Məhkəmə qərarları › İş №2-1(102)-243/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-243/2022

02.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-243/2022 02.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsin Zaqatala rayon filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: iş stajının əmək kitabçası ilə təsdiq olunması, əlilliyə görə əmək pensiyasının təyin edilməsi Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsin Zaqatala rayon filialına (bundan sonra mətndə cavabdeh) qarşı “işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı tarixdən ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(107)-321/2021 saylı, 5 oktyabr 2021-ci il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.1969-cu il tarixdə doğulmuşdur. İddiaçıya 22.11.2019-cu il tarixdə ikinci dərəcəli əlillik müəyyən edilmiş, əlilliyin səbəbi ümumi xəstəlik – kəllədaxili qansızmanın nəticələri, sol beyin yarımkürəsində keçirilmiş parenximatoz, geniş ölçülü hemo rragik insultun davamlı qalıq əlamətləri göstərilmiş, əlillik müddəti 22.11.2024-cü ilədək müəyyən edilmişdir.

2. İddiaçı 20.12.2019-cu il tarixində cavabdeh orqana müraciət edərək ona əlilliyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

3. Cavabdeh orqan 07.01.2020-ci il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. İmtinanı belə əsaslandırmışdır ki, iddiaçının 90 və 961 nömrəli apteklərdə işlədiyi müddətin “Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsinə əsasən sığorta stajı kimi qəbul edilməsi mümkün deyil. ““Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 4.2.7-ci bəndinə əsasən 90 və 941 n ömrəli apteklərdə iddiaçının işlədiyi iş stajının qarşılıqlı yerində yoxlanılması tələb olunur. Həmin apteklərin mühasibat sənədləri saxlanılmadığından və rayon Arxivinə təhvil verilmədiyi səbəbindən yoxlanılması mümkün olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 16.05.1993-cü ildən 04.01.2000-ci ilədək 90 nömrəli, 05.01.2000-ci ildən 11.10.2005-ci ilədək 961 nömrəli aptekdə işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı 22.11.2019-cu il tarixdən ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

5. İddia onu nla əsaslandırılmışdır ki, cavabdeh orqan iddiaçının 90 və 941 saylı apteklərdə işlədiyi müddətlərin onun sosial sığorta stajına daxil edilməsindən imtina etmişdir. Belə ki, həmin apteklərdə iddiaçının iş stajının qarşılıqlı yoxlanması tələb edilmiş, lakin apteklərin mühasibat sənədləri saxlanılmadığından və arxivə təhvil verilmədiyindən bu mümkün olmamışdır. Cavabdehin imtinası əsassızdır.

6. Cavabdeh orqan etirazını belə əsaslandırmışdır ki, iddiaçının əlilliyə görə pensiya hüququ 22.11.2019-cu il tarixdə yaranmışdır. İddiaçıya 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin olunması üçün 11 il 8 ay sosial sığorta stajı və 21000 manat sığorta kapitalı tələb olunur. İddiaçının əmək kitabçasının surətinə əsasən 01.01.2006-cı il tarixədək 15 il 4 ay sosial sığorta stajı (həmin sığorta stajı 11070 manat sığorta kapitalına bərabərdir) toplanılır. İddiaçının mübahisələndirilməyən sosial sığorta stajı 3 il (həmin staj 2166 manat sığorta kapitalına bərabərdir), mübahisələndirilən sosial sığorta stajı 12 il 4 ay 25 gün (həmin staj 8905 manat sığorta kapitalına bərabərdir) təşkil edir. İddiaçının əmək kitabçasının surətində qeyd edilmiş 90 saylı aptekin məcburi dövlət sosial sığorta haqlarının toplanması və uçotuna dair 1993, 1994, 1995, 2000-ci illərdə aparılmış yoxlama aktlarında iddiaçının həmin aptekin mühasibi kimi adı qeyd edilməmişdir. “Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında” 25.12.1991-ci il tarixli qərarına əsasən, Azərbaycan dilində latın qrafikasına keçid 1992-ci ildən başlamış, 30.09.2002-ci il tarixli “Azərbaycan Respublikasında dövlət dili haqqında” Az ərbaycan Respublikasının qanununun 17-ci maddəsinə əsasən isə Azərbaycan Respublikasının dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, hüquqi şəxslərin, onların nümayəndəliklərinin və filiallarının, idarələrin adları Azərbaycan dilinin normalarına uyğun olaraq yazılır. Göstərilən təsisatların adını əks etdirən lövhələr, blanklar, möhürlər və kargüzarlıqla bağlı rəsmi xarakterli bütün digər ləvazimatlar dövlət dilində tərtib olunur. Lakin iddiaçının təqdim etdiyi əmək kitabçasında 1993-2000-ci illər barədə qeydlər kiril əlifbası ilə aparılmasına baxmayaraq, möhür latın qrafikalı Azərbaycan əlifbası ilə tərtib edilmişdir. 1993-2000-ci illərdə fəaliyyət göstərən müəssisələrdə latın qrafikalı möhürlərin istifadəsi mümkünsüz idi. İddiaçının əmək kitabçasının surətində qeyd edilmiş 90 saylı aptekdə mühasib işləməsinə dair qeydləri təsdiq edən möhürün əksi həmin dövrdə 90 saylı aptekdə istifadə olunan möhürün əksi ilə uyğun gəlmir. Göstərilənlərə əsasən, iddiaçının 90 saylı aptekdə 19932000-ci illərin onun sosial sığorta stajına daxil edilməsi qanunsuz və əsassızdır. Digər müəssisəyə gəldikdə isə Mərkəzləşdirilmiş informasiya sistemindən əldə olunan məlumata əsasən, Zaqatala rayonu 961 saylı aptek sığortaedən kimi 01.12.2008-ci il tarixdə qeydiyyatdan keçmiş, iddiaçının isə həmin aptekdə işlədiyini təsdiq edən əmək müqaviləsinin bağlanma tarixi 06.01.2014-cü il göstərilmişdir Odur ki, iddiaçının 961 saylı aptekdə işlədiyini iddia etdiyi 05.01.2000-ci ildən 11.10.2005-ci ilədək olan dövr onun sosial sığorta stajına daxil edilə bilməz. Nəhayət, iddiaçının təqdim etdiyi əm ək kitabçasında müvafiq iş yerləri ilə bağlı qeydlər öz təsdiqini tapmadığından, ona əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan pensiya kapitalı ödənilmədiyindən iddiaçıya əlilliyə görə pensiya təyin edilməsi qanuna müvafiq deyil.

7. Zaqatala Rayon Dövlət Arxivinin 11.08.2020-ci il tarixli 40 nömrəli məktubundan müəyyən edilir ki, 90 və 961 saylı apteklərin arxiv sənədləri arxivə təhvil verilməmişdir. 8. 13 nömrəli Ərazi Vergilər İdarəsinin məhkəməyə ünvanladığı 12.08.2020-ci il tarixli məktubunda qeyd edilir ki, Zaqatala 90 nömrəli Mərkəzi rayon apteki 18.06.2004-cü il tarixində vergi orqanında qeydiyyata alınmış, aptekin sahibkarlıq fəaliyyətinin müvəqqəti olaraq 01.07.2015-ci il tarixindən 01.01.2020-ci il tarixinə və 17.02.2020-ci il tarixindən 17.02.2025-ci il tarix inədək dayandırılması üçün vergi orqanına rəsmi müraciət edilmişdir. Digər müəssisəyə gəldikdə isə Mərkəzləşdirilmiş informasiya sistemindən əldə olunan məlumata əsasən Zaqatala rayonu 961 nömrəli aptek sığortaedən kimi 01.12.2008-ci il tarixində qeydiyyatdan keçmiş, iddiaçının isə həmin aptekdə işlədiyini təsdiq edən əmək müqaviləsinin bağlanma tarixi 06.01.2014-cü il göstərilmişdir.

9. Şəki İnzibati Məhkəməsinin (hakim X6, 2-1(116)-535/2020 saylı iş) 19.11.2020-ci il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçının 16.05.1993-cü ildən 04.01.2000-ci ilədək 90 nömrəli, 05.01.2000-ci ildən 11.10.2005-ci ilədək 961 nömrəli aptekdə işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı 22.11.2019-cu il tarixindən ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhd əliyi cavabdehin üzərinə qoyulmuşdur.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, həqiqətən iddiaçının əmək kitabçasında müxtəlif iş yerlərində işləməsi qeyd olunmuş, onların bəzilərinin üst-üstə düşməsi aşkar olunmuşdur. Qeyd olunan hallar nəzərə alınaraq iddiaçı tərəfindən iddia tələbi dəqiqləşdirilmiş və hazırkı tələb irəli sürülmüşdür. Məhkəmə iddiaçı ilə həmin dövrdə işləyən şəxslərin ərizələrini, onların məhkəməyə təqdim olunmuş əmək kitabçalarının surətlərini araşdıraraq hesab edir ki, iddiaçı həqiqətən iddia tələbində qeyd olunan müddətdə 90 və 961 nömrəli apteklərdə işləmişdir. Əmək kitabçasında olan möhürdəki yazıların latın qrafikası ilə olması iddiaçının qeyd olunan apteklərdə işləməməsi anlamına gəlmir. Ona görə ki, əmək kitabçasında aparılan qeydlərin ardıcıllığından da onların sonradan aparılmadığı qənaətinə gəlmək olur. Məhkəmə hesab edir ki, iddiaçı qeyd olunan apteklərdə işləmiş, onun əmək kitabçasında olan qeydlər sonradan möhürlə təsdiq olunmuşdur ki, bu da həmin yazıların saxta olmasına dəlalət etmir. X2 məxsus olan ******* nömrəli “Əmək kitabçası”nın surətindən görünür ki, onun da kitabçasında 1999-cu ildə işdən çıxmasına dair qeyddə 90 nömrəli aptekin möhür əksində olan yazılar latın qrafikası ilə olmuşdur. İddiaçı əvvəlki məhkəmə iclaslarında da verdiyi izahatlarında ərizələri və əmək kitabçalarının surətləri məhkəmə təqdim olunmuş şəxslərlə işlədiyini qeyd etmiş, onunla birlikdə işləyən şəxslər barədə ətraflı məlumat verə bilmişdir ki, bu da onun həmin apteklərdə işləməsinin inandırıcı olması nəticəsinə gəlməyə əsas verir.

11. Cavabdeh həmi n qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

12. Şəki İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X3-məruzəçi, X9 və X10, 2-1(107)-132/2021 saylı iş) 19 fevral 2021-ci il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 19 noyabr 2020-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.

13. Cavabdeh kasasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. c) kasasiya instansiyası məhkəməsindəki icraat

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X4-məruzəçi, X1 və X11, 2-1(102)-877/2021 saylı iş) 18 may 2021-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti t əmin edilərək Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 fevral 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

15. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının zəruri sığorta stajının müəyyən edilməsi üçün ilk növbədə əmək kitabçasının mötəbərliyi öz təsdiqini tapmalıdır. Apellyasiya instansiya məhkəməsi iddiaçının əmək kitabçasını mötəbər hesab edərək iddiaçının zəruri iş stajının olmasına istinad etsə də, məhkəmə kollegiyası bu mövqeyi əsaslı hesab etmir. Belə ki, cavabdehin kassasiya şikayətinin dəlillərində göstərdiyi əsaslar, yəni sənədlərdəki möhürlərin üst-üstə düşməməsi, iddiaçının adının yoxlama aktlarında mühasib kimi qeyd edilməməsi, 90 və 961 nömrəli apteklərin müvafiq illərdə sığortaverən kimi qeyd iyyatdan keçməməsi əmək kitabçasının mötəbərliyini şübhə altına alır. Lakin apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilən ziddiyyətləri aradan qaldırmadan əmək kitabçasını mötəbər sübut kimi qiymətləndirmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi iddiaçının pensiya kapitalının məbləği barədə araşdırma aparmamışdır. Halbuki, hazırkı qərarın 27-28-ci bəndlərindən göründüyü kimi, əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələri və pensiya kapitalının hesablanma qaydası “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsi və ““Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4-cü bəndində öz əksini tapmışdır. Odur ki, apellyasiya instansiyası məhkəm əsi iddiaçının pensiya kapitalını həmin normaların tələbinə uyğun hesablayaraq iddiaçının zəruri pensiya kapitalının olub-olmadığını müəyyən etməli idi. ç) apelyasiya instansiyası məhkəməsindəki icraat

16. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X16məruzəçi, X7 və X12, 2-1(107)-321/2021 saylı iş) 5 oktyabr 2021-ci il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilərək, Şəki İnzibati Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.

17. Apelyasiya instansiyası məhkəməsi iddianı rədd etməsini onunla əsaslandırmışdır ki, iddiaçının 961 nömrəli aptekdə işlədiyini iddia etdiyi 05.01.2000-ci ildən 11.10.2005-ci ilədək olan dövr onun sosial sığorta stajına daxil edilə bilməz. İddiaçının təqdim etdiyi əmək kitabçasında müvaf iq iş yerləri ilə bağlı qeydlər öz təsdiqini tapmadığından, ona əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan pensiya kapitalı ödənilmədiyindən, iddiaçıya əlilliyə görə pensiya təyin edilməsi qanunamüvafiq deyil. Eyni zamanda, iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş 90 nömrəli aptekdə mühasib işləməsinə dair qeydləri təsdiq edən möhürün əksi həmin dövrdə 90 nömrəli aptekdə istifadə olunan möhürün əksi ilə uyğun gəlmir. 90 nömrəli aptekdə 1993, 1994, 1995, 2000-ci illərdə aparılmış qarşılıqlı yoxlama aktlarında baş mühasib, mühasib vəzifəsində başqa şəxslərin adı göstərilmişdir. 961 nömrəli aptek vergi orqanında 2004-cü ildə qeydiyyatdan keçmiş, şəxsin əmək müqaviləsi 2014-cü ildə bağlanmışdır. Beləliklə, iddiaçının “Əmək pensiyaları haqqında” Azərbaycan Respubli kası Qanunun 12.1-ci maddəsində İİ və İİİ qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün mütləq olan iki şərtdən biri - əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olması şərtinin ödənilməməsini təsdiq edir ki, bu şərtlərdən hər hansı birinin olmaması əlilliyə görə pensiya təyin edilməsini istisna edir.

18. İddiaçı kasasiya şikayəti verərək qərarın ləğv edilməsi, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kasasiya şikayətinin dəlilləri

19. İşə yenidən baxan Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası Azərbaycan Respublikası Nazirlər Kabine tinin 25 noyabr 1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün Əmək stajının təsdiq edilməsi qaydası barədə” əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcədə arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajmı təsdiq edici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək ha qqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

20. İş üzrə tədqiq olunan sənədlərlə iddiaçının işlədiyi illər əmək kitabçası ilə öz təsdiqini tapmışdır. Cavabdeh tərəfindən bunun əksi sübuta yetirilmədiyindən, əmək kitabçasında qeyd olunanlar mötəbər sübut kimi müəyyən edilməlidir. Müəssisənin sənədlərinin arxivə təhvil verilməməsi iddiaçının iradəsindən kənar baş vermiş haldır və onun ziyanına təfsir edilməməlidir.

21. Məhkəmə İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinin tələblərini pozmuşdur. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Cavabdeh kasasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayə tin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq 23. “Əmək pensiyaları haqqında” Qanun: Maddə

11. Əlilliyə görə əmək pensiyası 11.1. Əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qrupları, əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri, habelə onların başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tibbi sosial ekspert komissiyaları) tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Maddə

12. Əlilliyə görə əmək pensiyasının təyin edilməsi şərtləri 12.1. Əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. (1 iyul 2017-ci ilə qədər qüvvədə olmuş redaksiya). Maddə 12.1 (1 iyul 2017-ci ildən qüvvədə olan hazırkı redaksiya). Əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. 24. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə

69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin (Nazirlər Kabinetinin 26 sentyabr 2006cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olma dıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri...nəzərə alınır. 26. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”: 3.1.1-ci bənd. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.

27. İnzibati Prosessual Məcəllə: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarını n izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə

58. Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə ed ilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; (-). Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir Kasasiya şikayətinin müm künlüyü, kasasiya baxışının hədləri

28. İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

29. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə əməl olunmadığından qəbul edilən məhkəmə qərarı ləğv olunmalıdır.

31. İddiaçı işlədiyi illər sosial sığorta stajına daxil edilməklə ona İİ dərəcə əlilliyə görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdehə müraciət etmiş, əmək kitabçasında qeyd olunan 16 may 1993-cü il tarixdən 4 yanvar 2000-ci il tarixədək 90 nömrəli aptekdə və 5 yanvar 2000-ci il tarixdən 11 oktyabr 2005-ci il tarixədək 961 nömrəli aptekdə işlədiyi dövr nəzərə alınmadığından cavabdeh iddiaçıya İİ dərəcə əlilliyə görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir.

32. İddiaçının şikayətinin dəlillərinə görə iddia tələbində göstərilən müddətdə işlədiyindən və əmək kitabçasında qeyd edildiyindən həmin dövr nəzərə alınmaqla əlilliyə görə pensiya hüququ yaranmışdır.

33. Kasasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. 34. “Əmək pensiyaları haqqı nda” Qanunun 12-ci maddəsinin tələbinə görə İİ qrup əlilə əlilliyə görə pensiya təyin olunması üçün iki şərtin mövcud olması mütləqdir:

1. Ümumilikdə sığorta stajı 5 ildən az olmamaqla, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajının olması;

2. Əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olması. Bu şərtlərdən hər hansı birinin olmaması, əlilliyə görə pensiya təyin olunmasını istisna edir. Ona görə də əlilliyə görə pensiya təyin olunması üçün bu şərtlərin mövcudluğu araşdırılmalıdır.

35. Cavabdeh hesab edir ki, iddiaçının ən azı 11 il 8 ay iş stajı və 21.000 manat pensiya kapitalı olduğu halda əlilliyə görə pensiya hüququ yaranmış olacaqdır. İddiaçının 1 yanvar 2006-c ı ilə qədər sığorta stajı 3 il, pensiya kapitalı 2.166 manat, 1 yanvar 2006-cı il tarixdən 31 dekabr 2018-ci il tarixə qədər sığorta kapitalı 14.599 manatdır. İddiaçının 11 il 8 ay iş stajı və 21.000 manat pensiya kapitalı olmadığından pensiya hüququ yaranmamışdır.

36. Cavabdeh iddiaçının 1993-2005-ci illərdə işlədiyi dövrü sığorta stajına aid etməkdən imtinasını əmək kitabçasında qeyd edilən 90 və 961 nömrəli apteklərin həmin vaxt qeydiyyatda olmaması və 90 nömrəli aptekin əmək kitabçasında və işdə olan sənədlərdə möhürlərin fərqli olması ilə əsaslandırmışdır.

37. Apelyasiya məhkəməsinin sorğusuna 13 saylı Ərazi Vergilər İdarəsi 16 iyul 2021-ci il tarixli məktubunda bildirmişdir ki, Zaqatala rayonu 90 saylı Mərkəzi Aptekin qeydiyyat qovluğunda saxlanılan sənədlərə baxış keçirilərkən aptek in ilk dəfə baş Apteklər İdarəsinin 25 iyun 1947-ci il tarixli əmri ilə fəaliyyətə başlaması müəyyən edilmişdir. 90 saylı Mərkəzi Aptek 10 iyul 1998-ci ildə vergi orqanında uçota alınmışdır. 25 noyabr 2013cü il tarixdən fəaliyyətini dayandırması barədə vergi orqanına müraciət etmişdir. 961 nömrəli aptek isə Dərman və X13 Birliyinin 19 yanvar 1995-ci il tarixli əmri ilə yaradılmış və 27 yanvar 1999-cu il tarixdə vergi uçotuna alınmışdır. 14 avqust 2015-ci il tarixdən 5 il müddətinə fəaliyyətini dayandırması barədə ərizə vermişdir.

38. Göründüyü kimi, iddiaçının 1993-2005-ci illərdə işlədiyi müddətdə hər iki aptek müvafiq olaraq fəaliyyətdə və qeydiyyatda olmuşdur.

39. İşdə olan sosial müdafiə fondu vəsaitləri üzrə haqq-hesab cədvəlləri də təsdiq edir ki, Zaqatala 90 saylı Mərkəzi Aptek 1993 -2000-ci illərdə fəaliyyət göstərmişdir (2-ci cild, səh. 20-42).

40. İşin 2-ci cild 52-65-ci səhifələrində olan əmrlərin surətləri isə 961 nömrəli aptekin 2000-2005-ci illərdə fəaliyyət göstərməsini təsdiq edir.

41. İddiaçının 16 may 1993-cü il tarixdən 1 mart 2000-ci il tarixə kimi 90 nömrəli Mərkəzi Aptekdə mühasib işləməsi barəsində olan əmək kitabçasındakı məlumatlarla təsdiq olunur.

42. İddiaçının işlədiyi dövrə aid işdə olan bəzi yoxlama sənədlərində həqiqətən iddiaçının adı qeyd edilməmişdir. Sənədlərə diqqət yetirildikdə, sosial sığorta ayırmalarının, həmin ayırmalar hesabına ödənilmiş pensiya, müavinət və digər ayırmaların ödənilməsinin qanunauyğunluğu yoxlanılmış, yoxlamanın nəticəsi olaraq yalnız yoxlamada iştirak edən şəxslərin adı sənədlərdə qeyd edilmişdir. Sənədlərdə işçi sayı, digər ümumi işçilərin adı, soyadı, ata adı ilə bağlı məlumat əksini tapmamışdır. Odur ki, həmin sənədlərdə iddiaçının adının qeyd edilməməsi iddiaçının 90 nömrəli aptekdə işləmədiyi kimi qəbul edilə bilməz.

43. İddiaçının əmək kitabçasında olan möhürlə sənədlərdə olan möhürün uyğun gəlməməsini apelyasiya məhkəməsi qərarında əsaslandırmamışdır.

44. Digər tərəfdən, qanunverici bir şəxsin eyni vaxtda iki yerdə işləməsini qadağan etmədiyindən iddiaçının 5 yanvar 2000-ci il tarixdən 961 nömrəli aptekə işə götürülməsi barədə əmr olmasına baxmayaraq 1 mart 2000-ci il tarixli əmrlə 90 nömrəli aptekdən işdən azad edilməsində qanunsuz hal baş verməmişdir.

45. İddiaçının 5 yanvar 2000-ci il tarixdən ən azından 11 oktyabr 2005-ci il tarixə qədər 961 nömrəli aptekdə işləməsi isə işdə olan iş yeri nin arxiv sənədləri (işə girmə, məzuniyyətə çıxma, qayıtma və işdən çıxma barədə əmrləri) ilə təsdiq olunur (2-ci cild səh.52-65).

46. Məhkəmə kollegiyası onu da vurğulayır ki, əmək kitabçasına və işdə olan əmrlərə görə iddiaçı 21 avqust 2014-cü ilə qədər 961 nömrəli aptekdə işləmiş və cavabdeh 1 yanvar 2006-cı il tarixdən sonra iddiaçının həmin aptekdə işlədiyi dövrün sığorta ödəmələri əsasında pensiya kapitalını nəzərə almışdır.

47. Yekunda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 1993-2005-ci illərdə müvafiq olaraq 90 və 961 nömrəli apteklərdə işləməsi əmək kitabçası ilə təsdiq olunur. Həmin dövrdə qüvvədə olmuş qanunvericiliyə görə əmək kitabçası iş stajını təsdiq edən əsas sənəd olduğundan, həmin dövrü iddiaçının sığorta stajına daxil etməməklə cavabdehin və apelyasiya məhkəməsini n mövqeyi əsaslı olmamışdır.

48. İddiaçının 1993-2005-ci illərdə müvafiq olaraq 90 və 961 nömrəli apteklərdə iş dövrü nəzərə alınmaqla cavabdehin tələb etdiyi kimi, əlillik yarandığı noyabr 2019-cu il tarixdə ən azı 11 il 8 ay iş stajı və 21.000 manat pensiya kapitalı olduğundan iddiaçının əlilliyə görə əmək pensiyası hüququ yaranmışdır.

49. Odur ki, kasasiya şikayəti təmin edilərək apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir.

50. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(107)-321/2021 saylı, 5 oktyabr 202 1-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filialının üzərinə 16.05.1993-cü ildən 04.01.2000-ci ilədək 90 nömrəli, 05.01.2000-ci ildən 11.10.2005-ci ilədək 961 nömrəli aptekdə işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı 22.11.2019-cu il tarixdən İddiaçı əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulsun. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar