Məhkəmə qərarları › İş №2-1(102)-2427/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2427/2019

13.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2427/2019 13.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Səbail rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: ( 2-ci qrup əliliyə görə əmək pensiyası təyin edilməsi üçün zəruri iş stajı və pensiya kapitalı toplanmadığından iddia rədd edilmişdir.) GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçının vəkili Vəkil2 və cavabdehin vəkili Vəkil3 iştirakı ilə İd diaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon şöbəsinə qarşı əlilliyə görə əmək pensiyasının hesablanması tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-135/2019 saylı, 06 fevral 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 13 noyabr 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı (bundan sonra - iddiaçı) xx.xx.1986-cı ildə ünvan 1 ünvanında qeydiyyatdadır. (AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsi). Tibbi - Sosial Ekspert Komissiyasının 26.01.2016-cı il tarixli arayışına əsasən iddiaçıya ümumi xəstəlik səbəbi ilə 26.01.2021-ci ilədək ikinci qrup əlillik dərəcəsi təyin edilmişdir. İddiaçı ona əlilliyə görə əmək pensiyasının təyin olunması ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon şöbəsinə (bundan sonra - cavabdeh) müraciət etsə də, sonuncu həmin müraciətə cavab verməmişdir. Bundan sonra, iddiaçı cavabdehə qarşı 01 yanvar 2003-cü il tarixdən 01 yanvar 2006-cı il tarixədək X2 fəhlə, 01 yanvar 2014-cü il tarixdən 08 sentyabr 2016-cı il tarixədək xxxx” MMC-də təchizatçı vəzifəsində, 01.10.2016-cı il tarixdən 07.05.2018-ci il tarixədək Bakı şəhər 33 saylı şəhər Poliklinikasında gözətçi vəzifəsində işlədiyi illərin iş stajını iddiaçının əmək pensiyası hüququ verən sosial sığorta stajına hesabl anması vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 01 yanvar 2003-cü tarixdən 01 yanvar 2006-cı il tarixədək X1 nəzdində olan Abşeron rayon Xırdalan qəsəbəsində yerləşən çörək sexində fəhlə, 01 yanvar 2014-cü il tarixdən 08 sentyabr 2016-cı il tarixədək Gəncə şəhəri, Z.Hacıyev-62 ünvanda yerləşən xxxx” MMC-də təchizatçı vəzifəsində, 01.10.2016-cı il tarixdən 07.05.2018-ci il tarixədək Bakı şəhər 33 saylı şəhər Poliklinikasında gözətçi işləmişdir. Xəstəliyi ilə əlaqədar olaraq təqaüdə çıxdığı üçün ona məxsus əmək kitabçasında qeyd olunan illərin onun əmək pensiyası hüququ verən sosial sığorta stajına hesablanması üçün ərizə ilə cavabdehə dəfələrlə müraciət etmişdir. Lakin, onun müraciət inə hər hansı cavab verilməmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 01 yanvar 2003-cü il tarixdən 01 yanvar 2006-cı il tarixədək X2 fəhlə, 01 yanvar 2014-cü il tarixdən 08 sentyabr 2016-cı il tarixədək xxxx” MMC-də təchizatçı vəzifəsində, 01.10.2016-cı il tarixdən 07.05.2018-ci il tarixədək Bakı şəhər 33 saylı şəhər Poliklinikasında gözətçi vəzifəsində işlədiyi iş stajını nəzərə almaqla ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, ərizə icraata qəbul olunmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabd eh tərəfindən iddia ərizəsinə rəsmi qaydada hər hansı münasibət bildirilməmişdir. 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1(81)-3044/2018 saylı, 11 oktyabr 2018ci tarixli qərarı ilə (hakim: Ş.A.Məmmədova) iddia qismən təmin edilərək, iddiaçının 01 yanvar 2003-cü il tarixdən 01 yanvar 2006-cı il tarixədək X2 fəhlə, 01 yanvar 2015-ci il tarixdən 01 yanvar 2016-cı il tarixədək “xxxx” MMC-də təchizatçı vəzifəsində, 01.10.2016cı il tarixdən 07.05.2018-ci il tarixədək Bakı şəhər 33 saylı şəhər Poliklinikasında gözətçi işlədiyi iş stajı nəzərə alınmaqla ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Məhkəmə hesab etmişdir ki, iddiaçının 01 yanvar 2003-cü il tarixdən 01 yanvar 2006cı il tarixədək X2 fəhlə, 01 yanvar 2015-ci il tarixdən 01 yanvar 2016-cı il tarixədək “xxxx” MMC-də təchizatçı vəzifəsində, 2016-cı ilin oktyabr, noyabr və dekabr aylarında, 2017-ci ilin yanvar ayından dekabr ayına kimi, həmçinin 2018-ci ilin yanvar ayından may ayına kimi (may ayı daxil olmaqla) Bakı şəhər 33 saylı şəhər Poliklinikasında gözətçi vəzifəsində işləməsi və bununla da 05 il 08 ay sığorta stajının olması iş materialları ilə öz təsdiqini tapmışdır. Məhkəmənin həmin qərarından cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-135/2019 saylı iş üzrə 06 fevral 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: H.Ü.Həmidov, hakimlər: E.E.Nağıyeva və V.Ə.Baxışova) apelyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1(81)-3044/2018 saylı, 11 oktyabr 20 18-ci tarixli qərarı qismən - iddianın qismən təmin edilərək iddiaçının 01 yanvar 2003-cü il tarixdən 01 yanvar 2006-cı il tarixədək X2 fəhlə, 01 yanvar 2015-ci il tarixdən 01 yanvar 2016-cı il tarixədək “xxxx” MMC-də təchizatçı, 01.10.2016-cı il tarixdən 07.05.2018-ci il tarixədək Bakı şəhər 33 saylı şəhər Poliklinikasında gözətçi vəzifəsində işlədiyi iş stajı nəzərə alınmaqla ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv edilmiş, iddia həmin hissədə təmin edilməmişdir. Apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının qanunvericiliklə nəzərdə tutulmuş minimum 5 il sığorta stajı mövcud olmadığından ona pensiya təyin edilməsi əsaslı deyildir. Apelyasiya instansiya məhkəməsinin qərarından iddiaçı kassasiya şikayəti ve rərək Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-135/2019 saylı iş üzrə 06 fevral 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində qeyd edilir ki, məhkəmə kollegiyası hazırkı mübahisəyə maddi hüquq normalarını tətbiq edərkən, hüququn tətbiqində səhvə yol verməklə bu hüquq normasının təfsirində də səhvə yol vermiş, tətbiq edilməli olan hüquq normasını tətbiq etməmiş və beləliklə də iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv idarəsi Kəlbəcər rayon Dövlət Arxiv idarəsinin və ƏƏSMN yanında DSMF-nin Kəlbəcər rayon şöbəsinin birgə tərtib etdiyi aktdan görünür ki, iddiaçı 01 yanvar 2003-cü il tarixd ən 01 yanvar 2006-cı il tarixədək X1 nəzdində olan Abşeron rayon Xırdalan qəsəbəsində fəaliyyət göstərən çörək sexində fəhlə işləməsi faktı öz əksini tapır. ƏƏSMN yanında DSMF-nin Gəncə şəhəri Kəpəz rayon şöbəsinin məktubunda göstərilir ki, iddiaçı 01 yanvar 2014-cü il tarixdən 08 sentyabr 2016cı il tarixədək "xxxx" MMC-də təchizatçı işləmişdir. Cavabdehin düzgün olmayan rəyinə əsaslanaraq apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını ləğv etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Cavabdehin vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apelyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş e tdi. ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən h esab edilir. Lakin şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı ü çün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. 01.07.2017-ci ildən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin e dilir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıdakı normalardan da göründüyü kimi, qanunverici İİ qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün iki əsas nəzərdə tutmuşdur: sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajının olması və qanunvericiliklə nəzərdə tutulmuş minimum pensiya kapitalı. İş materiallarına əlavə edilmiş arayışlardan görünür ki, iddiaçı Kəlbəcər rayon Çörək Kombinatında 01.01.2003-cü il tarixdən 01.01.2006-cı il tarixədək fəhlə işləmiş, 01.01.2006-cı il tarixdən öz xahişi ilə azad edilmişdir. 01.01.2003-cü il tarixdən 31.12.2005-ci il tarixə qədər əmək haqqı aldığı aşkar edilmişdir. Bundan başqa, iddiaçı “xxxx” MMC-də işləmişdir və 01.01.2015-ci ildən 01.01.2016-cı il tarixədək 01 il 00 ay 00 gün sos ial sığorta stajı və fərdi hesabının sığorta hissəsində 152,16 manat pensiya kapitalı vardır. Pensiya kapitalı 01.01.2017-ci il tarixədək indeksləşdirilmişdir. Vətəndaş İddiaçı Tofiq oğluna 2015-ci il ərzində 12 ay hər ay üçün 90 manat əmək haqqı verildiyi göstərilmiş və hər ay üçün 9.09 manat (cəmi 109.08 manat) qismən sosial sığorta haqqı ödənilmişdir. Göründüyü kimi, iddiaçı 2-ci qrup əlilliyə görə ona əmək pensiyası təyin edilməsi üçün zəruri iş stajı mövcud deyildir. Belə ki, iddiaçının Kəlbəcər rayon Çörək Kombinatında işlədiyi dövrdə əmək haqqı alması və məcburi sosial sığorta haqları üzrə ayırmaların olmasının yoxlanılması mümkün olmamışdır. Bundan başqa, arayışlardan da göründüyü kimi, iddiaçının əmək pensiyasının təyin edilməsi üçün zəruri pensiya kapitalı formalaşmamışdır. Beləl iklə də, iddiaçıya 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün zəruri şərtlər ödənilmədiyindən iddia əsaslı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməməsi barədə apelyasiya instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apelyasiya instansi yası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-135/2019 saylı iş üzrə 06 fevral 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar