Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2428/2019 30.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı XXXnın cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Nərimanov rayon şöbəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-2428/19 Bakı şəhəri 30 oktyabr 2019-cu il Açar sözlər: pensiya təminatı hüququ, yaşa görə əmək pensiyası, sosial sığorta stajının hesablanması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, iddiaçı XXXnın iştirakları ilə, cava bdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Nərimanov rayon şöbəsinin müdiri XXX tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 aprel 2019-cu il tarixli, 2-1(103)-702/2019 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı XXX (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Nərimanov rayon şöbəsinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun əmək pensiyasının hesablanaraq təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Daha son ra, iddiaçı məhkəməyə iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək 1974-1980-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetində ali təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilərək ona 60 yaş 06 ayının tamam olduğu 13 fevral 2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Ərizə məhkəmə tərəfindən icraata qəbul olunmuşdur. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, Azərbaycan Dövlət Tibb Universitetində ali təhsil aldıqdan sonra əmək fəaliyyətinə başlamış, 1980-2000-ci illər ərzində ölkə ərazisində müxtəlif vəzifələrdə çalışmış, daha sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən dövlət xətti ilə əməkçi miqrant olaraq işləm əyə Səudiyyə Ərəbistanına göndərilmişdir. İddiaçının xarici ölkədə işləməsi faktı Nazirliklə onun arasında bağlanmış müqavilə ilə də öz təsdiqini tapsa da, cavabdeh ona əmək pensiyasının təyin olunmasından imtina etmişdir. Cavabdeh iddia ərizəsinə qarşı məhkəməyə yazılı etiraz təqdim edərək bildirmişdir ki, əmək pensiyaları haqqında qanunvericiliyin tələblərinə görə 60 yaşına çatmış qadınların fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda pensiya hüquqları vardır. İddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az ol muş, habelə onun sığorta stajı 18 il, 11 ay, 23 gün təşkil etmişdir. İddiaçının X1 iş dövrü üzrə isə məcburi dövlət sosial sığorta ödənişləri həyata keçirilmədiyindən həmin dövrün onun sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 sentyabr 2018-ci il tarixli, 2-1(84)3413/2018 saylı qərarı ilə (hakim Xaliq İmanov) iddia təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, qanunvericiliyin iddiaçının ali təhsil aldığı dövrdə qüvvədə olmuş tələblərinə görə ali, orta ixtisas, texniki peşə məktəblərində təhsil müddəti iş stajına daxil edilməlidir. İddiaçının təhsil aldığı dövr artıq onun qazanılmış əmək stajına daxil olduğundan, cavabdehin qanunvericiliyin iddiaçının hüquqi vəziyyətini çətinləşdirən normalarını geriyə tətbiq edərək onun əyani təhsil müddətini sığorta stajına daxil edilməsindən imtinası iddiaçının konstitusion hüququnun pozulmasına səbəb olmuşdur. Məhkəmə hesab etmişdir ki, iddiaçının əmək kitabçasına əsasən, onun 19 il 11 ay 23 gün əmək stajına malik olması öz təsdiqini tapdığından, habelə iddiaçı 6 il təhsil aldığından onun qanunvericiliklə tələb olunan 25 il sığorta stajı tamam olmuş və 60 yaş 6 ayının tamam olduğu 13 fevral 2018-ci il tarixdən yaşa görə pensiya hüququ yaranmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 aprel 2019-cu il tarixli, 2-1(103)-702/2019 saylı qərarı ilə (sədrlik edən Həmid Həmidov, hakimlər Elmira Nağıyeva və Vüsalə Baxışova) ape llyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarında qeyd olunmuş əsasları öz qərarında təkrarlamışdır. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1, 3.2-ci bəndləri, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 saylı qərarının 1.1, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.2, 7-ci madd ələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan cavabdeh kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Cavabdeh kassasiya şikayətində bildirmişdir ki, pensiya qanunvericiliyin qüvvədə olan normalarının tələblərinə görə 60 yaşına çatmış qadınların fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüquqları vardır. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmuş və onun sığorta stajı cəmi 18 il 11 ay 23 gün təşkil etmişdir. Bundan başqa bildirilmişdir ki, qanunvericiliyin tələblərinə əsasən, vətənadaşların başqa dövlətlərin ərazisində iş dövrü Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxaq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmamışdırsa Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödənildikdə sığorta stajına daxil edilir. İddiaçının X1 iş dövrü üzrə məcburi dövlət sosial sığorta haqqları ödənilmədiyindən həmin dövrün onun sığorta stajına daxil edilməsi qanuna ziddir. Kassasiya şikayə tində göstərilən dəlillərin hüquqi əsası kimi cavabdeh “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7, 21, 25-ci maddələrinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 90.3-cü maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 67.1-ci maddəsinə uyğun olaraq onun izahatı dinlənilməmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiyası məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. İddiaçıya məxsus İT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş sürətindən müəyyən olunur ki, İddiaçı 01.08.1980-ci ildə 5 saylı Klinik Xəstəxanaya terapiya üzrə həkim-intern vəzifəsinə qəbul edilmiş (Əmr № 86, 01.08.1980), 22.07.1981si ildə internaturanı bitirməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilmiş (Əmr № 94, 30.06.1981), 11.10.1982-ci ildə 0,5 ştat üzrə Təcili yardım stansiyasının çağırış həkimi vəzifəsinə təyin edilmiş (Əmr № 153,p.2, 06.10.1982), 15.11.1985-ci ildə tutduğu vəzifədən azad edilmiş (Əmr № 243-k, 12.11.1985), 27.11.1985-ci ildə 21 nömrəli Orconoki dze rayon şəhər xəstəxanası Funksional diaqnostika otağına həkim vəzifəsinə işə qəbul edilmiş (Əmr № 136, 27.11.1986), 25.04.1986-cı ildə 3 nömrəli Lenin rayon q/m keçirilməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilmiş (Əmr № 40, 24.04.1986), 03.05.1986-cı ildə 3 nömrəli X2 həkim terapevt vəzifəsinə işə qəbul edilmiş (Əmr № 37, 29.04.1986), 19.11.1990-cı ildə tutduğu vəzifədən azad edilmiş (Əmr № 163, 19.11.1990), 22.11.1990-cı ildə Semaşko adına şəhər kliniki xəstəxanasına 5-ci kardioloji intensiv terapiya blokuna həkim-terapevt vəzifəsinə qəbul edilmiş (Əmr № 154, 26.11.1990), 26.10.1998-ci ildə Ümumi reanimasiya şöbəsinə həkim vəzifəsinə keçirilmiş (Əmr № 49k, 28.10.1998), 27.11.1998-ci ildə 3-cü terapiya şöbəsinə həkim vəzifəsinə keçirilmiş (Əmr № 58k, 28.11.1998), 08.12.1998-ci 5-ci kardiologiya şöbəsinə həkim vəzifəsinə keçirilmiş (Əmr № 62k, 09.12.1998), 06.11.2000-ci ildə tutduğu vəzifədən azad edilmişdir (Əmr № 14k, 13.03.2001). Nərimanov RPİ tərəfindən 02 iyul 2010-cu ildə verilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, 13 avqust 1957-ci ildə Bakı şəhərində doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. DSMF-nin Nərimanov rayon şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış 16 mart 2018ci il tarixli, 13/01-1256 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 01 may 2017-ci il tarixli, 1352 saylı Fərmanı ilə “Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsinə edilmiş dəyişikliyə əsasən 60 yaşına çatmış qadınların fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbl əğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Vətəndaş İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olduğuna görə sığorta stajı cəmi 18 il 11 ay 23 gün təşkil edir.Vətəndaşın ərizəsində qeyd etdiyi X1 iş dövrü ilə əlaqədar bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 23.1-ci maddəsinə əsasən “Vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edildiyindən həmin dövrün (X1 iş dövrü) sığorta stajı hesablanarkən nəzərə alınması qanuna ziddir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normları yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinin tələblərinə uyğu n verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normaları yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellayasiya məhkəməsi tərəfindən iddianın qanuni əsasları düzgün müəyyən edilsə də, lakin onların tətbiqi üçün işin halları tam müəyyən edilməmişdir. Apellyasiya məhkəməsinin mövqeyinə görə, iddiaçının zəruri sosial sığorta stajı təsdiqini tapdığından, onun pensiyanın təmin edilməsi barədə tələbi əsaslı olmuşdur. Cavabdeh bu mövqeyi mübahisələndirərək bildirmişdir ki, iddiaçının qanunla nəzərdə tutulmuş 25 il stajı müəyyən edilmədiyindən ona yaşa görə əmək pensiyasınn təyin edilməsi qanunsuz olmuşdur. Məhkəmə kollegiyası cavabdehin dəlilinə münasibətdə aşağıdakıların bildirilməsini zəruri hesab edir. İddiaçının əmək pensiyası hüququnun y aranması tarixi apellyasiya məhkəməsi tərəfindən 13 fevral 2018-ci ilə aid edilmişdir. Həmin tarixə qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarına görə: - 7-ci maddəsinə əsasən, (...) 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla), yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci i l iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. - 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər; - 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Maddələrin məzmunu belə izah olunur ki, 60 yaşına çatmış qadınların yaşa görə pensiya hüququnun yaranmasının zəruri edən aşağıdakı şərtlərdən biri mövcud olmalıdır: (1) sığorta stajından asılı olmayaraq fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimu m məbləğindən az olmayan pensiya məbləğinə imkan verməlidir və yaxud (2) azı 25 il sığorta stajı olmalıdır. Lakin yaş həddi ilə bağlı “qeyd” hissəsində nəzərə alınan şərtə görə, 01 iyul 2017-ci il tarixindən 30 iyun 2018-ci il tarixinə qədər qadınların pensiya hüququnun yaranması üçün onların 60 il 6 ay yaş həddinə çatmasıdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı 25 ildən artıq sığorta stajına malikdir. Yəni apellyasiya məhkəməsinin gəldiyi nəticəyə görə iddiaçının pensiya hüququ ikinci şərtin yerinə yetirilməsi ilə bağlı yaranmışdır. İşin hallarına görə iddiaçının ümumi iş stajınının dövrlərini 01 avqust 1980-ci ildən 06 noyabr 2000-ci il tarixə qədər olan müddət təşkil etmiş, bu müddət ərzində iddiaçının müxtəlif vaxtlarda müxtəlif peşələrdə işlədiyini apellyasiya məhkəməsi müəyyən etsə də, lakin hansı qaydada həmin müddətlərin bilavasitə cəm şəklində 19 il 11 ay 23 gün təşkil etdiyinin hesablandığı müəyyən deyildir. Halbuki, eyni dövrə münasibtədə cavabdehin hesablamalarına görə iddiaçının topladığı iş dövrü 18 il 11 ay 23 gün təşkil etmişdir. İstinad edilmiş Qanununun 22-ci maddəsi “Sığorta stajının hesablanması qaydası”nı aşağıdakı kimi tənzimləmişdir: - 22.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Maddələrin tələblərinin tətbiqi onu ehtiva edir ki, şəxsin sığorta stajı müəyyən edilərkən, onun hesablanması zamanı bilavasitə 25 il təşkil etdiyi işlədiyi dövrlər üzrə hər bir əmək fəaliyyətinin müddəti illər, aylar və günlərlə hesablanmalıdır ki, onların cəm şəkli ndə toplanmasının istinad edilən nəticənin verdiyi aydın olsun. Kassasiya instansiyası məhkəməsi işin hallarını və iş üzrə sübutları müəyyən etmir, yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallar və sübutlar üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlayır. Qeyd edilmiş səlahiyyət çərçivəsində apellaysiya məhkəməsinin qərarı yoxlanılarkən, məhkəmə kollegiyası bildirir ki, iddiaçının yaşa görə pensiya hüququnun hansı qaydada yarandığı qeyri-müəyyəndir və bu halda kassasiya instansiya məhkəməsi həmin müddətlərin hesablanması məcburiyyəti qarşısında qalır. Halbuki, işin halı olmaqla, sığorta stajı apellyasiya məhkəməsi tərəfindən istinad edilmiş maddənin tələblərinə əsasən müəyyən edilməli idi. Aparılmış qiymətləndirmənin nətic əsi olaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən yuxarıda əks olunmuş maddi hüquq normalarının tətbiqi üçün pensya hüququnun yaranmasına əsas olmuş işin halları tam müəyyən edilməmişdir. Bu halda həmçinin Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsində müəyyən edilmiş “İşin araşdırılması prinsipi” pozulmuşdur. Həmin maddədə nəzərdə tutulmuşdur: ki, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı ləğv edilməklə, sosial sığorta st ajının hesablanması qaydasına uyğun olaraq iddiaçının hansı tarixdən 25 il stajın toplandığı və hansı tarixdən pensiya hüuqunun yarandığının müəyyən edilməsi üçün iş yenidən apellyaisya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İPM-nin 96.5.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu, yəni apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Həmin Məcəllənin 96.11-ci maddəsinə uyğun olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə tam uyğun qəbul edilməmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslıdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Nərimanov rayon şöbəsinin müdiri XXX tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Ap ellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 aprel 2019-cu il tarixli, 2-1(103)-702/2019 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-2428/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2428/2019
30.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver