Məhkəmə qərarları › İş №2-1(102)-2427/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2427/2023

30.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2427/2023 30.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qeyri-yaşayış sahəsi üzərində istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazir liyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsi üzərində istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 iyun 2023-cü il tarixli, 2-1(103)-2167/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 dekabr 2012-ci il tarixli, 2(006)4549/2012 nömrəli qətnaməsinə əsasən, ünvan 1 saylı evin 2 saylı mənzilinin alt hissəsində olan qeyri-yaşayış sahəsinin 28 avqust 1996-cı il tarixdən İddiaçı sahiblik və istifadəsində olması faktı müəyyən edilmişdir. Qətnamə 11 yanvar 2013-cü il tarixdə qüvvəsini almışdır. 2. ünvan 1 ünvanında yerləşən 32.7 kv.m qeyri-yaşayış sahəsi Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən xx.xx.2017-ci il tarixdə keçirilmiş hərracda 45/04 nömrəli protokola əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Komitəsi tərəfindən X1, bununla bağlı 13 dekabr 2017-ci il tarixli, 3769 nömrəli “Müəssisənin (obyektin) alqı-satqı müqaviləsi” bağlanmışdır. 3. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 6 dekabr 2018-ci il tarixli 21(81)59/2018 nömrəli qərarına əsasən, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi, Nə simi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi və X4 işə cəlb edilməklə sərəncamın ləğv edilməsi haqqında iddia tələbi qismən – Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilmiş 23 sentyabr 2016-cı il tarixli, 117 nömrəli sərəncamının ləğv edilməsi hissəsində təmin edilmiş, həmin sərəncamın doğuracağı bütün nəticələrin ləğv edilməsi hissəsi isə mülki məhkəmə icraatı qaydasında baxılmalı olması əsası ilə mümkün sayılmamışdır.

4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04 aprel 2019-cu il tarixli, 2-1(103)-804/2019 nömrəli qərarına əsasən, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 6 dekabr 2018-ci il tarixli 2-1(81)59/2018 nömrəli qərarından üçüncü şəxs X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, 1 saylı Bakı İnzibati-İqt isadi Məhkəməsinin müvafiq qərarı dəyişdirilmədən saxlanılmışdır. 5. 3 iyun 2019-cu il tarixdə verilmiş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21(81)59/2018 nömrəli icra vərəqəsinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilmiş 23 sentyabr 2016-cı il tarixli, 117 nömrəli sərəncam ləğv edilmişdir.

6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 avqust 2019-cu il tarixli, 2(005)-3298/2019 nömrəli qətnaməsinə əsasən, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə, X3, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların təşkili üzrə auksion mərkəzinə qarşı iddiası təmin edilmiş, Azərbayc an Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin məhkəmə qərarı ilə ləğv olunmuş 23 sentyabr 2016-cı il tarixli 117 nömrəli sərəncamına əsasən, ünvan 1, 2 nömrəli mənzilin alt hissəsində yerləşən, iddiaçının qanuni sahibliyində və istifadəsində olan 32.7 kv.metrdən ibarət qeyriyaşayış sahəsinin satılması ilə bağlı 12 dekabr 2017-ci il tarixdə keçirilmiş hərracın nəticələri və həmin hərrac nəticəsində cavabdehlər arasında bağlanmış 13 dekabr 2017-ci il tarixli 3769 nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, həmin alqı-satqı müqaviləsi əsasında cavabdeh X2 adına verilmiş RX seriyalı ******* nömrəli 30 yanvar 2018-ci il tarixli çıxarış və 26 yanvar 2018-ci il tarixli texniki pasport ləğv edilmişdir.

7. İddiaçı sözügedən qeyri-yaşayış sahəsi üzərində hüquqlarının dövlət qeydiy yatına alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir.

8. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********03 nömrəli imtina məktubunda bildirilmişdir ki, sözügedən qeyri-yaşayış sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 32.7 kv.m olan qeyri-yaşayış sahəsi üzərində istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və texniki paspo rtun verilməsi öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.

10. İddiaçı ərizəsində işin hallarında göstərilən xüsusatları sadalamış və bildirmişdir ki, bütün məhkəmə çəkişmələrində həmin qurumun ona qarşı yaradılmış süni maneələri davamlı xarakter daşıyır. Bununla yanaşı, qeyd edilən bütün məhkəmə çəkişmələrindəki məğlubiyyətlərini həzm edə bilmədiklərindən cavabdeh tərəfindən ona ünvanlanmış son məktublarla da, mülkiyyət hüquqlarının həyata keçirilməsinə ardıcıl maneə yaratmaq kursu tutulmuşdur.

11. Cavabdeh tərəfindən iddia tələbinə verilən yazılı etiraz iddiaçıya ünvanlanmış imtina məktublarının məzmunu ilə eynilik təşkil edir.

12. Bakı İnzibati Məhkəməsinin (hakim: A.A.Abdullayeva) 7 dekabr 2022-ci il tarixli, 2-1(112)-10650/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin iddiaçının adına istifadə hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan məhkəmə qərarlarına əsasən, istər mülki məhkəmə icraatı, istərsə də, inzibati məhkəmə icraatı araşdırmaları zamanı mübahisəli qeyri-yaşayış sahəsinin dövlət mülkiyyətində olmasını təsdiq edən sənədlərin tələb edilməsinə və buna şərait yaradılmasına baxmayaraq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həmin qeyri-yaşayış sahəsinin dövlət mülkiyyətində olmasını təsdiq edəcək hər hansı sənəd təqdim edilməmişdir. Bununla da, mübahis əli qeyri-yaşayış sahəsinin dövlət mülkiyyətində olması müəyyən edilməmişdir. Sözügedən qeyri-yaşayış sahəsinin X2 adına qeydiyyata alınmasına əsas olmuş xx.xx.2017-ci il tarixli 3769 saylı “Müəssisənin (obyektin) alqı-satqı müqaviləsi” və onun əsasında aparılmış qeydiyyat ləğv edilmişdir. Qeyri-yaşayış sahəsinə dair hər hansı üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat mövcud deyildir. Göründüyü kimi, cavabdehin imtinasının əsasını təşkil edən arqument əsassızdır və qeyri-yaşayış sahəsi üzərində iddiaçının məhkəmə qərarı ilə müəyyən edilmiş istifadə hüququnun qeydiyyata alınmasından imtina üçün əsas kimi götürülə bilməz.

14. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instans iyası məhkəməsində icraat

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.Ə.Səmədov /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və A.P.Oruczadə) 13 iyun 2023-cü il tarixli, 21(103)-2167/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 7 dekabr 2022-ci il tarixli, 2-1(112)-10650/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq göstərmişdir ki, iddiaçı hal-hazırda hüququnun qeydiyyata alınmasını tələb etdiyi qeyri-yaşayış sahəsinə istifadə hüququna malikdir və onun bu hüququ qanuni qüvvəsini almış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)4549/2012 nömrəli, 10 dekabr 2012-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir.

17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh qeyd edir ki, qeyri-yaşayış sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Halbuki, dövlət reyestrində qeydiyyatın aparılma əsasları birbaşa yuxarıda qeyd olunar qanunvericilikdə nəzərdə tutulmuşdur.

19. Apellyasiya instansiyası məhkəməsi öz qərarının əsaslandırma hissəsində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4549/2012 nömrəli, xx.xx.2012-ci il tarixli qətnaməsinə istinadən iddiaçının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.4-cü maddəsinə uyğun sənəd təqdim etdiyi qənaətinə gəlmişdir. Lakin həmin qətnaməyə əsasən ərizənin təmin edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, F.Qasımzadə küçəsi, 16 saylı evin 2 saylı mənzilinin alt hissəsində olan qeyri-yaşayış sahəsinin xx.xx.1996-cı il tarixdən İddiaçı sahiblik və istifadəsində olması faktının müəyyən edilməsi qət edilmişdir. Göründüyü kimi, Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə müvafiq qeyri-yaşayış sahəsinin iddiaçının yalnız sahiblik və istifadəsində olması tanınmış, qətnamədə həmin əmlaka hüququn dövlət reyestrində qeydiyyata alınması və ya daşınmaz əmlakın onun mülkiyyətinə verilməsi ilə əlaqədar heç bir müddəa nəzərdə tutulmamışdır.

20. Hazırki iddia tələbi üzrə iddiaçı tərəfindən müvafiq qeyri-yaşayış s ahəsi ilə əlaqədar, onun hüquqi və texniki əsası ilə əlaqədar heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin əsaslandığı Nəsimi Rayon Məhkəməsinin müvafiq qətnaməsi sözügedən əmlak üzərində hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənəd hesab edilmir. Əgər həmin qətnamənin belə bir hüquqmüəyyənedici əsası olsa idi, həmin qətnamə 2012ci ildən bu günə qədər icra edilməsi üçün 1 saylı Bakı Ərazi İdarəsinə dəfələrlə göndərilmiş olardı. Halbuki, həmin qətnamə bu günə qədər nə məlumat, nə də icra edilməsi məqsədilə məhkəmə tərəfindən rəsmi qaydada İdarəyə təqdim edilməmişdir. Qətnamənin təqdim edilməməsi isə anlaşılandır, çünki həmin qətnamə ilə cavabdehin üzərinə heç bir öhdəlik qoyulmamaışdır. b) kassasiy a şikayətinə qarşı etirazın dəlilləri:

21. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.... Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məh dudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları;... Maddə

12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir.... Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada et ibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyə t kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq ape llyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdir mədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olar aq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Az ərbaycana qarşı” işi üzrə qərarı).

28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə imtina məktublarının, iddia tələbinə dair etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

29. Cavabdehin kassasiya şikayətinin təkrarlanan dəlillərinə əsasən, mübahisələndirilən qeyri-yaşayış sahəsinə dair hüquqmüəyyənedici sənədlərin təqdim olunmaması təşkil edir.

30. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, mövcud qanun vericilik daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınması üçün əsasların dairəsini konkret müəyyən edir. Hazırkı işin halları üzrə qeyd edilməlidir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 dekabr 2012ci il tarixli, 2(006)-4549/2012 nömrəli qətnaməsinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, F.Qasımzadə küçəsi, 16 saylı evin 2 saylı mənzilinin alt hissəsində olan qeyri-yaşayış sahəsinin 28 avqust 1996-cı il tarixdən İddiaçı sahiblik və istifadəsində olması faktı müəyyən edilmişdir.

31. Cavabdeh kassasiya şikayətinin dəlillərində həmin qətnamənin hüquqmüəyyənedici əsaslara malik olmamasına və bu qətnamə ilə onun üzərinə hər hansı öhdəlik qoyulmamasına istinad etmişdir. Halbuki, qeyd edilən qətnamə iddiaçının mübahisələndirilən qeyri-yaşayış sahəsi üzərində istifadə hüququnu müəyyən etmişdir. Bu isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.4-cü maddəsinə əsasən qeyri-yaşayış sahəsi üzərində hüquqların qeydiyyatı üçün əsasdır.

32. Belə olan halda, apellyasiya məhkəməsinin cavabdeh inzibati orqan tərəfindən iddiaçının qanuni əsaslarla istifadə etdiyi qeyri-yaşayış sahəsinə istifadə hüququnun qeydə alınmasından imtina edilməklə iddiaçının göstərilən hüquqlarının və qanunla qorunan mənafelərinin pozulmasına yol verilməsi barədə mövqeyi əsaslı olmuşdur.

33. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 iyun 2023-cü il tarixli, 21(103)-2167/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar