Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2424/2022 29.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğvi, işə bərpa ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı əmrin ləğv edilməsi, işə bərpa olunma və məcburi iş buraxmaya görə əmək haqqının hesablanması haqqında tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 sentyabr 2022-ci il tarixli, 2-1(103)-2054/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh tərəfindən xx.xx.2020-cu il tarixdə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin N №-li hərbi hissəsinə təhqiqat-hüquq qrupunun hüquqşünas-təhqiqatçısı vəzifəsinə təyin edilməklə şəxsi heyətin siyahısına və bütün təminat normalarına daxil edilmişdir. Bundan sonra iddiaçının oğlunun xəstəliyi (Autizm sindromu) ilə əlaqədar N №-li hərbi hissənin komandiri tərəfindən verilmiş göndəriş əsasında iddiaçının xidməti yeri Xızı rayonu, Sitalçay qəsəbəsində yerləşən N nömrəli hərbi hissəyə dəyişdirilmişdir. Bundan sonra iddiaçı xx.xx.2020-ci il tarixdə hərbi hissə komandirinə raport ünvanlayaraq öz arzu su ilə Dövlət Sərhəd Xidmətindən Silahlı Qüvvələrin ehtiyatına buraxılmadığı üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. 2. xx.xx.2020-ci il tarixli söhbət vərəqəsinə və həmin tarixli hərbi hissənin təqdimatına əsasən iddiaçının “Hərbixidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər) müvafiq olaraq Dövlət Sərhəd Xidmətinə həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyata buraxılması məqsədəuyğun hesab edilmişdir.
3. Cavabdeh xx.xx.2021-ci il tarixli, 626 ş/h üzrə əmr ilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə” nin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu) əsaslanaraq iddiaçını hərbi xidmətdən ehtiyyata buraxmışdır. Əmrin qəbul edilməsinə əsas kimi i sə X7 Komandanın xx.xx.2020-ci il tarixli, 4/1577 m №-li vəsatəti olmasını göstərmişdir.
4. İddiaçı hazırda sözügedən əmri mübahisələndirir və bu halı onunla əsaslandırır ki, xx.xx.2020-ci il tarix raport onun tərəfindən yazılsa da, sonradan fikrini dəyişmiş və bu barədə hərbi hissə komandiri Füzuli Umarova bildirdikdə, sonuncu raportu cırıb atdığını bildirdiyindən xidmətinə davam etmişdir. Onun xidməti yerin dəyişdirilməsi ilə əlaqədar 25 yanvar 2021-ci il tarixli müraciəti (raportu) nəzərə alınmamış, onunla xx.xx.2020-ci il tarixdə deyil, mübahisələndirilən əmrin verilməsindən 1-2 gün əvvəl söhbət aparılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə ona dərhal növbəti ədliyyə mayoru hərbi rütbəsinin və 15 il qüsursuz xidmət medalının verilməsi vəzifəsinin qoyulmasına, onun DSX-də ədliyyə mayoru rütbəsi ilə həqiqi hərbi xidmətə bərpa etməklə DSX-nin MHHK-nin qərarlarına əsasən Bakı şəhərində yerləşən hərbi hissələrdən birinə xidmət yerinin dəyişdirilməsi vəzifəsinin cavabdehin üzərinə dərhal vəzifə kimi qoyulmasına, xx.xx.2021-ci il tarixdən DSX-də həqiqi hərbi xidmətə bərpa olunacağı tarixədək olan müddətin həmin müddətlər üçün aylıq pul təminatı ödənilməklə həqiqi hərbi xidmət müddətinə, ədliyyə mayoru hərbi rütbəsində xidmət müddətinə, müvafiq vəzifədə xidmət müddətinə, pensiya təyin edilmək üçün xidmət müddətinə daxil edilmək vəzifəsinin DSX-nin üzərinə vəzifə kimi qoyulmasına, 2020-ci ilin noyabr tarixindən 2021-ci ilin ya nvar ayınadək olan müddət ərzində xidməti ezamiyyətdə olduğu dövr üçün ona ödənilməmiş 1027 manat pul vəsaitinin ona ödənilməsi vəzifəsinin DSX-nin üzərinə vəzifə kimi qoyulmasına, DSX tərəfindən onun qanunsuz olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı barədə hərəkətlərin qanunsuzluğu və yolverilməzliyi həmin qurumun vəzifəli şəxslərinin nəzərinə təkrarən çatdırılmaqla gələcəkdə onun qanunsuz olaraq silahlı qüvvələrin ehtiyata buraxılmağının, vəzifədən azad olunmağı və hərbi rütbənin aşağı salınmasının və digər qanunsuz hərəkətlərin cavabdehə və onun vəzifəli şəxslərinə qadağan edilməsinə dair ədalətli və obyektiv qərar çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 15 ildən artıq müddət ərzində dövlətə və xalqa xidmət edir. Dövlət Sərhəd Xidmətind ə xidmət edən zabit kimi xidmət etmişdir. xx.xx.2015-ci ildə anadan olmuş oğlu X5 autizm xəstəliyindən əziyyət çəkir. Autizm xəstəsi kimi uzun müddətdir ki, müalicə müəssisələrində müalicə alır. Danışa bilməyən 5 yaşlı övladı X5 müntəzəm olaraq müalicə müəssisələrində loqoped və psixopedaqoq müalicəsi alır. O, Dövlət Sərhəd Xidmətinin Zaqatala rayonunda yerləşən N nömrəli hərbi hissəsində xidmətdə olarkən həmin hərbi hissənin N saylı təkrar göndərişi əsasında həmin xidmət yerinin Bakı şəhərində yerləşən hərbi hissələrdən birinə dəyişdirilməsi üçün autizm xəstəliyindən əziyyət çəkən oğlu X3 Dövlət Sərhəd Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyasına şəhadətləndirilməsi üçün ona təkrarən göndəriş vərəqəsi verilmişdir. Təkrarən oğlu X4 uşaq autizmi diaqnozu qoyulmaqla 2020- ci ilin may ayında DSX-nin Mərkəzi Hərbi Həkim Komissiyasının müvafiq qərarı ilə onun xidməti yerinin Bakı şəhərində yerləşən hərbi hissələrdən birinə dəyişdirilməsi qərara alınmışdır. İcra olunması üçün DSX-nin Kadrlar Baş İdarəsinə göndərilmişdir. Bundan öncə isə 2020-ci ilin mart ayında autizm xəstəsi olan övladı X5 DSX-nin Mərkəzi Hərbi Həkim Komissiyasında şəhadətləndirilmiş və DSX-nin MHHK-nın 744 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə ona uşaq autizmi diaqnozu qoyulmuşdu. Pandemiya şəraitində autizm xəstəsi olan övladı Mübariz Sadıqovu dəfələrlə Zaqatala rayonundan Bakı şəhərinə aparıb-gətirməklə min bir əziyyətə qatlaşsa da DSX-nin Kadrlar İdarəsi buna məhəl qoymayaraq onun xidməti yerini Bakı şəhərində yerləşən hərbi hissələrdən birinə dəyişməkdən qəsdən imtina etmişdir. DSX-nin Mərkəzi Hərbi Hə kim Komissiyasının müvafiq qərarları əsasında xidmət yeri Bakı şəhərinə dəyişilməli olduğu halda ona naməlum olan səbəblərdən heç bir müalicə və nəqliyyat infrastrukturu olmayan Bakı şəhərindən 100 km aralıda yerləşən Xızı rayonunda dağın başında yerləşən hərbi hissəyə xidmət yeri qanunsuz olaraq dəyişdirilmişdir. Halbuki qərar məhz Bakı şəhərində yerləşən hərbi hissəyə dəyişdirilməsi ilə bağlı olmuşdur. Lakin DSX-nin Kadrlar İdarəsi 1 ilə yaxın müddət ərzində DSX-nin Mərkəzi Hərbi Həkim Komissiyasının qərarını icra etməyərək onun övladının müalicəsiz