Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-243/2024 08.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: xəstəlik haqqında şəhadətnamədə travmanın səbəb əlaqəsinin dəyişdirilməsi, işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması, iddianın mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1989-cu il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasına q arşı “ona dair xx.xx.2011-ci il tarixli, 961 nömrəli xəstəlik haqqında şəhadətnamədə qeyd olunan travmanın səbəb əlaqəsinin dəyişdirilərək “Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” kimi yazılması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 sentyabr 2023-cü il tarixli, 2-1(107)-522/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.2010-cu il tarixdə N nömrəli hərbi hissədə aldığı travma ilə əlaqədar xx.xx.2011-ci il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Klinik Hospitalının cərrahiyyə hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və ona təyin olunmuş “Qi da borusunun kimyəvi yanıqdan (xx.xx.2010) sonrakı total strukturası, funksiyanın mühüm dərəcədə pozulması ilə” diaqnozuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin “59a” maddəsinin İİİ qrafasına əsasən “Hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsız” sayılması, xəsarətin hərbi xidmətlə səbəb əlaqəsinin “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2–ci bəndinin ç) yarımbəndinə əsasən “Travmadır, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyən olunması haqqında qərar qəbul edilmişdir.
2. Hərbi hissə tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 3143 nömrəli travma haqqında arayışda qeyd edilmişdir ki, iddiaçının deməsinə görə xx.xx.2010-cu il tarixdə N nömrəli hərbi hissədə qoşun təcrübəsi keçən zaman saat 01:10 radələrində növbətçi əsgərdən su gətirməsini xahiş etmiş, növbətçi əsgər su qabına tökülmüş akkumulyator mayesini səhvən su bilərək ona vermiş, nəticədə qələvi turşusunu içməsi nəticəsində “Qida borusunun kimyəvi yanığı” diaqnozu ilə xəsarət almışdır. Xəsarət hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır.
3. İddiaçı ona dair xx.xx.2011-ci il tarixli, 961 nömrəli xəstəlik haqqında şəhadətnamədə qeyd olunan travmanın səbəb əlaqəsinin dəyişdirilərək “Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” kimi yazılması barədə cavabdehə müraciət etmişdir.
4. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla iddiaçının müraciətinin təmin olunmasından imtina etmiş və imtinasını onunla əsaslandırmışdır k i, travmanın alınma şəraiti haqqında hərbi hissə komandirinin arayışı komissiyaya təqdim edilmədiyindən iddiaçının aldığı xəsarətin hərbi xidmətlə səbəb əlaqəsi “Travmadır, hərbi xidmət dövründə alınmışdır” kimi təyin edilmişdir. İddiaçının aldığı travmadan 11 il sonra komissiyaya təqdim etdiyi N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 3143 nömrəli travma haqqında arayış Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2008-ci il tarixli, 123 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi həkim ekspertizasının keçirilməsi qaydaları haqqında Təlimat”ın 197-ci bəndinin tələblərinə zidd olduğundan (travma haqqında arayış xəsarətin alınması anından 3 aydan gec olmayaraq tərtib edilməlidir) xəstəlik haqqında şəhadətnamədə t ravmanın səbəb əlaqəsinin dəyişdirilməsi mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2-ci bəndinin “c” yarımbəndinə əsasən ona dair xx.xx.2011-ci il tarixli, 961 nömrəli xəstəlik haqqında şəhadətnamədə qeyd olunan travmanın səbəb əlaqəsinin dəyişdirilərək “Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” kimi yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2010-cu i l tarixdə hərbi hissədə təcrübə keçən zaman qida borusunun kimyəvi yanığı xəsarətini almışdır. Həmin tarixdən xx.xx.2011-ci il tarixədək qısa fasilələrlə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Klinik Hospitalında müalicə almışdır. xx.xx.2011-ci il tarixli, 961 nömrəli xəstəlik haqqında şəhadətnaməyə əsasən, iddiaçı “Hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsız” sayılmışdır. İddiaçı şəhadətnamədə qeyd olunan travmanın səbəb əlaqəsinin dəyişdirilərək “Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” kimi yazılması barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir.
7. Cavabdeh iddiaya qarşı etirazını işin faktiki hallarına uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, cavabdeh inzibati orqa n Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2008-ci il tarixli, 123 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi həkim ekspertizasının keçirilməsi qaydaları haqqında Təlimat”ın 10-12-cı bəndlərinə əsasən Azərbaycan Respublikasında hərbi həkim ekspertizasına metodik rəhbərliyi həyata keçirir. Cavabdeh xüsusi təyinatlı hərbi tibb müəssisəsidir, Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi həkim ekspertizası üzrə ali orqandır. İddiaçının xəsarət aldıqdan 11 il sonra komissiyaya təqdim etdiyi N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 3143 nömrəli travma haqqında arayış sözügedən Təlimatın 197-ci bəndinin tələblərinə zidd olduğundan (travma haqqında arayış zədələnmənin alınması anından 3 aydan gec olmayaraq t ərtib edilməlidir) xəstəlik haqqında şəhadətnamədə travmanın səbəb əlaqəsinin dəyişdirilməsi mümkün olmamışdır. Həmçinin iddiaçı müvafiq qərarı müddəti ötürməklə mübahisələndirmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin olunmaması xahiş edilmişdir.
8. İddiaçı iş üzrə birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatında cavabdehin xx.xx.2011-ci il tarixli, 961 nömrəli qərarı ilə tanış olduğunu, tərxis olunduqdan sonra pensiya və müavinət almaq üçün müraciətlər etdiyini, 2022-ci ilin avqust ayında həmin qərarın dəyişdirilməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini, qərarın mübahisələndirilməsi üçün müddətin tətbiq olunduğundan xəbəri olmadığını bildirmişdir.
9. Şəki İnzibati Məhkəməsinin (hakim: Fəxri Hacızadə) 02 avqust 2023-cü il tarixli, 2-1(116)-616/2023 nömrəl i qərardadı ilə iddia mümkün sayılmamışdır.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarından, həmçinin iddiaçının məhkəmə iclasında izahatından müəyyən olunmuşdur ki, iddiaçı mübahisələndirilən qərardan daha əvvəl məlumatlı olmağına baxmayaraq qərarı mübahisələndirməmişdir. Belə ki, mübahisəli qərardan iddiaçı 2011-ci ilin may ayından məlumatlı olmuş, lakin iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etməklə qanunla nəzərdə tutulmuş müddəti buraxmışdır. Bununla bağlı qanunvericiliyin normaları məhkəmə iclasında iştirak edən iddiaçıya izah edilmiş, mübahisənin faktiki və hüquqi halları onunla müzakirə olunmuş və bununla da iddiaçıya məhkəmə tərəfindən zəruri hüquqi yardım göstərilmişdir. İş materiallarına əsasən müəyyən edil ir ki, iddiaçı hazırkı mübahisələndirilən qərardan müvafiq qaydada məlumatlı olmuş, iddianın mümkünlük şərtləri təmin olunmadığından iddia mümkün hesab edilməməlidir.
11. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddianın mümkün sayılmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
12. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Vəzirxan Məlikov /sədrlik edən və məruzəçi/, Rövşən Rəfiyev və Elçin Hüseynov) 14 sentyabr 2023cü il tarixli, 2-1(107)-522/2023 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. İddiaçı kassa siya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
15. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı mübahisələndirilən qərardan daha əvvəl, yəni 2011-ci ilin may ayından məlumatlı olmuş ola bilər. Lakin bu, iddiaçının öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu an (gün) hesab oluna bilməz. Çünki həmin anda iddiaçı ona təqdim olunan inzibati aktın onun hansı hüquqlarını pozmasını bilə bilməzdi. Belə ki, travmanın səbəb əlaqəsinin “Travmadır, hərbi xidmət dövründə alınmışdır” şəklində təyin olunmasının onun həmin an və ya gələcəkdə hər h ansı hüquq və ya status əldə etməsi imkanına mənfi təsir edəcəyi iddiaçıya məlum ola bilməzdi. Ən başlıcası isə, iddiaçının həmin andakı psixoloji durumu buna imkan verə bilməzdi. İddiaçı müəyyən müddət keçdikdən sonra bilmişdir ki, travmanın səbəb əlaqəsinin “Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” şəklində qeyd olunmaması onun əldə edə biləcəyi hüquqların qarşısını alır. İddiaçı həqiqətən də onun hüquqlarının pozulmasını bildiyi andan (2022) inzibati aktı dərhal mübahisələndirmişdir. Bundan başqa, iddiaçıya təqdim olunan inzibati aktda onu hansı müddətdə mübahisələndirə biləcəyi barədə hüququ ona izah olunmamışdır. Halbuki inzibati aktın özündə bu hüquq izah olunmalı idi. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə
13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərini n münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğ u vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və fak tlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhk əmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müv afiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 18. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyün ə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mü mkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 5.3. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSAS İYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti məhkəmə qərardadının ləğvinin tələb olunduğu hissədə əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddianın mümkünlük şərtlərinin yoxlanılması ilə bağlı obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndirilməmişdir. Bu baxımdan kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş təkrar baxılması və sonrakı prosessual hərəkətlərin davam etdirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.
22. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvini şərtləndirən aşağıdakı halların qeyd olunmasını zəruri sayır.
23. Hazırkı iş üzrə iddiaçının tələbi ona dair xx.xx.2011-ci il tarixli, 961 nömrəli xəstəlik haqqında şəhadətnamədə qeyd olunan travmanın səbəb əlaqəsinin dəyişdirilərək “Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” kimi yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlıdır.
24. Birinci instansiya məhkəməsi iddiaçının iddia tələbini mübahisələndirmə haqqında iddia kimi qiymətləndirmiş və inzibati aktın mübahisələndirilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətinin ötürülməsi səbəbindən iddianı mümkün saymamışdır. Apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin hüquqi mövq eyi ilə razılaşmışdır.
25. Bununla bağlı qeyd olunmalıdır ki, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur.
26. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır.
27. Bu qayda eynilə iddianın mümkünlüyü ilə bağlı şərtlərin yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araş dırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.
28. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orq an olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.
29. Bu mənada obyektiv araşdırma prinsipinin tələbinə əsasən, iddianın mümkünlük şərtlərinin yoxlanılması çərçivəsində apellyasiya məhkəməsi iddiaçının hüquqi marağının nəyə yönəldiyini, onun həqiqətdə nail olmaq istədiyi məqsədi və bunun üzərindən iddiaçının hüquqi marağı ilə əhatə olunan məqsədə çatmaq üçün uyğun iddia növündən istifadə etdiyini müəyyən etməli idi. Eyni zamanda zərurət olduğu təqdirdə, arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən uyğun və münasib iddia növündən istifadə etməkdə iddiaçıya məhkəmə tərəfindən yardım edilməli idi.
30. Belə ki, İPM-in 13-cü maddəsinə görə, məhkəmə qaldırılan iddialarda yol ver ilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.
31. Bu zaman həm də nəzərə almaq lazımdır ki, məhkəmənin İPM-in 13-cü maddəsində təsbit edilmiş yardım etmə vəzifəsi iddiaçının hüquqi marağının və çatmaq istədiyi hədəfin dəqiq müəyyən olunması məqsədlərinə xidmət edir. Bu baxımdan məhkəmə tərəfin bu barədə bildirməsindən asılı olmayaraq, şəxsin arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən və müvafiq iddia növündən istifadə edib-etmədiyini xidməti vəzifəsi olaraq yoxlamağa borcludur.
32. Mübahisəyə dair işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı hərbi xidmət dövründə aldığı travmanın səbəb əlaqəsinin dəyişdirilməsini tələb edir. İddia tələbinin travmanın səbəbli əlaqəsinin dəyişdirilməsi kimi ifadə olunmasına rəğmən, əslində iddiaçının hüquqi marağının məzmunu və mahiyyəti baxımından həmin tələbə dair iddia mübahisələndirmə haqqında iddia kimi qiymətləndirilə bilməzdi. Bu həm də mübahisələndirmə haqqında iddianın predmeti baxımından da mümkün deyil. Belə ki, İPM-in 32.2-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddianın predmeti yalnız əlverişsiz inzibati aktlar ola bilər. “İnzibati icraat haqqında” Qanunun 2.0.11-ci maddəsində nəzərdə tutulmuş anlamda inzibati orqa nın təşəbbüsü ilə qəbul edilmiş və maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt əlverişsiz (yükləyici) inzibati akt sayılır.
33. İddiaçının hazırkı məzmunda tələbi isə hərbi xidmət zamanı aldığı xəsarətin və onun səbəbli əlaqəsinin müəyyən olunmasına yönəlmişdir. Başqa sözlə, iddiaçı hərbi xidmət zamanı aldığı xəsarətin və onun alınma şəraitinə uyğun səbəbli əlaqənin müəyyən olunması, konkret halda isə əvvəllər müəyyən olunmuş səbəbli əlaqənin dəyişdirilməsi, daha dəqiqi onun arzuladığı qərarın qəbul olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Bu baxımdan iddiaçının tələbi ifadə tərzindən asılı olmayaraq onun hüquqi marağının məzmunu və çatmaq istədiyi məqsəd baxımından qiymətləndirilməlid ir. Mübahisəyə dair işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, hərbi xidmət zamanı aldığı travmanın səbəb əlaqəsinin dəyişdirilməsini tələb etməkdə iddiaçı əslində sosial təminatını yaxşılaşdırmaq məqsədi güdür.
34. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə iddianın növünün müəyyən olunması səbəbli əlaqənin dəyişdirilməsi ilə bağlı qərarın iddiaçının sosial təminatına münasibətdə doğurduğu nəticənin təbiətinə (hüquqi və ya faktiki) bağlıdır.
35. Cavabdeh inzibati orqanın qərarı isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə əsasən hərbi xidmət keçmiş vətəndaşların xəsarətlərinin, xəstəlikləri nin səbəb əlaqəsi faktını müəyyən edir, şəxsə münasibətdə birbaşa hüquqi nəticə doğurmur.
36. Beləliklə, hazırkı mübahisəyə münasibətdə iddiaçının hüquqi marağı və nail olmaq istədiyi məqsəd mahiyyət və məzmun baxımından dəqiq müəyyən olunmalı, onun hüquqi marağına və çatmaq istədiyi məqsədə cavab verən münasib iddia növündən istifadə olunmasında məhkəmə tərəfindən yardım etmə vəzifəsi çərçivəsində iddiaçıya müvafiq yardım göstərilməli və bunun üzərindən işin halları qiymətləndirilməlidir.
37. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan halların araşdırılması və onlara hüquqi qiymət verilməsi məhkəmənin düzgün və əsaslı nəticəyə gəlməsi üçün xüsusi əhəmiyyət daşıyır. Nəzərə almaq lazımdır ki, obyektiv qanunauyğun qərarın qəbulu üçün tələb olunan araşdırmanın həcmi xidməti vəzifəsinə gör ə məhkəmə tərəfindən müəyyən edilməli və belə qərarın qəbulu üçün yetərli olmalıdır. Bu mənada hazırkı mübahisəyə münasibətdə işin hallarını bu qərarın əsaslandırma hissəsində qeyd edilən xüsusatlar baxımından tam və hərtərəfli araşdırmalı və yalnız bundan sonra araşdırmanın nəticələrinə qiymət verməli olan apellyasiya instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qərardad İnzibati Prosessual Məcəlləsinin 12.1, 35.1 və 82-ci maddələrinin tələbləri pozulmaqla qəbul edilmişdir.
38. Beləliklə, hazırkı mübahisəyə münasibətdə kassasiya şikayəti qismən əsaslı olduğundan, həmin hissədə təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş təkrar baxılması və sonrakı prosessual hərəkətlərin davam etdirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.
39. İşə təkrar baxılması zamanı birinci instansiya məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan halların araşdırılması və müəyyən edilməsi təmin olunmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 sentyabr 2023-cü il tarixli, 2-1(107)-522/2023 nömrəli qərardadı ləğv edilir. İş təkrar baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilir. Qərar qətidir.