Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2426/2024 04.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iş üzrə QƏRARİ Açar sözlər: güzəştli pensiya, inzibati icraatın aparılması, işin hallarının araşdırılması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dö vlət Sosial Müdafiə Fonduna qarşı “27 sentyabr 2021-ci il tarixli, 09 nömrəli qərarın və 16 yanvar 2023-cü il tarixli, 01 nömrəli qərarın ləğv edilməsi, pensiyanın bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(108)49/2024 nömrəli, 17 may 2024-cü il tarixli qərarından İddiaçı və cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Ordubad Rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 27 oktyabr 2021-ci il tarixli, 09 nömrəli qərarından məlum olur ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyası ləğv edilmişdir. 2. "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Ordubad Rayon İdarəsinin əmək pensiyası təyin edilməsindən imtina olunması haqqında 16 yanvar 2023-cü il tarixli, 01 nömrəli qərarından aydın olur ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən tələb olunan xüsusi əmək stajının xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı tarixədək, xx.xx.2010-cu il tarixdən xx.xx.2011-ci il tarixədək, xx.xx.2012-ci il tarixdən xx.xx.2012-ci tarixədək olan dövrləri X2 Sistemi proqram təminatında öz əksini tapmadığından ona güzəştli şərtlərlə ya şa görə əmək pensiyası təyin olunmasından imtina edilmişdir.
3. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi tərəfindən İddiaçı ünvanlanmış 06 yanvar 2022-ci il tarixli, 01/02 nömrəli məktubdan məlum olur ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası xüsusi iş stajı (12 il 6 ay) xx.xx.2018-ci tarixdə tamam olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə uyğun olaraq 60 yaşı tamam olduğu xx.xx.2020-ci il tarixdə aparılmalı idi. Həmin vaxt fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum (200 manat) məbləğindən az olduğu üçün ona xx.xx.2020-ci il tarixdən Qanunun 9.1-ci maddəsinə zidd olaraq təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ləğv edilmiş və ödənişi dayandırılmışdır.
4. Naxçıvan Muxtar Respublik ası Dövlət Arxivi tərəfindən verilən 26 dekabr 2022-ci il tarixli, 13/1688 nömrəli arayışda İddiaçı Azərbaycan X12-VOXR hissəsində işləməsi faktı və 1991-2006-cı illər ərzində aylar üzrə aldığı əmək haqqı məbləğlərini əks etdirən cədvəl göstərilmişdir.
5. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilən 05 yanvar 2023-cü il tarixli, 13/1nömrəli arayışda İddiaçı X9-PÇ-10 Ordubad hissəsində işləməsi faktı və 2006-2015-ci illər ərzində aylar üzrə aldığı əmək haqqı məbləğlərini əks etdirən cədvəl göstərilmişdir. Arayışın qeyd hissəsində 2016-cı ildən 2021-ci ilə qədər olan sənədlər Naxçıvan MR Dövlət Arxivinə təhvil verilmədiyi göstərilmişdir. 6. “X9” MMC tərəfindən verilmiş 25 noyabr 2022-ci il tarixli, D/292 nömrəli arayışdan görünür ki, İddiaçı Azərbaycan Dəmir Yolu yol xidməti nin Mincivan stansiyası 260 nömrəli yol maşın stansiyasında xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək yol montyoru vəzifəsində işləmişdir. Azərbaycan Dövlət Dəmir X7 Ordubad stansiyasında xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək stansiya növbətçisi vəzifəsində işləmişdir. Azərbaycan Dövlət Dəmir X7 10 saylı Ordubad Yol distansiyasının Dəstə məntəqəsində xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək yol montyoru vəzifəsində işləmişdir. Azərbaycan Dövlət Dəmir X7 10 saylı Ordubad Yol distansiyasının Yol yatağı briqadasında xx.xx.2007-ci il tarixdən xx.xx.2007-ci il tarixədək yol montyoru vəzifəsində işləmişdir. Azərbaycan Dövlət Dəmir X7 10 saylı Ordubad Yol distansiyasının Dəstə məntəqəsində xx.xx.2007-ci il tarixədən xx.xx.2010-cu il tarixədək yol montyoru vəz ifəsində işləmişdir. xx.xx.2010-cu il struktur dəyişikliyi ilə əlaqədar "‘X9" MMC-nin İnfrastruktur İdarəsinin Ordubad Yol sahəsinin 5 saylı Dəstə məntəqəsinə yol montyoru vəzifəsinə təyin edilmişdir. “X9” MMCnin İnfrastruktur İdarəsinin Ordubad Yol sahəsinin 5 saylı Dəstə məntəqəsində xx.xx.2010cu il tarixdən xx.xx.2021-ci il tarixədək yol montyoru vəzifəsində işləmişdir. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarının 21.4-cü bəndinə əsasən güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq hüququ verir. 7. ИT-İ seriyalı, ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək (8 ay 19 gün) Dəstə kənd sovxozunda fəhlə, xx.xx.1980ci il tarixdən xx.xx.1981-ci il tarixədək (1 il 9 gün) Azərbaycan Dəmir Yolu yol xidmətinin Mincivan stansiyası, 260 nömrəli yol maşın stansiyasında yol montyoru, xx.xx.1981-ci il tarixdən xx.xx.1996-cı il tarixədək (14 il 4 ay 5 gün) Azərbaycan X12-VOXR hissəsində sürücü, xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək (1 il 10 ay) Azərbaycan X12VOXR hissəsində sürücü, xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixədək (1 ay 14 gün) Azərbaycan Dəmir Yolu 24 nömrəli Cuğa AK nişançı, xx.xx.1998-ci il tarixdən xx.xx.2004cü il tarixədək (6 il 5 ay 1 gün) Azərbaycan Dəmir Yolu 11 nömrəli Culfa yanğın qatarına aqreqat ustası, xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixədək (1 il 6 ay 16 gün) Azərbaycan Dəmir yolu 11 nömrəli Culfa yanğın qatarında aqreqat ustası vəzifələrində işləmişdir. 8. "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Ordubad Rayon İdarəsi tərəfindən verilmiş 22 noyabr 2023-cü il tarixli, 203 nömrəli arayışdan aydın olur ki, İddiaçı xx.xx.2006-cı ildən xx.xx.2022-ci il (pensiya hüququnun yarandığı) tarixədək-11 il 8 ay sosial sığorta hissəsində 8275.72 manat pensiya kapitalı vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində icraat
9. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 16 yanvar 2023-cü il tarixli, 01 nömrəli qərarın ləğv edilməsi və pensiyanın bərpa edilməsi öhdəliyinin cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Ordubad Rayon İdarəsinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin (hakim X5) 23 fevral 2024-cü il tarixli, 2- 1(122)-14/2024 nömrəli qərarı ilə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “27 sentyabr 2021-ci il tarixli, 09 nömrəli qərarın və 16 yanvar 2023-cü il tarixli, 01 nömrəli qərarın ləğv edilməsi, pensiyanın bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilmişdir.
11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsin Ordubad rayon idarəsinin əmək pensiyası təyin edən komissiyanın xx.xx.2021-ci il tarixli, 09 nömrəli əmək pensiyasının ləğv edilməsinə dair və xx.xx.2023-cü il tarixli, 01 nömrəli əmək pensiyasının təyin edilməsindən imtina olunmasına dair qərarları ləğv edilərək pensiya bərpa edilmə sidir. Mübahisələndirilən ilkin qərar qəbul edilərkən inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Hazırkı mübahisəyə münasibətdə işin müəyyən edilmiş hallarından görünür ki, inzibati icraat aparılmadan cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli, 09 nömrəli əmək pensiyasının ləğv edilməsi barədə qərar qəbul edilmişdir. Bu isə “İnzibati icraat haqqında” Qanunun tələblərinə ziddir.
12. Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti v erərək qərarın ləğv, iddianın rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
13. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X3-məruzəçi, X1 və X6) 17 may 2024-cü il tarixli, 2-1(108)-49/2024 nömrəli qərarı ilə cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, 2-1(122)-14/2024 nömrəli qərarı ləğv edilmiş, iddia tələbi İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “27 sentyabr 2021ci il tarix li, 09 nömrəli qərarının ləğv edilməsi hissəsində təmin edilməmiş, iddia tələbi İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı 16 yanvar 2023-cü il tarixli, 01 nömrəli qərarın ləğv edilməsi hissəsində təmin edilərək 16 yanvar 2023-cü il tarixli, 01 nömrəli qərarın ləğv edilməsi, pensiyanın xx.xx.2022-ci il tarixdən hesablanması öhdəliyi cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin üzərinə qoyulmuşdur.
14. Həm iddiaçı, həm də cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti vermişdir.
15. İddiaçı iddianın təmin edilməyən hissəsində qərarın ləğv edilib həmin hissədə i ddianın təmin edilməsini, cavabdeh iddianın təmin edilən hissəsində qərarın ləğv edilərək həmin hissədə iddianın rədd edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri a) İddiaçının şikayətinin dəlilləri
16. İddiaçı cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia qaldıraraq xx.xx.2021-ci il tarixli, 09 nömrəli qərarın və xx.xx.2023-cü il tarixli, 01 nömrəli qərarın ləğv edilməsi, pensiyanın bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehin iddiaya qarşı etirazının qısa xülasəsi ondan ibarət olub ki, X2 Sistemi proqram təminatına əsasən iddiaçının xüsusi iş stajı 11 il 4 ay 9 gün müəyyən edilmişdir. Bu səbəbdən də “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən tələb olunan 12 il 6 ay xüsusi əmək stajı çatışmaması səbəbindən iddiaçıya pensiya təyin olunması qanunsuz olmuşdur. Birinci instansiya məhkəməsi cavabdehin dəlilləri ilə razılaşmayaraq cavabdehin inzibati icraat aparılmadan pensiyanın ləğv edilməsini qanunsuz hesab etmişdir. Məhkəmə xx.xx.2023-cü il tarixli 01 saylı qərarın ləğv edilməsinə münasibətdə qeyd etmişdir ki, həmin qərar xx.xx.2021-ci il tarixli 09 nömrəli qərarın hüquqi müqəddəratından asılı tələb olduğu üçün qanunsuz hesab edilmiməlidir. Cavabdeh verdiyi apelyasiya şikayətində inzibati icraat aprılmadan iddiaçıya təyin olunan pensiyanın dayandırılmasına aydınlıq gətirməmişdir. Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin cavabdehin xx.xx.2021-ci il tarixli,09 nömrəli qərarının ləğv edilməsi bar ədə məhkəmənin gəldiyi nəticə ilə razılaşaraq həmin hissədə qərarı qüvvədə saxlamışdır. Buna baxmayaraq cavabdehin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi barədə şikayətini təmin edərək birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli,21(122)-14/2024 nömrəli qərarını həmin hissədə ləğv etmişdir. Nəticədə qərarın ləğv edilən hissəsi qüvvədə saxlanılan hissəyə münasibətdə ziddiyyətli olmuşdur. Naxçıvan MR Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli,2-1(122)-14/2024 nömrəli qərarını, apelyasiya şikayətinin qismən təmin olunan hissəsini, yəni cavabdehin xx.xx.2023-cü il tarixli, 01 nömrəli qərarının qüvvədə saxlanılması hissəsini ləğv edərək həmin hissədə də iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. b) Cavabdehin şikayətinin dəlilləri
17. İş ma teriallarından məlum olduğu kimi İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “27 sentyabr 2021-ci il tarixli, 09 nömrəli qərarın və 16 yanvar 2023-cü il tarixli, 01 nömrəli qərarın ləğv edilməsi, pensiyanın bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nin heç bir hüquqi əsası yoxdur.
18. Belə ki, xx xxxxxx 1960-ci il tarixdə anadan olmuş İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması barədə 11 yanvar 2023-cü il tarixdə şifahi olaraq “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Ordubad Rayon İdarəsinə müraciət etmişdir. Fondun Ordubad İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 13 yanvar 2023-cü il tarixli, 01 nömrəli qərar da bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
19. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın s ığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsinə görə, sözügedən maddədə nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
20. İddiaçı əmək kitabçasındakı qeydlərə və təqdim edilmiş arayışlara əsasən, onun 01 yanvar 2006-cı il tarixədək 28 il 22 gün ümumi və 1 il 9 gün xüsusi iş stajının olduğu m üəyyən olunmuşdur.
21. İddiaçı 01 yanvar 2006-cı il tarixdən xx.xx.2021-ci il tarixədək 15 il 2 ay 9 gün ümumi, 14 il 5 ay 29 gün xüsusi iş stajı olmasına baxmayaraq, xx.xx.2006-cı il tarixdən X2 Sistemi proqram təminatına əsasən onun 11 il 8 ay ümumi iş stajı, 10 il 4 ay xüsusi iş stajı vardır. İddiaçı tərəfindən təqdim olunmuş 01 avqust 1977-ci il tarixli, ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasına əsasən onun 43 il 2 ay ümumi iş stajı, 15 il 6 ay 8 gün xüsusi stajı vardır. Lakin təqdim edilmiş arayışlara və X2 Sistemi proqram təminatına əsasən onun 39 il 3 ay 7 gün ümumi, 11 il 4 ay 9 gün xüsusi iş stajı olduğu müəyyən edilmişdir.
22. Beləliklə, İddiaçı Fondun Ordubad Rayon İdarəsinə təqdim etdiyi xx.xx.2023-cü il tarixli 13/1 nömrəli arxiv arayışında göstərilən xx.xx.2006-cı il ta rixdən xx.xx.2006-ci tarixədək, xx.xx.2010-cu il tarixdən xx.xx.2011-ci il tarixədək, xx.xx.2012-ci il tarixdən xx.xx.2012-ci tarixədək olan əmək haqqları B3 hesabatlarında və X2 Sistemi proqram təminatında öz əksini tapmadığından onun xüsusi iş stajı 11 il 4 ay 9 gün olmuşdur.
23. Nəticə etibarı ilə, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün tələb olunan 12 il 6 ay xüsusi əmək stajı olmadığı üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasından imtina edilmişdir.
24. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 17 may 2024-cü il tarixli, 2- 1(108)-49/2024 nömrəli qərarının dəyişdirilməsi və İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafi ə Fonduna qarşı “27 sentyabr 2021-ci il tarixli, 09 nömrəli qərarın və 16 yanvar 2023- cü il tarixli, 01 nömrəli qərarın ləğv edilməsi, pensiyanın bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddianın “16 yanvar 2023-cü il tarixli, 01 nömrəli qərarın ləğv edilməsi, pensiyanın xx.xx.2022-ci il tarixdən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Tətbiq edilən hüquq: 25. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonr a – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir;... 1.0.2. sosial sığorta stajı (bundan sonra -sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Maddə
7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pens iyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzif ələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiya). 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmə k şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır (hazırda qüvvədə olan redaksiya). 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. 10 mart 2017-ci il tarixli 543-VQD nömrəl i Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 may 2017-ci il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 676) ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir. 26. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələr in, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır.
27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi v ə prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
28. Kassasiya şikayətləri vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsasland ırılmış və orada şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.
29. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apellyasiya baxışına göndərilməlidir.
31. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı əvvəllər təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa olunmasıdır.
32. Apellyasiya instansiyası məhkəməsi qərarında cavabdeh tərəfindən ona təqdim edilmiş iddiaçıya məxsus pensiya işinə istinad edib bildirmişdir ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Ordubad rayon şöbəsi tərəfindən səhvliyə yol verilərək, İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə uyğun olaraq ona 58 yaş altı ayı tamam olduğu xx.xx.2018-ci il tarixdən hüquq yaradılaraq, 60 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən (xx.xx.2021-ci il tarixli, 09 saylı qərarda isə pensiyanın təyin edilmə vaxtı xx.xx.2020-ci il qeyd edilir) güzəştli şərtlərlə pensiya təyin edilmişdir. İddiaçının şəxsiyyət vəsiqəsinin məlumatlarına əsasən İddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür, onun 57 yaşı xx.xx.2017-ci il tarixdə tamam olmuşdur. Beləliklə, iddiaçının pensiya hüququ xx.xx.2017-ci il tarixdən yaranmış və ona 57 yaşa görə güzəştli şərtlərlə pensiya təyin olunmalı idi. Məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiya hüququ qazanmış şəxslərə güzəştli şərtlərlə yaşa görə pensiya təyin etmək hüququ 57 və 60 yaş həddi müəyyən edilmişdir. Buna görə də inzibati orqan tərəfindən iddiaçıya yaşının tamam olduğu 58 yaş 6 aya görə güzəştli şərtlərlə pensiya təyin edilməsi qanunsuz olmuşdur.
33. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddiaçıya güzəştli pensiya təyin olunması barədə cavabdehin qərarı və bu qərarın qəbul edilməsini şərtləndirən sənədlər (pensiya işi) işdə mövcud deyildir. Odur ki, iş üzrə obyektiv araşdırma aparılması və qanuni qərar qəbul edilməsi qeyri-mümkündür.
34. Şəxsə güzəştli şərtlə pensiya təyin olunması üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci bəndinin ayrı-ayrı redaksiyaları qüvvədə olan dövrdə və 9.8-ci maddəsinin no rmalarına uyğun araşdırma aparılmalı və həmin qanunvericiliyin qüvvədə olduğu dövrdə şərtlər iddiaçıya münasibətdə mövcud olduğu halda pensiya təyinatı aparılmalıdır.
35. Yaxud iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yarandığı vaxt hansı norma qüvvədə olmuşsa, həmin normanın tələbinə uyğun hüquqi qiymətləndirmə aparılmalıdır.
36. İşdə pensiya işi olmasa da, belə görünür ki, 13 avqust 2018-ci il tarixdə iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunmuşdur. 37. 13 avqust 2018-ci il tarixdə “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin tələbinə görə (xx xxxxxx 1960-cı ildə doğulduğundan bu vaxt iddiaçı 58 yaş 5 ay 25 gün yaşda olmuşdur) iddiaçıya pensiya təyin olunması üçün 60 yaş, 25 il ümumi staj, 12 il 6 ay güzəştli staj, habelə fərdi hesabın sığorta hissə sində qeydə alınmış pensiya kapitalı mövcud olmalı idi.
38. Yaxud iddiaçıya 57 yaşdan (18 fevral 2017-ci ildən) güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün həmin vaxt qüvvədə olan qanunvericiliyə əsasən 25 il ümumi staj, 12 il 6 ay güzəştli staj tələb olunurdu. Bu halda həm “Əmək pensiyaları haqqında” Qanunun həmin vaxt qüvvədə olmuş 9.1-ci maddəsinin redaksiyasına görə 57 yaşı tamam olan vaxt 25 il ümumi staj, 12 il 6 ay güzəştli staj, yaxud həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı ilədək 25 il ümumi staj, 12 il 6 ay güzəştli staj mövcud olmalı idi. Mümkündür ki, iddiaçı 57 yaşında bu şərtlərə malik olsun, lakin pensiya daha sonra, məsələn 13 avqust 2018-ci il tarixdə, yaxud daha sonra təyin edilsin.
39. Apellyasiya instansiyası məhkəməsi bu istiqamətdə hər hans ı araşdırma aparmamışdır.
40. İddiaçının mübahisə açdığı cavabdehin 27 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, cavabdeh 22 may 2020-ci il tarixdən iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin etmiş, aparılan araşdırma zamanı 2006-cı ilin yanvarın 1-dək tələb olunan ümumi və güzəştli iş stajı olmadığına görə əmək pensiyası ləğv edilmişdir.
41. Cavabdeh bu qərarını əsaslandırmamış, hər hansı sübuta, işin hallarına və hüquq normasına istinad etməmişdir.
42. Cavabdeh birinci instansiya məhkəməsinə təqdim etdiyi etirazında ayrı-ayrı sənədlərə istinad edərək əmək kitabçasındakı qeydlərə və təqdim edilmiş arayışlara görə iddiaçının 1 yanvar 2006-cı ilədək 28 il 22 gün ümumi və 1 il 9 gün xüsusi iş stajının olduğunu, 1 yanvar 2006-cı il tarixdən 5 may 2021-ci il tarixədək 15 i l 2 ay 9 gün ümumi, 14 il 5 ay 29 gün xüsusi iş stajı olmasına baxmayaraq 1 yanvar 2006-cı il tarixdən X2 Sistemi proqram təminatına əsasən 11 il 8 ay ümumi, 10 il 4 ay xüsusi stajının olduğunu, əmək kitabçasına əsasən 43 il 2 ay ümumi iş stajı, 15 il 6 ay 8 gün xüsusi iş stajının olduğunu, lakin təqdim edilmiş arayışlara və X2 Sistemi proqram təminatına əsasən 39 il 3 ay 7 gün ümumi, 11 il 4 ay 9 gün xüsusi iş stajının müəyyən olunduğunu bildirmişdir.
43. Apellyasiya instansiyası məhkəməsi iddiaçı və cavabdehin dəlilləri ilə bağlı araşdırma aparmamış, iddiaçının 57 yaşdan, yaxud cavabdeh tərəfindən təyin edilmiş 58 yaş altı ayın tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun olması barədə qiymətləndirmə aparmamış, işdə olan sübutları və maddi hüquq n ormalarını sadalamaqla kifayətlənmişdir.
44. Apellyasiya instansiyası məhəməsi qeyd edir ki, əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna əsasən vətəndaşa güzəştli şərtlərlə pensiya təyin etmək üçün 2 şərt müəyyən edilmişdir. Bu şərtlərdən biri şəxsin xx.xx.2006cı il tarixədək 57 yaşının tamam olması, ikinci şərt isə xx.xx.2006-cı ilədək azı 25 il ümumi sığorta stajına, bu müddətin azı 12 il 6 ayının xüsusi staja malik olmasıdır. Halbuki iddiaçının işdə olan əmək kitabçasından, digər iş materiallarından və iddiaçıya məxsus pensiya işindən aydın olur ki, İddiaçı xx.xx.2020-ci il tarixdə güzəştli şərtlərlə pensiya təyin edilən vaxtı, onun 2006-cı ilədək 25 il ümumi sığorta stajı olmuş, lakin 12 il 6 ay xüsusi stajı olmamışdır.
45. Məhkəmə kollegiyası vurğulayır ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrinə əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 57 yaşının 1 yanvar 2006-cı ilədək mövcud olması barədə şərt yoxdur, vacib odur ki, iddiaçının 1 yanvar 2006cı ilədək hər iki stajı mövcud olmuş olsun, bu şərtlər mövcud olduğu halda, iddiaçı yalnız 57 yaşının tamam olmasını gözləyəcək. Apellyasiya instansiyası məhkəməsi iddiaçının 1 yanvar 2006-cı ilədək 12 il 6 ay xüsusi stajının olmadığını bildirmiş, bununla bağlı hər hansı araşdırma aparmamış, hansı müddətin güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verməsi üçün qəbul edilməsi, hansı dövrün bunun üçün əsas olmadığı barədə qərarda münasibət bildirməmişdir.
46. İddiaçı tələbində pensiyanın bərpa olun masını xahiş etmişdir. Məhkəmə tərəfindən bu tələb iddiaçı ilə dəqiqləşdirilməmişdir. Apellyasiya instansiyası məhkəməsi iddianı qismən təmin edərək pensiyanın 29 iyun 2022-ci il tarixdən hesablanması öhdəliyini cavabdehə həvalə etmişdir. Məhkəmə iddiaçının belə tələbi olmasını araşdırmamış, İPM-in 13-cü maddəsinin tələbinə uyğun qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında yardım etməmişdir.
47. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 29 iyun 2022-ci ildən qüvvədə olan redaksiyasının şərtləri iddiaçıya münasibətdə mövcud olduğundan, iddiaçının həmin vaxtdan pensiya hüququ yaranmışdır.
48. Məhkəmə kollegiyası hesab edir ki, ilk növbədə iddiaçının hüquqi marağı, hansı yaşdan pensiya təyin olunması istəyi müəyyən edilməlidir. 57 yaşdan, 58 yaş yarımdan, 60 yaşdan, daha sonra isə 29 iyun 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun mövcudluğu, yaxud ümumiyyətlə pensiya hüququnun hansı vaxtdan yaranması tərəflərin iştirakı ilə müzakirə edilməli, yekunda zərurət olarsa, İPM-in 54-cü maddəsinə əsasən iddia tələbi dəyişdirilməli və dəyişdirilmiş iddia tələbinə uyğun mübahisəyə baxılmalıdır. Bu səbəbdən əvvəlki dövrlərdə pensiya hüququnun yaranmasına aydınlıq gətirilmədən hazırkı halda iddiaçının 29 iyun 2022-ci ildən pensiya hüququnun mövcud olması barədə apelyasiya instansiyası məhkəməsinin qərarına münasibət bildirmədən bu hissədə də məhkəmə qərarı ləğv edilməli, işə yenidən apellyasiya baxışı zamanı işin hallarından və iddiaçının tələbindən asılı olaraq mübahisə üzrə qərar qəbul edilməlidir.
49. Yeni apellyasiya baxışı zamanı həmçinin iddiaçının 1 yanvar 2006-cı ildən sonrakı dövrlə bağlı sığorta stajının müəyyən edilməsi üçün hansı illərdə əmək haqqı alması, ondan məcburi dövlət sosial sığorta tutulması, tutulan məbləğin aidiyyəti üzrə köçürülməsi, bununla bağlı “Sosial sığorta haqqında” Qanunun tələblərinə əməl edilməsi və iddiaçının məsuliyyət sferası müəyyən edilməlidir.
50. Bəhs olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətlərinin dəlilləri qismən əsaslı olduğundan apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, iş üzrə əlavə araşdırmaya zərurət olduğundan şikayətlər qalan hissədə təmin edilməməlidir.
51. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri qismən təmin edilsin. Naxçıvan Ali Məhkəməsinin İnzibati Kollegiyasının 17 may 2024-cü il tarixli, 21(108)-49/20234 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayətləri qalan hissədə təmin edilməsin. Qərar qətidir.