qalmasına şərait yaratmışdır. O, «Hərbi xidmət keçmə haqqında» Əsasnamənin 82-ci maddəsinin 2-ci bəndinə əsasən xidmət yerinin Bakı şəhərinə dəyişilməsini tələb etdikdə isə onu qanunsuz olaraq xidmətdən xaric etmişlər. Sonuncu dəfə xx.xx.2021 -ci il tarixdə sifarişli poçt göndərişi vasitəsi ilə xidmət etdiyi N nömrəli hərbi hissənin komandirinə raport yazaraq hərbi xidmətini davam etdirmək niyyəti açıq şəkildə bildirərək xidmət yerinin dəyişdirilməsi və ehtiyatdan silahlı qüvvələrə gələn zabit kimi ona “Hərbi xidmət keçmə haqqında Əsasnamə”nin 65.3-cü maddəsinə əsasən növbəti hərbi rütbənin verilməsi üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması xahiş olunmuşdur. N nömrəli hərbi hissəyə rəsmi müraciət olunsa da həmin hərbi hissənin kadr bölməsi Silahlı Qüvvələrin İntizam Nizamnaməsinin 117-ci maddəsinin tələbləri kobud surətdə pozmuş və qanunla N gün müddətində yuxarı komandanlıq qarşısında məsələ qaldırılmalı olduğu halda bunu etməmişdir. “Hərbi qulluqçuların statusu haqqında Qanun”un 22-ci maddəsinə əsasən hərbi qul luqçuların müraciətlərinə 15 gün müddətində baxılmalı olduğu halda xx.xx.2021-ci il tarixdə verilən raport DSX rəisindən gizlədilmiş, onun övladının səhhəti və DSX-nin Hərbi Həkim Komissiyasının qərarları xidmət rəisinə məruzə olunmamışdır. Bununla da ona qarşı hərbi qulluqçu kimi kobud qanun pozuntusuna yol verilmişdir. Silahlı Qüvvələrdə xidmət etmək arzusu və istəyi ola-ola onu qanunsuz olaraq Silahlı Qüvvələrin ehtiyatına buraxmaq sadəcə DSX-nin kadrlar idarəsi tərəfindən ona qarşı atılmış qisas və cəza addımı idi. Özünün xidmət etdiyi N nömrəli hərbi hissənin hüquqşünas-təhqiqatçısı kimi dəfələrlə verdiyi raportlarda «Hərbi xidmət keçmə haqqında» Əsasnamənin 82-ci maddəsinin 2-ci bəndinə əsasən xidməti yerinin övladının müalicəsini təmin etmək üçün dəyişdirilməsini xahiş etsə də “öz qanunları” ilə işləyən həmin qurumda onun müraciətlərinə baxan olmamışdır. Dəfələrlə bu barədə müraciətlər etsələr də, 7 ay müddətində müraciətlərinə baxılmamışdır. Halbu ki, «Hərbi qulluqçuların statusu haqqında» Qanuna əsasən hərbi qulluqçuların müraciətlərinə 15 gün müddətində baxılmalıdır. Bu hal isə öz növbəsində autizm xəstəliyindən əziyyət çəkən övladı X3 müalicəsiz qalmasına və gündən-günə sağlamlığının geriləməsinə səbəb olmuşdur. Bu barədə əvvəllər dəfələrlə müraciətləri olsa da bu müraciətlərə baxılmamış, DSX-nin MHHK-nın qərarları icra olunmamış qalmışdır. O, 2012-ci il tarixdən ədliyyə kapitanı hərbi rütbəsində xidmət edən zabit kimi silahlı qüvvələrin ehtiyatından 2020-ci ilin yanvar ayında DSX-nə xidmətə qəbul olunmuşdur. Bu müddətə qədər isə 14 il 1 ay müddətində Azərbayca n Respublikası Ədliyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışmışdır. 9 il ədliyyə kapitanı rütbəsində xidmətdə olduqdan sonra ehtiyatdan kapitan rütbəsi ilə xidmətə qəbul olunmuşdur. Onunla xx.xx.2020-ci il tarixdə bağlaşma imzalanmışdır. Ədliyyə kapitanı rütbəsi ilə hərbi hissəyə göndərilmişdir. Kapitan rütbəsində isə 9 ildir ki, xidmət edirdi. Qanunun tələblərinə əsasən ehtiyatdan çağırılan zabitlər ya xidmət dövründə, ya da silahlı qüvvələrin ehtiyatına buraxılan zaman növbəti hərbi rütbə ilə təxris olunmalıdırlar. Qanunun digər məcburi tələbləri kimi bu məcburi tələbini DSX-i icra etməmiş və onun növbəti hərbi rütbəsi verməmişdir. O, bunu öyrəndikdən sonra isə silahlı qüvvələrin ehtiyatına buraxılan zaman “Hərbi xidmət keçmə haqqında Əsasnamə”nin 65.3-cü maddənin tələblərinə əsasən ha nsı səbəbə görə ona növbəti rütbənin verilməməsini soruşduqda DSX-nin Kadrlar İdarəsinin şöbə rəisi A.Aslanov tutduğu vəzifənin məsuliyyətinə və qanunun tələblərinə məhəl qoymayaraq “get hara istəyirsən şikayət et bizim öz qanunlarımız var” deməklə tutduğu vəzifədən, daşıdığı məsuliyyətdən və qüvvədə olan qanunvericilik normalarından, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 65.3-cü maddəsindən xəbərsiz olmasını bir daha sübut etmiş oldu. Bununla yanaşı Silahlı qüvvələrdə 15 il 5 ay xidmət keçmiş zabit kimi 15 il qüsursuz xidmətə görə medalı ona təqdim olunmamış və bu barədə ona hər hansı məlumat verilməmişdir. Bütün bu sadalananlar həmin şəxslərin xidməti vəzifələrinə barmaqarası yanaşmasından və onaqarşı münasibətdə onlara həvalə edilmiş vəzifələrin icrasında maraqlı olmamasından xəbər v erir. Halbu ki, onun silahlı qüvvələrdə 15-ci xidmət ilim ötən il-2020-ci ilin 24 noyabr tarixində tamam olmuşdur. Bu barədə şəxsi işində butun məlumatlar tam və dəqiq əksini tapıb. Azərbaycan Respublikası Prezidentinin 17 may 2002-ci il tarixli sərəncamına əsasən təsis edilmiş «Silahlı qüvvələrdə qüsursuz xidmətə görə» medalının əsasnaməsində qeyd olunur ki, silahlı qüvvələrdə 15 il qüsursuz xidmət etmiş zabitlərə həmin medal verilir. Verilə bilər yox məhz verilir. Göründüyü kimi ona qarşı DSX-də göstərilən qərəzli münasibətin təzahürü olaraq onun hüquqları kobud surətdə pozulmuş, həmin medal 15 il 5 aydan artıq müddətdə xidmət etməyimə baxmayaraq ona təqdim olunmamışdır. Halbu ki, qanunun həmin tələbinə əsasən onun 15-ci xidmət ilim tamam olan kimi ona bu medal dərhal təqdim olunmalı idi. Eyni zamanda 3 oktyabr 1997-ci il tarixli qanunla təsdiq olunmuş “Hərbi Xidmətkeçmə haqqında Əsasnamənin” 161-ci maddəsinə əsasən hərbi qulluqçu ehtiyata buraxılmamışdan 2 ay qabaq ona bir qayda olaraq ehtiyata buraxılacağı barədə xəbərdarlıq edilməlidir. Ona isə heç kim ehtiyata buraxılmağı barədə hər hansı xəbərdarlıq etməyib. Əksinə o, özünün xx.xx.2021-ci il tarixli əmr çıxana qədər 2 ay qalmış DSX-nin N nömrəli hərbi hissəsinə xx.xx.2021-ci il tarixdə sifarişli poçt vasitə isə məktub göndərərək hərbi xidmətini davam etdirmək niyyətini bildirmişdir. Buna qədər isə 2 dəfə Kadrlar bölməsinə raport versə də həmin sənədlər qeydiyyata alınmamışdır. Silahlı qüvvələrin ehtiyatına buraxılana qədər onunla cəmi 1 dəfə söhbət aparılıb və orada o, hərbi həkim komissiyasının qərarı ilə Bakı şəhər ində yerləşən hərbi hissələrdən birində xidmətini davam etdirmək fikrini söhbət vərəqəsində qeyd etmişdir. O, silahlı qüvvələrin ehtiyatına buraxılan zaman hərbi həkim komissiyasından keçmək istəsə də o, DSX-nin HHK-na göndərilməmişdir. Bütün bu sadalananlar onun qanunsuz olaraq Silahlı Qüvvələrin ehtiyatına buraxılmağını göstərir.
7. Bakı İnzibati Məhkəməsinin 06 aprel 2022-ci il tarixli, 2-1(112)-992/2022 saylı qərarı (hakim.Ş.Həsənova) ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehin 626 ş/h №-li, xx.xx.2021-ci il tarixli əmri ləğv edilmiş, İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Çevik X2 briqadası (N №-li hərbi hissə) üzrə təhqiqat bölməsinin hüquqşünastəhqiqatçı vəzifəsinə və həqiqi hərbi xidmətə bərpa olunması, xx.xx.2021-ci il tarixdən həqiqi hərbi xidmətə bərpa olunduğu tarixədək olan dövrə görə aylıq pul təminatının hesablanaraq ona ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə həvalə edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Çevik Hərəkəti Qüvvələri N №-li hərbi hissə komandirinin N №-li, 29 aprel 2021-ci il tarixli əmri ilə təhqiqat bölməsinin hüquqşunastəhqiqatçısı vəzifəsindən azad olunmaqla 29 aprel 2021-ci il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmış, onun xidməti illəri 29 aprel 2021-ci il tarixədək hesablanmış, pul mükafatı isə həmin tarixədək ödənilmişdir. Belə halda məhkəmə hesab edir ki, iddiaçı 29 aprel 2021-ci il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarıldığından, iddiçıya ödənilən pul təminatı və nəzərə alınmış təqdim illəri 29 aprel 2021-ci il tarixədək hesablandığından, ona həqiqi hərbi xidmətə bərpa olunanadək aylıq pul təminatının ödənilməsi 29 aprel 2021-ci il tarixdən etibarən həyata keçirilməlidir..
9. Qərardan narazı qalan iddiaçı və cavabdeh apellyasiya şikayətləri vermişdir. 9.1 İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının iddianın təmin olunmaması hissəsində ləğv olunmasını xahiş etmişdir. 9.2 Cavabdeh iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 sentyabr 2022-ci il tarixli, 2-1(103)-2054/2 022 nömrəli qərarı (hakimlər A.Hüseynov /sədrlik edən və məruzəçi/, A.Hüseyn və S.Bəktaşi) ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-992/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı qismən, iddia tələblərinin təmin edilməsi hissəsində ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 626 ş/h No-li, xx.xx.2021-ci il tarixli əmrinin ləğv edilməsi, iddiaçının Dövlət Sərhəd Xidmətinin X6 Artileriya briqadası (2024 No-li hərbi hissə) üzrə təhqiqat bölməsinin hüquqşünas-təhqiqatçı vəzifəsinə və həqiqi hərbi xidmətə bərpa olunması, xx.xx.2021-ci il tarixdən həqiqi hərbi xid mətə bərpa olunduğu tarixədək olan dövrə görə aylıq pul təminatının hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdeh Dövlət Sərhəd Xidmətinə həvalə edilməsi haqqında iddia tələbləri də təmin edilməmiş, qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının DSX-də xidmət etmək niyyəti olmamışdır. Belə ki, İddiaçı azyaşlı övladının xəstə olduğunu və müalicə üçün yalnız Bakı şəhərində olmasının zəruri olduğunu bildirsə də, o, DSX-də həqiqi hərbi xidmətə qəbul edildiyi vaxta yəni 22 yanvar 2020-ci ildə sonuncunun azyaşlı övladının 5 yaşı olmuşdur. İddiaçı faktiki olaraq yaşadığı ünvanda yerləşən Xətai rayon İcra şöbəsində işləyirmiş.Eyni zamanda qeyd etmək lazımdır ki, məhkəmənin qərarı ilə iddiaçının DSX Çevik X2 Briqa dası (N nömrəli həri hissə) üzrə təhqiqat bölməsinin hüquqşünas-təhqiqatçısı vəzifəsinə bərpa olunması nəzərdə tutulsa da qeyd olunan ştat vəzifə DSX rəisinin müvafiq əmri ilə ləğv edilmişdir.Qeyd edilənlənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı əmrin ləğv edilməsi, işə bərpa olunma və məcburi iş buraxmaya görə əmək haqqının hesablanması barədə tələbi təmin olunmamalıdır.
12. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
13. Hərbi Xidmət Keçmə haqqında» Əsasnamənin 161-ci madd əsinə əsasən hərbi qulluqçu silahlı qüvvələrin ehtiyatına təqdim olunmazdan əvvəl bir qayda olaraq 2 ay öncə mütləq qaydada xəbərdar edilməlidir.O, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək DSX- nin Hərbi Hospitalında müalicədə olduğu üçün ona hər hansı məlumat verilməmiş, barəsində aparılan inzibati icraat barədə xəbərdar olunmamışdır. «Hərbi Xidmət Keçmə haqqında» Əsasnamənin 162-ci maddəsinə əsasən hərbi qulluqçu ilə silahlı qüvvələrin ehtiyatına təqdim olunmazdan əvvəl bir qayda olaraq ən azı iki dəfə fərdi söhbət aparılır. Onunla isə güya ki, öz arzusu ilə təxrisə təqdim olunmağından öncə ən azı 2 dəfə fərdi söhbət aparılmamışdır. xx.xx.2020-ci il tarixdə verdiyi raportu hərbi hissə komandiri N gün özündə saxlamış, iddiaçı kordiologiya institutunda stasionar müalicədə olduğ u müddətdə xx.xx.2020-ci il tarixdə daxil olma kitabına vuraraq yuxarı komandanlığa göndərmişdir. Hərbi xidmət keçmə haqqında əsasnamənin 163-cü maddəsinə əsasən hərbi qulluqçu ehtiyata buraxılmazdan əvvəl mütləq şəkildə DSX-nin MHHK-da şəhadətləndirməli olduğu halda ona münasibətdə qanunun bu tələbi kobud şəkildə pozulmuş, guya ki öz arzusu ilə silahlı qüvvələrin ehtiyatına buraxılmışdır. Halbu ki, o xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər müalicə müəssisəsində olmuşdur. Hərbi hissəyə xx.xx.2020-ci il tarixdə geri qayıtmışdır. Halbuki, N nömrəli hərbi hissə komandiri Umarov Füzulinin xx.xx.2020-ci il tarixli, №0281 saylı əmrinə əsasən o tərxisə təqdim olunduqdan N gün sonra DSX-nin Hərbi Hospitalının xx.xx.2020-ci il tarixli, 752 saylı telefonoqramı üzrə xx.xx.2020-ci il t arixdə hərbi hissəyə qayıtmışdır. Onun tərəfindən xx.xx.2021-ci il tarixdə sifarişli poçt vasitəsi ilə raport göndərərək həqiqi hərbi xidmətini davam etdirmək niyyətini bildirsədə Silahlı Qüvvələrin İntizam Nizamnaməsinin 117-ci maddəsinin tələbləri pozulmuş, hərbi hissə komandiri raportunu N gün müddətində yuxarı komandanlığa göndərmək əvəzinə bunu etməmiş, müraciətini özündə gizlətmişdir. Bakı Apellyasiya məhkəməsinin hakimi A.Hüseynov qərəzli olaraq işin bu hallarını digər hallar kimi araşdırmamış, cavabdeh hərbi orqanın 2021-ci ilin mart ayında onunla apardığı söhbətə dair vərəqənin tarix yerində xx.xx.2020-ci il tarixə saxtalaşdırmasına qiymət verməmiş, o xx.xx.2020-ci il tarixdə Kordiologiya İnstitutunda müalicədə olduğu halda, bu barədə epikrizin surətini hakim Azər Hüseynova təqdim etsədə o bu halı araşdırmamış, saxtakarlığa göz yummuşdur. Halbu ki, xx.xx.2020-ci il tarixli təqdimatın 2-ci səhifəsində cavabdehin özü qeyd edir ki, İddiaçı müalicə müəssisəsində müalicə alır. Hərbi hissədə yoxdur. Buradan aydın şəkildə görünür ki, ona münasibətdə DSX-nın müvafiq vəzifəli şəxsləri rəsmi sənədə saxta məlumat əlavə etməklə rəsmi sənədi saxtalaşdırıblar. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kassasiya şikayətində Bakı Apellyasiya məhkəməsinin 2-1(103)-2054 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv olunmasına, iddia tələbinin təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
14. Cavabdeh tərəfindən kassasiya şikayətinə qarşı təqdim edilmiş etirazda qeyd edilmişdir ki, kassasiya şikayəti təmin edil məsin Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 sentyabr 2022-ci il tarixli, 2-1(103)-2054/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə: Maddə
42. Hərbi qulluqçulara növbəti hərbi rütbələr ardıcıl qaydada onlar müsbət attestasiya olunduqda, növbəti rütbə tutduğu ştat vəzifəsinin hərbi rütbəsinə uyğun olduqda və bundan əvvəlki hərbi rütbədə müəyyən edilmiş xidmət illəri bitdikdə verilir. Azərbaycan Respublikası Silahlı X1 İİ fəsli. Komandirlər öz tabeliklərində olan hərbi qulluqçuları yaxşı xidmət göstəricilərinə görə, hərbi borcu yerinə yetirərkən, göstərdikləri igidlik və rəşadətə, əla döyüş hazırlığı göstəricilərinə, yeni mürəkkəb texnikanı əla mənimsədiklərinə, qoşun hissələrinə nümunəvi rəhbərlik etdikl ərinə, həmçinin Azərbaycan dövləti və Azərbaycan Respublikasının Silahlı Qüvvələri qarşısındakı görkəmli xidmətlərinə görə Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunmağa təqdim etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiy a qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. M addə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5 Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1 apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntu lar səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2 apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. 96.11 Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. 97.1. Kassasiy a şikayəti verən şəxs Ali Məhkəmənin qərarı qanuni qüvvəyə minənədək şikayətini geri götürə bilər. 97.3. Şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya insta nsiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı kassasiya instansiyası məhkəməsinə xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət edərək, İPMnin 97-ci maddəsini rəhbər tutmaqla, iddiasının xidmətə-işə bərpa olunma hissəsində kassasiya şikayətinin geri götürülməsini xahiş etmişdir.
19. Məlum olduğu kimi İPM-nin 97.1-ci maddəsinə görə kassasiya şikayəti verən şəxs Ali Məhkəmənin qərarı qanuni qüvvəyə minənədək şikayətini geri götürə bilər.
20. Həmin Məcəllənin 97.3-cü maddəsinə müvafiq olaraq Şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir.
21. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya icraatına həmin hissədə xitam verməlidir.
22. Eyni zamanda kassasiya ş ikayətinin digər hissəsinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassız olduğuna görə təmin edilməməlidir.
23. Belə ki, apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı cavabdeh tərəfindən xx.xx.2020-cu il tarixdə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin N №-li hərbi hissəsinə təhqiqat-hüquq qrupunun hüquqşünas-təhqiqatçısı vəzifəsinə təyin edilməklə şəxsi heyətin siyahısına və bütün təminat normalarına daxil edilmişdir. Bundan sonra iddaçının oğlunun xəstəliyi (Autizm sindromu) ilə əlaqədar N №-li hərbi hissənin komandiri tərəfindən verilmiş göndəriş əsasında iddiaçının xidməti yeri Xızı rayonu, Sitalçay qəsəbəsində yerləşən N nömrəli hərbi hissəyə dəyişdirilmişdir. Bundan sonra iddiaçı xx.xx.2020-ci il tarixdə hərbi hissə komandirin ə raport ünvanlayaraq öz arzusu ilə Dövlət Sərhəd Xidmətindən Silahlı Qüvvələrin ehtiyatına buraxılmadığı üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. xx.xx.2020-ci il tarixli söhbət vərəqəsinə və həmin tarixli hərbi hissənin təqdimatına əsasən iddiaçının “Hərbixidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər) müvafiq olaraq Dövlət Sərhəd Xidmətinə həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyata buraxılması məqsədəuyğun hesab edilmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli, 626 ş/h üzrə əmr ilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə” nin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu) əsaslanaraq iddiaçını hərbi xidmətdən ehtiyyata buraxmışdır. Əmrin qəb ul edilməsinə əsas kimi isə X7 Komandanın xx.xx.2020-ci il tarixli, 4/1577 m №-li vəsatəti olmasını göstərmişdir.
24. Beləliklə cavabdehin iddiaçıya dair edilmiş inzibati hərəkətləri, o cümlədən sözügedən inzibati aktın qəbul edilməsi iddiaçının öz arsuzu ilə yazdığı raport əsasında həyata keçirilmişdir.
