Məhkəmə qərarları › İş №2-1(102)-2426/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2426/2023

20.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2426/2023 20.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Saatlı rayonu Məzrəli bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiyanın mümkünlüyü, apellyasiya şikayəti üzrə müddətin buraxılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Saatlı rayonu Məzrəli bələdiyyəsinə qarşı “Saatlı rayonu Məzrəli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 03 nömrəli və xx.xx.2021-ci il tarixli, 10 nömrəli iclasın gündəliyində olan 2-ci məsələ üzrə qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 iyun 2023cü il tarixli, 2-1(106)-277/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı cavabdehə qarşı iddia qaldıraraq Saatlı rayonu Məzrəli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 03 nömrəli və xx.xx.2021-ci il tarixli, 10 nömrəli iclasın gündəliyində olan 2-ci məsələ üzrə qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

2. Şirvan İnzibati Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 2-1(120)-1116/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

3. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə qəbul edilmiş Şirvan İnzi bati Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 2-1(120)-1116/2023 saylı qərardadının ləğv edilməsini və iddia ərizəsinin mümkün hesab edilməsini xahiş etmişdir.

4. İddiaçı eyni zamanda ərizə ilə Şirvan Apelyasiya Məhkəməsinə müraciət edərək, Şirvan İnzibati Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 2-1(120)-1116/2023 saylı qərardadından apelyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmiş, eyni zamanda apelyasiya şikayətini ərizəsinə əlavə etmişdir.

5. Apelyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə onunla əsaslandırılmışdır ki, apellyasiya şikayəti verilməsi üçün müddətin keçməsinin əsas səbəbi Şirvan İnzibati Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 2-1(120)-1116/2023 saylı qərardadının İddiaçınə gec daxil olmasıdır. b. apellyasiya instansiya məhkəməsindəki icraat

6. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər S.F.Həsənov /sədrlik edən və məruzəçi/ T.S.Kərimov və O.N.İsmayılov) 21 iyun 2023-cü il tarixli, 21(106)-277/2023 nömrəli qərardadı ilə apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair İddiaçı tərəfindən verilmiş ərizə təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 2-1(120)-1116/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmayaraq qəbulundan imtina edilmişdir.

7. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmənin yekun aktının iddiaçı tərəfindən xx.xx.2023-cü ildə poçt vasitəsilə əldə edildiyindən (təqdim edildiyindən) və iddiaçı tə rəfindən həmin qərardaddan verilmiş apellyasiya şikayəti xx.xx.2023-cü il tarixdə İmişli MXŞ poçtuna və xx.xx.2023-cü il tarixində məhkəməyə daxil edildiyindən, iddiaçı apellyasiya şikayətinin verilməsi üçün 10 günlük prosessual müddəti ötürmüşdür.

8. İddiaçı kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi və işə yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

9. Qərardad əsassız və mövcud qanunvericiliyin normaları ilə ziddiyyət təşkil edir.

10. Belə ki, İddiaçı fəaliyyəti dairəsi çox istiqamətlidir. Qərardad daxil olan ərəfədə ədliyyə qulluqçularından bir nəfəri əmək məzuniyyətində olmuşdur. Buna baxmayaraq İdarə tərəfindən Ə sasnamədə qeyd edilən vəzifələrin reallaşdırılması ilə bağlı yazılı müraciətlərin araşdırılmasından əlavə olaraq, ədliyyə qulluqçuları tərəfindən vətəndaşların birbaşa qəbulu həyata keçirilir, həmçinin müraciətlər və digər məsələlər üzrə ümumiləşdirmələr aparılır, yurisdiksiyaya daxil olan ərazilər üzrə (İmişli, Saatlı, Biləsuvar və Beyləqan rayonları üzrə) bələdiyyələrə seminarlar təşkil olunur, digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyət göstərərək onlar tərəfindən təşkil edilən seminar, müşavirə və iclaslarda iştirak edirlər. Bu fəaliyyət zamanı iş yükünün çoxluğu ilə əlaqədar müəyyən ləngimələrin olması təbii hal hesab olunmaqla üzrlü hal hesab edilməlidir.

11. Digər tərəfdən həmin qərardadla bağlı material İddiaçı əməkdaşı X1 icraatında olmuşdur. Həmin əməkdaşın əmək məzuniyyətind ə olması ilə əlaqədar material digər əməkdaşın üzərinə yazılmış, yuxarıda qeyd edilən səbəblərdən iş üzrə apellyasiya şikayəti verilməsi obyektiv hallarla bağlı vaxtında verilməmişdir.

12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 22.1-ci, 24.2-ci, 24.3-cü, 85.1-ci tələblərinə əsasən inzibati mübahisələrə dair qəbul edilmiş qərardadlardan şikayət vermə müddətinin başlanğıcı elan olunduğu vaxtdan müəyyən edilmiş, burda alternativ seçmə imkanı nəzərdə tutulmamışdır. Qanunvericiliyin bu müddəasını nəzərə alaraq, qeyd etmək lazımdır ki, hər bir halda müddətin bərpasına dair ərizə yazılmalı idi. Lakin apellyasiya instansiya məhkəməsi qeyd edilən məsələlərə toxunmamış, imperativ şəkildə müəyyən edilmiş şikayət vermə ilə bağlı müddətin başlanğıcı anı ilə fərqli mövqedən yanaşmış dır.

13. Hətta apellyasiya instansiya məhkəməsinin mövqe ilə razılaşanda belə hazırkı məsələ ilə bağlı müəyyən ziddiyyətlər meydana çıxır ki, məhkəmə tərəfindən bu hallar diqqətdən qaçırılmışdır. Buna uyğun olaraq xx.xx.2023-cü il tarixdə birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada alınmış, xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti və müddətin bərpası barədə ərizə verilmişdir. İddiaçı əməkdaşı Rafiq Məhəddinov xx.xx.2023-cü il tarixdə işə çıxmışdır. Apellyasiya şikayətinin son günü xx.xx.2023-cü il tarixdə bitmişdir. Adıçəkilən əməkdaş öz üzərinə düşən işlərini nizamlayaraq apellyasiya şikayəti və müddətin bərpasına dair ərizənin layihəsi tərtib etmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə müvafiq olaraq 15 gün müddətində apellyasiya şikayəti və müddətin bərpasına dair ərizə Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 20 Təqdimetmə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Maddə

22. Müddətlər 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyy ən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur...... Maddə

23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə

87. Apelyasiya instansiyası məhkəməsində icraat... 87.2. Apelyasiya instansiyası məhkəməsi apelyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 87.3. Apelyasiya mümkün sayılmadıqda apelyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. 87.4. Apelyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apelyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir...... Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulm uş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

15. Kasasiya şi kayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

16. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması üçün əsas yoxdur.

17. Belə ki, iş materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə əsasən Şirvan İnzibati Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 2-1(120)1116/2023 saylı qərardadı İddiaçı səlahiyyətli nümayəndəsi Qasımov tərəfindən imza edilməklə xx.xx.2023 -cü il tarixdə qəbul edilmişdir (iş vərəqi 55).

18. İddiaçı tərəfindən tərtib edilmiş apellyasiya şikayətindən görünür ki, həmin şikayət xx.xx.2023-cü il tarixdə tərtib edilərək xx.xx.2023-cü il tarixdə poçtla məhkəməyə göndərilmiş və Şirvan İnzibati Məhkəməsinin dəftərxanasına xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. (iş vərəqi 58).

19. Apelyasiya instansiyası məhkəməsi müddətin buraxılması səbəbilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini mümkün saymayaraq qəbulundan imtina edilməsi barədə qərarda qəbul etmişdir.

20. İddiaçının həmin qərardaddan verdiyi kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, İddiaçı fəaliyyəti dairəsi çox istiqamətlidir və iş yükünün çoxluğu ilə əlaqədar müəyyən ləngimələrin olması təbii hal hesab olunmaqla üzrlü hal hesab edilməlidir. Bundan b aşqa həmin qərardadla bağlı material icraatında olan əməkdaş əmək məzuniyyətində olmuşdur.

21. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqanda kargüzarlığın düzgün təşkil edilməməsi, iş yükünün çoxluğu, həmin materialla məşğul olan əməkdaşın məzuniyyətdə olması apellyasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətin üzrlü hesab edilərək bərpa edilməsi üçün əsas ola bilməz.

22. Eyni zamanda qeyd etmək lazımdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı qaydada iddiaçıya hüquqi yardım məktubu ünvanlanaraq apellyasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətin üzrlü səbəbdən buraxıldığını təsdiq edən sübutların məhkəməyə təqdim edilməsi təklif edilmiş və bununla bağlı müddət təyin edilmişdir. Lakin iddiaçı tərəfindən təy in edilmiş müddət ərzində (məhkəmə iclasına kimi) apellyasiya şikayətinin verilməsi müddətinin ötürülməsinin üzrlü səbəblərdən baş verməsini təsdiq edəcək hər hansı bir mötəbər sübut (sənəd) və ya dəlil təqdim edilməmişdir.

23. İddiaçı apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin tərəfindən ötürüldüyünü müddətin bərpasına dair ərizəsində və kassasiya şikayətində də qeyd etmişdir. Beləliklə də, birinci instansiyası məhkəməsinin qərardadından apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 10 (on) günlük prosessual müddətin ötürülməsi işin mübahisəsiz halıdır.

24. Odur ki, şikayətin dəlili apellyasiya instansiyası məhkəməsi qərardadının ləğv edilməsi üçün əsas ola bilməz, iddiaçının şikayəti üzrə apellyasiyanın mümkünsüzlüyünə dair apellyasiy a instansiyası məhkəməsinin gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

25. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmasın. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 iyun 2023-cü il tarixli, 21(106)-277/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar