Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2430/2023 27.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əyirici şagirdi, güzəştli şərtlərlə pensiya.) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsus i Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “04 yanvar 1984-cü il tarixdən, 23 may 1994- cü ilədək işlədiyi Komvol kombinatında əyrici sexində olan iş stajının tam şəkildə nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-383/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1965-ci ildə doğulmuşdur. 2. ИT-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixədək N.Nərimanov adına Bakı İstehsalatTrikotaj Birliyi ndə 3-cü dərəcəli tikişçi-motorist, xx.xx.1984-cü il tarixdən Bakı Komvol kombinatında əyirici şagirdi, xx.xx.1990-cı il tarixdən əyirici istehsalatına xammalın və yarımfabrikatların nəzarətçisi, xx.xx.1991-ci il tarixdən hamarlayıcı sexində hamarlayıcı maşınların operatorunun şagirdi, xx.xx.1991-ci il tarixdən xx.xx.1994-cü il tarixədək hamarlayıcı sexində 4-cü dərəcə ilə hamarlayıcı maşınların operatoru vəzifələrində, xx.xx.1994-ci ildən xx.xx.2011-ci il tarixinə qədər “Kommunsənayesutəchizatı” İİB-nin Su ölçmə cihazlarının istismar təsərrüfatı və su satış müəssisəsində (Azərsu ASC) müxtəlif vəzifələrdə işləmiş, xx.xx.2011-ci il tarixdən xx.xx.2011-ci il tarixinə qədər X3 X1 8-ci dərəcəli komputer operatoru vəzifəsində işləmişdir. 3. "xxxx" ASC tərəfindən verilmiş 62 nömrəli xx.xx.2021-c i il tarixli güzəşt arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.1984-cü il tarixdən (Əmr № 1. xx.xx.1984) xx.xx.1994-cü il tarxinədək (Əmr № 93. xx.xx.1994-cü il) Bakı-Komvol Kombinatında işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəriciləri siyahısı”nın toxuculuq sənayesi 32 səh. 200 Əyiricilər yüngül sənaye istehsalatı adlanan 26-cı bölməsinin səh. 184 Əyirici istehsalatında islatma-külləmə, aşılama-boyama-yağlaşdırma sexlərində (sahələrində) məşğul olan xammalın və yarımfabrikatların nəzarətçiləri. səh. 188 Hamarlayıcı sexində əl işləri ilə məşğul olan keçə məmulatını hamarlayanlar. Bu peşələr üzrə zərərli ə mək stajı 10 il 4 ay 19 gün təşkil edir.
4. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2021-ci il tarixli BA02324-2021 nömrəli İddiaçı verilən arxiv arayışından görünür ki, Dövlət Arxivinin Bakı Filialında saxlanılan N.Nərimanov adına Bakı İstehsalat-Trikotaj Birliyinin natamam arxiv sənədlərinin şəxsi vərəqələrində vətəndaş İddiaçı xx.xx.1981-ci il tarixli, 124a saylı əmrlə xx.xx.1981-ci il tarixdən 4 saylı sexə 3-cü dərəcəli tikişçi-motorist vəzifəsinə işə qəbul olunması, xx.xx.1982-ci il tarixli, 15 saylı əmrlə xx.xx.1982-ci il tarixdən öz xahişi ilə işdən azad olunması, 1981-ci ilin avqust, sentyabr, oktyabr, noyabr, dekabr aylarına dair əmək haqqı hesablanması barədə məlumatlar mövcuddur. Dövlət Arxivinin Bakı filialında saxlanılan N.Nərimanov adına Bakı İstehsalat Trikotaj Birliyinin natamam arxiv sənədlərinin 4 saylı sexinin 1982-ci ilə dair əmək haqqı cədvəllərində vət.İddiaçı barəsində heç bir məlumat yoxdur. N.Nərimanov adına Bakı İstehsalat-Trikotaj Birliyinin əmr kitabları Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir.
5. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2021-ci il tarixli BA02325-2021 nömrəli İddiaçı verilən arxiv arayışından görünür ki, Bakı Komvol Kombinatının natamam arxiv sənədlərinin əmr kitablarında vətəndaş İddiaçı xx.xx.1984-cü il tarixli, 1/ok saylı əmrlə xx.xx.1984-cü il tarixdən əyirici şagirdi vəzifəsinə işə qəbul olunması, xx.xx.1994-cü il tarixli, 93/kş saylı əmrlə xx.xx.1994-cü il tarixdən öz xahişi ilə işdən azad olunması, 1990, 1991, 1992, 1993, 1994-cü illərə dair əmək haqqı hesablanmas ı barədə məlumatlar mövcuddur.
6. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasını xahiş etmişdir.
7. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı **********5 nömrəli xx.xx.2021-ci il tarixli imtina məktuba əsasən bildirilmişdir ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzr ə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alman, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Mərkəzi Filiala təqdim edilən sənədlərdə göründüyü kimi, İddiaçı güzəştli iş stajı 10 ildən az (9 il 4 ay 28 gün (xx.xx.1981-xx.xx.1982- ci il, xx.xx.1984-xx.xx.1990-cı il, xx.xx.1991-xx.xx.1994-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 43200,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 26765,66 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏH KƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “04 yanvar 1984cü il tarixdən, 23 may 1994- cü ilədək işlədiyi Komvol kombinatında əyrici sexində olan iş stajının tam şəkildə nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. 9.İddia tələbi onunla əsaslandırılmışdır ki, o Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmişdir. Ərizəsinə cavab olaraq, cavabdeh tərəfindən 07 sentyabr 2021ci il tarixli məktubu i ddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına iddiaçı ərizəsi ilə birlikdə əmək kitabçasının sürətini təqdim etmişdir. Əmək kitabçasında, güzəştli şərtlərlə iş stajı 10 ildən çox təşkil edir, yəni dəqiq olaraq, əmək kitabçasında, güzəştli şərtlərlə iş stajı 04 yanvar 1984-cü il tarixdən, 23 may 1994-cü ilə kimi təşkil edir. Buna baxmayaraq 04 yanvar 1984-cü il tarixdən 23 may 1994 -cü ilədək, işlədiyi Komvol kombinatında əyrici sexində olan iş stajı, tam şəkildə güzəştli iş stajına daxil edilməsindən imtina edir. Həmin staj iddiaçının əmək kitabçasında öz əksini tapmışdır. İddiaçı Azərbaycan Respublikas ı Milli Dövlət arxivinin Bakı filialına etdiyi müraciətinə bildirilir ki, həqiqətən Dövlət Arxivinin Bakı filialında saxlanılan Bakı Komvol Kombinatının natamam arxiv sənədlərinin əmr kitablarında vətəndaş İddiaçı xx.xx.1984-cü il tarixli, 1/ok saylı əmrlə xx.xx.1984-cü il tarixdən əyirici şagirdi vəzifəsinə işə qəbul olunması, xx.xx.1994-cü il tarixli, 93/kş saylı əmrlə xx.xx.1994-cü il tarixdən öz xahişi ilə işdən azad olunması, barədə məlumatlar mövcuddur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
10. Cаvаbdеh Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə bağlı iddiаyа dаir etirazında göstərmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdən də göründüyü kimi o nun güzəştli iş stajı 12 il 6 aydan az (9 il 4 ay 28 gün (xx.xx.1981-xx.xx.1982-ci il, xx.xx.1984-xx.xx.1990-cı il, xx.xx.1991-xx.xx.1994-cü il tarixləri arasındakı dövrlər) təşkil edir. Bundan başqa fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 42648,90 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 24796,07 manat təşkil edir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3036/2022 saylı, 10 may 2022-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır.
12. Məhkəmə qeyd etmişdir ki, iddiaçının xx.xx.2006-ci il tarixinə ümumi iş stajı 20 ildən artıq olmasına baxmayaraq, əmək fəaliyyəti dövründə işlədiyi əyirici şagirdi və hamarlayıcı maşınların operatorunun şagirdi peşəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə olmamasına görə iddiaçının qanunla qüzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 10 il güzəştli staj təsdiq edilmədiyindən, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur.
13. İddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3036/2022 saylı, 10 may 2022-ci il tarixli qərarının ləğv edilməsini və iddian ın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-383/2023 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – Ş.A.Məmmədova, hakimlər C.A.Yusifov və P.A.Hüseynov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş,Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-3036/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
15. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. 15.1 Apellyasiya məhkəməsi hüquqi əsaslandırılmasında Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1-ci, 1.0.8-ci, 9.1-ci və 9.8-ci maddələrinə istinad e tmişdir.
16. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-383/2023 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ. a. Kassasiya şikayətinin dəlilləri
17. Kassasiya şikayətinin dəlillərinə görə, məhkəmə işi tam və hərtərəfli araşdırmamış, düzgün əsaslandırma aparmadan qərar çıxarmış, bununla da prosessual pozuntuya yol vermişdir. Belə ki, iddiaçının əmək kitabçasında, güzəştli şərtlərlə iş stajı 10 ildən çox təşkil edir, yəni dəqiq olaraq, əmək kitabçasında, güzəştli şərtlərlə iş stajı 04 yanvar 1984-cü il tarixdən, 23 may 1994-cü ilə kimi təşkil edir. Bu faktı Azərbaycan Respublikası Milli Dövlət arxivinin Bakı filialına etdiyi müraciətinə əsasən bildirilir ki, həqiqətən Dövlət Arxivinin Bakı filialında saxlanılan Bakı Komvol Kombinatının natamam arxiv sənədlərinin əmr kitablarında vətəndaş İddiaçı xx.xx.1984-cü il tarixli, 1/ok saylı əmrlə 04 01.1984-cü il tarixdən əyirici şagirdi vəzifəsinə işə qəbul olunması, xx.xx.1994-cü il tarixli, 93/kş saylı əmrlə xx.xx.1994-cü il tarixdən öz xahişi ilə işdən azad olunması, barədə məlumatlar mövcuddur. Əgər 4 aylıq əyrici şagird stajı hesablanmasa belə, iş stajı 10 ildən çox təşkil edir. Bundan başqa əyrici şagirdə və əyricinin özüdə eyni sexdə iş fəaliyyəti ilə məşğuldular və hər ikisi eyni qaydada zərərli və güzəştli iş rejimində işləyirlər. Cavabdeh 07 sentyabr 2021-ci il tarixli ona verilmiş cavab məktubunda güzəştli şərtl ərlə pensiyaya çıxmaq ücün güzəştli stajının 10 ildən az olmamasını əsas şərt kimi qeyd edib. Lakın buna baxmayaraq. cavabdeh Azərbaycan Respublikasının inzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə bağlı iddiaya dair etirazında göstərmişdir ki, güzəştli iş stajı 12 il 6 ildən az olmamalıdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı cavabdeh tərəfindən yazılı etiraz təqdim edilmişdir.Etiraza əsasən cavabdeh Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-383/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ
19. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38 Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş ya ş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: - 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması ü çün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X2 qərarlarını, X2 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. - 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yera ltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik lduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 57 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək b u Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 21. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyası: - Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—5 0 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 22. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinə edilmiş dəyişiklik: - 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1 -dək hər il 6 ay artırılır.
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... b) Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkə mədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəm ənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Ali Məhkəmənin İnzibati Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-383/2023 nömrəli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş n əticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. 27. 2006-cı il 1 yanvar tarixindən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 57 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının mini mum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
28. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 29. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: 30. a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər — istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər — 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa...; 31. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa... qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş s tajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa......
32. Həmin Qanunun 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq olunur. İş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır.
33. İddiaçının əmək kitabçasının məlumatlarına əsasən, o, 2006-cı il 1 yanvar tarixədək 20 ildən artıq ümumi və 10 ildən artıq güzəştli iş stajına malik olmuşdur.
34. Məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçının çalışdığı “əyrici” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəriciləri siyahısı”nda nəzərdə tutulmuşdur.
35. Belə ki, iş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 62 nömrəli xx.xx.2021-ci il tarixli güzəşt arayışına əsasən, İddiaçı həqiqətən xx.xx.1984-cü il tarixdən (Əmr № 1. xx.xx.1984) xx.xx.1994-cü il tarxinədək (Əmr № 93. xx.xx.1994-cü il) BakıKomvol Kombinatında işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəriciləri siyahısı”nın toxuculuq sənayesi 32 səh. 200 Əyiricilər yüngül sənaye istehsalatı adlanan 26-cı bölməsinin səh. 184 Əyirici istehsalatında islatma-külləmə, aşılama-boyama-yağlaşdırma sexlərində (sahələrində) məşğul olan xammalın və yarımfabrikatların nəzarətçiləri. səh. 188 Hamarlayıcı sexində əl işləri ilə məşğul olan keçə məmulatını hamarlayanlar. Bu peşələr üzrə zərərli əmək stajı 10 il 4 ay 19 gün təşkil edir.
36. Həmin peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəriciləri siyahısı”nda göstərildiyi üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin redaksiyasına görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitin ə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
37. Yuxarıda qeyd olunanlara əsasən iddiaçının kassasiya şikayətinin dəlillərini əsaslı hesab edən məhkəmə kollegiyası iddiaçının “əyirici ” şagirdi vəzifəsində işlədiyi dövrlə bağlı apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq buna münasibətdə qeyd etməyi zəruri hesab edir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi barədə tələblərə baxarkən məhkəmələr, yuxarıda qeyd olunan normaların tələblərini nəzərə alaraq ilk növbədə şəxsin çalışdığı peşənin müvafiq Siyahıya uyğun olub-olmadığını aydınlaşdırmalıdır.
38. Hazırki işə apellyasiya instansiya məhkəməsində baxılarkən iddiaçının əmək kitabçasında olan qeydlər və Komvol” ASC tərəfindən verilmiş 62 nömrəli xx.xx.2021-ci il tarixli ara yışdan məlum olmuşdur ki, iddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.1994-cü il tarxinədək əyirici vəzifəsində deyil, əyirici şagirdi vəzifəsində işləmişdir. Apellyasiya bu halı nəzərə alaraq iddiaçının güzəştli şərtlərlə iş stajının 10 ildən az olduğunu hesab etmiş, iddiaçı da bu halı mübahisələndirmişdir.
39. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayan Ali Məhkəmənin İnzibati Kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəriciləri siyahısı”nın toxuculuq sənayesi 32 səh. 200 Əyiricilər yüngül sənaye istehsalatı adlanan 26-cı bölməsinin səh. 184 Əyirici istehsalatında islatma-külləmə, aşılama-boyamayağlaşdırma sexlərində (sahələrində) məşğul olan xammalın və yarımfabrikatların nəzarətçiləri. səh. 188 Hamarlayıcı sexində əl işləri ilə məşğul olan keçə məmulatını hamarlayanlar vəzifəsi göstərilmişdir.
40. Məhkəmə kollegiyası hesab edir ki, “əyirici” şagirdi ilə “əyirici” vəzifələri faktiki olaraq eyni funksiyaları yerinə yetirdiyindən “əyirici” şagirdi kimi iddiaçının işlədiyi müddət də güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajına əlavə edilməlidir.
41. Beləliklə, apellyasiya məhkəməsi iddianı təmin edərkən işin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını düzgün tətbiq etməmişdir.
42. İddiaçının kassasiya şikayətinin dəlillərini əsaslı hesab edən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməlidir.
43. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5-ci maddəsinə əsasən, şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir.
44. Həmin Məcəllənin 96.9-cu maddəsinə əsasən, Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
45. Beləliklə, yuxarıda qeyd olunanları məcmu halda qiymətləndirən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilərək iddia tələbi təmin edilməli, iddiaçının “04 yanvar 1984-cü il tarixdən, 23 may 1994-cü ilədək işlədiyi Komvol k ombinatında əyrici sexində olan iş stajının tam şəkildə nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
46. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-383/2023 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı “04 yanvar 1984-cü il tarixdən, 23 may 1994- cü ilədək işlədiyi Komvol kombinatında əyrici sexində olan iş stajının tam şəkildə nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Res publikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulsun. Qərar qətidir.