25. İddiaçı kassasiya şikayətində qeyd edir ki, xx.xx.2020-ci il tarix raport onun tərəfindən yazılsa da, sonradan fikrini dəyişmiş və bu barədə hərbi hissə komandiri Füzuli Umarova bildirdikdə, sonuncu raportu cırıb atdığını bildirdiyindən xidmətinə davam etmişdir. Onun xidməti yerin dəyişdirilməsi ilə əlaqədar 25 yanvar 2021-ci il tarixli müraciəti (raportu) nəzərə alınmamış, onunla xx.xx.2020-ci il tarixdə deyil, mübahisələndirilən əmrin verilməsindən 1-2 gün əvvəl söhbət aparılmışdır.
26. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, İddiaçı Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2020-ci il tarixli, 117 ş/h №-li əmrinə əsasən ədliyyə kapitanı hərbi rütbəsi verilməklə DSX-də 1 il 6 ay müddətinə həqiqi hərbi xidmətə qəbul edilmiş və Sərhəd Qoşunlarının N №-li hərbi hissəsinə təhqiqat-hüquq qrupunun hüquqşünas-təhqiqatçısı vəzifəsinə təyin edilmişdir. Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2020-ci il tarixli 973 ş/h №-li əmrinə əsasən xidməti yeri X6 Artileriya Briqadasına (N №-li h/h) təhqiqat-hüquq qrupunun hüquqşünas-təhqiqatçısı vəzifəsinə dəyişdirilmişdir. İddiaçı özü xx.xx.2020-ci il tarixdə raportla müraciət edərək Silahlı Qüvvələrdən ehtiyata buraxılmasını xahiş etm işdir. Həmin raport qeydə alınmış və İddiaçıla xx.xx.2020-ci il tarixdə söhbət aparılmış, İddiaçı xidmət yerini Bakı şəhərində yerləşən hərbi hissələrdən birinə dəyişdirilməzsə Silahlı Qüvvələrdən ehtiyata buraxıması fikirində qəti olduğunu bildirmişdir. Ona görə də barəsində təqdimat verilmişdir. Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2021-ci il tarixli, 626 ş/h №-li əmri ilə «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsinə, yəni öz arzusu ilə Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. İddiaçı barəsində əmr qanunvericiliyin tələblərinə uyğun olmuşdur. İddiaçı xidməti fəaliyyəti hərbi hissə rəhbərliyi tərəfindən müsbət xarakterizə edilmədiyinə görə, həmçinin barəsində təqdimat materialı daxil olmaması səbəbindən ona “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalın verilməsi mümkün olmamışdır.
27. Eyni zamanda apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixdə yenidən növbəti hərbi rütbə verilməsini, həmçinin xidmət yerinin dəyişdirilməsi ilə bağlı raportla müraciət etmiş, lakin Sadıqov raporta xidmətini davam etdirmək niyyətini bəyan etməmişdir. O, əvvəlki müraciətində olduğu kimi eyni məzmunlu, növbəti “ədliyyə mayoru” hərbi rütbəsinin verilməsini və xidmət yerinin Bakı şəhərinə dəyişdirilməsini xahiş etmişdir.
28. Belə olan halda apellyasiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, iddiaçının DSX-də xidmət etmək niyyəti olmamışdır. Belə ki, apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı azyaşlı övladının xəstə olduğunu və müalicə üçün yalnız Bakı şəhərində olmasının zəruri olduğunu bildirsə də, o, DSX-də həqiqi hərbi xidmətə qəbul edildiyi vaxta yəni 22 yanvar 2020-ci ildə sonuncunun azyaşlı övladının 5 yaşı olmuşdur. İddiaçı faktiki olaraq yaşadığı ünvanda yerləşən Xətai rayon İcra şöbəsində, yəni ünvan 2iş.
29. Buna görədə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi doğru olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmamalı, cavabdehin apellyasiya şikayəti təmin edilərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)992/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı qismən ləğv edilməli, yeni qərar qəbul edilməklə, təmin edilmiş iddia tələbləri rədd edilməli, qalan hissədə 1-ci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
30. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, i ddiaçınını kassasiya şikayətinin xidmətə-işə bərpa olunma hissəsi üzrə kassasiya icraatına xitam verilməli, qalan hissədə kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 sentyabr 2022-ci il tarixli, 2-1(103)2054/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
31. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kassasiya şikayətinin xidmətə-işə bərpa olunma hissəsi üzrə kassasiya icraatına xitam verilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 sentyabr 2022-ci il tarixli, 2-1(103)-2054/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.