Məhkəmə qərarları › İş №2-1(102)-243/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-243/2023

24.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-243/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğv edilməsi) 24.01.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (VÖEN: **********) Cavabdehnə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 sentyabr 2022-ci il tarixli, 2-1(105)-521/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı "DE RUİTER EUROPE B.V." qeyri-rezident şirkəti ilə qızılgüllərin kultivasiyası üçün lisenziya haqqında müqavilə bağlamış, müqaviləyə əsasən qızılgül şitillərinin istifadəsi ilə bağlı lisenziya üçün qeyri-rezidentə vəsait ödəmişdir.

2. İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə 2019-cu ilin avqust ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsində ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan, qeyrirezidentlər üzrə göstərdiyi xidmətlər üzrə 368009,45 manat dövriyyə göstərilmiş, lakin xx.xx.2019-cu il tarixli bəyannamədə müvafiq göstərici 54.880,89 manat göstərilmişdir.

3. Cavabdeh xx.xx.2019-cu il tarixdə **********663500 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubla iddiaçıya müraciət edilərək 5 gün müddəti ndə yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir. Beləliklə, iddiaçı tərəfindən göndərilmiş məktuba münasibət bildirilmədiyi üçün vergi ödəyicisinə 2019-cu ilin avqust ayı üçün 56.363,14 manat əlavə vergi məbləği hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2019-cu il tarixli **********972600 nömrəli qərar qəbul edilmişdir.

4. Sonradan iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə 2019-cu ilin avqust ayı üçün dəqiqləşdirilmiş əlavə dəyər vergisi bəyannaməsi təqdim edilmiş, həm in bəyannamə üzrə kameral vergi yoxlaması keçirilməklə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********229200 nömrəli qərar qəbul olunmuşdur.

5. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 5 oktyabr 2021-ci il tarixli, **********229200 nömrəli qərarına əsasən iddiaçı barəsində 2019-cu ilin avqust ayı üzrə 56 363,14 manat əlavə ƏDV məbləği hesablanmışdır.

6. İddiaçı həmin qərardan Dövlət Vergi Xidmətinə şikayət vermiş, Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” 16 dekabr 2021-ci il tarixli **********924100 nömrəli qərarına əsasən iddiaçının “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 5 oktyabr 2021-ci il tarix li, **********229200 nömrəli qərardan verdiyi şikayət təmin edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 5 oktyabr 2021-ci il tarixli, **********229200 nömrəli qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, cəmiyyətin əsas fəaliyyət növü “güllərin və digər bitkilərin topdan satışı”ndan ibarətdir və öz fəaliyyətini ünvan ünvanında yerləşən “İstixana (Güllərin və onların toxumlarının becərilməsi)” adlı təsərrüfat obyekti vasitəsilə həyata keçirir. İddiaçı qızılgül lərin kultivasiyası üçün “DE RUİTER EUROPE B.V.” qeyrirezident şirkəti ilə lisenziya haqqında müqavilə bağlamış və bu müqaviləyə əsasən 2019cu ilin avqust ayı ərzində “DE RUİTER EUROPE B.V.” şirkətinə 150 765,0 avro məbləğində pul vəsaiti (royalti) ödəmişdir. Dövlət Vergi Xidməti Cəmiyyətdə kameral vergi yoxlaması aparmış və bu araşdırma nəticəsində hesab etmişdir ki, cəmiyyət tərəfindən xx.xx.2019-cu il tarixdə 2019-cu ilin avqust ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsində ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentlər üzrə göstərdiyi xidmətlər üzrə 368009,45 manat dövriyyə göstərilməsinə baxmayaraq, xx.xx.2019-cu il tarixli bəyannaməsində müvafiq göstəricinin 54880,89 manat göstərilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilən kənarlaşma ilə bağlı vergi orqan ı tərəfindən Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə istinad olunmaqla 2019-cu ilin avqust ayı üçün 56363,14 manat əlavə vergi məbləği hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2019-cu il tarixli **********972600 nömrəli qərar qəbul edilmişdir. Sonradan vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdə 2019-cu ilin avqust ayı üçün dəqiqləşdirilmiş əlavə dəyər vergisi bəyannaməsi təqdim edilmiş və həmin bəyannamədə cəmiyyətin “DE RUİTER EUROPE B.V.” qeyri-rezident şirkəti ilə qızılgüllərin kultivasiyası üçün lisenziya haqqında müqavilə bağladığı, müqaviləyə əsasən cəmiyyətin qızılgül şitillərinin istifadəsi ilə bağlı lisenziya üçün ödənilən vəsaitdən royalti olaraq 14 faizlə ödəmə mənbəyindən tutulan vergi ödədiyi, hə min ödənişlə birlikdə əlavə olaraq səhvən 19070,17 manat və 40576,4 manat məbləğində qeyri-rezident üzrə ƏDV ödənişinin olunduğu, bağlanmış müqavilə üzrə ödəniş edərkən qızılgül şitillərinin istifadə hüququnun əldə olunması nəzərdə tutulduğu, yəni mülkiyyət hüququna keçməsi nəzərdə tutulmadığı, Vergi Məcəllənin 13.2.8-ci maddəsinə əsasən qızılgül şitillərindən istifadə ilə bağlı lisenziya qeyri-maddi aktiv olduğuna görə ƏDV-nin məqsədləri üçün mal kimi qəbul olunmadığını bildirilərək kameral vergi yoxlaması ilə 2019cu ilin avqust ayı üçün əlavə dəyər vergisi bəyannaməsi üzrə hesablanmış 56363,14 manat vergi məbləğinin azaldılması xahiş edilmişdir. Cəmiyyətin bu dəqiqləşdirilmiş əlavə dəyər vergisi bəyannaməsi üzrə cavabdeh tərəfindən yenidən kameral vergi yoxlaması aparılmış və cəmiyyətə 5 6363,14 manat əlavə vergi məbləği hesablanması ilə bağlı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021ci il tarixli **********229200 nömrəli qərar qəbul olunmuşdur. Halbuki, qeyd edilən qərar əsassız və qanunsuzdur. Belə ki, iddiaçı ilə qeyri-rezident şəxs olan “DE RUİTER EUROPE B.V.” şirkəti arasında bağlanmış xx.xx.2019-cu il tarixli 20190429-7885 nömrəli “Gül kultivasiyası lisenziyası haqqında” razılaşmanın şərtlərindən görünür ki, “DE RUİTER EUROPE B.V.” şirkəti gül şitillərinin istifadəsi ilə bağlı hüququ (və ya lisenziyanı) iddiaçıya verir və burada mülkiyyət hüququnun verilməsi ilə bağlı hər hansı müddəa yoxdur. Bu o deməkdir ki, gül kultivasiyası texnologiyasına münasibətdə iddiaçıya yalnız istifadə hüququ verilmiş və digər hüquqlar, o cümlədən mülkiyyət hüququ qeyri-rezident şəxs olan “DE RUİTER EUROPE B.V.” şirkətində qalmışdır. Yəni, gül kultivasiyası texnologiyası üzərində iddiaçının mülkiyyət hüququ yaranmamış, mülkiyyət hüququ ötürülməmişdir. Cavabdeh gül kultivasiyası texnologiyası üzərində istifadə hüququnun verilməsini və ötürülməsini Vergi Məcəlləsinin 13.2.11-ci maddəsinin tələbinə əsasən ƏDV-yə cəlb olunan əməliyyat hesab etmişdir. Halbuki, royalti şəklində ödənilmiş məbləğlərə ƏDV-nin hesablanması qanunaziddir.

9. Cavabdeh tərəfindən iddia tələbinə verilən yazılı etirazda göstərilmişdir ki, kameral vergi yoxlaması ilə aparılan araşdırma zamanı iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə 2019-cu ilin avqust ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsində ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan, qeyri-reziden tlər üzrə göstərdiyi xidmətlər üzrə 368009,45 manat dövriyyə göstərilməsinə baxmayaraq, xx.xx.2019-cu il tarixli bəyannaməsində müvafiq göstəricinin 54880,89 manat göstərilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. xx.xx.2019-cu il tarixdə **********663500 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubla iddiaçıya müraciət edilərək 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir. İddiaçı tərəfindən göndərilmiş məktuba münasibət bildirilmədiyi üçün vergi ödəyicisinə analoji qaydada 2019-cu ilin avqust ayı üçün 56363,14 manat əlavə vergi məbləği hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2019-cu il tarixli **********972600 nömrəli qərar qəbul edilmişdir. Sonradan vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdə 2019-cu ilin avqust ayı üçün təqdim edilmiş dəqiqləşdirilmiş ƏDV bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə 56363,14 manat əlavə vergi məbləği hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********229200 nömrəli qərar qəbul olunmuşdur. Qeyd edilməlidir ki, Vergi Məcəlləsinin tələblərinə əsasən qeyri-maddi aktivlərin təqdim edilməsi ƏDV-nin məqsədləri üçün malların təqdim edilməsi sayılmır. Lakin qeyri-madd i aktivlər üzərində istifadə hüququnun digər şəxslərə verilməsi ƏDV-nin məqsədləri üçün xidmət (iş) sayılmaqla 18 faiz dərəcə ilə ƏDV-yə cəlb edilir. Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinin ikinci abzasına əsasən patentlərin, lisenziyaların, ticarət markalarının, müəlliflik və digər analoji hüquqların mülkiyyətə verilməsi və ya güzəşt edilməsi, işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi, işlər və ya xidmətlər alıcının daimi nümayəndəliyi ilə bilavasitə bağlı olduğu halda həmin daimi nümayəndəliyin olduğu yerdə ƏDV-yə cəlb edilir. Odur ki, iddia tələbi əsassızdır.

10. Sumqayıt İnzibati Məhkəməsinin 3 iyun 2022-ci il tarixli, 2-1(118)-1432/2022 nömrəli qərarı (hakim C.B.Məmmədov) ilə iddia təmin edilmiş, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 5 oktyabr 2021-ci il tarixli, **********229200 nömrəli qərarı ləğv edilmişdir.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya Hollandiyanın RUİTER şirkəti tərəfindən müəllif hüquqları ilə qorunan gül çeşidlərini yetişdirmək hüququ verilmiş, yəni həmin güllər üzrə müəllif hüququndan müvəqqəti istifadə hüququ ötürülmüşdür. İddiaçı həmin hüquqlardan müvəqqəti istifadə etdiyi üçün RUİTER şirkətinə mükafat şəklində ödənişlər həyata keçirirdi ki, həmin mükafatlar da royalti hesab olunur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinə olan “patentlərin, lisenziyaların, ticarət markalarının, müəlliflik və digər analoji hüquqların mülkiyyətə verilməsi və ya güzəşt edilməsi, o cümlədən istifadəyə verilməsi” anlayışı y alnız Vergi Məcəlləsinə 2021-ci ildə edilmiş və 1 yanvar 2022-ci ildən qüvvəyə minmiş dəyişikliklər nəticəsində qəbul edilmişdir. 2019-cu ildə Vergi Məcəlləsinin 168.1.5-ci maddəsində müəlliflik hüquqlarının istifadəyə verilməsi ilə bağlı qeyd qüvvədə olmadığına görə, həmçinin Vergi Məcəlləsinin tələblərinə əsasən royalti ƏDV cəlb edilməyən əməliyyat olduğuna görə iddiaçı tərəfindən royaltiyə görə ödənilən ƏDV əsassız yerə vergi orqanı tərəfindən qəbul edilmişdir.

12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

13. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 sentyabr 2022-ci il tarixli, 2-1(105)-521/2022 nömrəli qərarı (hakimlər: H.Ç.Babayeva /sədrli k edən və məruzəçi/, Z.T.Məmmədov və F.Ə.Məmmədov) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 3 iyun 2022-ci il tarixli, 2-1(118)-1432/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, qeyri-rezident olan “X2 B.V” şirkəti ilə iddiaçı arasında bağlanmış 4 sentyabr 2020-ci il tarixli, 20190429-7885 nömrəli “Gül kultivasiyası lisenziyası haqqında razılaşma”dan aydın olduğu kimi, qeyri-rezident gül şitillərinə münasibətdə iddiaçıya yalnız istifadə hüququnu vermiş, digər hüquqlar qeyrirezidentin özündə qalmışdır. Yəni, gül şitilləri üzərində iddiaçının mülkiyyət hüququ yaranmamış, mülkiyyət hüququ ötürülməmişdir. Həmçin in, istifadə hüququnun verilməsinin royalti şəklində ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdeh, gül şitilləri üzərində istifadə hüququnun verilməsini və ötürülməsini Vergi Məcəlləsinin 13.2.11.-ci maddəsinin tələbinə əsasən ƏDV-yə cəlb olunan əməliyyat hesab etmişdir. Vergi Məcəlləsinin tələblərindən göründüyü kimi, royalti – qeyri-maddi aktivlər üzərində hüquqlardan istifadəyə görə edilən ödənişdir. Həmçinin, cavabdeh də iddiaya qarşı yazılı etirazında və apellyasiya şikayətində iddiaçı ilə qeyri-rezident arasında yalnız hüquqların ötürülməsinin baş verdiyini və hər hansı mülkiyyət hüququnun yaranmadığını qəbul edir ki, bu da mübahisəli ödənişlərin hüquqlardan istifadəyə görə həyata keçirildiyini, yəni həmin ödənişlərin royalti olduğuna və bu ödənişlərin Vergilər Məcəlləsinin 13.2.11-ci ma ddəsinə istinadən ƏDV məqsədləri üçün vergi tutulan əməliyyatlara aid edilməsinin qanunsuzluğuna dəlalət edir.

15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

16. Cavabdehin Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.8, 13.2.11, 168, 169 və 175-ci maddələrinə istinad etdiyi kassasiya şikayətinin dəlilləri iddia tələbinə etirazın dəlilləri ilə eynilik təşkil edir. Cavabdeh eyni zamanda qeyd edir ki, məhkəmənin istinad etdiyi Vergi Məcəlləsinin 168.1.5-ci maddəsi ƏDV-nin vergitutma obyektini deyil, ƏDV-nin tutulmalı olduğu yeri müəyyən edir. ƏDV-nin vergitutma obyekti isə Vergi Məcəlləsinin 159.1-ci maddəsi ilə müəyyən edi lir. Hazırkı əməliyyat xidmət hesab olunduğundan və bu növ xidmətlərin göstərilməsi ilə bağlı vergidən azadolma nəzərdə tutulmadığından məhkəmənin mövqeyi yanlış olmuş, məhkəmə tərəfindən tətbiq edilməli olmayan maddi hüquq norması tətbiq edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1, 58.7, 69.4 və 87.8-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə istinad edərək qeyd edir ki, məhkəmə kollegiyası üzərinə düşən vəzifələri icra etməmiş, iş materiallarında olan sübutları qiymətləndirməmiş, mötəbər hesab etdiyi sübutları qiymətləndirməyərək sadəcə qərarda sadalamaqla kifayətlənmişdir. Məhkəmə kollegiyası tərəfindən qeyd olunan prosessual hüquq normalarının tətbiq edilməməsi nəticə etibarı ilə milli qanunveric iliyin yuxarıda qeyd olunan normalarının və beynəlxalq hüquqi sənədlərin tələblərinin kobud şəkildə pozulması ilə müşayiət olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

17. İddiaçı tərəfindən kassasiya şikayətinə etiraz təqdim edilmiş, etirazın dəlilləri iddia tələbinin dəlilləri ilə eynilik təşkil etməklə kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə

13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar Maddə 13.2. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur:... 13.2.8. Mal - hər hansı maddi və ya qeyri-maddi əmlak (aktiv), o cümlədən elektrik və istilik enerjisi, qaz və su. Əlavə dəyər vergisinin (ƏDV) m əqsədləri üçün qeyri-maddi aktivlər, pul vəsaiti və torpaq mal sayılmır. 13.2.9. Qeyri-maddi aktivlər - intellektual, o cümlədən ticarət nişanları, digər sənaye mülkiyyəti obyektləri, habelə müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada vergi ödəyicisinin mülkiyyət hüququnun obyekti kimi tanınan digər analoji hüquqlar.... 13.2.11. Xidmət (iş) - malların təqdim edilməsi sayılmayan, nəticələri maddi ifadə kəsb edən fəaliyyət. ƏDV-nin məqsədləri üçün pul vəsaitinə və torpağa mülkiyyət hüququnun başqasına verilməsi, həmçinin işəgötürənə muzdlu işçi kimi xidmət göstərilməsi istisna olunur. Xidmətlərin göstərilməsi (işlərin görülməsi) zamanı istifadə olunan mallar ayrıca təqdim edilmirsə və ya xidmətin (işin) dəyərinə daxil edilməyən kompensasiyalı xərclər müqavilədə və ya ödəniş sənədləri ndə ayrıca göstərilmirsə, həmin mallar və ya xərclər xidmətin (işin) ayrılmaz tərkib hissəsi hesab edilir.... Maddə

153. Əlavə dəyər vergisi anlayışı 153.1. Əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir.... Maddə

159. Vergitutma obyekti 159.1. Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. 2022-ci il yanvarın 1-dən 3 il müddətində kən d təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi vergitutma obyektidir.... Maddə

168. İşlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer 1 yanvar 2022-ci il tarixədək qüvvədə olan redaksiya: 168.1. Bu fəsilin məqsədləri üçün işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer aşağıdakılar sayılır:... 168.1.5. işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi, işlər və ya xidmətlər alıcının daimi nümayəndəliyi ilə bilavasitə bağlı olduğu halda həmin daimi nümayəndəliyin olduğu yer. Bu maddənin müddəaları aşağıdakı xidmətlərə tətbiq edilir: patentlərin, lisenziyaların, ticarət markalarının, müəlliflik və digər analoji hüquqların mülkiyyətə verilməsi və ya güzəşt edilməsi; 1 yanvar 2022-ci il tarixdən etibarən qüvvədə olan redaksiya: 168.1. Bu fəsilin məqsədləri üçün işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer aşağıdakılar sayılır:... 168.1.5. işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi, işlər və ya xidmətlər alıcının daimi nümayəndəliyi ilə bilavasitə bağlı olduğu halda həmin daimi nümayəndəliyin olduğu yer. Bu maddənin müddəaları aşağıdakı xidmətlərə tətbiq edilir: patentlərin, lisenziyaların, ticarət markalarının, müəlliflik və digər analoji hüquqların mülkiyyətə verilməsi və ya güzəşt edilməsi, o cümlədən istifadəyə verilməsi;

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri i lə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim o lunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİY A BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə tam və hərtərəfli araşdırma a parmadan, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları müəyyənləşdirmədən və qiymətləndirmədən yekun nəticəyə gəlmişdir.

23. Hazırkı işin tərəflər arasında mübahisələndirilməyən hallarına əsasən iddiaçı ilə “DE RUİTER EUROPE B.V." qeyri-rezident şirkəti arasında qızılgüllərin kultivasiyası üçün lisenziya haqqında Razılaşma bağlanmış və həmin Razılaşmaya əsasən gül şitillərinin istifadəsi ilə bağlı hüquq (və ya lisenziya) iddiaçıya verilmişdir. Başqa sözlə, iddiaçıya mülkiyyət deyil, istifadə hüququ verilmişdir.

24. Tərəflər arasında mübahisənin predmetini isə “DE RUİTER EUROPE B.V." qeyri-rezident şirkətinə iddiaçı tərəfindən əldə edilən istifadə hüququna görə ödənilən məbləğlərin (yəni royaltinin) ƏDV-yə cəlb edilən əməliyyat olub-olmaması ilə bağlıdır.

25. Məhk əmə kollegiyası hesab edir ki, həmin məsələyə Vergi Məcəlləsinin aşağıda sadalanan müddəaları birgə təhlil edilməklə qiymət verilməlidir.

26. Vergi Məcəlləsinin 13.2.23-cü maddəsinə əsasən royalti - ədəbiyyat, incəsənət, yaxud elm əsərləri, proqram təminatı, kinematoqrafik filmlər və digər qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunması, yaxud istifadə hüquqlarının verilməsinə görə, istənilən patentə, ticarət markasına, dizayn, yaxud modelə, plana, məxfi düstura, yaxud prosesə, sənaye, kommersiya, yaxud elmi təcrübəyə aid olan informasiyaya, sənaye, kommersiya və ya elmi avadanlıqdan istifadə, yaxud istifadə hüquqlarının verilməsinə görə mükafat şəklində alınan ödənişlərdir.

27. Həmin Məcəllənin 13.2.8 və 13.2.9-cu maddələrinə əsasən əlavə dəyər vergisinin (ƏDV) məqsə dləri üçün qeyri-maddi aktivlər, pul vəsaiti və torpaq mal sayılmır. Qeyri-maddi aktivlər dedikdə isə intellektual, o cümlədən ticarət nişanları, digər sənaye mülkiyyəti obyektləri, habelə müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada vergi ödəyicisinin mülkiyyət hüququnun obyekti kimi tanınan digər analoji hüquqlar başa düşülür.

28. Eyni zamanda, həmin Məcəllənin 13.2.11-ci maddəsinə əsasən malların təqdim edilməsi sayılmayan, nəticələri maddi ifadə kəsb edən fəaliyyət xidmətdir.

29. Qeyd edilən müddəaların birgə təhlili onu deməyə əsas verir ki, qeyri-maddi aktivlərin təqdim edilməsi ƏDV-nin məqsədləri üçün malların təqdim edilməsi sayılmasa da, qeyri-maddi aktivlər üzərində istifadə hüququnun digər şəxslərə verilməsi ƏDV-nin məqsədləri üçün xidmət sayılır.

30. Odur ki, sadalanan madd ələrin işin hallarına tətbiqi nəticəsində məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya “DE RUİTER EUROPE B.V." qeyri-rezident şirkəti tərəfindən lisenziya verilməklə “xidmət” göstərilmişdir.

31. Digər tərəfdən, Vergi Məcəlləsinin 169-cu maddəsində təsbit edilmiş qeyrirezident tərəfindən ƏDV o halda ödənilir ki, qeyri-rezidentin xidmətinin göstərildiyi yer Azərbaycan Respublikası olsun.

32. Xidmətin göstərildiyi yerin müəyyən edilməsi ilə bağlı isə Vergi Məcəlləsinin 168-ci maddəsinə müraciət edilməlidir. Məcəllənin 168.1.5-ci maddəsinin xx.xx.2022-ci ilədək olan redaksiyasına əsasən patentlərin, lisenziyaların, ticarət markalarının, müəlliflik və digər analoji hüquqların mülkiyyətə verilməsi və ya güzəşt edilməsi ilə bağlı xidmətlərin göstərildiyi yer - işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi yer sayılırdı. xx.xx.2022-ci il tarixindən isə patentlərin, lisenziyaların, ticarət markalarının, müəlliflik və digər analoji hüquqların mülkiyyətə verilməsi və ya güzəşt edilməsi ilə yanaşı “istifadəyə verilməsi” də həmin maddəyə əlavə edilmişdir.

33. İşə baxan apellyasiya instansiya məhkəməsi qanunvericilikdəki dəyişikliyin mübahisələndirilən qərarın qəbulundan sonra olmasına istinad etməklə Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinin hazırkı işə tətbiqini istisna etmişdir.

34. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə o hissədə razılaşır ki, “istifadəyə verilməsi” ifadəsi Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinə xx.xx.2022-ci il tarixdə daxil edilmişdir.

35. Lakin, apellyasiya instansiya məhkəməsi 168.1.5-ci ma ddənin məzmununu həmin Məcəllənin 13.2.8 və 13.2.11-ci maddələri ilə birgə təhlil etməmiş, başqa sözlə, 168.1.5-ci maddəyə edilmiş dəyişiklikdəki qanunvericinin niyyətini (normaya dəqiqləşmə yaxud yeni müddəa əlavə edilməsi məsələsinin aydınlaşdırılması istiqamətində) müəyyən etməmişdir.

36. Belə ki, yuxarıda qeyd edildiyi kimi, qeyri-maddi aktivlər əlavə dəyər vergisinin (ƏDV) məqsədləri üçün mal sayılmır, başqa sözlə, onların təqdim edilməsi (satılması; mülkiyyətə verilməsi və sair) ƏDV-yə cəlb olunan əməliyyat deyildir (eyni zamanda xidmətin göstərilməsi də hesab olunmur). Digər tərəfdən, qeyri-maddi aktivin istifadəyə verilməsi isə 13.2.11-ci maddənin təsir dairəsinə düşür və xidmətin göstərilməsi hesab olunur. Odur ki, Vergi Məcəlləsinin 168.1.5-ci maddəsində təsbit edilmiş “patentlər in, lisenziyaların, ticarət markalarının, müəlliflik və digər analoji hüquqların mülkiyyətə verilməsi və ya güzəşt edilməsi” xidmət göstərildiyi halda, mülkiyyət hüququnun elementlərindən biri olan sərəncam hüququnun ötürülməsini nəzərdə tuta bilməzdi.

37. Belə olan halda isə, Vergi Məcəlləsinin 168.1.5-ci maddəsindəki dəyişikliyin (normaya dəqiqləşmə yaxud yeni müddəa əlavə edilməsi məsələsinin) mahiyyəti aydınlaşdırılmalıdır. Başqa sözlə, mübahisəyə maddi hüquq normaları tətbiq edilərkən maddənin əvvəlki redaksiyasının mülkiyyət hüququnun digər elementi olan istifadə hüququnu ehtiva edib-etməməsinə qiymət verilməlidir.

38. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulduğundan, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

39. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 sentyabr 2022-ci il tarixli, 2-1(105)-521/2022 nömrəli qərarı ləğv edilsin və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar