyət, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsi ilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Belə vəziyyətdə cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır”. Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Məhkəməsinin Miraqall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan məhdudiyyətlərini tənzimləyən qaydal ar ədalət mühakiməsinin lazımi qaydada keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiqini nəzərə almalıdırlar. Cavabdeh apellyasiya şikayətini vaxtında vermədiyindən, müəyyən olunmuş müddətin onun təqsiri olmadan buraxılması iş materialları ilə təsdiq edilmədiyindən qeyd olunan prosessual hüquq normalarına və məhkəmə presedentlərinə əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1170/2019 saylı, 16 may 2019-cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-2424/2019
Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2424/2019
07.08.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver