Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2426/2025 30.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin geri götürülməsi, kassasiya icraatına xitam) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Döv lət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi” iddia tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 may 2025-ci il tarixli, 2-1(103)-2405/2025 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin geri götürülməsi barədə müraciətinə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehin ona münasibətdə 4.130,38 manat artıq ödənilmiş pensiyanın geri qaytarılması barədə qərarının ləğv olunmasınını xahiş etmişdir.
2. İddia ərizəsinin əsaslarına görə iddiaçının cavabdehə müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind ə Dövlət Sosial Müdafiə X1 regional filialından aidiyyəti üzrə Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialında baxılmışdır. Cavab məktubunda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin xx.xx.2015-ci il tarixdə qüvvədə olmuş tələblərinə əsasən iddiaçıya həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş, hazırda ödənişi 614,42 manat məbləğində olmaqla davam etdirilir. Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. xx.xx.2024-cü il tarixli müraciətinin araşdırılması zamanı müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixdə Qanunun 37.3.1-ci maddəsinin tələbləri pozularaq işləməyən əmək pensiyaçısı kateqoriyasına keçmədiyi halda (aktiv vergi ödəyicisi kim i qeydiyyatda olduğu halda) yaşa görə əmək pensiyası yenidən hesablanaraq ödənilmişdir. Bu səbəbdən xx.xx.2021-ci il tarixdən (xx.xx.2024-cü il tarixli müraciətindən 3 il əvvəl nəzərə alınmaqla) xx.xx.2024-cü il tarixədək əmək pensiyası üzrə artıq ödəmə müəyyən edilmişdir. Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək aktiv VÖEN hesabı (**********) mövcud olmuşdur. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. Cavab məktubundan göründüyü kimi iddiaçının işi ilə əlaqədar qərar qəbul edilmiş və o, bu qərarın surətini almamışdır. Eləcə də müraciət etmədiyi halda onu vergi ödəyicisi kimi qeydə almışlar. O, adına olan torpaqdan istifadə etmir, bununla əlaqədar heç bir gəlir əldə etməmişdir.
3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8139/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işin ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
4. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, iddia tələbi üzrə icraatın Bakı İnzibati Məhkəməsində aparılmasına dair yeni qərardad qəbul ed ilməsini xahiş etmişdir.
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır.
6. Kassasiya icraatı zamanı iddiaçının vəkili Ali Məhkəməyə müraciət edərək bildirmişdir ki, hazırkı mərhələdə iddiaçı Bakı Apellyasiya Məhkəməsinin qərardadı ilə razılaşaraq aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmək istəyindədir. Odur ki, aidiyyəti üzrə məhkəmədə iddia verilməsi üçün işin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, əslində iddiaçının vəkili apelyasiya məhkəməsinin qərardadında olan mövqe ilə razılaşdığından işin geri qaytarılm ası kassasiya şikayətinin geri götürülməsini ehtiva edir. Tətbiq edilən hüquq
7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
97. Kassasiya şikayətinin geri götürülməsi 97.1. Kassasiya şikayəti verən şəxs Ali Məhkəmənin qərarı qanuni qüvvəyə minənədək şikayətini geri götürə bilər.... 97.3. Şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
8. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin geri götürülməsinə dair iradəsinin mövcud olduğunu, eləcə də şikayətin verilməsi və baxılması məsələsində dispozitivlik prinsipinə uyğun olaraq iddiaçının iradəsinin həlledici əhəmiyyət kəsb etdiyini nəzərə alaraq hesab edir ki, iddiaçının kassasiya şikayətinin geri götürül məsi barədə müraciəti təmin edilməli, kassasiya şikayəti üzrə icraata xitam verilməlidir.
9. Eyni zamanda, kassasiya şikayətinin geri götürülməsinin hüquqi nəticələri ilə bağlı iddiaçıya izah edilir ki, hazırkı qərardadın 7-ci bəndində qeyd olunan prosessual hüquq normalarının tələbləri baxımından, şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir.
10. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı qərarın ləğv edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 may 2025-ci il t arixli, 2-1(103)2405/2025 saylı qərarından iddiaçının kassasiya şikayətinin geri götürülməsi barədə müraciəti təmin edilsin. Kassasiya şikayəti üzrə kassasiya icraatına xitam verilsin. Qərardad qətidir.